İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə35/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   28   29   30   31   32   33   34   35   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

Afoniya.

  • Disfoniya.

    Afoniya səsin tam pozulmasıdır. Belə səs qüsurunda uşağın səsi pıçıltılı və səssiz olur. Bu zaman səsdə titrəmə müşahidə olunur. Afoniya çox zaman kəskin və xroniki qırtlaq xəstəlikləri(qırtlaq əzlələrinin paraji,iltihabı) və əsəb pozulmaları nəticəsində meydana çıxır.Belə xəstələr danışa bilməyib,tez-tez öskürür və güclü emosional vəhdətdə qışqırırlar.Afoniya zamanı səs batır və səslərin diferensiyası qeyri ümumi olur.Afoniyanın korreksiyası aşağıdakı şəkildə olur.

    • Dili ağızdan çölə çıxartmaqla hər hansı bir səsin tələffüz edilməsi.

    • Dodaqları borucuq şəklinə salaraq səslənmə.

    • Qırtlağı masaj etməklə eyni zamanda səs tələffüz etmək.

    • Müxtəlif samitləri “a” səsi ilə hecada tələffüz etmək.

    Disfoniya.Disfoniya zamanı səs monoton,xırıltılı,tez yorulan olur.Bu nöqsanlar uşaqların ümumi və nitq inkişafına mənfi təsir göstərir. Somatik və psixi zəiflik asteniya yaradır.Periferik pozğunluq səslərin hündürlüyünü,qüvvəsini və tembirini,uşağın öz nitqinə akustik cəhətdən diqqətinin aşağı düşməsinə gətirib çıxarır.

    Səslərin pozulması mərkəzi və periferik olmaqla iki qrupa ayrılır.Bu qrupların hər birində üzvi və funksional səs pozulmaları müşahidə edilir.Çoz zaman səs pozulmaları müəyyən xəstəliklərin yaranması nəticəsində baş verir və müəyyən dəyişmələrə səbəb olur.Bəzən isə səs pozulmaları digər səs pozulmalarının tərkib hissəsi kimi özünü göstərir.Səs pozulmasının mexanizmi sinir-əzələ dəyişmələrinin xarakteri ilə səs tellərinin hərəkətliliyi və tonusu ilə bağlı özünü göstərir.

    Tədqiqatlar göstərir ki, uşaqların yaş xüsusiyyətlərini nəzərə almaqla,oyun növünü müəyyənləşdirməklə,onların tələbatlarına uyğun olan sözlər işlətməklə nitqlərinin inkişafına nail olmaq olar. İnkişaf dövründə uşağın həm fiziki, həm də psixi inkişafı tədricən nitqin əmələ gələməsinə şərait yaradır.Uşağın orqanizminin möhkəm və sağlam olması nitqin inkişafına şərait yaradan əsas amillərdəndir.Kişik yaşlardan başlayaraq uşağın tərbiyəsi sistemli aparılmalıdır.Və bu işdə əsas vəzifəni valideyn yerinə yetirir. Valideynlər çalışmalıdır ki, uşaqları düzgün və hərtərəfli tərbiyə etsinlər.


    Yüklə 85,2 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   28   29   30   31   32   33   34   35   36




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin