Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix06.06.2020
ölçüsü1,9 Mb.
#31812
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
Soz metbexi


156
Söz mətbəxi
hərəkətin və qravitasiyanın mövcudluğu bu işıq sistemlerinin entropiyasının 
saxlanmasına, ümumiyyətlə, enerjinin, kütlənin, informasiyanın və s. saxlan-
ma qanunlarının işləməsinə gətirib çıxarıb. Az sürətli aləmdəki bu saxlanma 
qanununu XIV əsrin I yarısında Şeyx Mahmud Şəbustəri belə istifadə edib:
Xəlqü əmr aləmi burada bir oldu,
Biri çoxaldısa, biri azaldı. 
Beləliklə, işıq daxili aləmlərdən, işıqlı dünyalardan bir-birinə  səyahət 
etmək üçün hər hansı bir obyektin işıqla bağlı xarakteristikalarını, hərəkətinin 
parametrlərini dəyişmək lazımdır. Biz kainatla, planetlə birlikdə hərəkətdə ol-
duğumuz üçün sürətimizi hiss olunacaq səviyyədə dəyişmək, işıqdan sürətli 
hərəkət etmək iqtidarında deyilik. Sistemin entroniyasını dəyişmək, yaşadı-
ğımız aləmdən çıxmaq üçün sürətlə bağlı parametrləri, o cümlədən, zama-
nı da çox dəyişə bilmirik. Amma hər cismə aid olan bir qüvvə var – cazibə 
qüvvəsi, qravitasiya. Qravitasiyanı dəyişməklə biz obyektin enerji tutumunu 
dəyişməklə, ona istiqamət verməklə bu aləmdəki yox olan obyekt mütləq 
başqa aləmdə o andaca var olacaq. Beləliklə, bir işıqlı dünyadan yox olan 
obyekt mütləq başqa paralel aləmdə o andaca var olacaq. Beləliklə, biz bir 
işıqlı dünyadan paralel olan başqa işıqlı dünyaya düşəcəyik. Yəni, əgər biz 
qravitasiyasının miqdarı və istiqamətini y2 olan dünyada yaşayırıqsa, qravi-
tasiyanı Δy qədər dəyişməklə qravitasiyasının istiqaməti və miqdarı Δy=y2-y 
xarakteristikasına malik dünyaya, qravitasiyanı əvvəlki qiymətinə qaytarmaq-
la öz dünyamıza qayıda bilərik. Yalnız bu yolla biz ani olaraq işığın sürətini 
keçə bilərik. Ola bilsin ki, Enşteynin indi gizlədilən Koliforniya təcrübəsi 
elə bununla bağlıymış. Amma bu yenə də bizə işıq dünyalarını, aləmləri tərk 
etməyə, rasional dünyalardan çıxmağa imkan verməyəcək. Amma yalnız Uca 
Allahımızın istəyi ilə bizim də Peyğəmbərimiz Məhəmməd (ə.s) kimi rasio-
nal aləmdən çıxmağımız nə zamansa ilkin irrasional aləmə səyahət etməyimiz 
mümkün olacaq. Düşünmək olar ki, Babil qülləsi elə bu maşının qurğusuydu. 
İnsanlar onun köməyi ilə “göyə” Allahın yanına çıxmaq istəyirdilər. Uca Alla-
hımız isə insanlığın meracına o vaxt qadağa qoydu, elmi inkişafı başqa səmtə 
yönəldildi. 
Buradan bir nəticəyə də gəlmək olar ki, bir-birinin dilini anlamayan 72 
millətin yaranması onları barışıqdan daima uzaq saxlayır. Amma bütün mil-

Matriarxat
157
lət lər birləşib vahid bir Yer dövləti yaratsaydılar, bəlkə də yeni Babil qülləsi, 
yəni mexanizm qurula bilərdi. Həm də ehtimal etmək olar ki, Uca Allahımız 
Babil qülləsi barədə bilgiləri də parçaladı. 72 hissəyə bölüb hər millətə bir 
his səsini verdi, hər dildə bu bilginin bir hissəsi qaldı. Millətlər birləşən za-
man bu bilgilər birləşib Babil qülləsini yarada bilər. Buna görə də ibtidai xalq 
bilgilərinin deyim və duyumlarının oldugu kimi saxlanmasını vacib hesab edi-
rik. Mövzumuz meracla bağlı olmasa da bu mövzuya toxunduğumuza görə bir 
azca da bu barədə danışmaq istərdim. 
Əgər qədim mədəniyyətlərə Misir, Babil, Şumer, Hindistan, Astek və sair 
baxsaq, o dünyanın da bu dünya qədər real olduğunu, real qəbul edildiyini gö-
rürük. İnsanların bu keçidlərdən keçdikləri haqqında o dövrkü mədəniyyətlərdə 
və indiki nağıllarda,  əfsanələrdə faktlar gətirilir. Hər iki dünyanı  dərk edən, 
ona toxunmaqla inam gətirənlər, qnostisizm yolunu seçənlərdir. Qnostisizmin 
həm Səmavi kitablar, həm Nizami Gəncəvi kimi böyük şəxsiyyətlərin, həm 
peyğəmbərimizin keçdiyi yollar və sair göstərir. Çıraqdan (şagirddən) ziya-
lıya, ziyalıdan müəllimə, müəllimdən alimə, alimdən aydına, aydından aga-
has gedən yol da gizli bilgilərə çatmağın bir yoludur. İnsanlar merac etmək 
üçün özlərini öldürürdülər. Lakin onlara Allahdan qadağa gəldi ki, özlərini 
öldürənlər cəhənnəmə düşəcəklər. Onda insanlar merac aparatı – Babil qül lə-
sini yaratdılar. Buna da icazə verilmədikdə insanlığın agahları qnostisizm yo-
lunu seçdi. Bunun da yolları açıq şəkildə Qarqantua və Parqahtuada, Nizamidə, 
Səmavi kitablarında göstərilir. Qısaca olaraq, bu yol işıq yoludur. Qa ranlığa 
qalib gəlmək, işığa, aydınlığa çıxmaq üzərində qurulan bu yol ən qədim, ən 
effektli sayılan psixodelik tərbiyə yoludur. Yalnız bu yolla gedənlər bir merac 
yoluna yaxın yolla gedə bilirlər. Bu yol “Koroğlu” dastanında da göstərilir. 
Koroğlunun kor, yəni gözləri işığı qəbul etməyən atası Alı kişi Qıratı və Dü-
ratı 40 gün işıq düşməyən qaranlıq tövlədə saxlamağı tapşırır. Əslində Qırat 
gecəni, Dürat isə ala-toranı açılan sübhü göstərir. Koroğlu dözmür və sona ya-
xın bir balaca deşik açıb görür ki, Qıratın qanadları çıxıb. Amma Koroğlunun 
baxdığı deşikdən düşən işıq Qıratın qanadlarını  əridir. Onun uçmaq, məcazi 
mənada merac etmək imkanını yox edir. Qırat burada peyğəmbərimizi meraca 
aparan atın əkizinə, boşluqla varlıq arasındakı səddi, pərdəni keçə bilən varlığa 
dönməliydi. Varlıq kimi yoxluğun da mövcudluğunu “var-yoxumu apardılar”, 
“var-yoxuma söydü” kimi xalq idiomalarından da görürük. Elə bu dastan da 
qnostisizmin, aydınlığa gedən yolun xalqımıza bəlli olduğunu göstərir. “Səni 

158
Söz mətbəxi
diri-diri qəbirə qoyum” ifadəsi də bu kontekstdən qarğış deyil, əslində alqışdır. 
Sənin təfəkkürünü açım, merac yolunu göstərim məna sın dadır.
Digər tərəfdən insanlar meracın ən sadə yolunu ölümdə görürdülər. Özü-
nü öldürmək qadağan olunduqdan sonra insanlar vuruşub bir-birini öldürməyə 
başladılar. Başqası tərəfindən öldürülən adamın merac edə biləcəyi, cənnətə 
düşəcəyi düşüncəsi bu gün də “şəhid olanlar cənnətə düşəcək” düşüncəsində 
özünə yer tutub. Öldürüləcəklərini bilə-bilə sevinclə, inamla şəhidlik yolu-
nu tutanlar qorxmazlar, inananlardır. Amma müharibələrin kökündə duran 
bir inamdır bu. Məşhəri yaxınlaşdırmaq tez merac arzusudur bunun kökündə 
duran. Uca Peyğəmbərimizin silahdaşı ilk müsəlmanlardan olan Əli döyüşə 
çağıranda ölümdən qorxmayın, bizi bizdən qabaq gedib gözləyənlərdən tez 
çataq mənasında dedikləri də bunu ehtiva edirdi. 
Meracın daha mükəmməl yollarından biri də məhəbbətin tantrasından ke-
çir. Təəssüf ki, yalançı xrisianlığın təsiri ilə bu yol yaddaşlardan silindi və indi 
əksər insanların cinsi yaxınlığı heyvanlarınkından demək olar ki, fərqlənmir. 
Zamandan, məkandan çıxmağın qnostisizmə çox yaxın bir yolu “boşluğa” 
düşmək, yoxluğa daxil olub çıxmaqdır. Lamaizm bu yolun axtarışında olan bir 
elmdir. Əgər insan yoxluğu, boşluğu dərk edib ora daxil olursa, orada zaman 
dayandığı üçün o uzun müddət orada olub yenə geriyə dönə bilər, yaxud ani 
yerdəyişmə edə bilər. 2012-ci ildə biz Ulan-Udedəydik. Bizi 1926-ci ildə ölüb 
öz xahişi ilə basdırılıb 80 ildən sonra çıxarılıb somati vəziyyətində diri qalan, 
2006-cı ildən monastıra yerləşdirilmiş  İvolginin ziyarətinə apardılar. Bütün 
nümunələr, təhlillər, tibbi araşdırmalar  İvolginin yaşadığını deyir. Hərdən 
gülümsəyir. Çox yaxına gedəndə sanki güclü elektromaqnit sahəsinə düşən 
kimi insanın başı ağrıyır. Qurani-Kərimdə və başqa dinlərdə belə adamlardan 
bəhs edilir. Bu vəziyyətdə insan min illər qala bilər. Yəni cismaniliyi saxla-
maqla da merac yolu var. Amma hələlik bu bizim mövzumuz deyil. 
Qədim türklərin yaratdığı, təbiət qanunlarını ilahi qaydalarla və insan psi-
xikasını heyvani, nəbati güclərlə bir vəhdətdə istifadə edən Şamanizm-Qama-
nizm elmi düşüncə sistemi də meracdan istifadə edir. Cingız xanın qəbrinin 
tapılmaması da ehtimal ki, şamanların işi ilə bağlıdır. Məlumdur ki, Çingiz 
xan heç bir dinə mənsub deyildi, yalnız şamanlarla oturub dururdu və ölüm-
süzlük yollarını axtarırdı. Ola bilsin ki, o somati ya başqa bir yol tapmışdı. 
Dünya isə onun qəbrini, cəsədini axtarır. O isə İvolgın ya başqaları kimi so-
mati vəziyyətində yaşamağa davam edir. 

Matriarxat
159
Bizimlə paralel aləmlərin mövcudluğunu və onları bizim heç zaman ən iri 
teleskoplarla belə görə bilməyəcəyimiz, lakin bu aləmlər arasında səyahətlərin 
mümkünlüyünü anlamaq üçün tərəfimizdən varlığın karusel modeli təklif edilir. 
Təsəvvür edin ki, biz karuselə daxil olmuşuq. Ətrafdakıların hamısını görürük, 
çünki onlarla bir zaman, məkan və sürətdəyik. Karusel sürətlə fırlanmağa başlayır. 
Biz bir-birimizi, karuseldə olanları görürük, lakin sürət artıqca ətrafdakıları artıq 
görmürük, çox böyük sürətlərdə isə, karusel kənarındakı hər şey “yoxa” çıxır, gö-
rünmür. Amma bu demək deyil ki, karuselin kənarında həyat yoxdur, orada daha 
böyük karusel, yer kürəsi fırlanır. O isə daha böyük karuselin, günəş sisteminin 
bir hissəsidir. Təsəvvür etsək ki, bir çox karusellər ətrafımızda çox böyük surətlə, 
hətta əks istiqamətdə hərəkətdədirlər, onda bizim üçün onlar yoxdurlar. 
Bu karusel – aləmlər biri-birinə nisbətən müxtəlif böyük sürətlərdə, yaxud 
müxtəlif zamanlarda ola bilərlər. Onda onlar biri digərini görməyəcək. Velo-
sipedin təkərləri surətlə fırlandıqca, millər görünməz olduqları kimi. Amma 
bu o demək deyil ki, millər yoxdurlar. Bir aləmdə o birinə çıxış üçün karuse-
lin içərisindən nəyinsə onun kənarına atılması, onun o biri dünyaya düşməsi 
deməkdir. O bir müddət karuselin sürətini öz ətalətində saxlaya bilər. Amma 
o  əks istiqamətdə  hərəkətilə, ya surətini artırıb azatmaqla çıxdığı karuselin 
məkanından qopub başqa məkana düşə bilər. 
Bərk maddəni yaradan Rəbbimiz bərk maddəni nizama saldıqdan sonra 
bərk maddədən öz təcəssümünü, özünün bərk maddədəki formasını, “özünə 
bənzərini” yaratdı, ona öz ruhundan verdi. Ondan əvvəl yaratdıqlarını Adəmə 
yəni, özünün bərk maddədəki hissəsinə səcdəyə çağırdı. Adəmin öncəki var-
lıqlardan yeganə üstünlüyü Yaradanın özünə bənzəməsi idi. İçindəki ruh adi 
ruh deyildi. Məhz Allahın ruhu idi. Adəm də qərar verməkdə azad idi. 
İndi isə qayıdaq Adəmin yaradılışına. “Onu qara palçıqdan (gildən) ya-
ratdı.” Palçığın qara olması, canlı orqanizmdə karbonun əsas rol oynamasını, 
palçıq isə suyun əsas rolunu (palçıq torpaqla su qarışımıdır) göstərir. Prinsipcə 
insan orqanizmi tərkibində çox az miqdarda nizamlanmış torpaq maddələrdən 
ibarət məhluldur. Adəm palçıqdan, torpaqdan, sonra isə Həvva artıq ruh veril-
miş bədəndən yaradıldı. 
Əlbəttə, ruh verilmiş bədən adi palçıqdan daha mükəmməl, daha yüksək 
bioloji materialdır və Həvva öz əmələgəlmə xammalına görə Adəmdən üstün 
tutuldu. Ona görə o daha gözəl, daha mükəmməl oldu. Xudavəndi Aləmin əsas 
funksiyalardan biri, insan yaratmaq funksiyası  məhz Həvvaya etibar edildi. 

160
Söz mətbəxi
Adəmin öncə yaradılmasında Böyük Allahımız bizə həm də bir elm, bir hikmət 
də qoydu. Qadının materiyası yalnız qadın yarada bilər. Qadında yalnız qadın 
maddəsi var. Kişidə isə həm qadın, həm də kişi materiyası birləşib. Çox sonralar 
elm sübut elədi ki, qadınlarda yalnız “X” xromosomu, kişilərdə isə həm “X”, 
həm də “Y” xromosomu var. “XY” cütləşəndə isə oğlan uşaqları doğulur. 
Beləliklə, uşağın cinsi üçün məsuliyyət atanın çiyinlərinə qoyuldu. Həm də 
bir etik norma da qoyuldu. Heç kəs hətta Allahın yaratdığı öz bədən üzvlərinə 
belə əzab verə bilməz. Qadın da kişinin bədəninin bir üzvü olduğu üçün kişi 
onu ən azı özünü qoruduğu kimi əziyyətlərdən qorumalıdır. Adəmin öncə ya-
radılmasının hikməti fikrimcə bundandır. Daha doğrusunu əlbətdə ki Mütləq 
Həqiqət Sahibi daha yaxşı bilir. Beləliklə, Uca Allahımız qadını kişidən üstün 
yaratdı. Elə buna görə də matriaxat əbədidir. 
Qayıdaq qadağan olunmuş Cənnət barlarına. Allahımız iki ağacın - Bilik 
və Həyat ağacının barından dadmağı qadağan etmişdi. Həmin barların meyvə 
olub olmadıqları başqa bir mövzunun materialıdır. 
Amma qısaca bu məsələyə toxunsaq görərik ki, bəzi kitablarda bu bar daha 
çox alma kimi göstərilir. Bu da almanın orta kəsiyində qadın cinsi orqanının 
şəklinin alınmasından irəli gəlir. Digər müəlliflər bunu bugda adlandırır. La-
kin göstərilənlər Məlumat ağacının barı ola bilməzdi. Çünki, həmin bar beyi-
nin vəziyyətini dəyişdirib, beyini xəstələndirməli, təbiəti məhvə aparacaq ağı-
lı yaratmalıydı. Bu xassələrə ağaclarda əmələ gələn psixodelik xüsusiyyətlərə 
malik göbələklər daha çox yaxındırlar. Üzəri göbələklərlə örtülmüş xarab olan 
məhsula bu gün də “barlanmış” deyirik. Məlumat, bilik ağacı da ola bilsin ki, 
psixodelik göbələklərlə barlanmışdı. 
Belə barı yeyəndə beyində öncə qallüsionasiyalar yaranır, volokordin ve-
rilmiş pişikdə olduğu kimi. Qallüsionasiyalar toplandıqda, çox və güclü olduq-
da isə beyin xəstələnir və dünyanı məhvə aparan xəstəlik “ağıl” əmələ gəlir. 
Dahi Salvador Dali bunu anladığından “ağıl Allaha məxsus deyil” fikrində 
idi. Yaradıcı adamlar yaradıcılıqdan çox böyük həzz alırlar. Belə vəziyyətdən 
onlar öz-özlərinə  şüurun dəyişkən vəziyyətinə düşürlər. Bu zaman bədəndə 
endomorfinin miqdarı artır. Həzz alma bununla bağlıdır. Bu vəziyyətə düşə 
bilməyənlər onu süni şəkildə yaratmağa çalışır. Psixodelik təcrübədə zərərli 
narkotik maddələrdən və s. istifadə edirlər ki, bu da çox mənfi nəticələrə gə-
ti rir.  Narkotiklər çox qısa müddətdə ilk barın effektinə bənzər hisslər yaradır, 
amma sonda insanı cənnətdən yerə deyil, cəhənnəmə salır, onu xəstələndirir. 

Matriarxat
161
Bu mənada ilk barın da effekti buna bənzər müalicə olunmaz daimi xəstəliyi 
– ağılı yaratdı. Bəs niyə bu barı birinci Həvva daddı, qoyulmuş qadağanı niyə 
ilk Həvva pozdu?
Birinci, məişət versiyasını araşdıraq. Adəmi yaradanda onun bir qabır-
ğası, bədəninin bir hissəsi nadinc, sözə baxmayan, tərs və istəkli idi. Bu onu 
mələklərdən fərqləndirirdi. Bərk maddənin nadincliyi ən güclü qabırğada top-
lanmışdı. Bu qabırğa onun nəfsinə hakim kəsilir, “qadağan olunmuş bardan 
ye!” deyirdi, digər bədən hissələri isə onu bu yoldan saxlayırdı. 
Yaradan isə hər şeyi öncədən görür və bilirdi. Bilirdi ki, bilgi ağacından 
yeməsə Adəm cənnətdən çıxmayacaq, yaradıcılıqla məşğul olmayacaq, elə 
cənnətdə də yeyib, içib, yatıb gəzəcək və bu həmişə belə olacaq. Bu yaranışı 
mənasızlaşdırırdı. Ona görə də o əlavə qabırğa yaratmışdı. Adəm isə roman-
tikadan uzaq, bir kişi psixologiyasına malik idi. Hər şey yaxşı olduğu halda 
nəyisə dəyişmək nəyinə lazım idi. Ona heç Həvva da lazım deyildi. Nə fut-
bola baxmağa mane olurdu, nə hüquq bərabərliyi davası edən vardı. Sakit-
lik, gözəllik, bir sözlə, Cənnət ki, Cənnət. Amma Yaradan ilk həkimliyi elədi. 
Adəmin qabırğasını çıxartdı və Həvvanı yaratdı. Həvva Adəmin bir parçası, 
bədəninin bir hissəsi olduğu üçün Adəm artıq onsuz dura bilmirdi. 
Həvva ilk öncə xoşbəxt idi, hər  şey onun üçün təzə, maraqlı idi. Hətta 
Adəm özü də. İlk öncə Həvva baxıb gördü ki, Adəmin bir hissəsidir, Adəm 
həmişə onun yanındadır. Başladı vəziyyəti dəyişməyə, gördü hara getsə Adəm 
arxasınca gəlir. Başladı belə hesab etməyə ki, Adəm onun bir hissəsidir. Yu-
xarıdan da tapşırıq vardı ki, “hər kişi öz qadınına yapışmalıdır”. Yəni hissə 
bütövdən öncəyə qoyulmuşdu. Bir azdan hər şey Həvvanın gözündə adiləşdi. 
Hansı qadın əslində olanla qənaətlənir ki? Heç bir şey də mümkün olmayanda 
heç olmazsa mebellərin yerlərini dəyişmək lazımdır. 
Cənnətdə isə hər şey əvvəlki kimi gözəl, amma Həvva üçün artıq darıxdı-
rıcı idi. “Məni sevirsən, yoxsa yox?” sualına da Adəm həmişəki kimi sevirəm 
deyirdi. Axı yazıq Adəm başqa kimi sevəydi. Həvva Adəmin onu həmişə 
sevməyindən də bezmişdi. Başqa bir qadın da yox idi ki, Adəmi ona qısqa-
naydı. “Yalan deyirsən həqiqətdə isə məni yox, onu sevirsən” deyə Adəmin 
əsəbləri ilə oynayıb, sonra Adəmə üzr istədib barışaydı. Həvva kişi deyildi ki, 
romantizmsiz, dava-şavasız yaşasın. Başqa qadın da yox idi ki, qeybət eləsin, 
ya özünü o qadından üstün göstərmək üçün bəzənsin-düzənsin. Bir yerdə də 
dura bilmirdi. Hələlik “shopping” də yoxdu ki, qurdunu öldürsün. 

162
Söz mətbəxi
Başqa bir qadın görməmiş Adəm üçün isə var-yox bir qadın vardı, yazıq 
Adəm də mat-məəttəl bu qadındakı metomorfozlara baxırdı. Həvva isə “sən 
məni heç vaxt başa düşməmisən, başa düşmək də istəmirsən” deyə Adəmi 
günahlandırırdı. Amma ürəyində heç özü də özünü başa düşmürdü, hərdən 
fikirləşirdi ki, “mən bu yazıq Adəmdən nə alıb verə bilmirəm”. Bir müddət 
yumşalır, günahkar-günahkar Adəmin gözlərinə baxır, ona sığınır, sanki mər-
həmət diləyirdi. Adəm bu anların vurğunuydu. Bu anlar üçün anlamadığı bu 
qəribə, çox gözəl məxluqun (ağaclarla, bitkilər, quş və heyvanlarla, təbiətlə 
müqayisədə. Axı hələ başqa qadınlar yox idi) bütün şıltaqlıqlarına dözməyə 
hazır idi. “Əşşi Həvvadır da gündə bir oyun çıxardır”. Həvva bunu gördükcə 
daha çox oyun çıxardırdı. “Get o gülləri mənim üçün gətir, o meyvədən mənə 
yığ ver, indi su istəyirəm get ovcunda gətir” və s. Adəm buyruq qulu kimi 
hər əmri yerinə yetirirdi ki, “ayıbdır, Cənnətdən səs çıxmasın, eşidərlər biya-
bır olarıq”. İnsafən normal vaxtlarında, tutması tutmayanda Həvva da Adəmə 
qulluq etməyi, öz əliylə yedizdirməyi, su, ambroziya içirtməyi xoşlayırdı, 
tutması tutana qədər. Bir gün Həvvanın tutması bərk tutdu. Cənnətdə yaşa-
maqdan artıq bezmişdi. Nə qədər yeyib-içmək olar, deyib-gülmək, oynamaq 
olar. Nə qədər eyni mənzərəyə, gözəlliyə baxmaq olar. Belə də həyat olar? Bu 
zaman şeytan da böyürdən çıxdı (sonralar bu ya anası, ya rəfiqəsi, ya dostu, 
ya qonşusu olacaqdı). 
“Görürsən də Allah ən ləziz şeyi sizə qadağan eləyib. Səninki də eşşək 
tək qulaqlarını sallayıb heç gözucu da baxmır. Belə də kişi olar? O heç sənin 
qədrini bilmir. Sən buna necə dözürsən?”. Həvvanın başının içərisində  nə 
vardısa, hamısı yerindən oynadı. Cumdu yazıq Adəmin üstünə. “Sən məni 
sevmirsən”. Adəm “Vallah, billah sevirəm, axı mən ayrı nə bilirəm ki, səni 
sevməkdən başqa”. Həvva başladı ki, “Məni sevirsənsə, o məlumat ağacının 
barından dər yeyək”. Adəm cavablandırdı ki, “o bardan yeməyə bizə qadağan 
ediblər, olmaz”. Həvva gördü ki olmadı, başladı Adəmə sığınmağa, nəvaziş 
göstərməyə, yenə həmin barı istədi. Gördü istəyi keçmədi, başladı zar-zar ağ-
layıb göz yaşı tökməyə ki, mən bütün gəncliyimi sənə verdim, kül mənim 
başıma, səndən başqasına baxmadım (halbuki, Adəmdən başqa heç kəs yox 
idi), ömür boyu sənin əziyyətini çəkdim (əlbəttə çəkdirdiyi əziyyətlərdən bir 
kəlmə də danışmadı) və s. və ilaxır. Gördü yox, iş keçməyəcək. Çünki Adəm 
qanunpərəst idi. Sonralar da qanunu ən çox qadınlar pozur, ya da pozdurur-
dular. 

Matriarxat
163
Həvva gördü ki, yox, Adəm o barı gətirməyəcək. Şeytan da pıçıldadı ki, 
əşşi burax, kişi belə şeyləri bilməz, görmürsən ki, qanundan qorxur. Adını da 
utanmaz-utanmaz kişi qoyub. Get özün dər, ye, ləzzətini al. 
Həvva bir qayıtdı ki, bəs birdən Adəm bildi, onda neylərəm. 
Şeytan qayıtdı:
– Ağız, Adəm bunu haradan biləcək, mən deyən deyiləm, sən də deməzsən. 
Bir də bilsə nə qələt eləyəcək. Uzaq başı səni qovar, bir həftəyə qayıdıb gələcək 
ayağına. Bu boyda Cənnətdə onsuz da səndən gözəli, heç çirkini də yoxdur. 
Qorxma, heç olmasa görərsən, niyə qoymurlar o bardan yeyəsən. 
Beləliklə, onlar bir cüt “podruqa” gəldilər, bilik ağacının barını dərdilər, 
Həvva yedi, gördü ki, beyin dəyişdi, birtəhər oldu. Şeytan yoxa çıxdı. Həvva 
ayıldı ki, mən neylədim, indi neyləyim, başladı qorxusundan zar-zar ağlama-
ğa. Zarıltısına Adəm qaça-qaça gəldi ki, nə olub, yoxsa kirpi zad ayaqlamısan. 
Məsələni başa düşəndə Adəm əsəbdən, qorxudan tir-tir əsdi, tükləri ilk dəfə 
biz-biz durdu, istədi Həvvanı möhkəm çırpsın. Sonra fikirləşdi ki, xeyri yox-
dur. Qayıtdı ki, bəs sənə söyləmişdim ki, “bundan yemək qadağandır, niyə 
yedin?”. Həvvanın yenə tutması tutdu, cavab qaytardı: “kişiydin qoymazdın. 
Gördün ki, məndə bu bara həvəs var. Əlimi-ayağımı tutub yanında saxlayar-
dın, buraxmazdın. Kişi də yeyib-yatıb arvadı sərbəst buraxar?! Bilmirsən, “ar-
vadı əri saxlar”. “Pendiri isə dəri” sözünü demədi, çünkü motal pendiri hələ 
icad olunmamışdı. “Görmürsən gündə bir cür oluram. Sən məni saxlasaydın, 
bəlkə də o biri gün istəməzdim o barı”. Beləliklə, öz günahını yüklədi Adəmin 
boynuna. Sadəlövh Adəmdə ilk günahlılıq kompleksini Həvva belə yaratdı. 
Amma Adəm istəmirdi həm öz gözündə, həm də Həvvanın gözündə günahkar 
olsun. Yenə dartındı ki, Həvvanı cəzalandırsın. Həvva qayıtdı ki, Vallah, billah 
günah nə məndə, nə səndədir, məni yoldan “podruqam” çıxartdı və məsələni 
açdı tökdü. 
Kənarda günahkar tapıldığı üçün Adəm də bir az sakitləşdi. Həvva da 
özünü inandırdı ki, günah podruqadadı. Hər ikisi “podruqaya lənət” deyib 
bir az sakitləşdilər. Bu sonralar da belə oldu, günahkarı həmişə kənarda ax-
tarıb tapır, sonra ondan hayıflarını alır, sakitləşirdilər. Öz gözündə heç kəs 
tiri görmürdü. 
Həvva Adəmi bir az sığalladı, nəvaziş göstərdi. Adəm də Həvvanı heç vaxt 
bu qədər nəvazişli, cilvəli, gözəl, mehriban, anlayışlı görməmişdi. Həvva da 
and içdi ki, həmişə belə olacaq Adəmə qarşı, əgər o Həvvanı atmasa. Sonra baş-

164
Söz mətbəxi
ladı yediyi barın gözəlliyindən, dadından, dünyanı başqa cür göstərməyindən 
danışmağa. Mən yedim mənə heç nə olmadı ki, sən də ye heç nə olmaz. Baş-
ladı Adəmin başını dumanlandırmağa. Adəmin ac vaxtı barı onun qabağına 
qoyub başladı striptiz göstərməyə, yəni utanmaz-utanmaz ora-burasını yar-
paqlarla örtməyə. Adəm də gözü onda ola-ola avtomatik yaddan çıxarıb əlini 
uzadıb barı dişlədi. Səhvini başa düşəndə artıq gec idi. Allah bunları öncədən 
bilirdi və hamısını görürdü. Həm Həvvanın hoqqabazlığına gülürdü, həm də 
Adəmə yazığı gəlirdi. Amma həyatı özü belə proqramlaşdırmışdı. 
Yoxsa Alov xanım yazdığı kimi Adəm satqınlıq edib günahkar kimi 
Həvvanı göstərmirdi. Birincisi, satqınlıq anlayışı o zaman yox idi. İkincisi, 
yalan danışmaq günah idi. Üçüncüsü, Adəm bilirdi ki, Allah hər şeyi görür 
və bilir. Yalan danışmağın, atılıb-düşməyin yeri deyildi. Hakim indikilərdən 
deyildi, özü də qərar öncədən verilmişdi. Həm də qanunu pozmaq cinayətdir, 
cinayəti görüb deməmək isə qəhrəmanlıq deyil. Ümumiyyətlə, Alov xanım, 
Adəmə gələndə həmişə “günahsızlıq prezumpsiyasını” unudur. 
Beləliklə, Ali Məhkəmə Adəmlə Həvvanın şələ-şüləsini qoltuqlarına ve-
rib Cənnətdən qovdu. Bu zaman Həvvanın “podruqası” da unudulmadı. 
Günah Həvvada idimi? Əlbəttə yox. Proqram öncədən belə qurulmuşdu. 
Həyat kompyuterinə  nə qoyulmuşdusa, kompyuterdə ona uyğun işləyirdi. 
Həyatın adının Çərxi-Fələk, yəni həyatın çərxi qoyulması da kompyuter kimi 
bir mexanizmin yaradılıb işlədiyini göstərir. DNK təsadüfi yarana bilməzdi, 
onu yaradan var. Əgər məsələyə başqa tərəfdən, elmi-məntiqi təfəkkürlə ya-
naşsaq və bu məişət mənzərəsindən ayrılsaq nə görəcəyik?
Qadın zərif və güclüdür. Çünki, yalnız güclü məxluq içərisində həyatı ya-
radıb qoruya bilər. O insanlığı yaşatmaq üçün yaranıb. Kişi sərt və zəifdir. O 
həyata təkan verib onu gəzdirəni qorumaq üçündür. 
Sadə bir misal, həyatda minlərlə qadın və bir kişi qalarsa, həyat davam 
edə cək, minlərlə kişi və bir qadın qalarsa, həyat sona çata bilər. Qadın daha 
lazımlı olduğu üçün daha çox yaşayır. 
Başqa misal. Kişi xislətli sərt, bərk divara çəkiclə vursaq divar ovxala-
nacaq, dağılacaq. Qadın xislətli elastik maddədən olan yumşaq divar çəkici 
qəbul edib uzağa atacaq, divarın özünə isə heç nə olmayacaq. Qadın xislətli 
həyatverici yumşaq su təzyiqlə kişi xislətli sərt daşı deşir, dağıdır, yumşaq 
axarlı su olaraq qalır. Yumşaq, nəm qadın başlanğıcı sərt, quru kişi başlanğıcı-
nı qəbul edir, onu yumşaldıb özündən atır, ona qalib gəlir. 

Matriarxat
Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin