Kommersiya konsessiyası müqaviləsi aşağıdakı əsas növlərdə ola bilər



Yüklə 17,95 Kb.
tarix23.05.2023
ölçüsü17,95 Kb.
#120303
Kommersiya konsessiyası


İstehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məş­ğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli mü­qa­vi­lədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: -tapşırandan mü­əyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; -bu malları öz adından və­ öz hesabına başqasına satmaq; -bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. On­ların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) ve­rir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya ver­məlidir.
Kommersiya konsessiyası (françayzinq) müqaviləsi ondan ibarətdir ki, bir sahibkar (hüquqa malik olan) özünün firma vasitələrindən: firma adından və kommersiya işarələrindən, əmtəə nişanından, xidmət nişanından, müəyyən mükafatla digər sahibkara (istifadəçiyə) sahibkarlıq fəaliyyətində istifadə etmək hüququnu, qorunan kommersiya informasiyasını (nou-hau) verir, həmçinin məsləhət verməyi və biznesin təşkilində yardım edilməsini öhdəsinə götürür.
Kommersiya konsessiyasının mənası – hüquqa malik olanın işgüzar adından və kommersiya təcrübəsindən istifadə etməklə istifadəçimüəssisənin mənfəətini ar­tır­­­maq üçün ona əlverişli şərait yaradılmasından ibarətdir.
Kommersiya konsessiyası müqaviləsinin iştirakçıları kimi kommersiya təş­ki­lat­­ları (hüquqi şəxslər), həmçinin hüquqi şəxs olmayan fiziki şəxslər çıxış edə bi­lər­lər.­
Kommersiya konsessiyası müqaviləsi aşağıdakı əsas növlərdə ola bilər:
- istehsalat – malların istehsalının inkişaf etdirilməsi və onların yeni bazarlara ye­ridilməsi üçün;
- satış – istehsalçının nəzarətində olan geniş şaxələnmiş satış şəbəkəsinin ya­ra­dılması üçün;
- ticarət – hüquqi cəhətdən müstəqil olan firma mağazalarının açılması üçün;
- xidmət sahəsində - hüquqi cəhətdən müstəqil olan mehmanxana, restoran, ema­latxana şəbəkələrinin açılması üçün.
Kommersiya konsessiyası müqaviləsi yazılı formada bağlanılır və müqavilə üz­rə tərəflərin öhdəlikləri aşağıdakı qaydada bölüşdürülür:
a) hüquqa malik olan:
- istifadəçiyə kommersiya və texniki sənədləri verir, lazımi informasiya ilə onu təchiz edir və konsessiya müqaviləsi ilə nəzərdə tutulan məsələlər üzrə məs­lə­hət­lər verir;
- istifadəçiyə müvafiq lisenziyalar verir;
- daimi olaraq istifadəçiyə yardım göstərir, o cümlədən, heyətin öyrədilməsi mə­sələlərində;
- digər şəxslərə oxşar konsessiyaları vermək hüququna malik olmur;
- istifadəçi tərəfindən istehsal olunan məhsulun və xidmətin keyfiyyətinə nə­za­rət edir.
b) istifadəçi:
- hüquqa malik olanın firma adından, kommersiya işarələrindən, əmtəə və xid­mət­ nişanından istifadə edir, bunun barəsində alıcılara məlumat verir;
- konsessiya müqaviləsi ilə nəzərdə tutulan məsələlər üzrə hüquqa malik ola­nın­ təlimatlarına və göstərişlərinə əməl edir;
- buraxılan məhsulun və göstərilən xidmətlərin müqavilə ilə nəzərdə tutulan key­fiyyətini təmin edir;
- hüquqa malik olanla ticarət sahələrinin xarici və daxili tərtibatını və onların ye­rini razılaşdırır;
- hüquqa malik olanla rəqabət aparmamağı və onun rəqiblərindən konsessiya mü­qaviləsindəki hüquqlara oxşar olan hüquqları almamağı öz öhdəsinə götürür;
- hüquqa malik olandan aldığı məxfi informasiyanı açıqlamamağa söz verir.
İs­tifadəçi malın və xidmətin satış qiymətini müstəqil olaraq müəyyən etmək hü­ququna malikdir; o, hər hansı bir yolla alıcıların dairəsini məhdudlaşdırmaq hü­qu­quna malik deyildir.
Kommersiya konsessiyası hüquqa malik olan və istifadəçi qarşısında geniş perspektiv imkanlar açır.
Hüquqa malik olan-müəssisə kommersiya fəaliyyətinin geniş­lən­diril­mə­sinə və­­sait əldə edir, bütün dünya üzrə çoxsaylı bölmələr yaratmaq, onları qey­diyyatdan ke­­çirmək, satış üçün yer almaq, işçi heyətini yığmaq zəruriyyəti azad olur. Eyni za­man­­da hüquqa malik olan istifadəçi-müəssisələr üzərində la­zımi nəzarəti əldə edir. Ba­­zar qısa müddət ərzində keyfiyyətli mal və xidmət alır.
İstifadəçi-müəssisə, hüquqi şəxs olaraq qalmaqla, tanınmış firmanın ha­zır nü­fu­zunu (imicini), onun alıcılarını və müştərilərini, rəqabət mü­ba­ri­zə­sin­də güclü silah əl­də edir. Bütün bunlar dövriyyəsinin tezləşməsinə, in­ves­ti­si­yaların özünü doğ­rult­ma­sına, sahibkarlıq riskinin aşağı salınmasına gətirib çı­xarır. Françayzinqin xırda sa­hibkarlıqda xüsusi olaraq yayılması bununla izah olunur.
Kommersiya konsessiyası neqativ nəticələrə də gətirib çıxarır. On­lar­dan­ ən əsa­sı – konsessiya istifadəçisi tərəfindən istehsal olunmuş, firma nişa­nı­na görə pro­to­tipdən fərqlənməyən, lakin bir qayda olaraq, aşağı keyfiyyətdə olan malların ba­zar­da peyda olmasıdır. Bu isə hüquqa malik müəssisəyə olan ina­mı azaldır, onun ba­zarını dağıdır, rəqiblərə əlavə üstünlüklər verir.
Yüklə 17,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin