Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Protodiastolik dövrdə nə baş verir?



Yüklə 453,92 Kb.
səhifə7/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   2   3   4   5   6   7   8   9   10   ...   40

245) Protodiastolik dövrdə nə baş verir?
A) atrioventrikyulyar və aypara qapaqların tam bağlanması şəraitində mədəcikdaxili təzyiqin təcili qalxması

B) qulaqcıqlardan mədəciklərə qan aktiv qovulur

C) mədəciklər qanla maksimal dolur

D) mədəcik əzələsində boşalmanın başlanması nəticəsində təzyiq maqistral damarlardakı təzyiqdən azacıq fərqlə aşağı düşür

E) atrioventrikylyar qapaqların acılması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
246) Miokardın inоtrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansı faktor vacib sayılmır?
A) mənfi inotrop təsirə malik dərman preparatları (β-adrenoblakatorlar, novokainamid, xinidin, barbituratlar)

B) müsbət inotrop təsirə malik dərman preparatları (noradrenalin və onun törəmələri, ürək qlikozidləri)

C) sistem və ağciyər damar müqavimətlərinin ölçüsü

D) miokardın yığılmasını zəiflədən patolojı hallar

E) mədəciklərin müxtəlif mənşəli yüksək dilatasiyası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
247) Səyrici aritmiya zamanı qulaqcıqlarla mədəciklər ardıcıl yığılmadıqda nə baş verir?
A) ön yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür

B) vurğu həcmi , ürək atımı-dəqiqəlik həcm və atım fraksiyası nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

C) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür

D) ön yüklənmə,vurğu həcmi və ürək atımı- dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

E) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
248) Ürəyin ürəkdaxili requlyasiyası ilk növbədə nəyin hesabına həyata keçir?
A) ürəyin yaxşı inkişaf etmiş ikili (simpatik və parasimpatik ) innervasiyası hesabına

B) ancax parasimpatik sinir sisteminin ürəyə təsiri hesabına

C) ancax simpatik sinir sisteminin ürəyə təsiri hesabına

D) metasimpatik sinir sisteminin hesabına, hüceyrədaxili requlyasiya mexanizmi də böyük rol oynayır

E) Frank-Starlinq mexanizminin qoşulması hesabına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 38
249) Metasimpatik sinir neyronları harada yerləşir?
A) ürəyin çoxsaylı intramural qanqlionlarında

B) simpatik qanqlionlarda

C) parasimpatik qanqlionlarda

D) onurğa beyin neyronlarında

E) hipotalamus neyronlarında
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38
250) Metasimpatik sinir sistemi reseptorlarının qıcıqlanmasına cavab olaraq nə baş verir?
A) katexolaminlərin ürək əzələsinə göstərdiyi simpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik

B) ürək əzələsinin yığılmasının gücü və sürəti, onun boşalma sürəti, ürək vurğularının sayı, atrioventrikulyar keçiriciliyin sürəti requlə olunur

C) Frank-Starlınq mexanizminin qoşulması və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanması

D) ürək əzələsinə simpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanması

E) asetilxolinin ürək əzələsinə göstərdiyi parasimpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38
251) Ürəyin ürəkdən kənar (mərkəzi) requlyasiyası nəyin hesabına həyata keçir?
A) yalnız parasimpatik sinir sisteminin ürəyə təsirilə

B) metasimpatik sinir sisteminin ürəyə təsirilə

C) yalnız simpatik sinir sisteminin ürəyə təsirilə

D) ürəyin yaxşı inkişaf etmiş ikili (simpatik və parasimpatik) innervasiyası hesabına

E) Frank-Starlınq mexanizminin qoşulmasıyla
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 38
252) Katexolaminlərin ürək əzələsinə, ürəyin keçiricilik sisteminə və damarların saya əzələ hüceyrələrinə simpatik təsiri hansı adrenergik reseptorların hesabına reallaşır?
A) α1, α2 və β1

B) α1,α2 və β1, β2

C) α1, β2

D) α1, α2, β2

E) α1 və β1, β2
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38-40
253) Simpatik β1-adrenoreseptorların stimulyasiyasının üstünlüyü nə ilə müşayət olunur?
A) müsbət inotrop, xronotrop, dromotrop və batmotrop effektlərlə

B) müsbət inotrop, xronotrop və mənfi dromotrop və batmotrop effektlərlə

C) müsbət inotrop, mənfi xronotrop, dromotrop və batmotrop effektlərlə

D) müsbət inotrop, xronotrop, dromotrop və mənfi batmotrop effektlərlə

E) mənfi inotrop, xronotrop, dromotrop və batmotrop effektlərlə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 39
254) Parasimpatik sinirlərin oyanması nə ilə müşayət olunur?
A) ürək vurğularının sayının artması (müsbət xronotrop effekt), atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada həddinə düşməsi ilə (mənfi dromotrop effekt)

B) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada həddinə düşməsilə (mənfi dromotrop effekt)

C) ürək vurğularının sayının artması (müsbət xronotrop effekt), atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt)

D) ürək vurğularının sayının dəyişməməsi, atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçriciliyin tam blokada həddinə düşməsilə (mənfi dromotrop effekt)

E) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,40
255) Parasimpatik sinirlərin oyanması nə ilə müşayət olunur?
A) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

B) ürək vurğularının sayının arması (müsbət xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

C) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin artmasıyla (müsbət inotrop effekt)

D) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin dəyşilməməsilə

E) ürək vurğularının sayının arması (müsbət xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin artmasiyla (müsbət inotrop effekt)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,40
256) Ürək əzələsindəki a1-reseptorlarının (baxmayaraq ki, onların miqdarı burada azlıq təşkil edir) stimulyasiyası nə ilə müşayət olunur?
A) müsbət batmotrop effektlə

B) mənfi inotrop effektlə

C) müsbət inotrop effektlə

D) mənfi xronotrop effektlə

E) mənfi dromotrop effektlə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
257) Aorta qövsünün , sinokarotid və başqa refleksoqen zonaların (ürək,böyrək, həzm orqanları) baro- və hemoreseptorları, analoji hansı dəyişikliyə cavab (reaksiya) verirlər?

1. damar divarının genişlənmə dərəcəsinə

2. О2 ionlarının mıqdarının (konsentrasiyasının) dəyişməsinə

3. damar divarının genişlənmə sürətinə

4. СО2 ionlarının mıqdarının (konsentrasiyasının) dəyişməsinə

5. Н+ ionlarının mıqdarının (konsentrasiyasının) dəyişməsinə
A) 1, 2, 3

B) 3, 4, 5

C) 1, 4, 5

D) 2, 4, 5

E) 2, 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
258) B-reseptorların qıcıqlanması, qulaqcıqların və mədəcik reseptorlarının gərilməsi (məsələn, onların tez dolmasınin sürətlənməsində) zamanı nə baş verır?
A) simpatik sinirlərin tonusu yüksəlir və parasimpatik sinir aktivliy zəifləyir, beləliklə, bradikardiya və vazodilatasiya əmələ gəlir

B) simpatik sinirlərin tonusu zəifləyir və parasimpatik sinir aktivliyi yüksəlir, beləliklə, taxikardiya və vazokonstruksiya əmələ gəlir

C) simpatik sinirlərin tonusu yüksəlir və parasimpatik sinir aktivliy zəifləyir, beləliklə, taxikardiya və vazokonstruksiya əmələ gəlir

D) simpatik sinirlərin tonusu zəifləyir və parasimpatik sinir aktivliyi yüksəlir, beləliklə, bradikardiya və vazodilatasiya əmələ gəlir

E) simpatik sinirlərin tonusu yüksəlir və parasimpatik sinir aktivliy zəifləyir, beləliklə, taxikardiya və vazodilatasiya əmələ gəlir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52
259) Renin - anqiotenzin - aldosteron sistemin (RAAS) aktivləşməsi nə vaxt baş verir və o, nə ilə müşayiət olunur?
A) böyrəklərin perfusion təzyiqinin hər hansı cüzi azalması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin renin ifrazı ilə

B) böyrəklərin perfusion təzyiqinin artması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin anqiotenzin - I ifrazı ilə

C) böyrəklərin perfusion təzyiqinin artması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin renin ifrazı ilə

D) böyrəklərin perfusion təzyiqinin hər hansı cüzi azalması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin anqiotenzin - II ifrazı ilə

E) böyrəklərin perfusion təzyiqinin hər hansı cüzi azalması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin anqiotenzin - I ifrazı ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 68
260) Ürək ritminin dəyişilməsi (HRV - heart rate variability) nə deməkdir?
A) sağlam və ürək xəstəliklərində ürək yığılmalarının ardıcıl sikli zamanı R - R intervalının dəyişilməsinin kəmiyyətcə qiymətləndirilməsi

B) ürək xəstəliklərində qulaqcıq yığılmalarının ardıcıl sikli zamanı Р - Р intervalının kəmiyyətcə qiymətləndirilməsi

C) sağlam adamlarda ürək yığılmalarının ardıcıl sikli zamanı ST - ST intervalının dəyişilməsinin keyfiyətcə qiymətləndirilməsi

D) ürək xəstəliklərində ürək yığılmalarının ardıcıl sikli zamanı U - U intervalının dəyişilməsinin keyfiyətcə qiymətləndirilməsi

E) sağlam adamlarda ürək yığılmalarının ardıcıl sikli zamanı Т - Т intervalının dəyişilməsinin kəmiyyətcə qiymətləndirilməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 94
261) Ürəyin ritm pozğunluqlarına və ya aritmiyalara nə aid deyil?
A) mənşəyindən asılı olmayan qeyri-düzgün ritm

B) ürəyin keçiricilik sisteminin müxtəlif şöbələrində impulsun ötürülməsinin pozğunluğu

C) ürək vurğularının dəqiqəlik sayı 60-dan çox və ya 100-dən az

D) hər hansı qeyri-sinus ritmi

E) ürək vurğularının dəqiqəlik sayı 100-dən çox və ya 60-dan az
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
262) Ayrı - ayrı hərəkət potensialının parametrlərinə təsirindən asılı olaraq, aşağıdakilardan hansı, 4 sinifə bölünən antiaritmik preparatların heç bir sinfinə aid deyil? (HP - hərəkət potensialı, SA - sinoatrial, AV - atrioventrikulyar, ERD - effektiv refrakter dövr).
A) Ürək liflərinin repolyarizasiyası fazasını zəiflədən, HP və ERD - nı uzadan kalium kanalları blokatorları

B) 0HP dövrü və spontan diastolik depolyarizasiyanı SA - düyündə və AV - birləşmədə zəiflədən kalsium kanalları blokatorları

C) Ürək liflərinin başlanğıc depolyarizasiyasını (0HP dövrü) zəiflədən natrium kanalları blokatorları

D) Ürək liflərinin repolyarizasiyası fazasını zəiflədən və ERD - nı uzadan natrium kanalları blokatorları

E) β - adrenoreseptorların blokatorları
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 261
263) Aşağıdakilardan hansı effekt I sinif - natrium kanalları blokatorları antiaritmik preparatların onlar üçün umumi sayılan xüsusiyyətlərinə aid deyil? (SA - sinoatrial, HP - hərəkət potensialı).
A) Hərəkət potensialının amplitudasını zəiflədirlər

B) SA düyünündə spontan diastolik depolyarizasiyanın (4 HP dövrü) sürətini artırırlar

C) Qulaqcıq və mədəcik miokardının keçiriciliyini zəiflədirlər

D) Hədd potensialının amplitudasını artırırlar

E) Qulaqcıqlarda və Hiss - Purkinye sistemində - "sürətli" cavab verən toxumalarda başlanğıc depolyarizasiya (0HP dövrü) sürətini azaldırlar
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 263
264) Iа sinif antiaritmik preparatlara hansılar aiddir?
A) lidokain, trimekain, meksiletin

B) amiodaron, sotalol, bretilium

C) etmozin, etasizin, propafenon

D) xinidin, novokainamid, dizopiramid

E) diltiazem, izoptin, adalat
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 263 - 264
265) Ib - sinif - antiaritmik preparatlar (natrium kanallarının blokatorları) hansı xüsusiyyətlərə malikdirlər? (HP - hərəkət potensialı).
A) qulaqcıq miokardının depolərizasiya sürətinə praktiki təsir etmirlər

B) repolərizasiya prosesini (əsasən 3 HP dövründə) zəiflədirlər

C) sinoaurikulyar düyünün spontan diastolik depolərizasiya sürətinə (4 HP dövrü) təsir göstərirlər

D) əsasən mədəcik miokardının başlanğıc depolyarizasiya sürətinə (0 HP dövrü) təsir göstərirlər

E) atrioventrikulyar birləşmənin spontan diastolik depolərizasiya sürətinə (4 HP dövrü) təsir göstərirlər
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 266
266) Ib sinif antiaritmik preparatların təsirindən ürəyin hansı şöbəsinin depolərizasiya sürəti praktiki olaraq dəyişmir?
A) Purkinye liflərinin

B) Qulaqcıqların miokardının

C) Sol mədəcik miokardının

D) Sag mədəcik miokardının

E) Hiss sistemi hüceyrələrinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 266
267) Ib - sinif antiaritmik preparatlara hansılar aiddir?
A) sotalol, bretilium, kordaron

B) finoptin, verapamil, diltiazem

C) novokainamid, aymalin, xinidin

D) allapinin, etmozin, etasizin

E) difenin, lidokain, trimekain
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 266
268) Iс - sinif (natrium kanalları blokatorları) antiaritmik preparatlar hansı xüsusiyyətə malik deyil? (HP - hərəkət potensialı dövrü).
A) Hərəkət potensialının davam müddətinə təsir etməmək

B) 0 HP və qulaqcıqların refrakter dövrünün davam müddətini uzatmaq

C) Q - Т intervalına təsir etmirlər

D) "Sürətli" cavab verən toxumalarda 0HP - ni nəzərə çarpan zəiflətmək

E) Repolyarizasiyasının davam müddətinə təsir etməmək
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 267
269) Ic - sinif antiaritmik preparatlara hansılar aiddir?
A) flekainid, etmozin, etasizin

B) lorkainid, lidokain, trimekain

C) difenin, diltiazem, izoptin

D) meksiletin, sotalol, bretilium

E) xinidin, novokainamid, dizopiramid
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 267
270) Iс - sinif antiaritmik preparatlar hansı ritm pozğunluqlarında istifadə olunmur?
A) WPW sindromlu xəstələrdə resiprok atrioventrikulyar taxikardiyalarda

B) Mədəcik paroksizmal taxikardiyalarının profilaktikasında

C) Mədəcik ekstrasistoliyalarında

D) Qlikozid intoksikasiyası fonunda inkişaf edən mədəcik ekstrasistoliyalarında

E) Supraventrikulyar ekstrasistoliyalarında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 267
271) II sinif antiaritmik preparatlara - β - adrenoblokatorlara hansılar aiddir?
A) trimekain, meksitil

B) sotalol, bretilium

C) karvedilol, metoprolol

D) diltiazem, izoptin

E) xinidin, aymalin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 268
272) III sinif - kalium kanalların blokatorları antiaritmik preparatlara hansılar aiddir?
A) ibutilid, amiodaron, sotalol

B) lidokain, trimekain, meksiletin

C) nifedipin, etasizin, diltiazem

D) dizopiramid, aymalin, novokainamid

E) etmozin, verapamil, allapinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 269 - 270
273) IV sinif lənq kalsium kanalları blokatorlarına (kalsium antaqonistləri) hansılar aiddir?
A) nitop, xinidin

B) nibentan, etasizin

C) trimekain, meksiletin

D) diltiazem, verapamil

E) ibutilid, allopinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 272
274) Hansı ritm pozğunluqlarında amiodaron istifadə olunmur?
A) Hipertrofik kardiomiopatiyalarda yaranan həyat üçün təhlükəli aritmiyalarda

B) Qulaqcıq paroksizmal fibrillyasiya tutmalarının profilaktikasında

C) Qlikozid intoksikasiya zamanı yaranan aritmiyalarda

D) WPW sindromu ilə müşayiət olunan qulaqcıqların fibrilyasiyası və titrəməsində

E) WPW sindromunun atrioventrikulyar resiprok taxikardiyalarında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистаясистема). «Бином - пресс», 2007, стр. 270 - 271
275) Amiodaronun təyini hansı pozğunluqlarda əks göstəriş deyil?
A) Sinus düyününün zəifliyi sindromunda

B) II dərəcə atrioventrikulyar blokadada

C) Miokarditlərdə yaranan həyat üçün təhlükəli mədəcik aritmiyalarında

D) Xroniki ürək çatışmazlığının III - IV funksional sinfində (NYHA - Nyu York Ürək Assosiasiyası)

E) Kardioqen şok və kollapsda
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 271
276) Amiodarondan yüksək dozada və ya uzun müddət istifadə etdikdə hansı əlavə reaksiya baş vermir?
A) Qalxanabənzər vəzin funksiyasının pozulması

B) Ağciyərlərin immunoloji zədələnməsi - interstisial pnevmonit

C) “Piruet” tipli paroksizmal mədəcik taxikardiyası

D) EKQ - da Q - Т intervalınının qısalması

E) Ultrabənövşəyi şüalanmaya həssaslığın artması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 271
277) Hansı fəsadlaşmalarla müşayiət olunan kəskin klinik vəziyyətlərdə müvəqqəti elektrokardiostimulyasiyadan istifadə olunmur?
A) həyat ücün təhlükə törədən aritmiya və asistoliyaların baş vermə riski yüksəldikdə

B) qulaqcıq aritmiyalarının əmələ gəlmə riski yüksəldikdə

C) mədəciküstü və mədəcik paroksizmal taxiaritmiyalarında

D) asistoliyaya gətirib çıxaran keriricilik pozğunluglarında

E) hemodinamik əhəmiyyətli bradikardiyalarda
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 278
278) Aşağıdakılardan hansı ektopik ritm deyil?
A) sinus düyünün zəifliyi sindromu

B) aparıcı supraventrikulyar ritmin miqrasiyası

C) qulaqcıqların səyriməsi

D) ekstrasistoliyalar

E) yavaş sürüşən (əvəzedici) ritmlər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.223; М. С. Кушаковский « Аритмии сердца» 2004г.
279) Fiziki gərginliklə əlaqədar sinus taxikardiyası yaratmayan xəstəlik hansıdır?
A) kəskin miokard infarktı

B) hipotireoz

C) miokardit

D) feoxromositoma

E) tireotoksikoz
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 202; Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
280) Qulaqcıq səyriməsi olan ürək çatışmazlıqlı və sol mədəciyin disfunksiyası olan xəstələrdə sakitlik halında və ya fiziki aktivlik zamanı ürək ritmini nəzarətdə saxlamaq üçün hansı vasitələr tövsiyə olunur?
A) elektrik kardioversiya

B) β - adrenoblokator və və/ya diqoksin

C) antikoaqulyantlar və və/ya sotalol

D) xinidin və ya amiodaron

E) kalsium kanalları blokatorları və ya aldosteron blokatorları
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890


281) Nyu – York təsnifatında (NYHA) XÜÇ–nın neçə funksional sinfi var?

A) 3


B) 5

C) 4


D) 1

E) 2
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.



282) III FS XÜÇ-də altı dəqiqəlik yeriş sınağına hansı məsafə uyğundur?

A) 301 – 425 m

B) 151-300 m

C) 151 -dən az

D) 426 – 550 m

E) 551 – 800 m


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

283) Sol mədəciyin struktur və həndəsi formasının dəyişməsi necə adlanır?

A) keylşmə

B) yuxu miokard

C) remodelləşmə

D) dilatasiya

E) "cor bovinum"


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

284) XÜÇ-də ən çox təsadüf edilən şikayət hansıdır?

A) öskürək

B) başgicəllənmə

C) ürək ağrısı

D) təngnəfəslik

E) yuxusuzluq


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

285) Anasarka nədir?

A) perikardda mayenin olması

B) bütün toxuma və boşluqların ödemi

C) qarın boşluğunda mayenin olması

D) sifətdə ödemin olması

E) plevra boşluğunda mayenin olması


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

286) Stress exokardioqrafiya nəyi təyin etmək üçün istifadə edilir?

A) mədəcik anevrizmasının olması

B) miokardda cırılmanın olması

C) perikardda mayenin olması

D) ürəkdaxili tromb kütləsinin olması

E) hibernasiya olmuş miokard sahəsinin olması


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin