Ixtisas: Nəqliyyat və logistika texnalogiyalar mühəndisliyi


Ailə üzvlərinin aliment öhdəlikləri



Yüklə 33,81 Kb.
səhifə6/8
tarix21.12.2023
ölçüsü33,81 Kb.
#187685
növüQaydalar
1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları

6. Ailə üzvlərinin aliment öhdəlikləri
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 5-ci bölməsi Ailə üzvlərinin aliment öhdəliklərinə həsr olunmuşdur. Məcəllənin 13-cü fəsli «Valideynlərin və uşaqların aliment öhdəlikləri»ni nizama salır. Valideynlər yetkinlik yaşına çatmayan, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinik yaşına çatmış uşaqlarını saxlamağa borcludurlar. Ailə hüququna əsasən uşaqlara aliment vermək vəzifəsi valideynlərin hər ikisinin üzərinə düşür. Aliment hüququ münasibətində hüququn subyekti uşaqdır. Uşağın xeyrinə alimentin tutulması haqqında iddia verən valideyn isə onun qanuni nümayəndəsidir.
Aliment ödənilməsi barədə razılıq almadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən
hər ay aşağıdakı miqdarda aliment tutulur:
1.Bir uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2.İki uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3.Üç və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.
Ailə Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində deyilir ki, valideynlər əmək qabiliyyəti olmayan və
maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 18 yaşına çatmış
uşaqlar aşağıdakı şərtlərlə aliment almaq hüququna malikdirlər:
a) Uşaqların əmək qabiliyyəti olmadıqda;
b) Maddi yardıma ehtiyacı olduqda.
Aşağıdakı iki şərt mövcud olduqda valideynlərin öz 18 yaşına çatmış uşaqlarından aliment almağa ixtiyarı
vardır:
1. Valideynlərin əmək qabiliyyəti olmadıqda;
2. Onların maddi yardıma ehtiyacı olduqda.
Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri Aliment öhdəliyi sözün tam mənasında qəti şəxsi xarakter daşıyır, çünki bu öhdəlik aliment verən və aliment alan subyektlərin şəxsiyyəti ilə üzvi surətdə bağlıdır. Buna görə də, aliment öhdəliyinin subyektləri yalnız qanunda göstərilən şəxslər ola bilər. Aliment alan və ya aliment verən şəxs öldükdə, aliment öhdəliyi xitam edilir, bu da aliment öhdəliyinin şəxsi xarakter daşıması ilə izah olunur. Aliment öhdəliklərinin şəxsi
xarakteri həm də ondan ibarətdir ki, aliment mümkün olmadığı kimi, aliment hüququnu da digər şəxslərə vermək olmaz. Aliment öhdəliyi yetkinlik yşına çatmış şəxsin əmək qabiliyyəti bərpa olunduqda və ya onun maddi yardıma ehtiyacı aradan qalxdıqda xitam edilir.
Ərin (arvadın) maddi yardıma ehtiyacı əmək qabiliyyətinin itirilməsi ilə bağlı olmalıdır. Pensiya yaşına çatmayan və səhhətinə görə işləməyə qabiliyyəti olan ər (arvad) işləmək istəmədiyindən maddi yardıma ehtiyac hiss etdikdə o, arvadından (ərindən) aliment tələb edə bilməz.
Ər (arvad) maddi yardım göstərmək imkanı olan arvadından (ərindən) aliment tələb edə bilər. Bu imkanın olmaması, hətta əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ərin (arvadın) xeyrinə onun
arvadından (ərindən) aliment almağa qeyri-mülki edir.
Ailə Məcəlləsinin 85-ci maddəsində göstərilir ki, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.
1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
2. Yetkinlik yaşına çatmış əlil ümumi uşağa və ya uşaqlıqdan 1-ci qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
3. Nikah pozulana qədər və ya pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma
ehtiyacı olan keçmiş ər (arvad);
4. Ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq
pensiya yaşına çatmış və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
Ailənin başqa üzvlərinin aliment öhdəlikləri
Ailənin digər üzvləri dedikdə, ailə qanunvericiliyi valideynlərdən, ər-arvaddan və övladlığa götürülənlərdən başqa, babanı, nənəni, nəvələri, doğma qardaş və bacıları, ögey ata və ananı, ögey oğul və qızları, habelə faktiki tərbiyəçiləri və tərbiyə edilənləri nəzərdə tutur. Göründüyü kimi, bu tərkibə qəyyumlar(himayəçilər) və üzərində qəyyumluq və himayəçilik müəyyən edilən şəxslər daxil edilmir, çünki həmin şəxslər
arasında aliment hüququ və vəzifələri əmələ gəlmir.
Ailə Məcəlləsinin 89-cu maddəsində deyilir ki, «Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala
bilmədikdə, onlara da eyni hüquq verilir».
Yetkinlik yaşına çatmamış nəvələr öz baba və nənəsindən aşağıdakı şərtlərlə aliment tələb edə bilərlər:
1. Baba və nənə kifayət qədər vəsaitə malik olduqda;
2. Uşaqların valideynləri olmadıqda və ya valideynlər öz uşaqlarını saxlaya bilmədikdə.
Nəvələrin əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənəni saxlamaq vəzifəsi aşağıdakı
iki şərt mövcud olduqda əmələ gəlir:
1. Nəvələr kifayət qədər vəsaitə malik olduqda;
2. Babanın və nənənin öz yetkinlik yaşına çatmış uşaqlarından və ya arvadından (ərindən) yardım almaq
imkanı olmadıqda
Aliment öhdəliklərinə xitam verilməsi
Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.
Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir.
1. Uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
2. Aliment ödənilən uşaq övladlığa götürüldükdə;
3. Aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu
məhkəmə tərəfindən müəyyən olunduqda;
4. Aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
5. Əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

Yüklə 33,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin