Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 453,92 Kb.
səhifə8/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

287) Atım fraksiyası (AF) nədir?

A) sol mədəciyin sistolik həcmi

B) vurğu həcminin son diastolik həcmə nisbəti

C) diastolanın sonunda qalan qan miqdarı

D) hər sistola vaxtı qovulan qanın miqdarı

E) sol mədəciyin diastolik həcmi


Ədəbiyyat: « Диагностика и лечение внутренних болезней» том 1. под ред. Гогина Е.Е 1966, с 225.
288) XÜÇ zamanı sol mədəciyin diastolik disfunksiyasının ən yaxşı müayinə üsulu hansıdır?

A) EKQ


B) Tredmil test

C) Rentgenoloji müayinə

D) Sutkalıq EKQ monitorinq

E) Dopler ExoKQ


Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006- 432 с.
289) XÜÇ diaqnozu üçün aşağıdakı instrumental metodlardan hansı daha informativdir?

A) exokardioqrafiya

B) elektrokardioqrafiya

C) döş qəfəsinin rentgen müayinəsi

D) veloerqometriya sınağı

E) koronar angioqrafiya


Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006- 432 с.
290) Aşağıdakı dərmanlardan hansının tətbiqi XÜÇ proqnozuna daha yaxşı təsir edir?

A) AÇF inhibitorları

B) diuretiklər

C) nitratlar

D) Ca antaqonistləri

E) aspirin


Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006- 432. с.
291) Bu dərmanlardan hansı AÇF inhibitorları ilə ilə birgə verilməsi hiperkaliemiya yarada bilər?

A) aspirin

B) β-adrenoblokatorlar

C) Ca antaqonistləri

D) furosemid

E) veroşpiron


Ədəbiyyat: Метеллица В.И. «Справочник по клинической фармокологии сердечно-сосудистых лекарсвенных средств » 2005 - 1528 с.
292) Periferik ödemlər və taxisistolik səyrici aritmiya olanlarda ən vacib dərman kombinasiyası hansıdır?

A) β-blokator + diuretik

B) AÇFİ + diuretik

C) diuretik + A II blokatorlar

D) Ca antaqonisti + diuretik

E) diqoksin + diuretik


Ədəbiyyat: Метеллица В.И. «Справочник по клинической фармокологии сердечно-сосудистых лекарсвенных средств » 2005 - 1528 с.
293) Ürək qlikozidlərinin müsbət inotrop təsiri nəyin nəticəsində baş verir?

A) ürək vurğularının sayını azaltması

B) oyanıcılığı artırması

C) ürək əzələsinin yığılma gücü və tezliyini artırması

D) keçiriciliyi artırması

E) periferik müqaviməti azaltması


Ədəbiyyat: Метеллица В.И. «Справочник по клинической фармокологии сердечно-сосудистых лекарсвенных средств » 2005 - 1528 с.
294) AÇF inhibitorlarının ən xoşagəlməz yanaşı təsiri hansıdır?

A) ürəkdöyünmənin artması

B) əllərdə keyləşmə

C) öyümə, qusma

D) üzdə qızartı

E) quru öskürək


Ədəbiyyat: Baxşəliyev B.A. “Kliniki farmokologiya” 2004-416 s.
295) Qlikozid intoksikasiyasında ən effektli antiaritmik dərman hansıdır?

A) izoptin

B) kordaron

C) bisoprolol

D) lidokain

E) difenin


Ədəbiyyat: Гуревич М.А. «Хроническая сердечная недостаточность» руководство для врачей, 2000-184 с.
296) Hansı diuretik hipokaliemiyaya səbəb olmur?

A) veroşpiron

B) uregit

C) xlortiazid

D) diakarb

E) furosemid


Ədəbiyyat: Гуревич М.А. «Хроническая сердечная недостаточность» руководство для врачей, 2000-184 с.
297) I mərhələ XÜÇ müalicəsi üçün hansı tədbirlərin aparılması kifayətdir?

A) diuretik qəbulu

B) vena daxili ürək qlikozidləri yeritmək

C) fiziki fəallığı, duz və maye miqdarını məhdudlaşdırmaq

D) β-adrenoblokatorların qəbulu

E) riboksin, mildronat qəbulu


Ədəbiyyat: Окороков А.Н. «Лечение болезней внутренних органов» Практ. руководство: В 3 т, Т.3. Кн. 1.1996 - 464 c.
298) XÜÇ zamanı diqoksinin saxlayıcı dozası neçədir?

A) 0,5 – 1 mq

B) 0,5 mq

C) 1 mq


D) 0,75 – 1 mq

E) 0,125 – 0,5 mq


Ədəbiyyat: Метеллица В.И. «Справочник по клинической фармокологии сердечно-сосудистых лекарственных средств » 2005 - 1528 с.
299) Ürək çatışmazlığı olanlarda səyirici aritmiya zamanı hansı dərman daha effektlidir?

A) propafenon

B) kordaron

C) verapamil

D) xinidin

E) novokainamid


Ədəbiyyat: Окороков А.Н. «Лечение болезней внутренних органов» Практ. руководство: В 3 т, Т.3. Кн. 1.1996 - 464 c.
300) XÜÇ olan xəstələrdə hiperkaliemiya aşkar edildikdə hansı yardım göstərilməlidir?

A) veroşpiron daxilə

B) venaya 40% qlükoza yeritmək

C) AÇF inhibitorları

D) qlükoza + kalium + insulin qarışığı

E) panangin venaya


Ədəbiyyat: Окороков А.Н. «Лечение болезней внутренних органов» 1998. т 3. Кн 1. с 464
301) Xroniki ağciyər ürəyinin əsas səbəbi hansıdır?

A) xroniki obstruktiv ağciyər xəstəlikləri

B) trikuspidal qapaq qüsuru

C) sağ mədəciyin infarktı

D) anadangəlmə ağciyər arteriyasının potologiyası

E) ağciyər arteriyasının tromboemboliyası


Ədəbiyyat: Замотаев Н.П. «Легочно - сердечная недостаточность» 1978, с 200
302) Nyu-York təsnifatında əsasən I funksional sinif ürək çatışmazlığınının simptomlarına hansılar aiddir?

A) Göstərilən şikəyyətləri sakit vəziyyətdə geyd olunmurlar və yükləmədən sonra əmələ gəlir

B) Adi fiziki yükləmədən sonra ürək çatışmazlığın əsas simptomlar

C) Xəstə 100 W yükləməni yerinə yetirir

D) Adi fiziki aktivliyik məhdudlaşmamışdır. Adi fiziki yük yorğunluq,ürək döyünmə ,təngənəfəslik yaratmır

E) Həmin şikəyyətləri ancaq yüksək fiziki yükləmədən sonra əmələ gəlir


Ədəbiyyat: ESC and ACC/AHA quidlines,2008,2009.
303) Ürək çatışmazlığın müalicəsində hansı β-blokatorlarının müsbət mualicəvi effekt təsdiq olunub?

A) Atenolol

B) Nadolol

C) Metaprolol tartrat

D) Metaprolol suksinat

E) Anaprilin


Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002,6
304) Ürək çatışmazlığı olan xəstələrdə karvedilolun ilkin dozası neçə mq-dır?

A) 3,125

B) 6,25

C) 25


D) 12,5

E) 50
Ədəbiyyat: С.Ю. Марцевич «β - адреноблокаторы с позиции доказательной медицины», кардиология, 2002, 4 .


305) Atrioventrikulyar qapaq taylarının sıx örtülməsi nədən asılı deyildir?
A) vətər liflərinin(xorda) funksiyasından

B) bütün qapaq aparatının funksiyasından

C) papillyar əzələlərin funksiyasından

D) qapaq taylarının anatomik saflığından

E) atrioventrikulyar qapaq taylarının sayından
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
306) Mədəciklərin boşalması zamanı nə baş verir?
A) hər iki mədəcikdə mədəcikdaxili təzyiq artır

B) hər iki qulaqcıqda qulaqcıqdaxili təzyiq enir

C) hər iki mədəcikdə mədəcikdaxili təzyiq enir

D) sol mədəcikdə mədəcikdaxili təzyiq artır, sağ mədəcikdə enir

E) hər iki qulaqcıqda qulaqcıqdaxili təzyiq artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
307) Mədəcikdaxili təzyiq endikdə nə baş verir?

1. mədəciklər gərginləşir

2. aorta və ağciyər arteriyasının qapaq tayları bağlanır

3. tayların kənarları qapanır və qanı damarlardan mədəciklərdən geriyə buraxmır

4. mədəcik əzələləri boşalır

5. aorta və ağciyər arteriyasının qapaq tayları açılır

A) 1, 2, 3

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 4

E) 3, 4, 5


Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,13
308) Normada perikard boşluğunda neçə (ml) şəffaf seroz maye olur?
A) 10-20 ml

B) 50-60 ml

C) 20-30 ml

D) 10 ml-ə qədər

E) 30-40 ml
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
309) Qanı əsasən sol mədəcik divarından toplayan ürəyin iri həcmli venaları haraya tökülür?
A) sol qulaqcıq boşluğuna

B) sağ mədəcik boşluğuna

C) koronar sinusa

D) sol mədəcik boşluğuna

E) sağ qulaqcıq boşluğuna
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
310) Qulaqcıqların sistolası fazasının sonunda nə baş verir?
A) qan“passiv” olaraq, təzyiqlər fərqinin (qradienti) təsiri ilə qulaqcıqlardan mədəciklərə daxil olur

B) atrioventrikulyar qapaqlar acılır

C) aypara qapaqlar acılır və qan maqistral damarlara daxil olur

D) atrioventrikulyar və aypara qapaqlar bağlanır və mədəcikdaxili təzyiqin ani qalxması baş verir

E) atrioventrikulyar qapaqların tayları “üzə çıxırlar” və bir-birilə natamam bağlanır - mədəcik növbəti yığılmaya hazırdır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,29
311) Hansı patologiyada sol mədəcikdə son diastolik həcminin aşağı düşməsinə rast gəlinmir?
A) qanitirmədə

B) hipertenziyada

C) davamlı mədəcik paroksizmal tazikardiyalarında

D) davamlı supraventrikulyar paroksizmal tazikardiyalarında

E) müxtəlif mənşəli şoklarda
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
312) Ürək indeksi nədir? ( DH- dəqiqəlik həcm, VH-vurğu həcmi (litr), SDH- mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S - bədən səthinin sahəsi-м2)
A) vurğu həcminin mədəciklərin son diastolik həcminə nisbətinin faizlə ifadəsidir

B) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır

C) vurğu həcminin bədən səthinin sahəsinə nisbətidir

D) qanın dəqiqəlik həcminin bədən səthinin sahəsinə olan nisbətidir

E) vurğu həcminin mədəciklərin son sistolik həcminə nisbətidir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
313) Hansı göstərici ürəyin sistolik funksiyasını adekvat qiymətləndirmir?
A) mədəciklərin son diastolik həcmi

B) sol mədəciyin diastolik dolmasının qöstəricisi (E/A- münasibəti)

C) mədəciklərin son diastolik təzyiqi

D) mədəciklərin vurgu həcmi

E) mədəciklərin son sistolik həcmi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
314) Miokardın inotrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansı faktor vacib sayılmır?
A) simpatik sinir sisteminin aktivliyi

B) ürək vurğularının sayı

C) miokardın fəaliyyətdə olan kütləsinin azalması

D) Ümumi damar müqavimətinin ölcüsü

E) miokardın yığılmasını zəiflədən patoloji hallar
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
315) Ürəyə simpatik və parasimpatik təsir hansı mərkəzlərlə tənzim olunur?
A) uzunsov beyin və hipotalamus mərkəzləri ilə

B) uzunsov beyin və beyin körpüsü, beyin qabığı və hipotalamus mərkəzləri ilə

C) uzunsov beyin və beyin körpüsü, beyincik və hipotalamus mərkəzləri ilə

D) beyin kötüyünün, beyincik və beyin qabığı mərkəzləri ilə

E) uzunsov beyin və beyin qabığı mərkəzləri ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
316) Normada qanın turbulent axını harada baş vermir?
A) bütün normal iri və kiçik damarlarda

B) iri arteriyaların şaxələnmə və əyrilik olan hissələrində

C) aortanın şaxələnən hissəsində

D) iri arteriyaların təbii daralma və əyrilik olan hissələrində

E) aorta və iri arteriyaların əyrilik olan hissələrində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 44
317) Kapillyarlarda qanın axın sürəti neçə sm/san bərabərdir?
A) 0,25

B) 0,05


C) 0,10

D) 0,09


E) 0,15
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,45
318) Hansı arterial təzyiq (AT) düzgün deyil?
A) diastolik AT

B) orta AT

C) son-diastolik arterial təziq

D) sistolik AT

E) nəbz AT
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр 45
319) Baroreseptorlar nəyə reaksiya verir?
A) Damar divarının (və ya ürək boşluğunun) genişlənmə sürətinə və dərəcəsinə

B) Н+, О2, СО2 ionlarının miqdarının (konsentrasiyasının) dəyişməsinə

C) О2 ionlarının miqdarının (konsentrasiyasının) dəyişməsinə

D) О2, CO2 ionlarının miqdarının (konsentrasiyasının) dəyişməsinə

E) Н+ ionlarının miqdarının (konsentrasiyasının) dəyişməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
320) Mərkəzi sinir sisteminin işemiyası, məsələn, baş beynin qan dövranı çatışmazlığı, hipoksemiya və ya arterial təzyiqin birdən enməsınə cavab olaraq yaranan reflektor reaksiyalar hansı effektlərə səbəb olur?
A) həcmli damarların daralmasına və arterial təzyiqin qalxmasına

B) rezıstıv damarların dilatasiyasına və arterial təzyiqin düşməsinə

C) həcmli damarların dilatasiyasına və arterial təzyiqin qalxmasına

D) həcmli damarların daralmasına və arterial təzyiqin düşməsinə

E) rezıstıv damarların daralmasına və arterial təzyiqin qalxmasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр52
321) İntensiv əzələ işi həyata kecirərkən, ürəyin qanla (koronar) təhcizatı sakit haldakından necə dəfə çox artmalıdır?
A) 2 – 3

B) 8 – 9


C) 4– 5

D) 10 – 12

E) 6 – 7
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр54
322) Ürək çatışmazlığının (ÜÇ) əmələ gəlməsinin səbəblərinə nə aid deyil?
A) Periferik qan dövranının venoz şaxəsində hidrostatik təzyiqin onkotik təzyiqə nisbətən əhəmiyyətli aşağı düşməsi

B) Toxumaların metabolik təlabatının artması (ürək atımı - dəqiqəlik həcmin artması ilə müşaiyət olunan ÜÇ)

C) Mədəciklərinin dolmasının pozulması

D) Ürək əzələsinin zədələnməsi (miokardial çatışmazlıq)

E) Mədəciklərin hemodinamik yüklənməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.60 - 61, 78 П.Ф.Литвицкий. Патофизиология. Том 2, 2003, стр 144
323) Ürək əzələsinin birincili zədələnməsi hesabına əmələ gələn ürək çatışmazlığı hansı xəstəliklər zamanı baş verir?

1. miokarditlər

2. postinfarkt və aterosklerotik kardioskleroz

3. kəskin miokard infarktı

4. ürək əzələsinin xroniki işemiyası

5. idiopatik dilatasion kardiomiopatiya
A) 3, 4, 5

B) 1, 5


C) 2, 3

D) 2, 4


E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр60
324) Hansı xəstəlik sonyüklənmənin artması hesabına ürək çatışmazlığını yaratmır?
A) mitral qapaq çatışmazlığı

B) ağciyər arteriyasının hipertenziyası

C) aorta dəliyinin stenozu

D) ağciyər arteriyasının stenozu

E) sistem arterial hipertenziyası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 61
325) Hansı xəstəlik ön yüklənmənin artması hesabına ürək çatmamazlığnıı yaratmır?
A) qanın soldan sağa atılması ilə müşayət olunan ürəyin anadangəlmə qüsurları

B) aortal qapaq çatmamazlığı

C) üçtayiı qapaq çatmamazlığı

D) aorta kökünün stenozu və aortal qapaq çatmamazlığı

E) mitral qapaq çatmamazlığı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 61
326) Hansı xəstəliklər zamanı mədəciklərin hemodinamik yüklənməsi ürək boşluqlarının dolmasının (ön yüklənmənin yüksəlməsi) artması hesabına ürək catmamazlıgına səbəb olur?

1. mitral qapaq çatmamazlığı

2. aortal qapaq çatmamazlığı

3. ağ ciyər arteriyası qapaqlarının çatmamazlığı

4. miokardın toksiko - allerqik zədələnməsi

5. birləşdirici toxumanın sistem xəstəliyi zamanı ürək əzələsinin zədələnməsi
A) 1, 2, 3

B) 1, 2, 4

C) 2, 3, 5

D) 1, 4, 5

E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 61
327) Hansı hallarda ürək çatmamazlığı mədəciklərin dolma pozğunluğu hesabına yaranmır?
A) miokardın sərtliyinin artması və diastolik disfunksiya ilə müşayiət olunan xəstəliklər

B) ürəyin tamponadası ilə mayeli perikardit

C) ürək əzələsinin xroniki işemiyası

D) ekssudativ və konstriktiv perikardit

E) sol və sağ atrioventrikulyar dəliyin stenozu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 61
328) Hansı xəstəlik miokardın sərtliyinin artması və diastolik disfunksiya ilə müşayiət olunan xəstəliklərə aid deyildir?
A) fibroelastoz

B) aortal qapaq catmamazlığı

C) hipertrofik kardiomiopatiya

D) endomiokardial fibroz

E) ürəyin amiloidozu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 61
329) Ürək çatışmazlıgında əsas kardial adaptasion mexanizmlərə hansı aiddir?
A) Renin-angiotenzin-aldоsteron sistemin aktivləşməsi

B) Frank-Starlinq mexanizminin qoşulması

C) Miiokardın hipertrofiyası və Frank-Starlinq mexanizmi

D) Miokardın nəzərə çarpan hipertrofiyası

E) Simpatik-adrenal sistemin aktivləşməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64, 66
330) Hansı xəstəliklər zamanı mədəciklərin ekssentrik hipertrofiyası inkişaf edir?
A) üçtaylı qapaq çatışmazlığı

B) arterial hipertenziya

C) aorta və ya ağciyər arteriyası qapaqların stenozunda

D) ağciyər ürəyi

E) mitral stenoz zamanı inkişaf edən, arterial hipertenziya
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64 - 65
331) Hansı neyroendokrin sistemlərin aktivləşməsi ürək çatmamazlığının xarakterik hemodinamik dəyişikliklərin əmələ gəlməsində böyük rol oynayır?

1. qulaqcıq natriumuretik peptid

2. endotelial disfunksiya

3. fosforlaşma oksidləşmə prosesində enerjinin əmələ gəlməsinin artması və qalıq ATF - nin yox olma həddinə yaxınlaşması

4. miozin ATF - nın aktivliyinin yüksəlməsi və qalıq kreatinfosfatın yox olma həddinə yaxınlaşması

5. miozinin ATF - nın aktivliyinin yüksəlməsi
A) 1, 2

B) 1, 3


C) 2, 4

D) 2, 3


E) 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 66
332) Xroniki ürək çatmamazlığı olan xəstələrdə simpatiko-adrenal sistemin (SАS) uzunmüddətli hiperaktivasiyası hansı müxtəlif neqativ nəticələrə səbəb olur?

1. katexolaminlərin bilavasitə kardiotoksik effektinə (qeyri koronaroqen nekrozlar və miokardın distrofik dəyişikliyinə)

2. fatal mədəcik ritm pozğuntularına( mədəcik taxikardiya və mədəcik fibrillyasiyalarına)

3. ön və son yüklənmələrin nəzərə çarpacaq dərəcədə enməsinə (həddindən artıq vazodilatasiyaya, renin – anqiotenzin - aldosteron sisteminin aktivləşməsi və orqanizmdə natrium və suyun saxlanmasına)

4. kardiomiositlərdə α - adrenerqik reseptorlarının həssaslığının yüksəlməsi qetdikcə katexolaminlərin inotrop effektinin yüksəlməsinə gətirib çıxarır (katexolaminlərin qanda yüksək konsentrasiyası ürək əzələsinin yığılmasının adekvat yüksəlməsi ilə müşayiət olunur)

5. miokardın oksigenə olan tələbatının azalmasına (SAS - in aktivləşməsi hesabına yaranan mənfi inotrop effektə)
A) 2, 3

B) 2, 4


C) 3, 4

D) 1, 3


E) 1, 2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 67
333) Renin - anqiotenzin - aldosteron sistemin (RAAS) hiperaktivasiyası ürək çatmamazlığın əmələ gəlməsində böyük rol oynayır. RAAS –ə hansı maddə aid deyil?
A) anqiotenzin - III və aldosteron

B) yerli (lokal) toxuma, həmçinin miokard renin - anqiotenzinlər

C) serоtonin

D) anqiotenzin - II

E) renin
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 64 - 65
334) Nəyin təsirindən angiotenzin - I-in angiotenzin - II - yə çevrilməsi baş verir?
A) anguiotenzin - çevirici fermentin (AÇF)

B) endotelin sistemin

C) kallikrein - kinin sistemin

D) proteolitik ferment - reninin

E) pressor - prostаqlandinlər sistemin
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 68
335) Orqanizmin hansı vazokonstriktor sistemlərin antaqonisti qulaqcıq natriumuretik peptidi hesab olunur?

1. simpat - adrenal sisteminin

2. renin - anqiotenzin - aldosteron sisteminin

3. antidiuretik hormonun

4. kallikrein - kinin sisteminin

5. A, D, E2–prostaqlandinləri və I2 prostasiklin
A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 3, 5

D) 3, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
336) Son zamanlar xroniki ürək çatışmazlığının əmələ gəlməsində neyrohormonların uzunmüddətli hiperaktivasiyasına və endotelial disfunksiyaya böyük məna verilir. Bu dəyişikliklər nələr ilə müşayiət olunur?

1. sistem vazodilyatasiya ilə

2. miokardın toksiki zədələnməsi və kardiofibrozla

3. hipertrofiyanın inkişafı ilə

4. sinus bradikardiyası ilə

5. natrium və suyun orqanizmdə nəzərə çarpacaq dərəcədə saxlanması ilə
A) 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 2, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс
337) SAS, RAAS və digər neyrohormonal sistemlərin hiperaktivasiyası nəticəsində əmələ gələn, suyun orqanizmdə saxlanması, vazokonstriksiya, taxikardiya, ürəyin həm sol, həm də sağ söbələrinin remodelləşməsi, xüsusilə hansı xroniki ürək çatmamazlığının yaranmasına səbəb olur? (SAS - Simpatiko - adrenal sistem, RAAS - renin - angiotenzin - aldosteron sistemi).
A) əsasən sol mədəcik və cüzi sağ mədəcik dəyişikliyi ilə

B) əsasən sağ mədəcik və cüzi sol mədəcik dəyişikliyi ilə

C) sağ mədəcik

D) biventrikulyar (total)

E) sol mədəcik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin