"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم



Yüklə 100,42 Kb.
səhifə21/24
tarix26.12.2016
ölçüsü100,42 Kb.
#3704
1   ...   16   17   18   19   20   21   22   23   24
Fatimə müshəfi

Kuleyni imam Cəfərdən rəvayyət edir ki,Əbu Bəsir ondan soruşmuşdur: “...Yaxşı, Fatimə Müshəfi nə olan şeydir? O dedi: Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur" ( “Kafi”c.1, səh.239)


Bu rəvayyətin tam versiyası belədir: "Əbu Bəsir demişdir: "Əbu Abdullahın yanına girdim və dedim: Sənə fəda olum! Mən səndən bir şey soruşmaq istəyirəm. Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki?” Əbu Abdullah özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora baxdı, sonra dedi: “Soruşmaq istədiyini soruş.” Mən dedim: “Sənin şiələrin danışırlar ki, Rəsulullah (s.a.s) Əliyə bir qapı tanıdıb ondan min qapı açılır. O dedi: “Rəsulullah (s.a.s) Əliyə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O bir qədər susdu, sonra dedi: “Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: “Ey Əbu Muhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim: “Sənə fəda olum, Camiə nə olan şeydir?” O dedi: “Camiə uzunluğu Rəsulullah (s.a.s)-ın dirsəyi ilə yetmiş dirsək olan bir lövhədir. Orada yazılanlar Peyğəmbər (s.a.s)-in dilindən çıxan sözlərdir. Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi: Ey Əbu Muhəmməd, izn verirsən? Dedim: “Sənə fəda olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari toxunub dedi: “Elə götürək bu ərəşi. O, bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O, dedi: “Bu, doğrudan da, elmdir, amma o elmdən deyil.” Sonra bir qədər sakit oturduqdan sonra dedi: “Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir?” Mən soruşdum: “Yaxşı, Cifr nədir? O, dedi: “Bu elə bir dəri lövhədir ki, onda Peyğəmbərlərin və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var.” Mən dedim: “Elm buna deyərlər.” O dedi: “Düzdür, bu elmdir, lakin o elmdən deyil.” Sonra yenə bir az susduqdan sonra dedi: “Bizdə Fatimənin müshəfi var, onlar isə bilmirlər ki, Fatimə müshəfi nə olan şeydir? Mən soruşdum: “Yaxşı, Fatimə müshəfi nə olan şeydir?” O, dedi: “Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur"

Kuleyni yazır: ”Həmmad ibn Osman dedi ki,Əbu Abdullah buyurdu: ”Şübhəsiz ki,mən Fatimənin Quranına baxtım və gördüm ki,yüz iyirmi səkkiz illərində zındıqlar peyda olacaqlar.Mən soruşdum: ”Fatimənin Quranı nə olan kitabdır?”O,dedi: ”Şübhəsiz Allah Peyğəmbər (s.a.s)-in ruhunu aldıqdan sonra Fatiməni Allahdan başqasının bilmədiyi bir hüzn bürüdü.Allah Fatiməni təsəlli etmək və onunla danışması üçün bir mələk göndərdi.Sonra Fatimə bu hadisəni Möminlərin əmiri Əliyə danışdı.Əli dedi:”Əgər bunu hiss etsən və bir şeylər eşitsən bunu mənə xəbər et.”Sonra Fatimə bunu Əliyə xəbər verdi və bütün eşitdiklərini Əliyə çatdırdı.Bu qayda ilə bir Quran əmələ gəldi.O Quranda halallardan və haramlardan bir şeylər yoxdur.Lakin,içərisində gələcəkdə olacaq hadisələrdən bəhs olunan bir elm vardır. ”(“Kafi” c.1 səh 240)


Əbul Əla İmam Əbu Abdullahının belə dediyini rəvayyət etmişdir: “Məndə ağ müshəf vardır.Soruşdum: “Orada nə yazılıb?” İmam: “Orada Davud (ə)-un Zəburu,Musa (ə)nın Tövratı,İsa (ə)-ın İncili,İbrahim (ə)-ın səhifələri və halal və haramlar yazılıbdır.

Məndə qırmızı müshəf vardır.Mən soruşdum: “Orada nə yazılıbdır?” İmam: “Silah.O,qan töküləndə açılır.Onu öldürmək üçün əlində qılınc tutan açacaqdır.”

Abdullah ibn Əbul Yəfur imama dedi: “Allah səni izzətləndirsin.Bunu Bəni Həsən bilirmi?”

İmam dedi: “Allaha and olsun ki,onlar bunu gecənin gecə,gündüzün də gündüz olmasını bildikləri kimi bilirlər.Fəqət,qısqanclıq və bu dünyaya hərislik onları bunu inkar etməyə sövq etdi.” (“Usuli Kafi” c.1,səh 24)

“Kafi”də yazılan başqa bir hədisdə Əbu Ubeydədən rəvayyət olunur: ”Bəzi dostlarımız Əbu Abdullaha Fatimə Quranı haqqında sual etdilər.O,uzun bir müddət susdu,sonra dedi: ”Sizlər istədiklərinizi və istəmədiklərinizi axtarırsınız.Fatimə (r.a) Peyğəmbər (s.a.s)-dən sonra yetmiş beş gün yaşadı.Atasının vəfatı ilə əlaqədar olaraq O çox hüznlü idi.O vaxtlar Cəbrayıl ona gəlirdi və kədərini azaldırdı,ona təskinlik verirdi.Ona atasından və onun məkanından xəbər verirdi.Özündən sonra zürriyyətinə nələr olacağını xəbər verirdi.Bütün bunları da Əli (r.a) bir yerə yazırdı.Fatimə (r.a)-ın Quranı məhz budur.”(“Kafi” c.1,səh 241)
Məclisi bu hədisi səhih hesab etmişdir. Digər rəvayyətdə isə imam demişdir: “Bu dünyada hökm sürəcək elə bir hakim yoxdur ki,onun və atalarının adı bu müshəfdə yazılmasın.” (“Kafi” c.1,səh 242)


Yüklə 100,42 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin