1.Qəlsəmətənəffüslülər yarımtipi — Branchiata
2.Trilobitlər yarımtipi — Trilobita
3.Xeliserlilər yarımtipi — Chelicerata
4 .Traxeyatənəffüslülər yarımtipi — Tracheata
Buğumayaqlılar tipinin təyinetmə cədvəlləri də tezis və antitezis əsasında tərtib edilir. Bu tipin yarımtip və siniflərinin təyinetmə cədvəlləri eyni sistem üzrə tərtib edilsə də, əlamətləri çox fərqlidir. Buğumayaqlılar tipini təyin edərkən aşağıdakı əlamətlər əsas götürülür:
1(2) Ayaqları vardır.
2(1)“Skelet”i xaricdədir, bədən az və ya çox dərəcədə xitinləşmiş kutikula ilə örtülüdür, ayaqları 3 cütdən az deyildir.
Xərçəngkimiləri təyin edərkən aşağıdakı əlamətlər əsas götürülür:
1(2) Bədən qurdvari deyildir.
2(1) Ayaqlar 5 cüt və daha çoxdur. Baş döşlə birləşmişdir, başda iki cüt bığcıq vardır (bəzən bığcıqlardan bir cütü tam inkişaf etməmiş olur).
Hörümçəkkimiləri təyin edərkən əsas əlamətlər:
1(2) Ayaqları 4 cütdür, bığcıqları yoxdur.
Çoxayaqlılar təyin edilərkən aşağıdakı əlamətlər axtarılır:
1(2) Bədən qurdvaridir, aydın görünən və bərabər ölçülü buğumludur, hər buğumda bir və ya iki cüt ayaq vardır. Başda aydın seçilən bir cüt bığcıq vardır.
1(2) Bədənin hər buğumunda bir cüt ayaq vardır (yırtıcı çoxayaqlılar)
2(1) Bədənin hər buğumunda iki cüt ayaq vardır (kivsyaklar)
Həşəratı təyin edərkən ətrafların, bığcıqların və qanadların quruluş tipləri nəzərə alınır. Sinfi təyin edərkən əsas əlamətlər:
1(2) Ayaqları 3 cütdür.
Bədənləri aydın seçilən 3 hissədən – baş, döş, qarıncıqdan ibarətdir. Başda bir cüt bığcıq, döşdə isə bir və ya iki cüt qanadlar vardır.
Dostları ilə paylaş: |