Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix06.06.2020
ölçüsü1,9 Mb.
#31812
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
Soz metbexi


147
Cinsi əlaqə, sevgi murdar elan edildi. Bu səbəbdən insanlarn çoxu cinsi 
əla qədə heyvan kimi olurlar. Bu günün özündə də sivil xristian dünyasında 
rahiblər və kahinlər evlənməmək andı içirlər. Onlar qadına toxunmurlarsa, 
daha təmiz, müqəddəs hesab edilirlər. Əgər qadın monaxinyalığı, rahibəliyi 
qəbul edirsə, kişiləri murdarlamadığı üçün günahları bağışlanılır. Bütün bun-
lar xristianlığın qadına murdar bir məxluq kimi baxdığını göstərir. Yalnız döl 
verən olduğu üçün onun varlığına dözülür. Buna görə bu xristianlıq ənənələri 
mədəniyyətsizliyində  tərbiyə almış  qərb yazıçılarının  əsərlərində qadın 
şəxsiyyət deyil, yalnız seksual obyektdir. Bu, Mark Tvenin, Şekspirin, Viktor 
Huqonun və başqalarının  əsərlərində  də belədir. Məsələn: Viktor Huqonun 
eybəcər Kvazimoda obrazı şəxsiyyət xarakteristikasına malik olduğu halda, 
Esmeraldo şəxsiyyətsiz gözəl kukladır, gəlincikdir. 
Müasir seks shoplarda satılan gəlinciklər elə bu təfəkkürün məhsuludur. 
Hələ XVIII-XIX əsrlərdə qadının hüququ olub-olmaması barədə mübahisə 
aparan Avropa belə gəlincik yarada bilər, Şərq yox. Azərbaycanımızda yalan-
çı xristianlığın tərbiyəsi ilə böyümüş mütəfəkkirlərin əsərləri orta məktəbdən 
tədris edilir, öyrənilir, tədqiq və təbliğ edilir. Bu əsərlərdən nə qədər inşalar 
yazmışıq. Bəzən biz onların yazarlarını özlərindən daha yaxşı tanıyırıq. 
Bir xristian ölkəsi göstərin ki, Nizami, Füzuli, Tusi və s. orta məktəblərdən 
tədris edilir. Bu gün balalarımız ingilis, alman, italyan və s. dillərdə mahnı-
lar ifa edir, onlara qulaq asırlar. Muğamla cazı yalnız azərbaycanlı sintez edə 
bilərdi,  əksini kimsə etməzdi. Hansı xristian ölkəsində bizi bu qədər təqlid 
edirlər? Bu gün də biz öz ölkəsinin qanunlarını, öz dininin tələblərini poza-
raq, öz ordusuna xəyanət edərək 14-15 yaşlı rekurtu 13 yaşlı qızla evləndirən 
Valentin bayramını sevgililər günü kimi qeyd edirik. Xristian dünyasında isə 
Leyli və Məcnun, Nəbi və Həcər, Beyrək və Banuçiçək günü bayram edilmir. 
İş o yerə çatıb ki, insanlarımız xaricilərə, avropalılara bənzəməkləri ilə fəxr 
edir, özlərini mədəni adlandırırlar. İfadəmə görə üzr istiyirəm, yumşaq tərzdə 
desək, babalarımız Mete, Atilla, Çingiz, Teymur, Mehmet Fateh, Osman və 
başqaları avropalıların anasını  ağladıblar. Nə vaxtdan biz bic qardaşlarımızı 
özümüzə hakim seçmişik, onlara bənzəməyə çalışırıq? Budurmu mədəniyyət?
Bu təbliğatın nəticəsidir ki, bütün müsəlman ölkələrində ya xristian qo-
şunları, ya hərbi bazaları var. Hansı xristian ölkəsində müsəlman əsgəri var?
Nizami Gəncəvinin “Yeddi Gözəl”inə baxın. Gözəllər bütün elmlərdən 
xəbərdardırlar, şeir yazırlar, rəsmlə məşğuldurlar və s. Yalnız axırda çox az 

148
Söz mətbəxi
onların xarici görünüşləri vəsf olunur. Hər qadın obrazı  şəxsiyyətdir.  Şaha 
dərs verən Fitnə obrazı kimi və yaxud İsgəndərə dərs verən Nüşabə kimi. 
İndi Azərbaycanda 72 gender təşkilatı var. Əslində bunlar qadın təşkilat la rı-
dır. Bu təşkilatlarda demək olar ki, kişilər yoxdur. 200-ə yaxın ağıllı, bacarıqlı, 
savadlı, aktiv qadın bu təşkilatlarda rəhbərdirlər (sədr və müavinlər). 200-ə yaxın 
güclü qadın ailədən, uşaqdan, ərdən, dövlətdən, elmdən, siyasətdən kənarda qa-
lıb. Qadına nifrətlə baxan xristian – Avropanı özlərinə hakim seçib onlara nəyisə 
isbatlamağa çalışırlar. Bu yüksək estorogenli qadınların “yandırılmasının”, 
cəmiyyətin əsas problemlərindən uzaq salınmasının əsas yollarından biridir. 
Üçüncü təbii ləzzət yalnız insana məxsusdur ki, bu da yaradıcılıq ləzzətidir. 
İlham gələndə, o hansısa teoremi formalaşdıranda, çətin bir məsələnin həll 
olmasına başladığı anda, şeir misraları gələn anda, fırçanın özünün öz-özünə 
çəkdiyi anda yaradıcı insanın aldığı ləzzətin yerini heç nə vermir. Bu anda ona 
toxunmaq olmaz. Beləliklə, insan yaradır ki, yaşasın, yaşayır ki, yaratsın. 
Yalançı xristianlıq alimləri də tonqallarda yandırırdı. İslamın gəlməsi, dün-
yaya yayılması tonqalları söndürsə də yeni yandırma metodları axtarıldı, tapıldı. 
Məsələn, güclü, gözəl, ağıllı qadınların başını gender adlanan problemə qatmaq-
la. İnsanları xalq, xəlq edəcək bilgilərin insanlara verilməsini qadağan etməklə 
asan idarə edilən kütlə halına salmaq yalançı xristianlığın əsas məqsədi idi. İs-
lam insanlığı xilas etməsəydi, dünya vəhşət içində yaşayacaqdı. 
Əgər biz gender probleminə toxunsaq hazırda kişilərin daha çox hüquq-
ları tapdalanır. Mən bu hüquqların uğrunda mübarizə etmək fikrində deyiləm. 
Amma bu barədə danışmaq istəyirəm. 
Kişilərin indi orta ömür uzunluğu təxminən 60 yaş, qadınlarınkı 75 yaş 
götürülə bilər. Belə olan halda kişilərin təqaüdə 65 yaşında, qadınların 55 ya-
şında təqaüdə çıxması hüquq bərabərsizliyi, kişilərə qarşı haqsızlıq deyilmi? 
Beləliklə, kişilərin bir hissəsi ümumiyyətlə təqaüd yaşına çatmır. Qadınların 
isə çoxu 20 ilə yaxın təqaüd alacaq (və yaxşı ki, onlar bunu alır!). 
Ölkəmizin 8 Mart rəsmi qadınlar günü var. Amma kişilər günü ayrıca bay-
ram kimi qeyd olunmur. Ordu günü, polis günü və s. peşə bayramıdır. Bu 
peşələrdə qadınlar da var. Bu gender bərabərsizliyi deyilmi?
Boşanmalar zamanı uşaq demək olar ki, bütün hallarda anaya verilir. Bu 
da əslində kişinin cəmiyyətdə daha hüquqsuz olduğunu göstərir. 
Biraz gülməli görünsə də hüquq müstəvisindən kənarda da bərabərsizlik 
baş alıb gedir. 

Matriarxat
149
1. Qadınlar demək olar ki, həmişə görüşə gecikirlər. Kişilər əllərində gül 
15-30 dəqiqə qadınları gözləyir. Bu da kişinin boş, səmərəsiz yerə vaxtını, 
əsəblərini itirməsidir. Bu kişinin vaxtına hörmətsizlik göstərməklə cinslərin 
münasibətində qadınların daha üstün olduqlarının nümayişi deyilmi? Bəzən 
“canı çıxsın gözləsin” deyə buna haqq da qazandırırlar. “Mütləq heç olmasa 15 
dəqiqə gecikmək lazımdır” – deyə xanımlar bir-birinə hətta məsləhət verirlər. 
2. Kişi görüşə güllərlə gəlir. Biz bu gülləri hansı sevinclə, hansı duyğular-
la, ləzzətlə seçirik, kaş biləydiniz. Amma qadınlar kişiyə gül almaq üçün vaxt 
sərf etmirlər. Bu münasibətlərdə də qadınlar daha üstün olurlar. 
3. Kişilər qadınları öz sevdikləri əyləncələrə, məsələn, futbola baxmağa 
dəvət etmirlər, daha çox qadınların zövqünü oxşamağa çalışırlar. 
Bu siyahını davam etdirmək olardı. Qadını kişiyə  bərabər tutmaqla nə 
istəyirsiniz? Bərabərlik tələb edir ki, Siz gül alıb bizi görüşdə 15-30 dəqiqə 
gözləyəsiniz. İctimai nəqliyyatda Sizə yer verilməyə və s. (gülməlidir, amma 
bunu biz kişilər yox, qadınlar istəyir). Budur bərabərlik. Bundan əlavə gərək 
qızlar özləri ev tiksinlər ki, oğlanı öz evlərinə aparsınlar, ərlərinə pal-paltar, 
zinət  əşyaları alsınlar və s. Kişilər isə  əvəzində onlara çay verərlər, ya evi 
tozsoranlayarlar və s. Əgər bərabərlik istəyi varsa, onda hər şey axıra kimi 
bərabər olmalıdır. Məsələn, mən belə  bərabərliyi istəmirəm. Mən istəyirəm 
özüm hər şeyi ailəm üçün qazanım gətirim. Ailəmin nazıyla oynayım. Qoy qa-
dınlar həmişə kişilərdən üstün və kişilərimiz də bunun üçün qürurlu olsunlar. 
Qadın və qızların döyüşlərdə iştirakının qəti əleyhinəyəm. Bir kişi həlak 
olarsa bu faciədir, amma bir qadının, qızın həlak olması artıq məşhərdir, dün-
yanın məhvi deməkdir, çünki qadın dünyaya uşaq gətirməlidir. Bu qadının ən 
təbii və ən ilahi funksiyasıdır, o kişi olmağa çalışsa belə. 
Hazırda Azərbaycan cəmiyyəti daha çox qadın təfəkkürlüdür. Bu xalqımızı 
sülhpərvər edir, döyüşdən uzaqlaşdırır. Matriarxat düşüncəsi dairəsində olduğu-
muz üçün daha çox alim, bəstəkar, şair-yaradıcı insanlar doğulur, döyüşçü yox. 
Bu çox gözəl hadisə olardı, əgər ətraf dünyada da qadın simvolları güclü olsaydı. 
Təəssüf ki, belə deyil. Azərbaycandan Azər bayramı, mətbəximizdən kişilik sim-
volları götürüldükdən, aşığın, sazın rolu azaldıqdan sonra Novruz bayramının, 
muğamın, paxlavanın, yəni, qadınlığın rolu gücləndikcə xalqımızın ekspansiv 
kişilik xüsusiyyətləri azaldı, döyüşçülər daha az doğuldular, yaradıcılar isə daha 
çox. Bu ona gətirdi ki, Azərbaycan parçalandı, tikə-tikə edildi. Xalqımız nəinki 
yeni torpaqları istila etdi, heç əlındə olanını da saxlamadı və saxlaya bilmədi. 

150
Söz mətbəxi
İtirə-itirə də gedirik. Digər tərəfdən Avropa ilə Türk dünyası arasında bufer zona-
sı kimi yaradılmış Rusiyaya başqa simvollar təlqin edildi. İlk öncə katolik Avropa 
yeni yaradılan Rusiyaya xristianlığın katoliklik qolunu deyil, məhz pravoslavlığı, 
yəni Yunan xristianlığını sırıdı. Avropadan pravoslav Paleoloqun qızının, yunan 
şahzadəsinin yeni Rusiyaya gəlin göndərilməsi də buna bir sübutdur. Yunanlar-
la türklərin əsrlər boyu döyüşmələri yunan təfəkküründə türklərə nifrət, döyüş, 
qisas hissi formalaşdırmışdı ki, bu hiss yunanların dini olan pravoslaviyada da 
öz izini qoymuşdu. Rusiyaya pravoslavlığı ilə birgə türklərə qarşı olan hisslər də 
təlqin olunurdu. Rusiyanı öz köklərinə, türklərə qarşı qoymaqla Avropa həm yeni 
yaranan Rusiyanın, həm Türkiyənin diqqətindən kənarda qalır, inkişaf etməyə 
macal tapırdı. Əslində rus çarları və çariçaları daha çox katoliklər idi. Amma əsl 
dönüşü I Pyotr etdi. Əgər qısa da olsa I Pyotrun islahatına diqqət yetirsək görərik 
ki, I Pyotr daha çox ideoloji islahatlar aparırdı. Bu ideologiyanın əsası rusları, rus 
dövlətini kişiləşdirməklə ekspansiv olmalarını təmin etmək idi. Türklərə, yəni 
öz köklərinə qarşı nifrət artıq din vasitəsilə  təlqin edilmişdi. Rus dilində  şərq 
millətlərinin adları artıq söyüş kimi işlədilməyə başlamışdı. Turok, tatarin, çukça, 
xaxol, bender və s. bu gün də rusca həm də söyüş kimi səslənir. “Nezvanıy qost 
xuje tatarina” ifadəsində olduğu kimi. Moskvanın simvolunda isə Müqəddəs Ge-
orgi qıpçaq türklərinin həmzatı (totemi) olan ilanı öldürürdü. 
Yeni paytaxtın Sankt-Peterburqun tikilməsi də o dövrdə şərqin ənənələrini 
yaşadan Moskvanın təsirini yoxa çıxartmaq,onun ideologiyasıni dəyişmək 
Rusiyanı avropalaşdırmaq məqsədi güdürdü. Yeni paytaxtın memarları belə 
Kamerun, Rastrelli və s. kimi avropalılar idi. 
I Pyotr ilk öncə kilsəni parçaladı. Bu parçalanmanın başlıca mənası Kilsədə 
Ana Məryəmin rolunu azaltmaq, qadınlıq simvolunu ikinci, aşağı plana sal-
maq, İsanın kişilik simvolunun gücləndirilməsindən ibarət idi. Bu addım rus 
xalqını nifrət etdiklərinə qarşı yalnız sözdə deyil, həm də işdə mübariz etməyə, 
onu ekspansiv etməyə yönəldilmişdi. Sonra I Pyotr təzə ili daha sərt, kişilik 
zamanına yəni, qışa keçirtdi. Yeni il qadınlıqdan tam azad oldu. Qışın oğlan 
çağına, İsanın doğulduğu vaxta keçirildi, Ana Məryəmdən uzaqlaşdırıldı. 
Rəhmətlik Xəqani babamız bir neçə dəfə “İsa gəldi, Azəri diriltdi” deyə 
bizə xəbər verir, yəni Azər ayının sonunda indiki təqvimlə 21 dekabrda Azər 
ayı bitirdi, 21-dən 22-sinə keçən gecə isə küknar ağacının altında İsa dünyaya 
gəlirdi və bu zaman külçə, kuliçi, kuliç bişirilirdi. Kuliçin bizdən götürüldü-
yünü rus alimləri də yazırlar. Kuliç fallos formalıdır, kişilik simvoludur. Azər 

Matriarxat
151
bayramını ləğv etməklə mətbəximizdən kişilik simvolu götürüldü. Qeyd edək 
ki, dilimizdə dörd ağacın adı narla bağlıdır: biri nar-alov, sonra gilənar, giləsi 
nar, digəri çinar-içi nar və küknar – göy, göğ nar, səmavi nar mənasında. . . İsa-
nın səmavi narin, səmavi alovun altında doğulması da səciyyəvi məna daşıyır. 
I Pyotr mart ayında bişirilən rombu, paxlava formasını rus mədəniyyətindən 
çıxartdı. Rus mədəniyyətində paxlavaya, romba bənzər hazırlanan məhsul 
“priyanik” idi. Əvvəllər XIV əsrə  qədər rus dilində “pryanost” sözü yox 
idi, əvəzində “zelye” sözü işlədilirdi, “pryanik” isə var idi. Hətta XIX əsrdə 
bubnovı kartlara (romb şəkili kartlara) pryanik deyirdilər. Paxlava, romb isə 
stilizə edilmiş qadın simvoludur. Pryanikin romb formasını itirməsi barədə 
məşhur rus alimi N.İ.Kovolyov daha geniş  məlumat verir. Sonralar yas 
mərasimlərində verməklə, ad günü və bayramlardan çıxarmaqla pryaniklərin 
romb forması ləğv edildi. Bizdə qışda azər bayramında bişirilən, kuliç ruslar-
da daha da gücləndirilib eydi-fəshənin (Pasxanın) simvoluna çevrildi, yazda 
Pasxada verildi. Qadınlıq simvolu olan Pasxa da beləcə kişiləşdirildi. Martda 
maslenisadan rombun, pryanikin yox edilməsi də baharı kişiləşdirdi. I Pyotr 
axşamdan qalmış borşu (şini) səhər içməyi qadağan etdi. Bu daha bir qadın 
simvolunun mədəniyyətdən çıxarılması idi. 
Türklərə, müsəlmanlara oxşamamaq üçün rusları saqqallarını  qırxmağa 
məcbur etdilər. Belə islahatlar rus həyatının hər tərəfini əhatə edirdi. Məhz bu 
islahatlar rus xalqını kişiləşdirdi, ona ekspansiv xarakter verdi. Yalnız bu isla-
hatlardan sonra Rusiya türk, şərq dünyasını tutmağa başladı, amma Avropaya 
səcdədə qaldı. O Avropa ölkələrindən güclü olmasına, isveçlərə, almanlara, 
fransızlara dəfələrlə qalib gəlməsinə baxmayaraq, onlara səcdə etməsinə da-
vam edirdi. Beləliklə, avropalı olmağa çalışan türkqanlı Rusiya yarandı. Lakin 
rus xalqı artıq doğulmur, o başqa millətlərin hesabına formalaşır. 
Biz isə doğuluruq, lakin döyüşmürük. Əslində ölkəmizdə matriarxatdır, 
bizim patriarxatı təbliğ etməyə daha çox ehtiyacımız var. 
İndi isə Alov xanımın bəzi müddəalarını cavablandırmaq istəyirəm. 
Hesab edirəm ki, Avropadakı bəzən ifrata varan bərabərlikdən kənara çıx-
saq, matriarxat bizim ölkəmizdə indi də davam edir. Evimizdəki, cəmiy yə ti-
mizdəki qadın ilahələr bu gün də kişiləri öz nüfuzlarında saxlayıb ilahəlik edirlər. 
Tanıdığım, olduğum islam ölkələrində ananın, bacının, həyat yoldaşının 
tələbi, tapşırığı kişi üçün qanun qüvvəsindədir. Bu vəziyyət yalnız Sovet sistemi 
ilə murdarlaşmış islam mədəniyyətinə malik ölkələrdə pozulmağa başlamışdı. 

152
Söz mətbəxi
Bu günkü ailələrdə kişi nə qədər “mən başçıyam” desə də qadın öz is-
təyini sevgiylə, yumşaqlıqla, göz yaşları və s. metodlarla ailədə yeridir, son-
da ailədə qadın deyən olur. Azəri qadınların yüksəkliyi ondadır, evdə  əsl 
“baş çının” kim olduğunu bildirmir, kişilərə özlərini başçı hesab etmək illü-
ziyasını verirlər. Ailədə güclü, real, amma gizli hakimiyyət əksər hallarda 
qa dının əlindədir. 
Həm Dədə Qorqud zamanında, həm də bu gün uşaqlar əksər hallarda da-
yılarını əmilərindən daha çox sevirlər. Bu qadının ailədə dominantlığının daha 
bir tərəfi deyilmi? Min illərdir ki, kişi ailədə əsasən fiziki qüvvə kimi kobud 
şəkildə desək nökər vəziyyətindədir. Məişətimizdəki kişi özü də istəyərəkdən, 
ya istəməyərəkdən xoşladığı bir qəfəsə salınıb. 
Vətən, torpaq uğrunda ölənlərin  əksəriyyəti kişi olduğuna baxmayaraq 
Ata yox, Ana Vətən ifadəsi işlədilir. Məsəl var, deyirlər ki. “dil çaşar, düzü-
nü söyləyər”. Əslində kişilər ana yolunda, qadın yolunda həyatlarını verir lər. 
Azərbaycan tarixinə, nağıllara, dastanlara qayıtsaq əslində matriarxat görə cə-
yik. “Həcəri özündən qoçaq Nəbi” çox yaxın tariximizin məhsuludur. Bamsı 
Beyrəklə Banuçiçəyin at çapması, ox atması, güləş zamanı isə biabır olmaqdan 
qorxan Beyrəyin, qızın döşlərini sıxmaqla qalib gəlməsi, sonradan evlənmə 
təklifini Banuçiçəyin etməsi çox açıq tərzdə qadının üstünlüyündən bəhs edir. 
Nigarın onu görməyən Koroğluya Aşıq Cununu elçi salması, “Gəl apar məni” 
deməsi qadının gücündən xəbər vermirmi?! Ərəbzəngi obrazı, Qan turalının 
özündən daha igid qız axtarması matriarxatın gücündən xəbər verir. Nağıl-
larımızda, dastanlarımızda kişilər, igidlər yalnız icraçıdırlar. Bütün tilsimləri 
açan, yol göstərən, məsləhət verənlər sevgili xanımlar, qızlar, analar və qarı 
nənələrdir. Zənnimcə, əsl hakimiyyət gizli hakimiyyətdir. Qadınların əlindən 
bu gizli hakimiyyəti almayaq. Yoxsa dünya öz gözəlliyini itirər. 
“Get ay batandan sonra gəl, ay oğlan
 Ellər yatandan sonra gəl, ay oğlan.”
“Qoy gülüm gəlsin, ay nənə,
 Qoy yarım gəlsin, ay nənə,
 Qapıda duran oğlana
 İrəhmin gəlsin, nənə”

Matriarxat
153
kimi mahnılar qadınlarımızın azadlıqlarından xəbər vermirmi?! Necə ki, biz 
bu nağılları, mahnıları sevə-sevə oxuyub dinləyirik, təfəkkür, yaşayış tərzimiz 
də matriarxatla bağlı olacaqdır. 
İslam mədəniyyətində mövcud olmuş mütəfəkkir, şairə, alim, dövlət xadi-
mi olan qadınların adlarını çəkməyə ehtiyac varmı?!
Bu günə qayıtsaq, elə Sizin özünüzün Alov xanım və jurnalda Sizinlə 
birgə dərc edilmiş xanımların hansının hüquqlarını tapdalamaq olar?!
Bu gün cəmiyyətimizdə olan qadınların məsələn, xalq elçimiz Qənirə xa-
nım Paşayevanın, böyük alimimiz Fatma xanım Abdullazadənin və başqaları-
nın kişilərdən hüquqsuz olduqlarını iddia etmək olarmı?!
Lazım gəlsə, çoxlarla kişilər belə xanımlarımızın əlində əsir-yesir olarlar. 
Deməli, məsələ cinslərin bərabərsizliyində deyil. Azərbaycanımızda cinsindən 
asılı olmayaraq, bacarıqlı, ağıllı, iradəli, savadlı, güclü şəxsiyyətlər öz hüquq-
larından istifadə edərək öndə olur. 
“Hüququm tapdalanır” deyənlərin əksəriyyəti öz hüquqlarını heç bilmirlər 
və cinsindən asılı olmayaraq zəifdirlər. 
Təəssüf ki, bu gün hüquqları tapdalanan, qadınlar tərəfindən təcavüzə 
məruz qalan, döyülən, təhqir olunan kişilər də var. Bu günkü şəraitdə evə qa-
zanc gətirə bilmədiklərindən qadın tənəsinə, psixoloji təcavüzə məruz qalan 
kişilərin sayı kifayət qədərdir. Onların hüquqlarını müdafiə edəcək qurumlar 
isə yoxdur. Qadınların hüquqlarını isə müdafiə edən 72 təşkilatdan başqa bu 
sahədə dövlət komitəsi də mövcuddur. Bu da həqiqətdir ki, yüksək maaşlı 
prestij iş yerlərini bu gün qızlarımız daha tez tapır, nəinki oğlanlarımız. Bu da 
yetişən gənc xanımlar nəslinin daha güclü olduğunu göstərməkdədir. Bütün 
bunlardan sonra da cəmiyyətimizin patriarxatlığını isbatlamaq istəyiniz varsa 
buyurun. 
O ki, qaldı kişi hegemonluğunun isbatlanması üçün kişinin qadından əv-
vəl yaradılması faktına, gəlin məsələni baş-ayaq qoymayaq. Məsələni diqqət lə 
araşdıraq. Hadisəni araşdırdıqdan sonra onu dəlilə çevirmək olar. Bugünkü 
genetika alimlərin tədqiqatları da bütün insanların bir ata, bir anadan əmələ 
gəldiklərini və kişinin qadından çox əvvəl yarandığını göstərir. 
Adəmin öncə ondan sonra isə qadının yaranması kişinin üstünlüyünün 
göstəricisidir, yoxsa qadının?
Birincisi, əgər aləmlərin yaradıcısı kişinin üstün olmasını göstərmək üçün 
öncə kişini yatratmışsa, burada mübahisəlik bir şey qalmır. Çünki mütləq 

154
Söz mətbəxi
həqiqətin sahibi bunu daha yaxşı bilir. Əgər burada bir hikmət, bir elm varsa 
gəlin onu araşdıraq. Yaranışa qayıdaq. 
“Dünya qaranlıq içindəydi və bu qaranlığın üzərində Müqəddəs Ruh 
Elovim hərəkətdə idi” (İncilin ilk sətri). “Sonra o dedi: Qoy işıq olsun”. 
Əslində biz “Allah dedi ki” əvəzinə daha doğrusu “Allah istədi ki, işıq olsun” 
deməliyik. Amma biz adi hallarda adətən zaman və  məkan daxilində, bizim 
üçün yaradılmış mühitə uyğun düşünüb danışırıq. Beləliklə, Allah ilk öncə işığı 
yaratdı. Niyə? Çünki işıq qeyri-cisimdən, qeyri-bərk formadan bərk formaya 
keçiddir. İşıq düalizm prinsipinin əsasıdır. İşıq həm qeyri-bərk cisim, dalğadır, 
həm də bərk cisimdir, korpuskuladır. İşığın yaranması boşluğun, yoxluqda olan 
varlığın bir hissəsinin partlayışı ilə əmələ gəldi. Astronomların ilkin partlayış 
dedikləri də budur. Əslində bizim vakuum dediyimiz də tam boşluq, yoxluq de-
yil. Vakuum özü də ilk partlayışla işıqla bərabər yarandı. Əslində hər şey lama-
izmin anlatdığı boşluqdan, yoxluqdan yarandı. İçərisində varlıq olan yoxluqdan. 
İşıqdan  əvvəllki vəziyyətdə olan məkansızlıq və zamansızlıqdan. Bura bəlkə 
də bizim yüksək cazibəyə malik, bildiyimiz işığı belə özünə çəkən kosmosdakı 
qara deşiklərdi. Yəni varlığı yox edən qaranlıq. Orada cazibə o qədər yüksəkdi 
ki, oraya cəzb edilən böyük kütlə sıfıra qədər sıxılıb yox olur. Bəlkə də elə varlıq 
uca Allahımızın istəyi ilə bu yoxluqdan yaranıb. Bəlkə də hələ də Yoxluqdan 
Varlıq, Varlıqdan isə Yoxluq yaranmaqda davam edir. Düzünü uca Yaradan bi-
lir. Yoxluqdan, əmələ gələn bərk maddə nizama salındı. Yalnız işıqla, partlayış-
la bərabər zaman əmələ gəldi. Yalnız bərk maddə kutlə, çəki, məsafə, enerji, 
zaman və məkan xarakteristikası yaratdı. İlkin hissəciklər olan kvantlar, eyni 
zamanda hər yerdə olur, yəni məkansız və zamansızdırlar. İşıq yaranana qədər 
yaradılan varlıqlar qeyri-bərk maddədən ola bilsin ki, kvantdan yaradılmışdırlar. 
Onlar məkan və zaman parametrlərindən, bu anlamlardan kənardadırlar. Nəsimi 
içindəki ruhun məkansız olduğunu anlamışdı: “Gövhəri ləməkan mənəm, külli 
məkana sığmazam”. Şeyx Nizami Gəncəvi də zaman və məkanın sonrakı ya-
ranış olduğunu bilirdi və işıqlı Məhəmməd peyğəmbərimizin (ə. s) meracında 
zamanın, cəhətlərin, aşağı-yuxarının yoxa çıxdığını göstərirdi. 
Burada bir azca məsələdən kənara çıxmaq istərdim. İşığın sürətinin kütlə 
ilə bağlılığını ifadə edən düsturdan E=mc2 və yaxud C=E/m (burada E-enerji 
miqdarı, c-işığın sürəti, m-isə kütləni göstərir) görürük ki, işıq sürəti kütlə 
ilə  tərs mütənasibdir, yəni surət artdıqca kütlə azalır və  əksinə surət azal-
dıqca kütlə artır. Uca Allahımız işığı yaratdıqdan sonra işığın bir hissəsinin 

Matriarxat
155
surətini aldı, bununla bağlı olaraq işıq korpuskulları iri, böyük kütlələrə çev-
rildi. Amma onlar da hərəkətdə saxlanıldı ki, kütlə sonsuzluq qədər böyüyüb 
yenidən vaakuma, daha doğrusu zamansız yoxluğa çevrilməsin. Yəni sonsuz 
varlıq yoxluq, sonsuz yoxluq isə varlıq deməkdir. Faktiki olaraq yer kürəsi, 
planetlər, kainat sürətləri alınmış işıq korpuskulalarıdır. Bu böyük korpuskul-
ları əhatə edən elektromaqnit və s. sahələr isə sürəti alınmış işıq dalğalarıdır. 
İşıqla bərabər bərk maddi cism olan dünyaya aid bir şey – bərk cismin hərəkəti 
və sürət yarandı. Sürət isə V (yaxud c) = L/t (v-sürət; c-işıq sürəti; L- məsafə; 
t-isə zamandır). 
Beləliklə, sürət və məsafə işıqla bərabər yarandı. Deməli, Uca Allahımız 
işığı yaratmaqla həmin andaca bərk maddəni, hərəkəti, sürəti, məsafə ilə bağlı 
olan məkanı (cəhətlər), enerjini və zamanı yaratdı. 
Rus dilində cəhətlərə “storonı sveta”, yəni işığın tərəfləri deyilməsi, işıq-
sız cəhətlərin də olmamasını gözəl ifadə edir. Eynşteynin “işıq sürətini ötmək 
mümkün deyil” deməsi də bununla bağlıdır. Çünki, işıqsız məkan, məsafə, 
sürət və zaman yoxdur. Amma yerdəyişmənin, məkan dəyişmənin başqa yolu 
tapıla bilər. Bunun üçün işıqdan kənara çıxmaqla həmin anda başqa məkana 
düşmək olar. İşıqdan kənara çıxan adam zamansızlığa, məkansızlığa düşür. 
O zamansızlıqdan bizim məkana və zamana, işığa yenidən qayıdanda burada 
min illər, yaxud bir saniyə keçə və yaxud o, elə həmin ana qayıda bilər. Nəzəri 
olaraq, o, hətta keçmiş zamana da qayıda bilər. O başqa məkan və zaman 
aləminə də düşə bilər. 
Nağıl qəhrəmanlarımızın başqa məkanlara düşdükləri, bir həftədən, bir 
aydan sonra qayıdanda isə burada ana-ataların artıq qocaldıqlarını görmələri 
də zamanın müxtəlif axdığı məkanların olduğunu söyləyir. Əgər korpuskula-
ların sürətləri müxtəlif miqdarda azaldılıbsa, onda müxtəlif məkan və zaman 
xarakteristikasına malik bərk cisimlərdən ibarət kainatlar, planetlər bizə para-
lel olaraq mövcud olmalıdır. Bəlkə ona görə də Rəbbimiz aləmin yox, “Mən 
Aləmlərin Allahıyam” deyir. Əgər bu aləmlər, paralel dünyalar varsa, onları 
bir-birilə birləşdirən bir maddi amil var ki, o da işıqdır. Belə olan halda bu 
aləmlərin bir-birilə əlaqəsi, keçid məkanları mövcud ola bilər. Onda nağılları-
mız nağıl deyil, həqiqətdir. Bu keçidlərdən istifadə, onların tapılması isə artıq 
texniki məsələdir. Amma işıqdan kənara çıxsaq məkan, zaman anlayışları itir. 
Bizə  məlum olan bir fakt, işıqlı Peyğəmbərimiz Məhəmməd (ə. s) meracı, 
zamandan kənara çıxmağın mümkünlüyündən xəbər verir. İşıq olan aləmlərdə 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin