İxtisas: Iqtisadiyyat Kurs: 1 Qrup



Yüklə 35,03 Kb.
səhifə1/4
tarix08.01.2023
ölçüsü35,03 Kb.
#78705
  1   2   3   4
ikt efsane


BAKI BİZNES UNİVERSİTETİ


Fakültə: Biznesin idarə edilməsi və menecment
İxtisas: Iqtisadiyyat
Kurs: 1
Qrup: 222s
Fənn: İnformasiya Kommunikasiya Texnologiyaları
Mövzu: Zoom,Cisco Webex praqramlarınını imkanları
Tələbə:Əfsanə Abbasova


Bakı-2022
Plan



  1. Giriş

  2. Zoom praqramının tarixçəsi

  3. Zoom praqramı haqqında məlumat

  4. Zoom praqramının faydaları

  5. Cisco Webex praqramı haqqında məlumat

  6. Cisco Webex praqramının üstünlukləri

  7. Nəticə

  8. Ədəbiyyat


Giriş

Hər iki praqramın cox üstün cəhədləri vardır.Belə ki, bu praqramlar həm online təhsildə həmdə video konfranslarda istifadə olunur.Müasir dövrdə belə praqramların olması tələbələrin, insanların, biznez ilə məşğul olan şəxslərin işlərini asanlaşdırır.Çünki zoom,cisco vebex praqramları istənilən vaxtda və istənilən ölkələr arasında bizə video konfrans imkanı verir.Zoom praqramı karantin vaxtinda distant təhsildə məktəblər,universtetlər tərəfindən çox istifadə edilən praqrama çevrildi.Bunun səbəbi isə video konfransada istənilən sayıda şagird və müəllimələrin qoşulmağı və ünvan fərq etməksizin hamının qoşulma imkanı olmasıdır.



Zoom praqramının tarixçəsi

Erik Yuan deyir ki, şirkətin ideyası ilk dəfə hələ 19 yaşında olarkən ağlına gəlmişdi. Belə ki, həmin dövrdə universitetdə 1-ci kurs tələbəsi olan Erik başqa şəhərdə yaşayan sevgilisinə baş çəkmək üçün (sevginin gücü!) hər dəfəsində qatarla 10 saatlıq yorucu səyahət etmək məcburiyyətində qalır və qatarda gedərkən bu görüşü daha da “sürətli” etməyin yollarını düşünür və ağlına videokonfrans ideyası gəlir.


Lakin o dövrdə hələ tələbə olduğu üçün bu, sadəcə bir xəyal olaraq qalır və Erik təhsilinə davam edərək Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr dərəcəsi alır. Bundan sonra Çin Mədən və Texnologiya universitetində Geologiya mühəndisliyi üzrə magistr dərəcəsinə yiyələnir. Magistr dərəcəsi aldıqdan sonra Pekində yaşamağa başlayır və dörd aylıq yapon dili kursuna yazılır. 1994-cü ildə Bill Qeytsin Yaponiya səfərində etdiyi çıxışından ilhamlanaraq “İmkanlar ölkəsi” Amerikaya köçməyə qərar verir. Lakin viza almaq elə də asan olmur. İki il ərzində dəfələrlə müraciət edir, səfirlik ona viza verməməkdə qərarlı olur. Düz səkkiz dəfə imtina cavabı gəlir. Nəhayət doqquzuncu cəhddə ona viza verilir.
Xəyallarının arxasınca getməyə imkan tapan 27 yaşlı Erik 1997-ci ildə Amerikaya gəlir. Həmin dövrdə çox zəif ingiliscəsi olmasına baxamayaraq kompüter mühəndisliyi sahəsindəki bilikləri onun o dövrün videokonfrans şirkəti olan WebEx-də iş tapmağına yardımçı olur. WebExə qəbul olan 20 nəfərdən biri olur. Orada proqramlar üçün kod yazmaqla məşğul olur. İşə başlamasından bir müddət sonra şirkət böyüməyə və inkişaf etməyə başlayır. 10 il sonra, yəni 2007-ci ildə WebEx Cisco Systems tərəfindən 3.2 milyard dollara satın alınır. Erik Cisconun vitse prezidenti olur. Burada 6 rəqəmli bir maaşa və yüksək vəzifəyə sahib olmasına baxmayaraq Thrive Global-a verdiyi müsahibəsində işində xoşbəxt olmadığını bildirir. Çünki görüşdüyü müştərilərin böyük əksəriyyəti şirkətin təqdim etdiyi videokonfrans xidmətlərindən narazılıqlarını ona bildirirlər. Bunları nəzərə alaraq o, şirkət üçün yeni bir videokonfrans sistemi yaratmağı təklif edir lakin ideyası rədd edilir. Rədd cavabı alan Erik bir vaxtlar qatarda gedərkən xəyalını qurduğu proqramı yaratmaq üçün çoxlarının işləmək arzusunda olduğu Cisco şirkətindən 2011-ci ilin iyununda ayrılır.

Ciscodan ayrıldıqdan sonra oradan tanıdığı 40 nəfər mühəndislər birgə ZOOM platformasının əsasını qoyur. İlk vaxtlar ZOOM böyük rəqabətlə qarşılaşır. Bazarda Skype, Apple, Google, Cisco kimi nəhənglər var idi və bazar onların diqtəsi altında idi. Bütün çətilnlikləri gözə alan Erik şirkətin fəaliyyətini davam etdirməkdə israrlı olur. Uğur isə özünü çox gözlətmir. İki il sonra artıq 40 milyon insan ZOOM videogörüşlərindən istifadə edirdi. Əsas hədəfi müştəriləri razı salmaq olan Erik bu sahədə mühüm işlər görür. ZOOM-un müştəri məmnuniyyətini ön sıraya çəkir, proqramın müştəri yönümlü (customer-friendly) olmasına xüsusi fikir verir və proqramın bir çox xüsusiyyətlərini pulsuz təklif edir. Erik müştəri məmnuniyyətinə o qədər önəm verir ki, ilk vaxtlar müştərilərdən gələn narazılıq emaillərinə özü şəxsən cavab verir.


Dünya koronavirusa yoluxduqda Zoomun əhəmiyyəti daha da artdı. İnsanlar evlərdə qapalı ikən 100-ə qədər insanın eyni anda qoşulmasına imkan verən proqramı məmnuniyyət və sevinclə qarşıladılar. Mən də ilk dəfə o zaman proqramla tanış oldum. Bütün qohumlar yığışıb dərdləşirdik, koronanı müzakirə edir, evdə həbs olmağın çətinliklərindən və digər qlobal problemlərdən danışırdıq. Əlavə olaraq tələbələrimə dərs keçmək üçün də bu proqramdan istifadə etməyə başladım. Həmin ərəfədə kimi dindirsən Zoom əla proqramdır, rahatdır, çox adam qoşula bilir və s. deyirdi (Erikin cəhdlərinin nəticəsi məhz bu idi). Hələ təkcə Azərbaycanda bizim kimi minlərlərlə insan Zoom istifadə etməyə başladı. Bu trend dünya üzrə də eyni yüksələn xətlə davam edirdi. Beləliklə, Erik müəllimin biznesi partlayış effekti verdi.



Yüklə 35,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin