Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix06.06.2020
ölçüsü1,9 Mb.
#31812
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
Soz metbexi


137
Fikrimizcə π rəqəminin texniki dizaynda tətbiqi Korbuzye modulorundan 
daha mükəmməl, dəqiq desək işıqlı silsilə verə bilər. 
Məsələn, π ədədinin tam ədədlərə vurulmasından alınan silsilə İ = π x n 
harada n=1; 2; 3. . . . 
Əgər biz bu tapdığımız formulanı xörəklərin bədii tərtibatında  ən bəsit 
şəkildə istifadə etsək görərik ki, xörək verilən qabın diametrinin verilən xö-
rə yin  diametrinə, xörəyin diametrinin qarnirə, qarnirin xörək  əlavəsinə (so-
usa) nisbəti idealda 3,14 rəqəmini verməlidir. Qabın diametrinin xörəyin 
hündürlüyünə olan nisbəti də π verməlidir. Misal üçün biz dəyirmi 32 sm di-
ametri olan boşqab götürsək, xörəyin diametri 10,19 (32/π), qarnirin diametri 
3,25 (10,19/π), xörək əlavəsini (sousun) diametri 1. 03 sm, xörəyin hündür-
lüyü isə 32/π = 10,19 sm olmalıdır. Uzun illər dünya kulinariya incəsənəti 
yarışlarında apardığımız tədqiqatlar π rəqəmini süfrə tərtibatına gətirilməsinin 
gözəl nəticə verdiyini göstərir. π rəqəmi ilə bağlı diametr deyil, həcm, çəki və 
s. anlayışları tətbiq etmək, sous, qarnir xörək məfhumlarının yerdəyişmələrini 
etmək mümkündür. Amma bütün hallarda π gözəllik əmsalı kimi qala bilir. 
Məsələn paltarla məşğul olan ustalar hesab edirlər ki, paltar qadının bə də-
ninin 1/3 hissəsini açıq qoyursa, yaxud 1/3 hissəsini örtürsə qadın daha cazi-
bə dar  görünür.  Yəni bədənin açıq hissəsinin örtülü hissəsilə nisbəti π verirsə. 
 Biz burada ümumi gözəllik anlayışını özümüz başa düşdüyümüz tərzdə 
açıqladıq. İndi isə babalarımız Asların-Azların, Azərlərin əsl gözəlliyə necə 
çatdıqlarını araşdıraq. 
Qədim misirlilər Azərə (mənbələrdə saitlərsiz yəni AZR,ASR kimi yazı-
lır) – Asirisə səcdə edirdilər Azər allahın oğlu isə Qorxot (Qorqut) Allahıydı. 
Onların inanclarına görə AmonRA-AZƏR-GÜNƏŞ məhz Azərbaycanda daha 
dəqiq desək Xəzərdə doğulurdu. Bəzi ehtimallara görə Bakı şəhərinin adı da 
misirlilərin şəhər tanrısı Bakhaunun adıyla bağlıdır. İbrahim peyğəmbərin də 
atasının Azər olduğunu bilirik. 
Bütün dünyanı bürümüş bizim babalarımız aslar, azlar, az ərlər, gözəl-
li yin  əsl zirvəsinə qalxdıqları üçün onların avropalı  nəvələri norveçlərin, 
isveç rəlilərin və s. babaları olan vikinglər dəri yığılan gəmi ilə tayfasının bir 
qismini Xəzərin sahilindən Norveçə gətirmiş Aseri öz saqalarında vəsf edib, 
əvvəlcə onları şərqdən gəlmiş güclü gözəl tayfa, sonralar isə saqalarda onları 
gənc allahlar adlandırdılar. Odlu diyardan gəlmiş “mən odunam” deyən Aser 
babalarını isə baş allahları Aser-Odinə çevirdilər. İndi də islandiyalıların bir 

138
Söz mətbəxi
hissəsi Aslara tapınır, onlara səcdə edirlər. Bu mərtəbəyə qalxan millət, tayfa 
tarixdə olmayıb, bu tarixin ən böyük möcüzəsidir. Buna yalnız güclü olmaqla 
nail olmaq mümkün deyildi. Zənnimcə babamız Azər gözəlliyin nə olduğunu 
tapmışdı. Çünki dünyada ilk dəri gəmini fikirləşib quran şəxs müdrik, kamil 
olmalıydı. Müdriklik, elmlik, kamillik isə gözəlliyin mərtəbələridir. Çünki əsl, 
yalnız əsl gözəllik qeyri-təbii məftunluğa, dərin keçməz məhəbbətə, sevgiyə 
gətirib yüksəldə, ilahiləşdirə bilərdi. 
Bu kamillikdən, gözəllikdən qorxan, üzümüzə gülən düşmənlər, azların 
dün yaya  silahsız hegemonluğundan qorxaraq yaddaşımızdan, tariximizdən 
azları  çıxarmağa, ilk öncə azların ideologiyasını, kökünü məhv etməyə ça-
lışdılar. Bunun üçün səlib yürüşlərindən başlayaraq azərlərin kitabxanaları, 
alimləri ya məhv edilir, ya daşınırdı, yazılar köçürüləndə dəyişikliklər edilirdi. 
Çünki babalarımızın xəzinə dedikləri şey ləl-cəvahirat yığınağı yox, kitabxa-
nalar və alimlərdən ibarət idi. Buna görə də Şah İsmayıl və başqaları döyüşdən 
öncə alimləri, kitabxanaları gizlədirdilər. Amerika Azərin Vətəni İraqa girəndə 
də öncə daş yazılar, abidələr yoxa çıxdı. Qalan şeylər isə bəhanə idi. Amerika 
Prezidentinin  İraqa girməzdən öncə Vatikana getməsi bunun da səlib yürü-
şü olduğunu göstərir. Misirdəki, Suriyadakı hadisələr,  İrana qarşı yönəlmiş 
təxribatlar da bununla bağlıdır. Bayramlarımızı ustalıqla bizə unutdurdu-
lar. Elə unutdurdular ki, Azər bayramı haqqında indi yalnız alimlər bilirlər. 
Nağıllarımıza, dastanlarımıza düzəlişlər etdilər, mental xüsusiyyətlərimizi 
dəyişdirib bizi manqurtlaşdırmağa, tarixi, ədəbi, bədii yaddaşımızı silməyə 
çalışdılar. 
İndi görək Az ərlərin gözəlliyinin əsasında nələr dururdu, Azərlərin gö-
zəl lik  anlamı necəydi və onu necə aldadıb gözəllikdən uzaqlaşdırdılar. Atalar 
sözümüzü təhrif edib bizə öyrətdilər ki, “Gözəllik ondur, doqquzu dondur”. 
Millətin tərbiyəçisi, layla çalanı, südüylə genetik, milli məlumatların ötürü-
cüsü, ən gözəli olan qadın buna inanıb gənclikdən öncə güzgü qabağına qaçıb 
başladı  hər  şeydən  əvvəl yalnız xarici görünüşüylə  məşğul olmağa,  ənliyə, 
kirşana, paltara, yəni 9 dona fikir verməyə, axır gəlib çıxdı gözəlliyin 10-cu 
mərhələsinə başa saldılar ki, “Hər gözəlin bir eybi var”, “eyibsiz gözəl ol maz”. 
Beləliklə, daxili boş, yalnız zahiri “gözəl” xanımlar meydana gəlir.  İntuitiv 
olaraq daxili aləmə daha çox dəyər verirəm deyən qızlarımız bu gün vaxtla-
rının daha çox hissəsini xariclərini bəzəməyə (Dukanlara, bərbərlərə, fitnesə, 
kosmetik əməliyyatlara, modaya, güzgüyə və s.) sərf etmirlərmi? Azlara xas 

Gözəllik ondur doqquzuncusu dondur
139
olmayan, guya müasir, yabançı gözəllik simvollarını təlqin etməklə, xanım-
ların başını daha çox qatdılar.  İndi qızlarımızın çoxu üçün, məsələn qonaq 
qəbul edə bilməmək dərdi o qədər ağır deyil, nəinki 3 kq artıq çəkidə olmağın 
dərdi. Əksəriyyət pəhrizə, dietə tapınıb. Onlar üçünsə dünyada 38000 “diet” 
ya radılıb. Bu boyda əziyyətlə yaradılan  əndamla öyünmək, onu göstərmək 
təbii həvəsə çevrilir. 
İndi mənəviyyat, iç dünya xarici görünüşdən daha vacbdir deyən xanım-
lar geyimə, ənliyə, kirşana, kosmetikaya, idmana və s. zahiri görünüşə tə sir 
göstərən şeylərə daha çox enerji, zaman ayırırlar, nəinki mənəviyyatı gözəlləş-
di rən şeylərə. Bu mənəvi aşınmanı daha da sürətləndirir. 
Əvvəllər kəndlərdə qızı tərifləyəndə deyərdilər çox ağıllı qızdır, savadlı-
dır, yaxşı oxuyub-öyrənir, qoçaqdır, evdardır, qulluqdardır, sağlamdır, hoya 
çatandır (yəni tez köməyə gəlir), xeyirə-şərə yarayandır, uçuq evin dayağıdır, 
hər  şeyin yerini biləndir, həyalıdır, mərifətlidir, fəhmlidir. “At kimi qızdır” 
– yəni həm qoçaq, həm ağıllı, həm etibarlıdır və s. İndi isə qızı tərifləyəndə 
“gözəldir” deyib yalnız xarici görkəmini nəzərdə tuturlar. 
Şəhərdə  qızlara tərbiyə, savad verəndə  əvvəllər öncə evdarlıq, musiqi, 
tibb, xarici dil və s. bu kimi dərslər keçilirdi. 
Oğlanlar haqqında da təxminən eyni sözləri deyib igiddir, el-oba təəs sü-
bünü çəkəndir, düşmənə varan, xeyirə-şərə yarayandır, böyük-kiçik yeri bilən-
dir, əlində gül kimi sənəti, bir parça çörəyi var, ağıllı başı, vuran qolu, yaradan 
əli var kimi əlavələr edərdilər. 
Oğlanların xarici görünüşə fikir vermələri, geyimə, kosmetikaya, saç dü-
zü lüşlərinə və s. uymaları əvvəlcə uniseks geyimlər, tədricən mənfi mənada 
qa dınlaşmağa, “əzilib-büzülən” oğlanların əmələ gəlməsinə səbəb oldu. Belə 
oğlan və qızlardan hansı nəsil yetişə bilər?
Amma gəlin görək babalarımız bu məsəli əslində necə deyiblər. “Gözəllik 
ondur, doqquzuncusu dondur” –  deyib babalarımız. Azəri qızlar, oğlanlar 
üçün bu böyük əhəmiyyət kəsb edirdi. Çünki sıfırdan doqquza qədər 10 tək 
ədədi bilən babalarımız üçün 0-dan 9-a gələn doqquz axırıncı rəqəm olurdu. 
Yəni “Gözəllik ondur, axırıncısı dondur”. 
El obada sayılıb seçilməyə, hörmətə, yüksəkliyə, asimana (as mənəm de-
mə yə, asın imanına) çatmaq istəyənlər daha çox kamillik mərhələlərinə; sa-
vada, ağıla, saza-sözə, mərifətə... çatmağa çalışırdılar. Daxili gözəllik özünə 
inam, milli qürur, dizə təpər, gözə işıq verəndə Azların yerişlərinə, duruşla-

140
Söz mətbəxi
rına da məğrurluq verib onları ilhamlandırır, cazibədar edir, gözəlləşdirirdi. 
Elə ki, çatırdılar axırıncı mərhələyə deyirdilər ki,”artıq bu aslandır” yəni “As 
oğlandır”(Aslanınsa erkəyi diçisi olmaz), “hər gözəlin bir eybi olar”, “erkək 
atın çulu cırıq olar”, qoy bu eybi “don” olsun, çünki kamilliyin sonu yoxdur, 
amma “don” o qədər vacib deyil, qoy eyibimiz donda olsun, mərifətdə, igid-
lik də, savadda və s. olmasın deyirdi azların-milli mental xüsusiyyətləri. Bunu 
dona hətta pis baxmalarından da görürük “dondan dona girir”, “gündə min bir 
dona girir”, “üstü bəzək, altı təzək”. Necə sərrast, gözəl deyib babalarımız. 
Don sözü donmaq, yəni inkişafdan qalmaq, dan sözü formasında danmaq, 
giz lətmək (eybimizi örtək), qaranlıq (dan yeri sökülür yəni səhər açılır), dön 
sözü kimi dönük, satqın və s. mənfi məna yüklüdür ana dilimizdə. Pal-paltarı, 
bər-bəzək, var-dövlət və bu kimi şeylərə don, yəni zahiri deyirdilər aslar-
azlar. “Mənlik” anlayışına indiyə  qədər bu xarici atributlar daxil edilməyib 
azərilərdə. 
İndi özümüzdən çoxları və yabançılar anlaya bilmirlər ki, bu Azların baş-
çıları, xanları niyə ildə bir dəfə öz evlərini yağmalatdırırdılar, yəni evlərini 
millətə talan etdirirdilər. “Dədə Qorqud”dakı bu fakt bütün tədris edilən müa-
sir ictimai inkişaf qanunlarını, dövlətin əmələ gəlməsi, yığma mərhələsi (etap 
nakopleniya) tarixi anlayışını ilə ziddiyyət təşkil edir. Çünki bu tarixi anlayış 
azların deyil. Onların olsa onlar yalnız hökmran olardılar, səcdəgaha dönməz, 
ilahiləşdirilməzdilər. Bu tarixi paradoksun da cavabı azərilərin gözəllik an-
lamındadır. Var-dövlətiylə, donuyla seçilmək istəmirdi Azlar. İstəmirdi zər-
zibaya görə ona hörmət etsinlər. Məsələ ondadır ki, bəy, xan rütbəsi adı son-
radan “əsilzadəliyə” aid edilib. Əvvəllər xan varlı-dövlətli, ya qolu zorlu ola 
bilməzdi, Xanlığa, xanımlığa çatmağın bircə yolu vardı. “Gözəl olmaq – As 
olmaq”. Ona görə mən Azam deyən dondan azad olmağa çalışır, donun buxo-
vundan ildə bir dəfə çıxırdılar. “Dövlət əl çirkidir” – deyib ondan azad olur, 
evlərini yağmalatdırır, talan etdirir, çirkabdan, dondan təmizlənirdilər. Buna 
görə də Xan, Xanım olaraq qalırdılar. 
Var-dövlət üçün ölənlərə, yalan danışanlara həqarətlə, təəccüblə baxır, on-
ları anlamırdılar. Başqa ölkələrdən gələn qonaqlar təəccüblə şahidlik edirdilər 
ki, əgər Azların evində nədənsə xoşun gəldiyini bildirsən qiymətinə baxma-
yaraq onu sənə verəcəklər, imtina etməyin isə heç bir mənası olmayacaq, zor-
la verəcəklər. Qonağa “Evimi öz evin bil, özünü öz evində hiss et” demək 
ifadəsi indiyə qədər dilimizdə qalıb. Azərlər bunu hərfi mənada deyir, qona-

Gözəllik ondur doqquzuncusu dondur
141
ğın istifadə etdiyinə, yeyib-içdiyinə, götürdüyünə, apardığına sevinər, başqa 
xalqlardan fərqli olaraq gedən qonağa zorla pay qoyar, dost-tanışa, yanlarına 
gedən olanda arxalarınca sovqat göndərərdilər. Bunların hamısı, bayramlarda 
sovqat, pay göndərmək də evini yağmalatdırmağın bir üsulu idi. 
“Kitabi-Dədə Qorqud”da, Dədə Qorqudu, heç bir donu, varı, dövləti olma yan 
kəsi, ən uca məqamda görürük. Çünki o artıq gözəlliyin ən yüksək mərtəbəsində 
idi, səcdəgaha çevrilirdi. Avropadakı Allahlara çevrilmiş Aslar kimi. 
Xaricilər tərəfindən anlaşılmayan bu faktlar Azərlər üçün normal hal idi. 
Çünki dondan azad olmaq üçün bu da bir bəhanə idi. Amma vay olaydı kimsə 
Azın, Azərinin mənəviyyatına, mənəmliyinə, gözəlliyinə toxunardı. Onda 
qiyamət qopardı. Onda As dönüb, “asi” olurdu. Mənəmlik, gözəllik qanunları 
hələ də gen yaddaşımızda, kişilənmək həvəsimizdə qalıb. 
Saz-sözlə xanlığa çatanların sazını da öz gözlərindən salmağa, milli musi-
qidən, laylalardan, nağıl, dastanlardan ayırmağa müyəssər olmağa çalışırlar. 
Çünki sazda-sözdə, muğamda, laylarda, dastanlarda və s. nağıllarda Azları 
coşduran tərbiyə edən ilahi kodlar var. 
Avropada ABŞ-ın siyasi kəşfiyyatının və sonralar mərkəzi kəşfiyyat ida-
rə sinin  rəhbəri, general Alan Dalles bu dünyəvi siyasətin üstündən pərdəni 
götür dü. Bunun SSRİ-nin dağılması üçün tətbiq edildiyinə baxmayaraq bu 
siyasət Azlara qədimdən indiyə qədər tətbiq edilməkdədir. 
1954-cü ildə Dalles yazırdı: “Rusiyada xaos səpmək üçün biz hiss 
edilmədən onların dəyərlərini yalançı dəyərlərə dəyişdirib, bu yalançı dəyərlərə 
inanmağa məcbur edəcəyik. Necə? Onun özünü dərketmə hissini söndürüb 
məhv etməklə. Məsələn,  ədəbiyyat və incəsənətdən sosial mahiyyətlərini 
silməklə.  Ədəbiyyat, teatral, kino-hamısı insanın alçaq hisslərini göstərib 
tərifləyəcək, tərənnüm edəcək” və s. və bu kimi. 
Özünə inanan çox güclü inamlı Aslar, Azlar heç nəyi itirməkdən qorxmur-
dular. Qorxu hissi, yalan, paxıllıq olmayan yerdə, kamil gözəllik olan yerdə 
gözəlliyin  ən yüksək mərhələlərindən birinə  mərhəmətliyə, yumşaqlığa, 
ilahiliyə qovuşurdu. “Azlar, Aslar igid yıxdığını basmaz, basdığını kəsməz” 
deyirdilər. Güləşdə, idmanda yıxdıqlarının əlindən tutub qaldırar, qucaqlaşar-
dılar, onu basıb əzməz, əziyyət verib ağrıtmazdılar, çünki acı hisslər olmazdı 
içərilərində. Güləşdə qaliblə fəxr edər, onu öyərdilər yıxılanlar, çünki paxıllıq 
olmur Gözəllərdə. Ona görə də Koroğlu fəxrlə: 

142
Söz mətbəxi
Hay deyəndə haya basır
Huy deyəndə huya basır
Koroğlunu suya basır
Gizir oğlu Mustafa bəy 
– deyə öyünürdü. 
Yıxılan igidlər məğlub hesab edilməz, sevinərdilər ki, bizdən güclüsü 
gəlirsə xalqımız basılmayacaq. 
Çünki təhqir yox idi burda, qalibiyyət ümumi, hamının o cümlədən həm 
də yıxılanın idi. Məğlub olan yoxdu. 
Basdığını da kəsməzdi As. Basqına, haqqını almağa gedəndə əsirləri öl-
dür məzdi, haqqı, ədaləti tapdalamazdı. Ona görə ki, Azlar mərhəmətli, ürəyi 
yumşaq idilər. 
Dəli dilimizdə həm də doludu. Dəli həm də şair mənasındadır. Əslində 
Koroğ lunun 7777 dəli-dolu-şairi əli sazlı yaradıcı aşığı – işığı vardı sonda ha-
mısı Koroğlu kimi silahı yerə qoyub Qorquda dönür, işığa-aşığa çevrilirdilər. 
 Heyvanları vəhşiyə çevirən qorxu və qorxuyla bağlı ifraz edilən aqressiya 
hormonlarıdır. Qorxu hissindən məhrum olan balaca uşaqlara və çox sərxoş 
olanlara ən acıqlı itlər, vəhşi heyvanlar toxunmur, onlarla oynayırlar. Məcnun 
ölümdən qorxmadığı, yalnız sevğiylə yaşadıqı üçün yırtıcılar ona sığınırdılar. 
O da dəli-dolu aşiq-işıq olmuşdu. 
 Azları canavarlarla, ilanlara, ayılarla, pələnglərlə oynayan görən ya-
bançılar dəhşətə  gəlir, onlara səcdə edirdilər.  İzahı isə çox sadə idi: özünə 
inamlı, qorxmaz, mərhəmətli və buna görə gözəl insanları, təbiəti, heyvanları 
sevərdilər babalarımız. Buna görə də heyvanların çoxu onlara yalmanır, yan-
larında qalır, bəziləri hətta təbiətə qayıtmayıb əhliləşirdilər. Yırtıcı heyvanla-
rın nağıllarımızda qəhrəmanların köməyinə gəlməsi həmin vaxtlardan qalma 
yaddaşımızın xalq yaradıcılığındakı əksidir. 
Ürəyi yumşaqlıq gücdən, güc ruhdan (ona görə şərq döyüş növlərində birin-
ci yerdə ruhi keyfiyyət, ruhi güclülük durur), ruh tərbiyədən, (elmi, fiziki, daxili 
və s.), tərbiyə təlimdən, təlim ilhamdan, ilham layladan, layla ana sü dündən, süd 
isə anadan gəlirdi. Bu doqquzluq gözəlliyə çatmağın ilkin şərt lə riy di. 
Var-dövlətin, pulun, geyimin donun mənfi atributlar olduğunu, dövləti, 
xal qı zəiflətdiyini Spartanın çarı Likurq gözəl başa düşmüşdü. Ola bilsin ki, 
Likurq aslarla tanış idi. Çünki qoyduğu çox sadə qanun-adətlərlə o Spartanı 

Gözəllik ondur doqquzuncusu dondur
143
qa lib  ölkəyə çevirmişdi və Likurqun qoyduğu qaydalar pozulana qədər 500 il 
Spartaya heç kim qalib gələ bilmədi. Likurq iri dəmir pulların işlənməsi (rüş-
vət almaq mümkün olmadı), birgə simposiyalar (birgə yemək), eyni toqa (ge-
yim) və s. haqqında senatdan keçirdiyi qanunlar spartalıların dondan, vardan 
asılılığını götürdü və onları qalib etdi. Əsl spartalı xəlvətdə istədiyini ye səy di
ya sadə toqadan başqa bir şey geysəydi ona öz uşaqları da həqarətlə baxar, 
hör mət etməzdilər. Var-dövlət toplamaq, qarət etmək üçün səbəblər aradan 
qalxmışdı. Bu tarixi fakt da əsl gözəlliyin millətin formalaşmasında, idarə 
edilməsində çox güclü faktor olduğunu göstərir. 
Dahi rus yazıçısı, Şərqin bilicisi Lev Tolstoy çox gözəl deyib: “Dünyanı 
gözəllik xilas edəcək”.

144
Söz mətbəxi
MATRİARXAT
İki uşaq ana bətnində söhbətləşir. 
İnanclı – Mən inanıram ki, biz ana bətnindən çıxdıqdan sonra daha gözəl, 
geniş dünyaya çıxacayıq. 
Ateist – Yox əşşi. Hər şey, bütün dünya yalnız buradadır. 
Buradan sonra həyat yoxdur. 
İnanclı – Biz orada öz ağzımızla yeyəcək, öz ciyərlərimizlə nəfəs alaca-
yıq. 
Ateist – Sən nə danışırsan, biz bunu necə edə bilərik? Biz hər şeyi gö bə-
yimizdən alırıq. Ağzımızla necə yeyə bilərik?
İnanclı – Mən həsrətlə gözləyirəm ki, işıqlı dünyada ən azı Anamızı 
görəcəm, ona qovuşacam.  İndi o bizim dünyamızı  sığallayanda, ya mahnı 
oxuyanda onu eşidirəm. 
Ateist – Bu təbiət hadisələridir. Ana – filan yoxdur. Özünü yalançı ümid-
lərlə yorma. Oradan heç kəs qayıtmayıb. Başqa həyat yoxdur. (Rusca eşitsdi-
yim məsəl). 
Vətənimdir (ata bətni T. Ə.), 
Vətənimdir (ana bətni T. Ə.), 
Vətənimdir (yaşadığımız dünya T. Ə.), 
Vətənim (gedəcəyimiz dünya T. Ə.). 
  
 
 
Məhəmməd Fizuli
Ümumiyyətlə, “Anfas” jurnalını çox bəyəndim. Yazıların səviyyəsi çox 
yüksəkdir. Məqalələr, xüsusilə də Alov xanımın yazıları çox maraqlı və gö-
zəl yazılıb. Amma zənnimcə bir az ifrata varılıb. Yazılarda artıq neçə yüz-
il liklərdir ki, Avropa xristian kilsə  təbliğatının güclü təsiri görünməkdədir. 
Bu təbliğatın əsas məqsədi cinslər arasındakı yaxınlaşmanı, müttəfiqliyi mi-
nimuma endirmək, cinsləri bir-birinə qarşı qoymaqdan ibarətdir. Parçala və 
hökm sür siyasəti bir-birinin yarısı olan yarımkürəcikləri eyni adlı yüklərlə, 

Matriarxat
145
qorxu, inamsızlıq və s. mənfi və yaxud mən daha yaxşıyam müsbət yüklərilə 
yükləməklə bir-birindən uzaqlaşdırmaqdır. Bu ideologiya yarımkürələrin bir-
ləşib bütöv kürə halına düşməsinin, kamilliyin bərpasının əleyhinədir. Avro-
pada yaranmış ictimai münasibətlərin avtomatik olaraq Azərbaycana  şamil 
edilməsi, Azərbaycan təfəkkürünə yeridilməsi məntiqdən kənardır. Avropa-
nın qidalanma sisteminin Azərbaycana yeridilməsi azərbaycanlı orqanizmi 
üçün zərərli olduğu kimi, Avropadakı cinsi ictimai münasibətlərin də bizə şa-
mil olunması  zərərlidir. Azərbaycanın  ərə getməmiş  qızlarına uşaq evindən 
uşaq götürmələrinin, yaxud Avropadakı kimi nikahdan kənar uşaq dünyaya 
gətirməyin, atasız uşaq böyütməyin mümkünlüyünün təbliği  əvəzinə  şərqə 
məxsus olan adətlərin bərpasına çalışmaq daha düzgün olardı. 
Avropada ailədə və ya natamam ailədə böyümüş uşaqlar sonradan vali-
deyn lərinin demək olar ki, qayğısına qalmır, qoca valideynlərini yalnız döv-
lə tin  ümüdinə qoyur, ailəni o qədər də yüksək tutmurlar. Natamam Avropa 
ailəsində anasından ayrılmış 18 yaşlı oğul bir gün anasının qapısını döyəndə 
anası biz bu günə və bu saata görüşməyi danışmamışdıq, yanımda başqa kişi 
var deyə, oğlunu qapıdan qaytarır. 
Ailə münasibətləri zəncir formasındadır, bir-birilə bağlıdır. Nə isə bir yer-
də dəyişdikdə tədricən hər şey dəyişir. Belə böyüyən insanlar ailəni yalnız cin-
si tələbat və iqtisadi əlaqələr üzərində qururlar, sevgi, müqəddəslik, ehtiram, 
inam, bir-birinə yanma itir. Bu da ailəni heyvan cütlüyü, yaxud heyvan sürüsü 
şəklinə gətirir. “İsveç ailəsi” adlanan ailələr, ya svinger ailələr kimi. . . 
Şərqdə qadınların sayı kişilərdən çox olanda (müharibədən sonra və s.) 
başqa bir model təklif edilir, çoxarvadlılıq modeli. Bu model zəruri hallarda 
işləyə bilər, həm də bu ailənin əsasını zərbə altına qoymur. Yoxsa marksizmin 
banilərinin göstərdikləri kimi ailə lazımsız bir şeyə çevrilərək yox olacaqdır. 
O ki qaldı yetim uşaqlara, şərqdə yetimləri imkanlı və öz uşaqları olan ailələr, 
yaxud yaxın qohumları – əmi, dayı, xala, bibiləri övladlığa götürürdülər. Baş-
qa bir praktika da vardı. Varlı ailədə, bəy, xan ailəsində yalnız qız uşaqları 
vardısa, onlar yetimlərdən, ya kasıb ailədən muzdur oğlan uşağı götürər, onu 
böyüdər, tərbiyələndirər, oxudub qızlarını ona verərdilər. Yəni müxtəlif yol-
larla uşaqların həyatını tənzimləyər, onları ailəyə qaytarardılar. 
İndi isə qayıdaq Avropa-xristian siyasətinə və onun bizlərə təsirinə. 
İnsan həyatını idarə edən üç amil var ki, hər üçü yüksək həzzlə, ləzzətlə 
mü şayiət olunur. Bunlar qida, sevgi və yaradıcılıq ləzzətləridir ki, insanı tək-

146
Söz mətbəxi
lik də zərrə kimi, cəmiyyəti isə bütövlükdə ümman kimi inkişafa, kamilliyə, 
yaşamağa sövq edir. 
Qida ləzzətli olmasa insan qidalanmağa can atmaz və bioloji fərd kimi 
məhv olar. Qida ləzzətli aclıq hissi ödənildikdə yaranır. Yəni canlı orqanizmin 
hüceyrələrində qida maddələri çatmadıqda hüceyrələr aclıq hissi yaradırlar ki, 
o da canlı məxluqu qida axtarışına sövq edir. Onda qida axtarışı, onu tapmaq 
bacarığını  və sairəni formalaşdırır. Hüceyrələr doyduqdan sonra aclıq hissi 
də itir. Başqa canlılardan fərqli olaraq yalnız insanda aclıqdan başqa bir hiss 
də, iştaha hissi də formalaşıb. Hətta yenicə yeməkdən doymuş adam gözəl 
bəzənmiş bir süfrə, yemək gördükdə yenidən yemək istəyir. Bu artıq aclıq 
yox, iştaha hissidir. İştaha hissini təmin etməyə çalışan insanlar daha yüksək 
keyfiyyətli, dadlı, gözəl qida axtarışında olur. Belə qidanı daima əldə etmək 
üçün isə insan cəmiyyətdə müvafiq yer tutmalı, daha çox pula, ya hakimiyyətə 
sahiblənməlidir. Bu onlarda müəyyən iddialar yaradır ki, yaşasınlar. Xristian-
lıq da belə iştahalı və iddialı adamları qarınqulu adlandıraraq onları odda yan-
dırırdı. V əsrdən xristianlıq bütün dinlərdə qadağan edilmiş (atəşpərəstlərə, 
yəhudilərə, xristianlara da) donuz ətini yeməyə  təşviq etdi. Quranları yan-
dırmaqla xristianlıq hakimiyyətə, var-dövlətə iddialı olanları  məhv edirdi. 
Beləliklə insan əslində yaşayır ki, yesin və yeyir ki, yaşasın. 
Bütün canlılara məxsus olan ikinci ləzzət hissi cinsəl aclıq hissidir. Bu 
hiss dən məhrum varlıqlar da məhvə  məhkumdurlar. Buna görə  də canlılar 
nə sil  artırmaq məcburiyyətindədir. Bioloji ömrün doğum, yumurta qoymaq 
müddətləri canlılarda yalnız doğumla bağlı müvafiq cinsi əlaqə tezliyi yaradır. 
İnsanlarda isə cinsi əlaqə ehtiyacından başqa sevgi, eşq, məhəbbət hissi yaranır. 
Bu qidalanmada mövcud olan iştahanın ekvivalentidir. Bu üzdən insanlarda 
cinsi əlaqə tezliyi çox vaxt dünyaya uşaq gətirməklə bağlı olmur, ömrün uzun-
luğunun, hamiləlik müddətinin və s. təsiri demək olar ki, hiss edilmir. Həm 
də cinsi əlaqə insanlarin inkişafına, yaradıcı xüsusiyyətlərini gücləndirməyə 
xid mət edir. Beləliklə, insan yaşayır ki, sevsin, sevir ki, yaşasın. Şərqdə sevgi, 
məhəbbət hissləri aliləşdiriləndə, cinsi əlaqə vasitəsiylə kamilliyə çatma elmi 
formalaşanda, məhəbbətin daosu, sevgi tantrası geniş tətbiq ediləndə, yalan-
çı xristianlıq sevgini heyvani hisslərlə eyniləşdirdi.  İnsana məxsus olan bu 
hiss, bu hissin təminatı da insanı fərqlənməyə, var-dövlətə, hakimiyyətə sövq 
etdiyindən xristianlıq buna da qadağalar qoydu. Yüksək estorogenli, ehtiraslı, 
yaradıcı, ağıllı, hissiyatlı, gözəl qadınları tonqallarda yandırmağa başladılar. 

Matriarxat
Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin