Kompozisiya həlli Plan Giriş I fəsil. Rəssamların yaradıcılığında natürmort janrı haqqında


“Milli qablar və meyvələrdən ibarət natürmort”un “ 6 ” sinifdə tədrisi



Yüklə 96,47 Kb.
səhifə6/7
tarix16.04.2023
ölçüsü96,47 Kb.
#98900
növüKompozisiya
1   2   3   4   5   6   7
Bilal-tam iş (1)

2.2. “Milli qablar və meyvələrdən ibarət natürmort”un “ 6 ” sinifdə tədrisi.
Şagirdlərə mövzunu mənimsətmək üçün İQS (İnsert) üsulundan istifadə etmək olar. Bunun üçün onlara dərslikdəki mətnin üzərində karandaşla işləmək məsləhət görülə bilər. Onlar mətni fərdi şəkildə oxuyurlar. İşarələr yazı lövhəsindən asılır (“˅”– bilirəm, “+”– yeni informasiyadır, “?”–anlamadım). Oxuduqdan sonra müəllim deyə bilər:
-İndi işarələmə cədvəli tutun. Bildikləriniz, yeni və anlamadığınız informasiyaları cədvəldə sistemləşdirin.

(“˅”– bilirəm

“+”– yeni informasiyadır

“?”–anlamadım

1.







2.







Oxuyub qurtardıqdan sonra şagirdlər cütlükdə mətni müzakirə edə bilərlər. Bəzi cütlüklərin fikirləri dinlənildikdən sonra müəllim onların anlamadığı fikirləri müzakirə vasitəsilə izah etməlidir. Sonra cütlükdə yerinə yetirmək üçün tapşırıq verilir:


1-ci sıra. Qədim zamanlardan müasir dövrümüzə qədər olan müddət ərzində rəngkarlığın inkişafına dair əlavə məlumatlar toplayın.
2-ci sıra. Rəngkarlıq, qrafika və heykəltəraşlığın oxşar və fərqli xüsusiyyətlərini yazılı şəkildə müqayisə etməyə çalışın.
3-cü sıra. Tanış olduğun rəngkarlıq janrlarını, o cümlədən bütün texniki istiqamətləri göstərilən cədvəl, yaxud sxem şəklində çəkin.
Müəllim bu tapşırıqları yerinə yetirən zaman şagirdlərə rəngkarlığa dair əlavə kitablar, internetdən xüsusi resurslar verə bilər. Diferensial təlim. Xüsusi qayğıya ehtiyacı olan şagirdlər rəngkarlıq haqqında bildiklərini yazırlar. Köməkçi müəllim onlara yardım edə bilər.
Müəllim şagirdlərə tapşırıq verərkən diferensial təlim prinsiplərini əsas götürməlidir. Şagirdlərə təlim nəticələrinə uyğun olaraq aşağıdakı tapşırıqlar verilə bilər.
Müəllim sinfə sual verə bilər:
– Aləm ağ-qara olsaydı, nə baş verərdi? Nəyə əsasən bu, belə deyil?
– Biz nəyin köməyi ilə əşya haqqında ilk məlumatı əldə edirik?
Müəllim qeyd edə bilər ki, dərsdə rəngin insanın ovqatına necə təsir göstərdiyi, rəngkarlığın və rəngşünaslığın nəzəri əsasları ilə tanışlıq haqqında söhbət olacaq.
Tədqiqat sualı: “Rəng şkalasında” yeni rəng tonunu və əsas, qarışıq rənglərdən ibarət natürmortu necə yaratmaq olar?
Şagirdlər dərslikdəki mövzu ilə tanış olurlar.
-Biz dünyanı rəngli görürük və rəng çox qüvvətli təsir gücünə malik təbiət hadisəsi olduğu üçün onu bir çox elmlər araşdırır. Fizika – təbiətin rəng energetikasını, riyaziyyat – rəngi ölçmək üsullarını, biologiya – rəngin heyvanların və çiçəklərin həyat fəaliyyətindəki yerini və əhəmiyyətini öyrənir.
Müəllim şagirdlərə sual verə bilər:
– Əsas rənglər hansılardır? Qarışıq rəngi necə almaq olar?
– Hansı isti və soyuq rəngləri tanıyırsınız?
– Rəngin insanın həyatında nə əhəmiyyəti var?
Əgər bütün rənglər yox olsa, nə baş verər?
Mətn mənimsənildikdən sonra şagirdlər cütlükdə verilən praktiki tapşırığı yerinə yetirirlər. “Rəng şkalası”nda rəngləri qarışdıraraq yeni rəng tonu yaradın: karandaş vasitəsilə albom vərəqində enli zolaq çəkin və beş bərabər hissəyə bölün. Orta zolağın sol xanasını göy, sağ xanasını isə sarı ilə rəngləyin; ortadakı üç xananı yaşıl rəngin tonları ilə rəngləyin; aşağı və yuxarı xanalarda isə digərlərini əsas rənglərlə qarışdırın.
Şagirdlər sonra payız meyvə və tərəvəzlərindən ibarət natürmort çəkirlər. Qalereya gəzintisi üsulu vasitəsilə sıralarda əyləşən cütlər ardıcıl olaraq rəsmlərini yazı lövhəsinin qarşısında düzürlər. Digər şagirdlər rəsmlərə münasibətini bildirir.
Diferensial təlim. Müəllim şagirdlərə tapşırıq verərkən diferensial təlim prinsiplərini əsas götürməlidir. Şagirdlərə təlim nəticələrinə uyğun olaraq aşağıdakı tapşırıqlar verilə bilər:


Nə öyrəndiniz?


Rəng haqqında elm rəngşünaslıq adlanır. Rəngarəng zolaq və ya göyqurşağı spektr adlanır. Sarı, qırmızı, göy – əsas rənglərdir. Narıncı, yaşıl, bənövşəyi – qarışıq rənglərdir. Ağ, boz, qara – axromatik rənglərdir.



Yüklə 96,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin