Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə13/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   9   10   11   12   13   14   15   16   ...   507
Ə d ə b i y y a t

Sözümüz eşidilənədək [Mətn] /Aydın Məmmədov; rəyçi T.Hacıyev; red. K.Vəliyev; ön sözün müəl. A.Məmmədov.- 

Bakı: Yazıçı, 1988.- 244, [4] s. 

Abdulla, K. Aydın üçün son söz [Mətn] /Kamal Abdulla //Ədalət qəzeti.-15 noyabr.- 2008.-S.4.

Kərim, K. “Nida ilə tamamlanan ömür cümləsi” [Mətn] /K.Kərim //Ədalət qəzeti.- 2009.-18 aprel.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

16

Ədəbiyyatşünas


11

Milli ədəbiyyat

90 

illiyi

Əli Tudə 

1924-1996 

YANV

AR

Cavadzadə  Əli  Əliqulu  oğlu  (Əli 

Tudə) 1924-cü il yanvar ayının 31-də 

Bakı şəhərində anadan olmuşdur. 

150  saylı  orta  məktəbin  yeddin-

ci  sinfini  bitirdikdən  sonra  ailəliklə 

Cənubi  Azərbaycana  köçdüklərindən 

təhsil ala bilməmişdir. 

İlk  şeirlərini  1944-cü  ildə  “Vətən 

yolunda”  qəzetində  Əli  Tudə  imzası 

ilə çap etdirmişdir. 

1944-1946-cı illərdə şeirləri Ərdə-

bildə  çıxan  “Ziddi-faşist”,  “Cövdət” 

qəzetlərində, ədəbi almanaxlarda, Təb-

rizdə  dərc  edilən  “Vətən  yolunda”, 

“Azərbaycan”  qəzetlərində,  “Şəfəq”, 

“Azərbaycan” məcmuələrində, “Şairlər 

məclisi”  almanaxlarında  müntəzəm 

çap olunmuşdur.

1944-cü ildə o, “Hizbitudeyi İran” 

partiyasının  üzvü  olmuş,  bir  ildən 

sonra, 1945-ci il sentyabr ayının 3-də 

Təbrizdə yaranan Azərbaycan Demok-

rat Firqəsi sıralarına daxil olmuşdur. 

1944-1945-ci  ildə  İran  Xalq    Par-

tiyası  Ərdəbil  vilayət  komitəsində 

təbliğatçı,  1945-1946-cı  ildə  Milli 

hökumət  yarandıqdan  sonra Təbrizdə 

Maarif Nazirliyi Tədris şöbəsinin mü-

diri, 1946-cı ildə Təbriz Dövlət Filar-

moniyasının  direktoru  kimi  çalışmış-

dır.  O,  Cənubi  Azərbaycanın  şəhər 

və  kəndlərini  mahal-mahal,  kəndbə-

kənd  gəzərək  istedadlı  gəncləri  bu 

mədəniyyət  ocağına  cəlb  etmişdir. 

Yaradıcılığını,  yüksək  əqidəsini  və 

mütərəqqi fikirlərini mübarizə yolunda 

məşələ çevirmişdir. Onun bu zəhməti 

hədər  getməmişdir.  Təbrizin  şairlər 

məclisində ona “Tudə” - yəni “Xalq” 

təxəllüsü verilmişdir.

Milli  demokratik  hökumət  irti-

ca  qüvvələri  tərəfindən  boğulduq-

dan  sonra  Bakıya  mühacirət  zamanı 

“Ədəbiyyat  qəzeti”  redaksiyasında 

ədəbi işçi vəzifəsində işləmışdir.

1947-1952-ci  illərdə  BDU-nun  fi-

lologiya  fakültəsini  fərqlənmə  diplo-

mu ilə bitirmişdir. 

1952-1962-ci  illərdə  Azərbaycan 

Dövlət 

Nəşriyyatında 

redaktor, 

Ali  partiya  məktəbində  müdavim, 

“Azərbaycan” qəzetində (Azərbaycan 

demokratik  fırqəsinin  orqanı)  ədəbi-

şöbə  müdiri  olmuşdur.  Sonra  bütün 

qüvvəsini yaradıcılığa həsr etmişdir. 

Əli  Tudənin  çoxşaxəli  yaradıcılı-

ğında  Cənub  mövzusu  parlaq  şəkildə 

əksini  tapmışdır.  “Arazın  o  tayında”, 

“Yaralanmış  nəğmələr”,  “Mehabadlı 

tələbə”,  “Hicran  yolu”,  “Çanaxbulaq 

dastanı”,  “Əbədi  nisgil”,  “Gecikmiş 

vüsal”,  “Ayrılmış  sahillər”  və  baş-

qa  poemaları  bu  qəbildəndir. Ayrılıq, 

həsrət, hicran dolu həyat motivləri ilə 

yanaşı, şairin demokratik ruhlu azad-

lıq  arzuları  da  həmin  əsərlərin  əsas 

qayəsini təşkil edir. Canlı həyat, sadə 

danışıq  tərzi,  təmiz  dil  və  anlaşıqlı 

üslub  Əli  Tudə  yaradıcılığının  gözəl 

məziyyətləridir.  Əsərlərinin  ilham 

mənbəyi  şifahi  xalq  ədəbiyyatı  və 

milli-mənəvi dəyərlər olub. 

Şair  “21  Azər”  (1946),  “Əməkdə 

fərqlənməyə  görə”  (1959)  medalları 

ilə təltif edilmişdir. 

Əli  Tudə  1996-cı  il  fevral  ayının 

26-da Bakıda vəfat etmiş, Fəxri Xiya-

banda dəfn edilmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin