İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə31/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   28   29   30   31   32   33   34   35   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

Bağlı rinolaliya.Bu zaman burun və burun tənəffüz yollarında havanın qarşısı kəsilir.Belə uşaqların burunla tənəffüzü çətinləşir.Bəzən onlar tamamilə nəfəs ala bilmirlər. Bu çətinliklər nəticəsində burun səsi olan “p,m” səslərinin tələffüzü ağırlaşır.Bu zaman “m-b",”n-d”kimi tələffüz edilir.Burun zonasının zəifliyi nəticəsində səsin tembiri də dəyişir. Bağlı rinolaliyanı aradan qaldırmaq üçün əvvəlcə burun,burun udlaq yollarının müalicəsini təmin etmək lazımdır. Burada olan artıq ətlərin (poliblərin) cərrahi yolla təmizləmək lazımdır. Bundan sonra nitqin bərpasına başlamaq olar.Elə hallar olur ki, bağlı rinolaliyanın yaranmasına burun tənəffüz yollarının nöqsanları deyil, zəif eşitmə də öz təsirini göstərə bilər. Rinolaliyanın yaranma səbəbləri hamiləlik dövründə ananın keçirdiyi psixi travmalar, toksoplazmalar,yoluxucu xəstəliklər,ananın zəhərli qazlar ilə nəfəsalması, qanda maddələr mübadiləsinin pozulması səbəb ola bilər.Bütün bu səbəblər dölün qidalanmasını zəiflədir və bu da rinolaliyanın əmələ gəlməsinə səbəb olur.Rinolaliyanın korreksiyası zamanı müxtəlif məşğələlərdən istifadə olnur. Uşaqların nitqini inkişaf etdirmək üçün loqoped aşağıdakı yollardan istifadə edir.

  1. Yumşaq damağın aktivləşdirilməsi.

  2. Sait və samit səslərin qoyuluşu.

  3. Psixoterapiya.

  4. Burunla nəfəs almaq.

  5. Ağız nəfəsalıb ağızla nəfəs vermək.

  6. Burunla nəfəsalıb ağızla vermək.

  7. Ağızla nəfəsalıb burunla vermək.

Məşəğələ zamanı dilin vəziyyətinə xüsusi fikir vermək və bu zaman uşağı bu işə alışdırmaq lazımdır.

Pəltəklik.Pəltəklik elə bir nitq nöqsanıdır ki, bu zaman əsasən nitqin səlistliyi və ritmi pozulmuş olur. Tələffüzdə müşahidə edilən nöqsanlara görə pəltəkliyi aşağıdakı kimi təsnif etmək olar.

  • “R” səsini tələffüz edə bilməmək.

  • Bəzi (b,s,m və s.) səslərin təhrif olunmuş deyilişi,yaxud tamamilə buraxılması,bir səsi və ya hecanı digəri ilə əvəz etmək.

Pəltəkliyin əmələ gəlməsinə səbəb olan amilləri söylədiyimiz zaman beyin və nitqin ətraf aləmlə əlaqədar olan pozğunqluqları xüsusilə qeyd etmək lazımdır. Əvvəlcə pəltəkliyə səbəb ola biləcək beyinlə əlaqəsini nəzərdən keçirək.Buruya əsasən beyin qabığında gedən iltahablar və patoloji proseslər nəticəsində əmələ gələn xəstləliklərin qalıqları aiddir.Yumşaq damaqda,dildə,dodaqlarda zəif ifliclərin qalması, nitqdə olan anatomik nöqsanlar pəltəkliyə səbəb olan hallardır.

Üst çənə ilə alt çənə bir-birinə düzgün münasibətdə olmalıdır.Belə olmadıqda aşağıdakı nöqsanlar üzə çıxır.



  • Ağız yumulu olduqda alt çənə üst çənədən çox öndə olur.

  • Ağız yumulu olduğu zaman alt və üst çənənin arasında ön tərəfdə açıq qalma halı müşahidə olunur.

  • Ağız yumulu oduqda alt və üst çənənin arasında yan tərəflərdən açıqlıq qalır.

Bu kimi hallar pəltəkliyin əmələ gəlməsinə səbəb olur.

Bunlardan başqa yumşaq damağın burun yolunu qapaya bilməməsi, dişlərin müntəzəm düzülməməsi, dodaqların anadan gəlmə yarıq olması və bu kimi fiziki qüsurlarda nitq pozğunluğu olan pəltəkliyin əmələ gəlməsinə səbəb ola bilər. Pəltəkliyi yaradan digər bir nöqsana nəzər salaq. Belə nöqsanlardab biri də dilin altinda olan pərdənin gödək olması dilin hərəkətini məhdudlaşdırır. Bu zaman dil dişlərin arasında eninə və uzununa doğru yaxşı hərəkət edə bilmədiyi kimi yuxarıya doğru da hərəkəti zəif olur.Belə olduqda dil bir sıra səsləri (r,l,t,d,x,) tələffüz edə bilmir.Yada başqa səslə əvəz olunaraq tələffüz olunur.

Bəzi anatomik nöqsanların cərrahi müdaxiləyə ehtiyacı vardır.Məs.Dodaqda yarıq varsa onu tikmək, dilin altında üzəngi uzundursa o pərdəni bir qədər kəsmək olar.Və əməliyyatdan sonra müntəzəm olaraq loqopedlə əlaqədə olmaq lazımdır.Sağlam nitq almaq üçün əsas iş müəllim və loqopedlərin öhdəsinə düşür.


Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin