Kateqoriyaların ierarxiyası, ali taksonlar


Suda-quruda yaşayanlar sinfi, təyin etmə üsulları



Yüklə 248,72 Kb.
səhifə53/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   49   50   51   52   53   54   55   56   ...   95
heyvan qisaldmis

Suda-quruda yaşayanlar sinfi, təyin etmə üsulları


SUDA - QURUDA YAŞAYANLAR SİNFİ – AMPHIBIA

Suda-quruda yaşayanların sistematikası və taksonomik xüsusiyyətləri İ.Y.Borkin və İ.S.Darevski (1987), xarici quruluşu A.Q.Bannikov (1977) tərə­findən işlənmişdir. Qafqazda və Azərbaycanda A.B.Şelkovnikov (1892-1906) tərəfindən öyrənilmiş, A.M.Ələkbərov (1978) tərəfindən davam etdirilmişdir.



Amfibilər primitiv quru onurğalıları olub, azsaylı qrupdur. «Amfi»-iki­qat, «bios»-həyat deməkdir. Əksəriyyəti inkişaf mərhələsindən asılı olaraq həm su­da, həm də quruda yaşaya bilirlər. İlk quru onurğalıları olmalarına baxmaya­raq, su mühiti ilə əlaqə tam itməmişdir. Sinfə daxil olan heyvanlar quru onurğa­lı­ları kimi ağciyərlə tənəffüs edirlər. Lakin ağciyərlər zəif inkişaf etmişdir, dəri əla­və tənəffüs orqanı vəzifəsini yerinə yetirir. Ətrafların beşbarmaqlı plan üzrə qurulma­sına baxmayaraq, bədəni qaldıra bilmir. Ürək üç kameralıdır, iki qan döv­ranı formalaşmışdır, arterial və venoz qan tamam ayrılmamış, bədənin çox hissəsin­də arteriyalarla qarışıq qan axır. Kürülərini suya tökürlər. Mayalanma xaricidir və inkişafları suda gedir.

Müasir faunada amfibilərin 2500-dən çox növü məlumdur. Azərbaycanda suda-qurada yaşayanların 10 növü yayılmışdır. Bun­­ların 2 növü quyruqlulara (adi və da­raqlı triton), 8 növü isə quyruq­suz­lara (Suriya sarımsaq qurbağası, adi və ya­şıl quru qurbağaları, ağac qurba­ğası, göl qurbağası, Qafqaz xaçlıcası, Zaqafqaziya qur­ba­ğası və Kiçik Asiya qurba­ğası) aid­dir.



Amfibiləri təyin edərkən tezis və antitezis sistemi üzrə tərtib olunmuş cəd­­­­vəl­lərdən istifadə olunur. Təyin edi­­­­lən heyvanın hansı dəstəyə, fəsi­lə­yə, cin­sə və növə aid olduğunu tapmaq üçün əvvəlcə tezis oxunur. Əlamətlər uyğun gəlirsə, növbəti tezisə keçilir, əgər uyğun gəlmirsə, onda antitezisə - yəni mötə­rizə içərisində verilən rəqə­min qarşısındakı məlumata keçilir. Mə­sələn:

1(2) Bel-yan qırışları yaxşı inki­şaf etmişdir. Dərisi hamardır.

2(1) Bel-yan qırışları yoxdur. Də­­ri­si ziyillidir.

Son əlamətlər ziyilli qurbağa üçün xarakterikdir – Rana rugosa Sch.

Dəstələrindən asılı olaraq, amfi­bilərin təyin edilməsi zamanı müxtəlif gös­tə­ricilər əsas götürülür (şəkil 168). Təyinat tədqiqat işi aparılanda və ya la­bo­rato­riya məşğələlərində aparılan­da daha effektli olur. Kolleksiya materiallarını təyin etmək üçün eyni təyinat cəd­v­əllərindən istifadə olunur. Məsələn, quyruqlu am­fi­biləri təyin etmək üçün aşağıdakı göstəricilər nəzərə alınır:

1.Bədənin uzunluğu – dodaqdan kloakaya qədər olan məsafə;

2.Başın uzunluğu – dodağın ucundan çənənin küncünə qədər olan məsafə;

3.Quyruğun uzunluğu – kloaka dəliyindən quyruğun ucuna qədər olan məsafə;

4.Ön ətrafın uzunluğu – qoltuq altından ən uzun barmağın ucuna qədər olan məsafə;

5.Dal ətrafın uzunluğu – dal ətrafların arasından ən uzun barmağın ucuna qədər məsafə;

6.Damaq dişlərinin olması.



  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin