İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə3/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   2   3   4   5   6   7   8   9   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

İdiotiya- (yunanca avamlıq, ədəbsizlik) psixi inkişafdan qalmanın, oliqofreniyanın ən ağır formasıdır. Belə uşaqlar nitqə yiyələnmir, başqasının nitqini də başa düşmürlər. Belə xəstə uşaqlarda nitq səslərdən və ya biri digərinə bağlı olmayan və aydın deyilməyən sözlərdən ibarətdir. Onlar özünəxidmət vərdişlərinə yiyələnə bilmir, hərəkətlərində ağır qüsurlar olur. Onları işığı, parlaq rəngi, hərəkətdə olan obyekti və digər qıcıqlandırıcılara qarşı bəzi istiqamət seçmə reaksiyaları tərbiyə etmək mümkündür. İdiot uşaqlar daima nəzarət altında saxlamaq üçün onları xüsusi uşaq müəssisələrinə, yaxud psixopatiklər şöbəsinə göndərirlər. İdiot uşaqların xarici görkəminə görə sakit, məzlum, yazıq görünmələrinə baxmayaraq onlar üçün aqresivlik xarakterikdir. Onlar bəzən olduqları yerdə yırğalanır, yuxarı və aşağı ətrafları ilə qəribə hərəkətlər edir, gözlənilmədən yaxınlıqdakı adamlara hücum çəkir, onları cırmaqlayır, dişləyir, yaxud özlərini ora-bura çırpır, zərər yetirirlər. Onlarda oliqofrenlərlə müqayisədə nevroloji, somatik pozğuntular daha çoxdur. Motorikanın inkişafı kəskin şəkildə ləng getdiyindən onlar ayaq üstündə durmağı və yeriməyi bacarmırlar.

İmbesillik –(Latınca- zəif, köməksiz) anadangəlmə və ya erkən uşaqlıq dövründə yarana kəmağıllığın orta formasıdır. Bu xəstəlik klinik təsnifatına görə debilliklə idotiya arasında orta mövqe tutur. Emosional iradi sahəsində və idrak proseslərində dərin qüsurlar olan, müstəqil məqsədə yönəlmiş fəaliyyətə qabil olmayan uşaqlardır. İmbesil uşaqların nitqində, səslərin ifadə olunmasında çatışmamazlıqlar və hərəkəki davranışlarında müəyyən qüsurlar diqqəti cəlb edir. Uzun müddətli məktəb təlimi sayəsində imbesil uşaqlar oxu texnikasına, yazı vərdişlərinə yiyələnirlər, lakin yazı və oxu vərdişləri onların şəxsiyyət kimi inkişaf mənbəsinə çevrilmir.

İmbesil uşaqlarla təlim-tərbiyə işi aparan müəllim onların hər birinin imkanlarını nəzərə alaraq əsas diqqətini kollektivdə düz davranış vərdişlərini tərbiyə etməyə yönəldir.

İmbesil uşaqlar özünəxidmət, məişət və sadə əl-əməyi vərdişlərinə alışdırmaq mümkündür (məs. etketlərin yapışdırılması, müəyyən əşyaların qablaşdırılması, təsərrüfatda əkin sahələrində işləmək və s.). İmbesil uşaqlarda mənfi xüsusiyyyət təlqinə qapılma vardır. Başqasının sözünə fikirləşmədən əməl etmək bu uşaqlar üçün xarakterikdir.


Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin