İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Kurs: I fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Müəllim: Xuraman Hacizadə


morfoloji və tarixi-ənənəvi prinsip



Yüklə 292,78 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix23.03.2022
ölçüsü292,78 Kb.
#54078
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
muhazirə 15

morfoloji və tarixi-ənənəvi prinsip. 

 Fonetik prinsip - orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə 

sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin böyük 

bir  hissəsinin  yazılışında  bu  prinsip  əsas  götürülür.  Məs:  qardas,  bacı,  adam, 

idman, qərənfil, qalın, qırmızı, yasıl və s. Fonetik prinsip yazıda həm asanlığı, həm 

də demokratikliyi təmin edən prinsipdir. Ona görə yazan tələffüzü əsas tutur, sözü 

necə  eşidir  və  ya  deyirsə,  elə  də  yazır.  Demokratikdir,  ona  görə  ki,  bu  prinsip 

yazını canlı dilə, xalq dilinə yaxınlaşdırır, yazılışla deyiliş arasındakı ayrılığa, yol 

vermir.  Lakin  bununla  belə,  təkcə  fonetik  prinsipə  əsaslanıb  söz  və  qrammatik 

formaları  tələffüzə  uyğun  səsləndiyi  kimi  yaza  bilmərik.  Çünki  dildə  eyni  söz, 

yaxud  şəkilçi  müxtəlif  şəkildə  tələffüz  olunur.  Məs:  asan.  asand.  hasan,  hasant; 

pendir, pəndir, pənir;  pəncərə. pencərə; darvaza. dərvaza və s.  

Bu  cür  söz  və  şəkilçilər  müəyyən  bir  orfoqrafik  qaydada  deyil,  hər  kəsin 

tələffüz  etdiyi  şəkildə  yazılarsa,  bu,  yazıda  hərc-mərcliyə,  anarxiyaya  gətirib 

çıxarar. Vaxtilə görkəmli metodist alim Mahmudbəy Mahmudbəyov bu məsələdən 

danışarkən yazırdı: «Dilin orfoqrafiyası üçün tələffüz əsas ola bilməz, çünki hər bir 

yerdə, hər bir rayonda bir cür tələffüz vardır. Əgər tələffüzü orfoqrafiya üçün əsas 

tutsaq  onda  meydana 40-50 cür orfoqrafiyamız  çıxa  bilər ki, bu da  az-çox inkişaf 

tapmağa başlayan maarif, mətbuat və tədris işlərinə xeyli zərər vura bilər»  


Yüklə 292,78 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin