Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Mis, təbii birləşmələri, alınması, kimyəvi xassələri, tətbiqi, ərintiləri



Yüklə 264,24 Kb.
səhifə19/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
kimya imtahan cvb

Mis, təbii birləşmələri, alınması, kimyəvi xassələri, tətbiqi, ərintiləri.

Mis, gümüş, qızıl dövri sistemin I B qrupunda yerləşir. Mis nisbətən geniş yayılmış elementdir. Təbiətdə əsasən birləşmələr şəklində olur. Passiv metal olduğu üçün bəzi halda külçə şəklində də ola bilir.
O yer qabığının çəki ilə 4,710-3%-ni təşkil edir. Onun ən geniş yayılmış təbii birləşmələri aşağıdakı­lar­dır:



Cu2S

mis sulfidi, xalkozin

CuFeS2

xal­kopirit, mis kolçedanı

Cu2O

kuprit

(CuOH)2CO3

malaxit

Cu(OH)22CuCO3

azurit


Alınması. Misi almaq üçün çox pirometallurgiya, az hallarda isə hid­ro­metallurgiya üsulundan istifadə olunur. Pirometal­lur­gi­ya üsulu ilə mis almaq üçün sulfidli filizləri əvvəlcə qismən ok­sid­ləşdirərək oksidə çevirir, sonra onu sulfidin orta miqdarı ilə reduksiya edirlər.
2Cu2O + Cu2S → 5Cu + SO2
Hidrometallurgiya üsulu ilə mis almaq üçün filizə əvvəlcə müx­tə­lif duzların məhlulları və ya H2SO4 ilə təsir edərək onu məh­­lula keçirir, sonra isə misi duzundan elektrolizlə, ya də əvəz­et­mə reaksiyası ilə ayrılırlar

Yüklə 264,24 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin