"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم



Yüklə 100,42 Kb.
səhifə23/24
tarix26.12.2016
ölçüsü100,42 Kb.
#3704
1   ...   16   17   18   19   20   21   22   23   24
Mutənin yasaq olması
Əmmar Əbu Abdullahdan rəvayyət edir ki,İmam ona və Süleyman ibn Xalidə dedi: “Mutə nigahı qadağandır.” (“Furu əl Kafi”c.2,səh 48; “Vəsailuş şia” c.14,səh 450)

Əbu Abdullah dedi: “Sizlərdən biriniz belə vəziyyətdə yaxalanmaqdan utanmırmı?Hansı ki,bu ona və onun saleh yoldaşlarına kölgə salır.” (“Furu əl Kafi”c.2,səh 44; “Vəsailuş şia” c.14,səh 450)

Əli ibn Yəktin İmam Əbul Həsəndən mutə nigahı baradə soruşanda o dedi: “Ondan sənə nə? Allah səni bundan uzaq etmişdir.” (“Furu əl Kafi”c.2,səh 43;“Vəsailuş şia” c.14,səh 449)

Abdullah ibn Umeyr İmam Əbu Cəfərə dedi: “Sənin xoşuna gələrmi əgər sənin zövcələrin, qızların,bacıların və əmin qızların mutə nigahına girsinlər? İmam Əbu Cəfər ondan bu sözləri eşidəndə üz döndərdi.” (“Furu əl Kafi”c.2,səh 42;“Təhzib” c.2,səh 186)


Bəzi rəvayyətlərindən
Kuleyni özünün “Kafi” kitabında Əbu Abdullahdan belə rəvayət edir ki, münafiqlərdən bir kişi ölürmüş, Hüseyn ibn Əli cənazə ilə birlikdə yola çıxır.Onun qarşısına bir mövlası çıxır, imam Hüseyn ondan soruşur: “Hara gedirsən?” O deyir: “Bu münafiqin cənazəsindən qaçıram ki, onun üçün namaz qılmayım.” İmam ona deyir: “Sən namaz zamanı mənim sağımda dayan və məndən nə eşitsən, sən də elə de.” Hüseyn təkbir duasında belə söyləyir: “Allahü əkbər! Allah, sən bu qulun filankəsə min dəfə eyni, bir-birindən fərqlənməyən lənətlər yağdır. Qullarından birini cəzalandır, onu Cəhənnəm odunun qızmarına at, ona Özünün ən şiddətli əzabını daddır.Çünki, o sənin düşmənlərinə dost, övliyalarına düşmən olmuşdur. O, sənin Peyğəmbərinin ailəsinə nifrət etmişdir.” (“Kafi” “Kitab əl-cənaiz” , “Düşmənçilik edənlər” fəsli, c.3,səh 189, İran)

Bu hədisi həmçinin, Tusi “Təhzib”,Şeyx Səduq “Mən lə yəhduruhul fəqih”,Hurr Amili “Vəsailuş şia” kitablarında nəql etmişlər.


Peyğəmbər (s.a.s)-dən rəvayət edirlər: “Xına ilə rənqlənməyə sərf olunan bir dirham, Allah yolunda sərf olunmaqdan daha üstündür. Onda 14 keyfiyyət var: Qulaqlardan küləyi qovur, burnu yumuşaldır, ağız iyini yaxşılaşdırır, damağı gücləndirir, özündən getməyi aradan qaldırır, gözdən pərdəni qaldırır, şeytanın vəsvəsənini azaldır, mələklər ona sevinir, mömin mücdələnir, Kafir isə qəzəblənir. O bir zinətdir, bir ətirdir (aromatdır). Qəbirdə onun üçün bəraətdir. Münkər və Nəkir ondan utanırlar” (“Kafi” c.6, səh 482; Eyni tipli hədis “Vasailuş şia” c.2, 85-86 səhifə, hədis*1561

Əbu Həsəndən: “İki kafir və iki mömin çaylar var. İki mömin çay, Fərat və misirin Nil çaylarıdır. İki kafir çay isə Dəclə və Bəlx çaylarıdır” (“Kafi” c.6, səh 391)

Kuleyni isə rəvayyət edir: “Bir kişinin iki uşağı olmuşdur. Əbu Abdullah onu təbrik etdi. Sonra dedi: “Hansı böyükdür?” Dedi: “1-ci dünyaya göz açan”. Əbu Abdullah dedi: “Yox, axırıncı çıxan böyükdür. Sən bilmirsən, qadın onun ilə birinci hamilə olub, o biri onun yoluna daxil olub. O cıxmayana qədər, bu da çıxa bilməyib. Axırıncı çıxan, onların böyüyüdür” (“Kafi” c.6, səh 53)

İmam Cəfər Sadiq deyir: “Gözəl qadın bəlğəmi kəsir.Qara qadın isə qara ödü coşdurur.” (“Kafi” c.5, səh 336)
Əbu Abdullah dedi: “Cəbrayıl Peyğəmbər (s.a.s)-ə Cənnətdən bir qab ilə gəldi. İçində hərisə (yemək növü) var idi. (Cəbrayil) dedi: “Bunu sənin üçün huzul (huriya) düzəldib. Sən, Əli və sizin nəslindən olanlar yesinlər. Onu sizdən başqası yeməməlidir” Allahın elçisi (s.a.s), Əli, Fatimə, Həsən və Hüseyn oturub yedilər. Həmin yeməkdən Peyğəmbərə 40 kişinin qüvvəsi gəlmişdir. İstədiyi vaxt bir gecədə qadınların hamısı ilə ola bilirdi”( “Kafi” c.5,səh 565)

Əbu Abdullah dedi: “Bir kişi öz arvadı ilə Ömərin yanına gəldi və dedi: “Bu qadınımdır. O da qaradır, məndə. O ağ uşaq doğub”. (Ömər) öz ətrafındakılara dedi:” Nə deyiriz?”. Dedilər:”Biz deyirik onu daşqalaq etmək lazımdır.” Əri qara özü qara,amma ağ uşaq doğub”. Onu daşqalaq etməyə aparanda, Əmirəlmöminin (Əli) dedi: “Sizə nə olub?” Ona danışdılar. Qaraya dedi: “Qadınını ittiham edirsən?” Dedi, yox. (Əli) soruşdu:”O aybaşı olanda ona yaxınlaşmısan?” (Qara): ”O, mənə gecələrin birində demişdir ki, aybaşılıdır. Ancaq mənə elə gəldi ki, o soyuqdan qorxur (yəni qüsl etmək istəmir) və onunla yaxınlıq etdim”. Qadına dedi: “Sən aybaşılı olanda yaxınlaşıb?” Dedi: “Bəli, ondan soruş mən imtina edirdim”. (Əli) dedi: “Gedin, sizə bəraət var. O, sizin oğlunuzdur. Qan nütfəyə üstün gəlib o da ağarıb. Hərəkət etsəydi qaralardı. Böyüyəndə qaralacaq” (“Kafi” c.5, səh 566)


İmam Həsəndən (r.a) rəvayyət olunur: “Allahın iki şəhəri var. Biri şərqdə biri qərbdə. Onları dəmir divarlar əhatə edir. Hər birinin 1000 1000 (yəni 1000 000) qapısı var. Həqiqətən orada 70 min min (yəni 70 000 000) dil var. Hər dildə danışanlar var. Mən isə bütün dilləri və onlarda (şəhərlərdə) olanları bilirəm. Onlara mən və qardaşım Hüseyndən başqa höccət yoxdur”( “Kafi” c.1, səh 462; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 817)

Muhəmməd ibn Muslim: ”Bir gün İmam Əbu Cəfərin yanında idim. Birdən divarın üstünə iki çöl göyərçini qondular və başladılar qullamağa. Əbu Cəfər onlara bir saat cavab verdi. (Yəni, aralarında bir saat söhbət gedirdı). Sonra qalxdılar, divara qonanda, erkək dişi ilə bir saat danışdı. Sonra isə uçub, getdilər. (Mən) dedim: “Sənə fəda olum, bu nə quşdur?” (İmam) dedi: “Ey ibn Museyim.Allahın yaratdığı quş, heyvan dan hər bir varlıq bizə Adəm oğlundan daha itaətkardır. Bu xoruz göyərçin öz qadınından (fərəsindən) şübhələnib. O, da ona and içib ki, heç nə etməmişəm. (Fərə) dedi: “Sən Muhəmməd ibn Əliyə razısan hakim kimi?” o da razılaşdı. Mən ona dedim ki o zülm edir, və o inandı”( “Kafi” c.1,səh 470-471; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli Kafi” kitabında səh 832)

Əbu Abdullah: “Daş (yəni qara) Allah yanında böyük bələklərdən idi” (“Kafi” c.4, səh 185)

Kuleyni Əbu Abdullahdan rəvayyət edir: “Uşaqlıgın yolu dörddür. Hər hansı yola spermatazoid düşsə, bir, iki, üç və dörd uşaq olar, hər yolda bir uşaqdan çox olmaz” (“Kafi” c.6,səh 16-17)

Əbu Həsən Rzadan: “Fil məsxdir (çevrilmiş heyvandır). O zinakər bir şah idi. Cənavar məsxdir. O dəyus bir bədəvi idi. Dovşan məsxdir ərinə xəyanət edən bir qadın idi. Yarasa məsxdir. İnsanların xurmasını oğurlayırdı. Donuz və meymun bəni israildən olan bir qövmdir. Altıncı günü aşmışdılar. Kərtənkələ və cirris İsaya süfrə enməsinə inanmayan bir qövmdür. Onlar azdılar, bir dəstəsi suya, bir dəstəsi qururya düşdü. Sıçan balası fasiqdir. Əqrəb söz gəzdirən idi, ayı və arı tərəzidə aldadan qəssablar idilər” (“Kafi” c.6, səh 246)

Əbu Abdullahdan: “Cəsurluq ürəkdədir, rəhmət və köbudluq qara ciyərdədir, həya isə ağ ciyərdədir” (“Kafi” c.8, səh 165)

Əbu Abdullah dedi: “Ağ xoruz mənim və bütün möminlərin dostudur”

Əbu Həsən: ”Xoruzda peyğəmbərdən beş xislət var:”Əli acıqlıq, şücaət, qənaət, namaz vaxtlarını biliyi, çoxlu cinsi əlaqədə olma imkanı və qeyrət” (“Kafi” c.6, səh 550)


Yunis Qəsridən: “Mədinəyə qəldim və Əbu Abdullahı ziyarət etdim. Ona dedim: “Səna fəda olum, sənin yanına gəldim. Ancaq əmirəl möminini ziyarət etmədim”. (İmam):”Nə pis iş gördün. Sən bizim şiələrimizdən olmasaydın üzünə belə baxmazdım. Sən mələklər lə Allah, peyğəmbər və möminlər ziyarət edəni ziyarət etmirsən?” (“Kafi”c. 4, səh 580)

Kuleyni “Kafi” kitabında “Cəfərin dünyaya gəlməsi” fəslində yazır: “Əbu Abdullah hicri 83 ildə anadan olub və 148-ci ildə vəfat edib.Onun 65 yaşı var idi.O,”Baqi”də atasının və babasının basdırıldığı qəbirsanlıqda dəfn olunub.Onun anası Umm Fərva bint əl Qasim ibn Muhəmməd


Yüklə 100,42 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin