Ixtisas: Nəqliyyat və logistika texnalogiyalar mühəndisliyi


Nikahın etibarsız hesab edilməsi



Yüklə 33,81 Kb.
səhifə4/8
tarix21.12.2023
ölçüsü33,81 Kb.
#187685
növüQaydalar
1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları

4. Nikahın etibarsız hesab edilməsi
Azərbaycan Dövləti Nikahın qeydə alınmasının həm dövlət mənafeyi və ictimai mənafeyi, həm də ərarvadın və uşaqların şəxsi və əmlak hüquqların və mənafeyinin mühafizəsi məqsədini əsas tutaraq, nikaha daxil olmaq üçün zəruri şərtlər etibarsız hesab edilir. Bu şərtlərə əməl olunmasa nikah etibarsız hesab edilir. Qanuni
olmayan nikah ancaq məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Ailə qanunvericiliyinə görə yalnız vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanmış nikah tanınır.
Ailə Məcəlləsinin 10 və 12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda,
eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanın nikah (saxta nikah) etibarsız sayılır. Yəni nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir:
1. Nikah üçün müəyyən olunmuş yaşa çatmadıqda;
2. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey bacı və qardaşlar) arasında;
3. Övladlığa götürülənlər və övladlığa götürənlər arasında;
4. şkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında;
5. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə.
Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər.
Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə
nikahı saxta hesab edə bilməz.
Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir.
Nikahın etibarsız hesab edilməsinin nəticələri
Nikahın etibarsızlığı haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən vətəndaşlıq
vəziyyəti aktlarını qeydə alan dövlət orqanı həmin nikahın qeyri-qanuni qeydini ləğv edir.
Nikah etibarsız sayıldıqda ər və arvad üçün nikahdan əmələ gələn qarşılıqlı hüquq və vəzifələr ləğv edilir. Biz yuxarıda qeyd etdik ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda nikah etibarsız hesab edilir. Bu tamamilə doğrudur.

Yüklə 33,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin