İxtisas: Muzey, arxiv işi və abidələrin qorunması Qrup: 212310 Fənn: İxtisasa giriş Müəllim: Məmmədov Habil


Azərbaycan dövlətində muzey işinin qurulması, inkişafı, verilmiş qanun və sərəncamlar



Yüklə 18,13 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü18,13 Kb.
#47547
1   2
Azərbaycanda muzey işinin qurulması, inkişafı Elnarə İskəndərli

Azərbaycan dövlətində muzey işinin qurulması, inkişafı, verilmiş qanun və sərəncamlar

Muzey tarixi, maddi və mənəvi dəyərləri özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Bu “xəzinə” əslində elm, maarif müəssisəsidir. Əlbəttə, muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir.

Qədimdə müxtəlif sənədlər, şəhadətnamələr, dəyərli və estetik qiymətə malik əşyalar əsasən saraylarda qorunurdu. İndiki muzeylərin “əcdad”ları e.ə. XVI əsrdə Yunanıstanda, e.ə. XIII-XII əsrlərdə Çində yaranmışdır. Qədim Romada isə maddi və mənəvi mədəniyyət abidələri e.ə. XIII-XII əsrlərdə məbədlərdə və bəzi şəxslərin kolleksiyalarında saxlanılırdı.
Hazırda müxtəlif ölkələrdə yüzlərlə muzey fəaliyyət göstərir. Məsələn, gözəl arxitekturalı saraylarla zəngin olan Madriddə (İspaniya) muzeylərin sayı 100-dən çoxdur. Burada hər dövrü əks etdirən muzeylə rastlaşmaq mümkündür.

Azərbaycanda ta qədimdən daş üzərində müxtəlif rəsmlərin çəkilmə ənənəsi Qobustan, Şüvəlan, Kəlbəcər, Gəmiqaya və digər yerlərdən tapılmış qayaüstü təsvirlərdən (petroqiliflərdən) məlumdur. İlk orta əsrlərdə daş üzərində oyma, bəzəkvurma və fiqur həkk etməklə yanaşı, insanlar daşdan müxtəlif məzmunlu heykəllər də düzəldiblər. Muzeyin ekspoziyasında ən nadir abidələr hesab edilən Şamaxının Xınıslı və Acıdərə-Çıraqlı ərazisindən tapılmış müxtəlif daşlardan yonulmuş, fərqli həcmli qəbirüstü heykəllər (e.ə. I minillik), Qarabağ, Gədəbəy, Lənkəran ərazilərindən 3 minillik tarixi olan nəhəng daş qutu qəbir, Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı tapılmış IV-VI əsrə aid alban daş kitabəsi nümayiş etdirilir. Burada ən çox maraq doğuran eksponatlar sırasında oğuz türklərinə aid təsvirlər, üzərinə Qurani-Kərim sənduqə, XIV əsrə aid üzəri ov və döyüş səhnələrinin təsviri ilə kalliqrafik yazılı qoç fiquru qəbirüstü daş, Şirvan-Abşeron memarlıq məktəbinə aid üzəri nəbati naxışlı sənduqələr və Azərbaycan xalqına aid mərmərdən yonulmuş qəbir baş daşları öz möhtəşəmliyi ilə seçilir.


Xalçalar gözəl sənət incisidir. Təsadüfü deyil ki,
2010-cu ildə  Azərbaycanın ənənəvi xalçaçılıq sənəti  YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Qorunması siyahısına salınıb. Azərbaycan xalçaları yüksək bədii tərtibatı və toxunma  texnikası baxımından özünəməxsus keyfiyyətlərə məxsusdur.  Həqiqətən də, müxtəlif böyük rəmzi məna daşıyan  kompozisiyası, motivlərin orijinallığı və milli koloritliyilə seçilən Azərbaycan xalçalarının özü kimi nadir bir muzey  binasında saxlanması və qorunması istəyi çox xoş bir niyyətdən  və məramdan xəbər verir. Məlimat üçün bildirilirki ki, nadir sənət incilərindən olan xalçaların daha geniş və səmərəli  nümayişi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamına əsasən, muzey üçün xüsusi bina tikilib. Orijinal  üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda  muzeyin sərgi və fondalarında 130 min 300-dən çox eksponat  və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal  məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac,  kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Xatırladaq ki, Azərbaycan xalçalarının qorunması və inkişaf etdirilməsi  haqda müvafiq qanun da qəbul edilib.
Azərbaycan dünyada  Qarabağ, Gəncə, Qazax, Quba, Bakı, Şirvan və Təbriz xalçaları  ilə məşhurdur. Bu xalçalar əsrlər boyu Azərbaycana şöhrət  gətirmişdir. Xalq sənəti əsərləri kimi xalçalarımızda Gəmiqaya,  Qobustan, Kür-Araz mədəniyyətindən qaynaqlanan elementlər, ünsürlər, yüz illər sonra da yaşaya bilmiş və bugünümüzə gəlib  çatmışdır. Bu rəmzlər və simvollar Azərbaycanın qədim tarixi  haqqında çox şey deyir və təlqin edir. Ona görə də görkəmli  alim, professor, rəssam Lətif Kərimovun təşəbbüsü ilə 1960-cı  illərin sonlarında Azərbaycan Xalça Muzeyi açılıb. Həmin  illərdə ulu öndər Heydər Əliyevin dəstək və təşəbbüsü ilə muzeyin fondlarının zənginləşdirilməsi üçün vəsait ayırıb. 
Xalça Muzeyi fəaliyyətini müstəqillik illərində Muzey Mərkəzində davam etdirilib. Xalça Muzeyininn yeni binası xalçanı dəyərləndirən xalqımıza  ən böyük töhfədir. Muzeyin “qızıl fondu”nu xovlu xalçalar  təşkil edir.Bu xalçalar insanların, heyvanların, quşların
üslublaşdırılmış təsviri, bitkilərin ornametləri, xalqın həyatını
təsvir edən sujetli motivlərlə zəngindir. Muzeyin kolleksiyası  müxtəlif növ xovsuz xalçaların nadir nümunələrini də əks  etdirir. Burada palazlar, cecimlər, kilimlər, sumaxlar, həmçinin  xalça məmulatları – məfrəşlər, cullar, xurcunlar, corablar  toxunma texnikasına və rəngarəngliyinə görə seçilən bir çox  eksponatlar təqdim olunur. Muzeyin kolleksiyasında və ekspozisiyasında digər nadir eksponatlar - bədii naxış  tikmələri, parçalar və milli geyimlər, həmçinin metal, şüşə məmulatlarından və çini qablardan ibarət əl işləri nümayiş və mühafizə olunur. Bu eksponatlar bürünc dövründən başlayaraq  bizim günlərədək olan müddəti əhatə edir. Əsas xalçalar qövsşəkilli divarlardan asılır. XIX əsrdə Xızıda  toxunmuş, məişətdə yer süfrəsi kimi istifadə olunan, zili  toxunuşlu xovsuz xalça məmulatı da çox maraqlıdır. Naxçıvanda əldə olunan qədim xovlu, xovsuz xalça
məmulatları var ki, onların yan haşiyəsinin naxışları yazılardan  ibarətdir. Bu hərflər əsasən ox şəkillidir. Xalq yaradıcılığında ənənəyə
çevrilmiş bu naxışlar əsrlər boyu nəsildən-nəslə ötürülərək mücərrəd bəzək elementinə çevrilmişdi.
İncəsənət Muzeyi 1937-ci ildə, keçmiş  Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsi əsasında  yaradılmışdır. Ötən illər ərzində muzeyin ekspozisiya fondu  xeyli genişlənmiş, zənginləşmişdir. İncəsənət muzeyinin binası  klassik quruluşu, təmtəraqlı zahiri görkəmi, estetikliyi ilə klassik incəsənət əsərlərinin nümayiş etdirdiyi muzeylər tipinə tam uyğun gəlir.
İncəsənət Muzeyində təsviri və dekorativtətbiqi sənət
əsərləri ilə yanaşı, arxeloji materiallar da  saxlanılır. Bunlardan üzəri əski əlifba ilə yazılı qəbirqstü  daşlar, müxtəlif ornamentli sənduqələr, kitabələr daha çox maraq doğurur. Arxeloji materiallar həm də etnoqrafik səciyyə daşıyır. Muzeydə dekorativ-tətbiqi sənət  əsərlərinin  əksəriyyətini Azərbaycanla bağlı materiallar təşkil edir. Burada  ayrı-ayrı xalça məktəblərini təmsil edən xalçalar, müxtəlif bədii  toxuculuq məmulatları, saxsı qablar, milli geyim nümunələri,  zərgərlik əşyaları toplanmışdır. Onların bədii və tarixi dəyəri  böyükdür. Əlbəttə, muzeydə təsviri sənət daha geniş təmsil olunmuşdu. Burada qiymətli rəngkarlıq, heykəltəraşlıq və qrafika əsərləri toplanmışdır. Eksponatlar əsasən dörd qrupa  bölünür ki, buraya da Azərbaycan, rus, Qərbi Avropa və Şərq incəsənəti
nümunələri daxildir. Azərbaycan incəsənəti nümayiş  olunan ekspozisiyalar muzeydə geniş sahə tutur. Burada realist  incəsənətin klassiklərindən tutmuş son dövrlərin tanınmış  rəssamlarına qədər müxtəlif nəsillərə mənsub sənətkarların  əsərləri mühafizə edilir. Muzeydə Şərq incəsənəti daha çox  dekorativ sənət nümunələri, vazalar, dekorativ nimçələr, çini  qablarla təmsil olunmuşdur.
Digər əsaslı muzeylər kimi,  İncəsənət Muzeyində də geniş elmi iş apılır Müxtəlif dövrlərdə muzey kataloqlar, buketlər nəşr etdirmişdir. Muzeyin  bərpa emalatxanası da vardır.
2013-cü il 7 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Dövlət
İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışı mərasimi  keçirilmişdir. Yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin  sifarişi ilə inşa olunmuşdur.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi 100 ildən

çoxdur ki, yaradılıb. Bu gün siz xalqımızın tarixi keçmişini əks

etdirən minlərlə eksponatın qorunub saxlandığı muzeyə

gəlmisiniz. Hazırda muzeydə 11 fond fəaliyyət göstərir.

Onlardan biri “Qiymətli metallar fondu”dur. Buraya muzeyin

digər fondlarında saxlanılan, arxeloji qazıntılar, həmçinin

təsadüfü tapıntılar nəticəsində və əhalidən satınalma yolu ilə

alınan qiymətli metallardan hazırlanan eksponatlar daxil edilib.

Bu fondda 1570 eksponat saxlanır. Onlardan 556 ədəd gümüş,

300-ü qızıl, 714-ü isə numizmatik kolleksiyaya aiddir.

Son dövrlərdə 1712 ədəd yeni material alınıb.

Tarix Muzeyi maddi mədəniyyət nümunələrimizin

qorunduğu məkan olmaqla yanaşı, həm də burada müxtəlif

tədbirlər keçirilir, sərgilər təşkil olunur.
Milli Azərbaycan Tarix Muzeyinin fondlarında və əksəriyyəti

nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən çox

nümunə qorunur. Bu kolleksiya ziyarətçi və tədqiqatçılara

ölkəmizin ən qədim dövrdən bu günədək tarixini,

mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni

araşdırmaq imkanı verir. 2005-ci ildən “milli” statusunu almış

Azərbaycan Tarix Muzeyi respublikanın çox mühüm elmimədəni ocağına çevrilmişdir. Azərbaycan maddi-mədəni irsi və tarixi abidələri ilə də tanınan ölkədir.
Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan “İstiqlal” muzeyi o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılmışdı və parlamentin nəzdində fəaliyyət göstərirdi. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan parlamentinin Rəyasət Heyəti hesabına idi. Burada tariximizi, dinimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı.

Muzeyin açılışına hazırlıq görülərkən 1919-cu il noyabrın 6-da tərtib olunmuş bir sənəddə (onu həm muzeyin yaradıcıları olan sənətşünaslar Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, həm də Azərbaycan parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə və parlamentin rəyasət heyətinin digər məsul əməkdaşları imzalamışlar) muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimat, fond-satınalma komissiyası haqqında müddəalar yığcam şəkildə əks olunmuşdu. Sənəddə göstərilirdi ki, muzeyə verilən hər bir əşya milli sərvətdir, əşya sahiblərinin ailə üzvləri gələcəkdə onları tələb edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır. Sənədin 3-cü bəndində deyilirdi: “İstiqlal” muzeyi milli bir müəssisə olduğu üçün muzeydə mövcud bütün əşya milli mal hesab edilir. Heç kəs və heç bir müəssisə o şeylərə sahib ola bilməz”.

Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan parlamenti Rəyasət Heyətinin hesabına idi. Aprel işğalından (1920) sonra “İstiqlal” muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey

bağlanmış, öz fəaliyyətini 71 il sonra bərpa etmişdir. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradılmışdır. 20 il

əvvəl 7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə

hazırda 20 minə yaxın ekponat var. Muzey 6 zaldan ibarətdir.

Birinci zalda Azərbaycanın dövlət rəmzləri - ölkəmizin

üçrəngli bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət

Konstitusiyasınını əks etdirən sənədlər nümayiş olunur. Bu

zalda XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara

bölünməsinə, Vətənimizin işğalı uğrunda Rusiya ilə İran

arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) və

Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair

materiallar da yer alıb.

Abidələr və tarixi şəxsiyyətlər təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacib məsələlərdən biridir. Respublikamızda muzey işi maraqlı inkişaf yolu keçib.
İlk dövlət muzeyi 1919-cu ildə Bakıda (İstiqlal muzeyi), ilk memorial muzey isə 1940-cı ildə Şəkidə (M.F.Axundovun ev-muzeyi) fəaliyyətə başlayıb. Hazırda Azərbaycanda 250-dən çox muzey fəaliyyət göstərir. Onların 205-i Mədəniyyət və Turizm Nazirliyinə aiddir. Bunların 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix, 68-i tarix-diyarşünaslıq, 6- sı döyüş şöhrəti və 44-ü ev-muzeyləridir. Böyük öndər H.Əliyevin həyat və fəaliyyətini işıqlandıran və təbliğ edən 54

muzey fəaliyyət göstərir.


Respublikamızın muzey şəbəkəsində görkəmli şəxsiyyətlərin xatirə muzeyləri mühüm yer tutur. Xatirə muzeylərinin yaradılmasına xüsusi dövlət qayğısı 1970-1980-cı illərdə, daha sonra isə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı dövrə təsadüf edir.
Bakıda Uzeyir Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Hüseyin Cavidin, Bülbülün, Cəlil Məmmədquluzadənin, L. və M.

Rostropoviçlərin, Nəriman Nərimanovun, Abdulla Şaiqin,

Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadənin, Hüseyin Cavidin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, Şamaxıda Mirzə Ələkbər Sabirin, Lənkəranda Həzi Aslanovun, Şəkidə Mirzə Fətəli Axundovun, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın, Xızıda Cəfər Cabbarlının, Gəncədə Mir Cəlal Paşayevin, Göyçayda Rəsul Rzanın, Ağstafada Hüseyin Arifin, Ağdaşda Maqsud

Şeyxzadənin xatirə muzeyləri həmin şəxsiyyətlərin həyatı və

fəailiyyəti ilə bağlı materialların toplandığı, qorunduğu, öyrənildiyi və təbliğ olunduğu mədəniyyət müəssisələri, eyni

zamanda bu şəxsiyyətlərin xatirəsini əbdiləşdirən yerlərdir.


18 mart 2005-ci il tarixində Azərbaycan Reaspublikasının Prezidenti İlham Əliyevin Muzey Mərkəzinə gəlişi, respublika muzeylərinin problemləri ilə yaxından tanış olması, gələcəkdə bu sahədə geniş miqyaslı yenidənqurma işlərinin aparılmasına təkan vermişdir. Sonrakı illərdə respublika Prezidenti tərəfindən muzey işinin inkişafına yönəldilmiş bir çox Sərəncamlar imzalanmışdır.
“Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı milli-mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işinə dövlət qayğısının parlaq təzahürüdür. 2009-cu il 22 may tarixli 292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının icrası respublikada muzeylərin inkişafına güclü təkan vermiş, Bakı şəhərində və ölkəmizin əksər regionlarında müasir tipli yeni muzeylərin yaradılmasına, tamaşaçıların sayının artmasına, turizmin inkişafina şərait yaratmışdır.
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması və təbliği istiqamətində çoxşaxəli, yorulmaz fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində muzey işinin təşkili baxımından digər muzeylərə nümunə ola biləcək unikal Müasir İncəsənət, Daş Salnaməsi və digər muzeyləri açılmışdır.

Respublikanın ən iri muzeyləri sırasına Azərbaycan Milli Tarix Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Naxçıvan MR Dövlət Tarix Muzeyi və C.Məmmədquluzadə adına Dövlət Ədəbiyyat Muzeyi daxildir ki, bu muzeylərin fondlarında Azərbaycanın nadir maddi mədəniyyət nümünələri mühafizə edilir.



İstifadə olunmuş ədəbiyyat:

1. “Dünənimizi sabaha bağlayan “körpü”lər - muzeylər”: metodik vəsait / tərt.ed. A.Əliyeva, S.Əhmədova; Bakı, 2017.

2. İnternet resursları.

3."Milli-mədəni irsimizin qorunması və təbliğində muzeylərin rolu "/Y. Vəliyev



4."Tarixin öyrənilməsində muzeylərin rolu" - F.Hüseynov
Yüklə 18,13 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin