Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 453,92 Kb.
səhifə1/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
  1   2   3   4   5   6   7   8   9   ...   40
Kardiologiya
01.06.2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir.
1) Qan dövranı sistemi neçə yerə bölünür?
A) böyük, kiçik, mərkəzi və periferik qan dövranına

B) böyük, mərkəzi və kiçik qan dövranına

C) böyük və kiçik qan dövranına

D) böyük, kiçik və beyin (Circle of Willis) qan dövranına

E) yalnız böyük qan dövranına
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
2) Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyil?
A) oksigenləşmiş arterial qanın böyük qan dövranına daxil edilməsi

B) ağ ciyərlərin perfuziyasının təchizatı

C) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi

D) ağ ciyərlərin qan dövranının təchizatı

E) ağ ciyərlərin ventilyasiyasının adekvat təminatı
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
3) Böyük qan dövranının əsas funksiyasına aşağıdakılardan hansı daxil deyil?
A) bütün daxili orqanların arterial qanla təchiz edilməsi

B) venoz qanın bütün orqanlardan çıxarılması

C) venoz qanın ürəyin sağ şöbəsinə daxil olmasını təmin etmək

D) bütün daxili orqanların arterial qanla təchiz edilməsi və venoz qanın orqanlardan çıxarılması

E) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
4) Anatomik olaraq normada ürəyin ön səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?
A) 2/3 hissə sol mədəcik və 1/3 hissə sağ mədəcikdən

B) sol mədəcik və sol qulaqcıq seyvanından

C) ancaq sağ mədəcikdən

D) sağ mədəcik və sağ qulaqcıqdan

E) ancaq sol mədəcikdən
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
5) Anatomik olaraq, normada ürəyin arxa səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?

1.Sol və sağ qulaqcıqların arxa və yuxarı səthlərindən

2.Sağ qulaqcığın arxa səthindən

3.Sağ mədəciyin kiçik hissəsindən

4.Sol qulaqcığın böyük hissəsindən

5.Sol mədəciyin böyük hissəsindən

A) 1, 2, 4

B) 3, 4, 5

C) 1,3 ,5

D) 2, 4, 5

E) 1, 2, 3


Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
6) Qulaqcıqlar və mədəciklər bir - birindən hansı qapaqlarla ayrılır?

1. mitral qapaqlarla

2. ağciyər arteriyasının qapaqları ilə

3. trikuspidal qapaqlarla

4. aorta qapaqları ilə
A) 2, 3

B) 1, 4


C) 2, 4

D) 1, 3


E) 1, 2
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
7) Sağ və sol mədəciklərin çıxacaq hissəsində yerləşən ağciyər arteriyası və aorta qapaqları, müvafiq olaraq, neçə taydan təşkil olunmuşdur?
A) 2 və 3

B) 3 və 3

C) 3 və 4

D) 4 və 3

E) 3 və 2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
8) Ürəyin hansı hissəsini endokard nazik (0,6 mmyaxın) birləşdirici toxuma qişası ilə daxildən örtmür?
A) bütövlükdə ürək boşluğunu

B) qapaqları

C) xordaları

D) qalxan aortanın başlanğıc hissəsini

E) papillyar əzələləri
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
9) Normada sağ mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 4,5-5,5 mm

B) 3-4 mm

C) 2-3 mm

D) 5-6 mm

E) 4-5 mm
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
10) Ürəyin əsasında epikardda nə baş verir?
A) perikardın nə parietal nə də visseral səhvəsinə keçmir

B) perikardın parietal səhvəsinə keçir

C) əvvəlcə perikardın parietal sonra isə visseral səhvəsinə keçir

D) perikardın visseral səhvəsinə keçir

E) əvvəlcə perikardın visseral sonra isə parietal səhvəsinə keçir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
11) Epikard ürəyin hansı hissəsini örtür?

1. ürəyin xarici səthi

2. qalxan aortanın və ağciyər arteriyası kötüyünün başlanğıc hissəsi

3. ağciyər və boş venaların son hissələri

4. ürəyin qapaqları

5. papilyar əzlələri

A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 2, 3

E) 1, 3, 5


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
12) Epikard hansı toxumalardan təşkil olunmuşdur?
A) Əzələ qatı ilə bitişmiş epitel toxumasından

B) Sinir toxuması ilə bitişmiş əzələ toxumasından

C) Əzələ qatı ilə bitişmiş birləşdirici toxumadan

D) Sinir toxuması ilə bitişmiş birləşdirici toxumadan

E) Epitel toxuması ilə bitişmiş birləşdirici toxumadan
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
13) Ürəyin əsasında epikard nəyə məruz qalır?
A) perikardın parietal səhifəsinə kecir, sonra aortanın başlanğıc hissəsini bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir

B) perikardın parietal səhifəsinə və boş venaların mənfəzinə kecir, sonra ürəyi ətraf orqanlardan mühafizə edir

C) perikardın visseral səhifəsinə keçir, sonra aortanın başlanğıc hissəsini bürüyür, beləliklə ürəyi ətraf orqanlardan mühafizə edir

D) perikardın visseral səhifəsinə kecir, sonra ag ciyər arteriyası kötüyünü bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir

E) perikardın parietal səhifəsinə, sonra aorta və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsinə, həmçinin ağ ciyər və boş venaların mənfəzinə kecir və ürəyi ətraf orqanlardan mühafizə edir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
14) Sağlam adamlarda normal yerləşən ürəyin sol sərhədi (zirvəsi) nədən təşkil olunub və hara proyeksiya olunur?
A) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm xaricə (tışa) proyeksiya olunur

B) sol mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

C) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm içəri proyeksiya olunur

D) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

E) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm icəri dördüncü qabırğaarası sahəyə proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
15) Sağlam adamlarda normal yerləşən ürəyin sağ sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?
A) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

B) sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

C) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

D) sağ mədəcikdən əmələ gəlir , döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

E) sağ mədəcikdən, hissəvi sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
16) Sağlam adamlarda normal yerləşən ürəyin yuxarı sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?
A) sağ qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

B) sağ qulaqcıqdan, hissəvi sol qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sol kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

C) sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

D) sol qulaqcıqdan, hissəvi sağ qulaqcıq seyvanından əmələ gəlir və döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

E) sol qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sol kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
17) Ürəyin hansı şöbələrini sağ koronar arteriya qidalandırır?

1.sağ mədəciyi

2. mədəciklərarası çəpərin arxa hissəsini

3.yan, eyni zamanda arxabazal şöbələrini

4.sol mədəcik divarının aşağı diafraqmal və hissəvi, arxabazal şöbələrini

5.ürəyin zirvəsini və sol mədəciyin aşağı diafraqmal şöbəsinin az hissəsini
A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
18) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın mədəciklərarası şaxəsi qidalandırır?

1.sağ mədəciyi

2.mədəciklərarası çəpərin ön hissəsini

3.hissəvi sol mədəciyin aşağı diafraqmal şöbəsini

4.sol mədəciyinön yuxarı,yan şöbələrini

5. ürəyin zirvəsini
A) 2, 4, 5

B) 2, 3, 5

C) 1, 2, 4

D) 1, 2, 3

E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
19) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın dolanan şaxəsi qidalandırır?

1. ürəyin zirvəsini

2. sol mədəciyin yan şöbələrini

3. mədəciklərarası çəpərin ön hissəsini

4. sol mədəciyin ön yuxarı şöbələrini

5. sol mədəciyin arxa bazal şöbələrini

A) 1, 3, 5

B) 3, 4, 5

C) 1, 2, 3

D) 2, 4, 5

E) 1, 2, 4


Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
20) Ürəyin iri venaları qanı haradan toplayırlar?
A) əsasən sol mədəciyin divarından

B) sağ mədəcik və sağ qulaqcıq divarlarından

C) sağ qulaqcıq və hissəvi sol mədəciyin divarlarından

D) sağ və sol mədəcik divarlarından

E) sol qulaqcıq və hissəvi sol mədəciyin divarlarından
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
21) Koronar sinus ürəyin hansı səthində yerləşir?
A) Sol yan

B) Ön


C) Sağ yan

D) Arxa

E) Bazal
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
22) Qanı sağ mədəcik divarından toplayan ürəyin venaları hara tökülürlər (Vyessen-Tebeziya kiçik venaları istisna olmaqla)?

A) sağ mədəcik boşluğuna

B) sol qulaqcıq boşluğuna və koronar sinusa

C) sol mədəcik boşluğuna

D) koronar sinusun özünə

E) koronar sinusu ötərək, sağ qulaqcıq boşluğuna


Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
23) Ürəyin kiçik venaları (Vyessen -Tebeziya venaları) hara tökülür?
A) bilavasitə sağ mədəcik boşluğuna

B) bilavasitə koronar sinusa

C) bilavasitə sol mədəcik boşluğuna

D) bilavasitə sağ qulaqcıq və sağ mədəcik boşluqlarına

E) bilavasitə qulaqcıq və mədəcik boşluqlarına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
24) Ürəyin hansı fəaliyyəti keçiricilik funksiyası adlanır?
A) ürək əzələsini oyadaraq keçiricilik sistemi ilə elektrik impulslarını ötürmək

B) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək

C) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemini və miokardın yığılma qabiliyyətli hüceyrələrini oyatmaq

D) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

E) ürəyin keçiricilik sisteminin lifləri və miokardın yığılma qabiliyyətli hüceyrələri ilə qıcığı ötürmək
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
25) Ürəyin ayrı-ayrı şöbələrinin yığılıb-boşalması ürəyin hansı funksiyası hesabına ödənilir?
A) ürəyin nasos funksiyası

B) ürəyin rezervuar funksiyası

C) ürəyin inоtrop funksiyası və Frank-Starlinq mexanizminin qoşulması birlikdə

D) ürəyin transport funksiyası

E) ürəyin inоtrop funksiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
26) Ürəyin işlək əzələ liflərinin ritmiki və sinxron yığılmasını nə təmin edir?
A) əlavə disklər (neksus)

B) spontan ritmiki aktivliyə malik hüceyrələr

C) sarkoplazmatik şəbəkə

D) funksional sinsiti

E) ayrıca əzələ lifləri
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
27) Hər bir kardiomiositlər nədən təşkil olunmuşdur?
A) çoxlu miqdarda sarkolemmadan

B) çoxlu miqdarda sarkoplazmatik şəbəkədən

C) çoxlu miqdarda bir-birinə keçən miofibril liflərindən

D) spontan ritmikliyə malik sinir hüceyrələrindən

E) çoxlu miqdarda əlavə disklərdən (neksus)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
28) Miofibrillərin arasında nə yerləşir?
A) hüceyrə nüvəsi, ribosomlar, əlavə disklər (neksus)

B) hüceyrə nüvəsi, mitoxondrilər, həmçinin hüceyrədaxili membran sistemi

C) hüceyrə sitoplazması və mitoxondriyalar, həmçinin hüceyrədaxili membran sistemi

D) hüceyrə nüvəsi, həmçinin hüceyrədaxili membran sistemi

E) hüceyrə nüvəsi, ribosomlar və sarkolemmalar
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
29) Sadananlardan hansının vasitəsi ilə eninə zolaqlı əzələ hüceyrələri (kardiomiositlər) bir-birilə birləşir?
A) spontan ritmikliyə malik sinir hüceyrələri ilə

B) funksional sinsiti ilə

C) sarkoplazmatik şəbəkə ilə

D) əlavə disklərlə (neksus)

E) sarkomerlərlə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
30) Miosıtləri nə əhatə edir?
A) ribosomlar

B) funksional sinsiti

C) miofibrillər

D) mitoxondrilər

E) sarkolemma
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
31) Miofibrillərin yığılmasının struktur və funksional vahidini nə təşkil edir?
A) funksional sinsiti

B) ribosomlar

C) sarkolemma

D) mitoxondrilər

E) sarkomerlər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
32) Bir-birilə sıx əlaqə nəticəsində kardiomiositlərin yığılmasının əsasını təşkil edən sarkomerlərin tərkib hissəsinə nə daxildir?
A) nazik saplar (aktin molekulaları) və qalın saplar (miozin molekulaları)

B) mitoxondrilər və nazik saplar (miozin molekulaları)

C) mitoxondrilər və qalın saplar (miozin molekulaları)

D) nazik saplar (aktin molekulaları)

E) mitoxondrilər və ribosomlar
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
33) Sarkomerlərin qalın lifləri hansı molekullardan təşkil olunub?
A) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək miozinin nazik lıflərinə doğru qabarmış uzun aktin mоlekullarından

B) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək aktinin nazik lıflərinə doğru qabarmış uzun miozin molekullarından

C) uzun miozin molekulundan və bir-birini tənzimləyən requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulundan

D) iki spiral zəncir formasında dolanmış, bir-birini tənzimləyən requlyator zülallar – tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulundan

E) iki spiral zənciri formasında dolanmış, bir-birini tənzimləyən requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan miozin molekulundan
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
34) Hüceyrədaxili konsentrasiyasından asılı olaraq, miokardın yığılma qabiliyyətində yüksək rolu olan, hansı ionların kardiomiositlərdəki miqdarı ürəyin inоtrop vəziyyətini tənzim edən əsas faktordur?
A) К+

B) СL-


C) Са2+

D) Nа+


E) Са2+ və К+
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 23
35) Ürək əzələsinin funksiyasını müəyyən edən həlledici faktor nədir?
A) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktoru

B) mədəciklərin son sistolik həcminin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktor

C) ürəyin yığılma qüvvəsinin mədəciklərin son diastolik həcmindən aslılığı faktoru

D) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslı olmaması faktoru

E) ürəyin yığılma qüvvəsinin mədəciklərin son sistolik həcmindən aslılığı faktoru
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
36) Frank-Starlinq qanununa görə normada mədəciyin son diastolik həcminin artması nəyə səbəb olur?
A) mədəciklərin yığılmasının yavaşımasına

B) mədəciklərin yığılmasının sürətlənməsinə

C) maksimal yığılma gücünün zəifləməsinə

D) maksimal yığılma sürətinin dəyişməsinə

E) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
37) Frank-Starlinq qanununa əsasən hansı göstəricinin yüksəlməsi hesabına mədəciklərin yığılması güclənir?
A) son diastolik təzyiqin

B) son sistolik və son diastolik həcmin

C) son diastolik həcmin

D) son sistolik həcmin

E) son sistolik həcmin və son diastolik təzyiqin
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
38) Simpatik aktivliyin və digər faktorların artmış təsirindən əmələ gələn ürək əzələsinin inotrop funksiyasının artması nəyə səbəb olur?
A) maksimal yığılma sürətinin dəyişməsinə

B) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin artmasına

C) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin zəifləməsinə

D) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

E) maksimal yığılma gücünün zəifləməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
39) Mədəciklərin sistolası hansı fazadan başlanır?
A) mədəciklərin sürətli dolma

B) qanın qovulma

C) asinxron yığılma

D) mədəciklərin izovolümik yığılma

E) mədəciklərin izovolümik boşalma
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26
40) Mədəciklərin asinxron yığılma fazası nə vaxtdan başlanır? (FKQ- fonokardioqramma)
A) EKQ- də R dişinin zirvəsindən S dişinin sonuna qədər, FKQ -dakı yüksək tezlikli dalğalarının birinci dalğasından sonuncu dalğasına qədər olan vaxtdan

B) FKQ- dakı III tonun əvvəlindən sonuna qədər olan vaxtdan

C) FKQ- dakı II tonun son hissəsindən III tona qədər olan vaxtdan

D) EKQ- də QRS kompleksinin başlanğıcından, FKQ- dakı I tonun yüksək tezlikli dalğalarının birinci dalğasına qədər olan vaxtdan

E) EKQ- də T dişinin əvvəlindən sonuna qədər, FKQ- dakı I tonun son hissəsindən II tonun sonuna qədər olan vaxtdan
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin