İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə22/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
Eyni müəllif “İslah olunmaz əsər oğrusu” (The Incorrigible Plagiarist) adında ikinci kitabı yazaraq orada Albert Aynştaynı başqalarının elmi əsərlərini öz adına yazmaqda ittiham edir. Kitabdan bir parça:
Çox asanlıqla sübut olunur ki, “nisbilik nəzəriyyəsi”ni ilk dəfə icad edən adam, Aynştayn olmayıb. Bunu sübut edən tarixi sənədlər mövcuddur. Nəzəriyyə tam bir şəkildə onunki deyil, heç əsasən də onunki deyil. Nəzəriyyə, minilliklər ərzində yazılmış əsərlərədəki fikirlərə və tədqiqatlara əsaslanaraq, Lyudviq Qustav Lange, Voldemar Foyqt, Jorj Frənsiz Fitsjerald, Jozef Larmor, Hendrik Anton Lorents, Jül Anri Puankare, Paul Drude, Paul Langeven və başqaları tərəfindən, yavaş-yavaş, addım-addım inkişaf edilmişdir. Aynştayn bu nəzəriyyəyə özündən bir neçə əhəmiyyətsiz, xırda əlavələr edib. Lakin bunların bə’ziləri tamamən səhv hesablamalardır, onlarda düzəliş aparılsa, görmək olur ki, bu Lorentsin apardığı hesablamaların eynidir.

Aynştaynın nəzəriyyə haqqında yazdığı ilk əsər 1905 ildə çıxmışdı. Çox miqdarda sübutlar var ki, Albert Aynştayn 1905-cu il “nisbilik nəzəriyyəsi” yazısının yeqanə müəllifi deyil. Belə görünür ki, arvadı (Mileva) onun şərik müəllifi olub, hətta ola bilər ki, bu qadın əsərin yeqanə müəllifidir.

Bəs necə olub ki, nəzəriyyənin əsas məqamlarının müəllifi Aynştayn olmadığı halda, bu böyüklükdə vacib bir tarixi məsələ bir əsr ərzində dünya ictimayyətinin nəzərindən qaçıb? Cavab, əslində isə nəzərlərdən qaçmamışdı...
Müəllif geniş miqdarda yazılı sənədlər gətirərək sübut edir ki, Aynştayn başqa alimlərin elmi işlərinindən istifadə edərək, özünü bu nəzəriyyənin yeqanə müəllifi kimi göstərmək istəyib. Bir çox məşhur və ciddi alim bu fikirlə razılaşır. Kitabda yazılır ki, yəhudi dairələr onun bir yəhudi əsilli adam olduğu üçün böyük bir sə’y göstərib, bütün dünyada güclü bir təbliğat aparıb, Aynştaynı bir növ bütə çeviriblər. Bütün bəşəriyyətin ona sitayiş etməsini istəyiblər. Bu sionist dairələr bu cür təbliğata külli miqdarda pul sərf ediblər.

Hələ ki, əməli şəkildə sübut olunmamış bu nəzəriyyə heç bir e’tiraza yol verməyən bir ehkama çevrilmişdir. Bütün alimlərdən tələb olunur ki, Aynştayna qibtə etsinlər. Bu kitaba görə Aynştaynın fikirlərinə qarşı olan professorlar Amerikanın universitetlərindən qovulurlar. Öz elmi işlərində onun fikirlərinə şübhə ilə yanaşan universitet tələbələr isə qrantlarından məhrum olunurlar.

Bu adam ədəbi oğruluğla məşğul olduğunu e’tiraf edərək bir dəfə demişdir ki, “Yaradıcılığın sirri istifadə etdiyin mənbələri gizlətməkdədir”.

Osmanlı zamanı, Tələt Paşa “Hürr və Qəbul edilmiş masonlar lojası”nın ilk Böyük Ustadı, “İttihad və Tərəqqi” gizli cəmiyyətini qurucularından biri idi. “Qənc Türklər” inqilabından sonra ayrı-ayrı vaxtlarda o, Osmanlının daxiliyə və maliyə naziri və daha sonra sədri-ə’zəmi də olub. Daxili işlər naziri olanda ermənilərin sürgününün (təhcir) təşkilatçısı olmuşdu. Rəsmi adı “Sövq və İskan Qanunu”dur, yə’ni ki, “müvəqqəti sövq edilmə və məskunlaşma qanunu”.

1921-ci ildə Berlinin bir küçəsində arvadı ilə gəzişəndə bir gənc erməni tərəfindən tapanca ilə başından vurularaq öldürülmüşdü. Arvadı isə yaralanmışdı. Almanlar ermənini yaxalayıb yerindəcə öldürmək istəyiblər. Erməni almanlara deyirdi ki, məni nə üçün döyürsünüz, bu məsələnin almanlara heç bir dəxli yoxdur. Sonra polislər gəlib onu öldürülməkdən qurtardılar.

İki gündən sonra məhkəmədə erməni dedi ki, Tələt Paşanın ermənilərin qətl-am edilməsində əli olduğuna görə, onu təqsirli bildiyim üçün öldürmüşəm. Alman hakim ermənini üzürlü bilib, bəraət qazandırdı. Onu elə o gün buraxdılar. İrəvanda isə bu adamı milli qəhrəman hesab edirlər. Deyirlər ki, bu gənc türklərdən bizim qisasımızı aldı. Əslində isə, paşa türk deyil, yəhudi (dönmə) əsilli adam olub. Ermənistanda Tələt Paşanın yəhudi olmasını yaxşı bilirlər, lakin siyasi səbəblərə görə, bu məqamı qabartmaq istəmirlər.

Avropa ölkələrində yəhidilərin tənqid edilməsi qət’i gədağandır. Buna rəğmən Amerikada və Rusiyada bə’zi müəlliflər böyük çətinliklə olsa da yəhudiləri pisləyən əsərlərlər yazıb dərc etməyə imkan tapıblar. Ancaq bu əsərlərin hamısısı qüsurludur. Çünkü onları xaçpərəslər qələma alıblar. Bunlar irqçi, qatı millətçi olduqlarından yəhudilərə qarşı həddən ziyadə gərəzli mövqe’ tuturlar. Çox vaxt yalan danışır, şişirtmələrə yol verirlər. Halbuki müsəlman müəllif sionistləri pisləyəndə həmişə doğru danışar, uydurmalara yol verməz.

Xristian müəlliflər başa düşürlər ki, həqiqət onlara sərfəli deyil, yalan danışmaq sərfəlidir. Bunun əksinə müsəlman müəllif üçün yalana ehtiyac yoxdur, çünkü müsəlmana xeyirlisi olanı doğrusunu söyləməkdir.

Avropalı xristianların hamısının qanında irqçiliq toxumu vardır. Bu onların həm güclü, həm də zəif yeridir. Xristianlar tarixən həm də türkləri zalım və qaniçən xalq kimi qələmə vermək istəyiblər. Görürsən ki, müsəlmanları təqsirləndirəndə xaçpərəstlər, əslində, bununla özlərinin qəddar və qaniçən xasiyyətlərini ört-basdır etmək istəyirlər. Bu xalqlarda bir-birilərinin arasında da irqçılik, millətçılik hissləri mövcuddur. Xristian xalqlar zahiri görünüşünə və adətinə görə özlərindən fərqli olanlara nifrət bəsləyirlər.

Lakin ən çox nifrət etdikləri, kin bəslədikləri xalq yəhidi tayfasıdır. Dərindən düşünəndə görürsən ki, bu o səbəbdəndir ki, xaçpərəstlər yəhudilərdə öz taylarını tapıblar. Çünki yəhudilər də xristıianlar qədər məkrli, fitnə-fəsadçı, qəddar, qan içən, maddiyatçı və pulgir olur. Yəhudilər bu keyfiyətlərində, hətta, xristianları da üstələyiblər. Elə bu cür üstünlüklərinə görə yəhudiləri gözləri götürmür. Əvvəllərdə ağ irqə mənsub xristianlar özlərini ən düşüncəli və zəkalı irq sayırdılar və elə qənaətə gəlmişdilər ki, Allah bu zəkanı verərək onları başqa irqdən olan adamların ağası kimi tə’yin etmiş, onlara dünyanı idarə etmək işini vermişdi.

Həqiqətdə, xristianları dəhşətə gətirən şey yəhudilərin xritianlardan daha üstün, daha zəkalı olmasıdır. Axı bu gün yəhudilər xristianları kənara itələyib, dünyaya ağalıq edirlər.

İslamda xristianlar, İsa dininə mənsub olanlar “nəsrani”lər kimi adlanırlar. O səbəbdən ki, Həzrəti İsa (ə.s.) Fələstinin Ən-Nəsirə şəhərndə anadan olub. Bu gün bu şəhərdə bir nəfər belə yəhudi yaşamır. Əhalisi əksərən müsəlmanlardan ibarətdir. Bir miqdar da xaçpərəst var.

Tarixçilər deyirlər ki, qədim dövrlərdə bu şəhərin tamamı qeyri yəhudilərdən təşkil olunmuşdu. Sonralarda şəhər əhalisi yəhudi dinini qəbul etdi. Fəqət qanları yəhudi qanı deyildi. Elə bu səbəbdən İsa özünü peyğəmbər e’lan edəndə əslikar yəhudilər onu peyğəmbər kimi qəbul etmək istəmədilər. Dedilər ki, necə ola bilər ki, nəsrani əhalisindən birisi peyğəmbər olsun, bu mümkün deyil. Çünki bizim e’tiqadımıza görə tanrı nəbilərini yalnız yəhudilərə göndərir.

Onlara görə yalnız yəhudi qanından olanlar peyğəmbər sayıla bilərlər.

Cavanlığımda eşitmişdim ki, Amerikada kişilərin arasında arvadlarını dəyişmək adəti dəbə düşmüşdü. Bunun üçün xüsusi klublar var idi ki, onun üzvləri qısa bir müddətə arvadlarını bir-birilərinin arasında dəyişdirirdilər. Yə’ni ki, “bir ay sənin arvadın mənimki olsun, mənim arvadım isə sənin”. Bu Amerikada, o vaxtlarda çox məşhur bir hərəkat idi, ondan mətbuatda çox yazıb, danışırdılar.

Bu yaxınlarda bir xarici TV kanalda bu hərakatın, bu dəbin tarixçəsi haqqında bir sənədli film göstərdilər. İki yəhudi ər-arvad cütlüyü müsahibə verib bu klublarla əlaqəli bə’zi sirləri bəyan etdilər. Bu yəhudilər danışdılar ki, biz iki dost ailə idik. Dördümüz toplaşıb qötür-qoy etdikdəkdən sonra belə bir hərəkatı yaratmaq fikrinə gəldik.

Onlar e’tiraf etdilər ki, bu arvad dəyişmək hərakatını yaratmaqla onların əsil niyəti xaçpərəst dinindən olan amerikalı əhalinin əxlaqını pozmaq, dinini aradan aparmaq idi.

Ziqmund Froyd adında bir yəhudi həkimi yeni bir tə’lim icad etmişdi ki, bu zərərli və qeyri-elmi bir şeydir. Bu sahədə işləyənlər, onu təbliğ edənlərin böyük əksəriyyəti yəhudilərdir. Bununla əlaqəli bir hadisə yadıma düşdü. Froydun tərəfdarlarının bir əsas, baş təşkilatı var ki, o da Amerikada yerləşir. On ildən çox bir müddətdə onun rəisi bir yəhudi olub. Sonradan bilindi ki, bu adam öz vəzifəsindən sui-istifadə edib onun yanına gəlib, müalicə olunmaq istəyən qadınları əvvəlcə ovsunlayıb yatırdıb, huşsuz vəziyyətə gətirib, sonra isə zorlayırdu, cinsi istismara mə’ruz qoyurdui. Bu uzun illər ərzində davam etdi. Nəhayətdə iyirmi qadın, ərli arvadlar onu ittiham etdilər və məhkəmədə onun təqsiri sübut olundu. Bu qadınlardan biri səfir arvadı olub. Bu rəis onu inandırmışdı ki, o daima onun tibbi nəzarəti altında, onun yanında olmalıdır. Qadını hər gün ovsunlayıb, sonra isə zorlayırdı. O, hətda Parisə, Froyd tə’liminin ardıcıllarının yığıncağına gedəndə də bu qadını ora yanınca aparmışdı. O şəhərin hotelinin nömrəsində də, qadının xəbəri olmadan onu zorlamışdı. Amma hakim ona iş kəsmədi. Axı bu adam yəhudi idi. Onun güclü himayədarları var idi. Sionist dairələr onu həbs olunmaqdan qorudular. Halbuki bu başqa bir adam olsaydı bu cinayətlərinə görə ona ömürlük cəza kəsərdilər. Təkcə vəzifəsini tərk etməli oldu.

Bələ bir fikir var ki, 20-ci əsr yəhudilərin (sionistlərin) əsri olub, onların dünyanın hökmranlığına gəldiyi yüzillik olub. İnşallah, 21-ci əsr müsəlmanların (Şəriət tərəfdarlarının) əsri, İslamın ihtibahı, dirçəlişi yüzilliyi olacaq.

ERMƏNİLƏR


Xristianlara görə Tufandan sonra Nuh peyğəmbərin (ə.s.) gəmisi Ağrı dağına yanaşmışdı. Halbuki Qur’ana görə o dağ başqa bir dağ, Cudi dağı olub.

Erməni əfsanəsinə görə ermənilərin ulu babası Hayk adında bir adam imiş. Huh isə güya Haykın ulu babası idi. Bu səbəbdən ermənilər öz aralarında özlərini “hayk” və “hay” kimi adlandırırlar.

Deyilənə görə ermənilərin əslikar vətəni Balkan yarımadası idi. Sonralarda şərqə tərəf köç etmiş, Ağrı dağı ərazisində var olan Urartu dövlətində yerləşmişdilər. Urartular mədəniyyətlərinə görə qədim İrana aid bir bir xalq olub. “Ararat” adı “Urartu”adından əmələ gəlib. Erməni və rus tarixçiləri, yalan danışaraq, bu dövləti və onun xalqını erməniləşdirmək istəyirlər.

Qədimdə Şərqi Anadoluda başqa bir dövlət də var idi ki, padşahı “Armen” adında bir adam olub. Tarixi məxəzlərdə bu ərazi onun adı ilə (Armenia) adlandırılırdı. Ermənilər burada başqa bir şey uydurdular, dedilər ki, Armen bizim padşah idi, guya ki, o, erməni əsilli bir adam olub. Sonra bu ərazini öz adlarına yazmaqdan ötrü, bicliklə, özlərini “ermənilər” (armenian) kimi adlandırmağa başladılar. Bundan sonra “hayklar” “ermənilər” kimi tanınmağa başladı.

Bir tarixi kitabda yazılır ki, Anadoluda Kilikiya adında bir dövlət olub ki, padşahı bir erməni idi. Roma qeysəri, Neron onu öz dövlətinə dəvət etmişdi. Şəhərdə, bu erməninin şanına misli görünməmiş təntənəli bir qarşılama mərasimi keçirilmişdi. Yazılana görə Neron təşkil etdiyi kütləvi işrət məclislərində kişilərlərlə və, hətta, cürbəcür heyvanlarla cinsi əlaqəyə girməyi xoşlayırdı. Yə’ni ki, o, dəlisov və əxlaqsızın biri idi. Erməni bir müddət Neronun sarayında qonaq qaldığından sonra geri qayıtmaq istəyib. Neron isə, səni çox sevdim, həmişəlik mənim yanımda qal. Erməni isə razı olmayıb öz dövlətinə qayıtdı.

Ermənilərin Anadoluda və İraq torpaqlarında ayrı-ayri vaxtlarada bir neçə dövləti olub. Qüdrətlii Bizans rum dövlətinin başında da bir neçə erməni əsilli padşahlar durmuşdu. Bunların hakimiyyətə gəlişini erməni əhalinin çoxluğu ilə izah etmək düzgün olmaz, çünki rum torpaqlarında ermənilər milli bir azlıq idilər. Görünür ki, bunun səbəbi o ermənilərin diribaşlılığı olub, o fərdlər zirək tərpənib tək başına hakimiyyəti ələ keçirmişdilər.

Bir ingilis tarixçisi Bizantium (sonrakı Konstantinopol) şəhəri haqqında yazdığı üç cildlik kitabda nəql edir ki, rumluların ən çox sevdikləri və hörmət etdikləri padşahlar elə bu erməni əsillilər olub. Bu kitabda ermənilərlə əlaqəli iki əhvəlat qeyd olunmuşdu.

Bizans sarayının mehtərbaşısı ölmüşdü. O vaxtın rum padşahı atbaz adam olub, atları çox sevirdi. Bunu eşidən siravi bir erməni özünü tez saraya verdi. Vəzirə dedi ki, mənə boşalan baş mehtər vəzifəsini verin. Mən bu sənətinin ustasıyam, atlara yaxşı qulluq edəcəyəm. Mehtərxana işini ona tapşırdılar. Əslində bu erməni yalan danışıb, onun mehtər işindən heç bir anlayışı olmayıb. Ancaq buna baxmayaraq bu sənəti işləyə-işləyə öyrənə bildi.

Rum qeysəri tez-tez tövləyə gəlib atlara tamaşa etməyi sevirdi. Orada durub saatlarla erməni ilə atlardan söhbət edirdi.

Bir-neçə ildən sonra bu padşah ölür. Saray əhli bir-neçə gün padşahın dəfni ilə əlaqəli işlərlə məşğul oldu. Tac qoyulma işi dəfn mərasimindən sonraya qoyulmuşdu. Bunu görən erməni, mehtərbaşı öz-özünə dedi, bəs mən nəyi gözləyirəm? Bunların başları basırmaq işlərinə qarışıb, padşahın yeri, taxt boş qalıb. Vaxtdan istifadə etmək lazımdır. Gedim taxta oturum, özümü padşah e’lan edim. Saray adamları qeysəri basırandan sonra saraya gələndə baş mehtərin taxtda oturduğunu gördülər.

Erməni onların kimisini vəzir, kimisini vəkil tə’yin edib, hamısını razı salır. Elə ki oradakılar onun padşah olmasına e’tiraz etmədilər. Erməni bu şəkildə rumun padşahı, qeysəri oldu.

Bir ayrı vaxt bir erməni əsilli adam Bizansın taxtında oturmuşdu. Başqa bir erməni isə bizans ordusunda yüzbaşı idi. Bir gün o, eşidir ki, padşah da onun kimi bir ermənidir. O, öz-özünə deyir, bəs mənim ondan nəyim əskikdir? Gərək gedim hakimiyyəti onun əlindəm alım, özüm padşah olum. O, qoşunun əskərlərini üsyana təhrik etdi. Onlara söz verdi ki, hakimiyyəti ələ keçirsə hamısına dövlətin böyük vəzifələrini verəcək.

Üsyan edən əskərlərin və qeysərin qoşunları üz-üzə gəlir. Qeysər ətrafdakılarından soruşur ki, üsyanın başçısı kimdir. Dedilər ki, o da sizin kimi bir ermənidir. Onda qeysər üsyanın başçısını danışığa çağırır. Bunlar qoşunlardan ayrılıb üzbəüz gəlirlər. Sonra təkbətək söhbət edirlər. Rum padşahı deyir, sən erməni, mən erməni. Biz nəyə görə bir-birimizə düşmənçilik eləyək. Gəl biz belə razılaşaq. Sən get üsyanı yatırt, onda dövlətin hansı vəzifəsini istəsən sənə verərəm. Yüzbaşı razı olur və gedib üsyanı yatırdır. Qeysər ona istədiyi dövlət vəzifəsini verir.

Bir vaxt Qacarların xəzinədarı bir erməni olub. Sarayın hərəmxanasının xacəbaşısı da erməni idi. İranın şahı sarayın bu möhüm vəzifələrini bu iki erməniyə tapşırmışdı. Ancaq dövlətin zəiflədiyi vaxtda bunların hər ikisi İrana xainlik edib rus tərəfə keçmişdilər.

Eşitmişəm ki, rus ordusu Qafqazı və İranın başqa vilayətlərini tutanda Təbrizin əhalisi dövlətə xəyanət edib rusların tərəfinə keçmişdi. Rusiya və İran arasında sülh sazişi bağlananda rus tərəfi ona bir bənd də əlavə edib, iranlıları ona qol çəkdirmişdi. O bəndə görə şah təbrizliləri xəyanətə görə cəzalandırmamalı idi. Ancaq mənə aydın olmadı ki, sazişdə hansı əhali nəzərdə tutulurdu. Ola bilər ki, orada təbrizli ermənilər və yəhudilərdən danışılırdı.

Mənbələrdə belə bir tarixi hadisə nəql edilir. Keçmiş zamanlarda Osmanlı torpaqlarında bir qəsəbə var idi. Orada yerləşmiş məşhur bir övliyanın qəbrinə, məqbərəsinə il boyu İslam dünyasının hər tərəfindən çoxlu sayda ziyarətçi gəlirdi. Qəsəbənin sakinləri isə onlara cürbəcür xidmətlər göstərmək hesabına yaşayırdılar.

Bir il quraqlıq oldu. Elə ki əhalini fikir götürdü və hamı qəm dəryasına qərq oldu. Qəsəbədə həm də bir erməni yaşayırdı. Bir səhər erməni qəsəbənin mərkəzində oturan kişilərin yanına gəlib deyir ki, gecə qəribə bir yuxu görmüşdüm. Həzrəti Cəbrail yuxuma girmişdi.

Camaat həyacana gəldi. Dedilər, “Gör ha, erməni yuxuda Həzrəti Cəbraili görüb! Bir şey danışdınızmı?”.

Erməni dedi, danışdıq, Həzrəti Cəbraildən soruşdum ki, biz nə edək ki, qəsəbəyə yağış yağsın?

Adamlar bir az da artıq həyacanlandılar, soruşdular, o, sənə nə cavab verdi. Erməni, Cəbrail, dedi ki, bunun yalnız bir yolu var. Qəsəbənin sakinləri yağış istəyirlərsə, gərək belə eləsinlər -- məqbərədəki qəbri açsınlar və oradakı övliyanın nəşinə od vursunlar, yandırsınlar. Onda möhkəm yağış yağacaq.

Camaat buna əməl etdi və sonra səhərə qədər oturub yağışı gözlədi. Səhər açılanda, görəndə ki, yağış yağmadı, fikrə getdilər. Sonra gərara gəldilər ki, ermənini tapıb soruşsunlar ki, bəs yağış nə üçün yağmır?

Erməninin evinə gələndə gördülər ki, ev boşdur və erməni şeylərini yığıb, qəsəbədən qaçıb. Onda başa düşdülər ki, bu erməni onları qəsdən aldadıb. O, qəsəbənin müsəlmanlardan nəyinsə qisasını almaq məqsədi ilə övliyalarını yandırmağa məcbur edib.

Övliyanın qəbri xarab edildiyinə görə ora zəvvar axını kəsildi və nəhayətdə əhalı oranı tərk etdi, qəsəbə viranəyə döndü.

Bu həqiqi tarixi hadisədən hansı ibrət dərsini almaq olar? Bu hekayədən görünür ki, o qəsəbənin müsəlmanları naşükürlük etmişdilər. Yüz illər ərzində övliyanın qəbri, onun bərəkəti hesabına dolanırdılar. Bir il yağış yağmayanda bütün bu yaxşılığı unutdular, bir erməninin, gavurun sözünə görə müqəddəs adamın cəsədinə od vurdular.

Cavanlıqda bir kitab oxumuşdum. Bu bir erməni rahibinin XV əsrdə Qafqazda baş verən tarixi hadisələr barəsində yazdığı əsər idi. Rahib yazmışdı ki, Qafqazda o vaxt ermənilərin sayı çox az idi. Ancaq bununla belə o, İran şahının torpaqlarını, məsəl üçün Gəncə və onun ətrafını, İrəvan və onun ətrafını oradakı cürbəcür kilsələrin ərazisi hesab edir. Məsəl üçün, yazır ki, Gəncə vilayəti filan erməni kilsəsinə aid olan ərazidir. İrəvan filan kilsəyə aiddir və s. Beləcə bütün Qafqaz vilayətlərini cürbəcür kilsələrə aid edib. Görünür ki, bu xristian kilsəsinin bir qaydasıdır.

Müəllif müsəlmanları pisləmək üçün oralarda cərayan edən bir-neçə hadisələrdən danışır. Ancaq bu əhvəlatları oxuyanlar görərlər ki, əslində bu hadisələr müsəlmanları deyil, erməniləri pis göstərir. Bir hekayə yadımda qalıb. Bu əhvəlat Qarbağda baş verib. Bir gün bir erməni çobanı donuzlarını gətirib, qəsdən, Qarabağın bir şəhər məscidinin hovuzuna salıb, çimizdirib. Bu hovuz isə namaza gələn müsəlmanların abdəst aldığı yer idi. Bu əməli ilə o, hovuzu murdarlayıb. Bunu eşidən şəhərin müsəlmanları hiddətə gəlib, xaçpərəstlərə cəza vermək üçün erməni məhələsinə hücum etdilər.

Ermənilər təşvişə düşüb, küçələrə səpələnirlər. Xəbər ona çatanda ermənilərin başçısı, bir nüfuzlu adamı əlində bir kağız qaçaraq müsəlmanların qarşısına çıxır. Erməni deyir, bu Qarabağ xanının əmrnaməsidir, bunu oxuyun. Kağızda yazılmışdı ki, Qarabağın erməni əhalisinin bir fərdi hər-hansı bir qəbaət, nəlayiq hərəkət, cinayət törədərsə heç bir müsəlman xandan icazə almamış ona toxuna bilməz, heç bir xətər yetirə bilməz. Onun işinə xan özü baxacaq və lazım bilsə özü onu tənbeh edəcək.

Müsəlmanlar kağızı oxuyandan sonra məsləhət bildilər ki, xanın əmrinə tabe’ olsunlar, xanın özündən tələb etsinlər ki, erməniləri cəzalandırsın. Və qeri çəkildilər. O vaxt xan şəhərdə deyildi, Qarabağdan kənarda səfərdə idi. Bir müddətdən sonra xan qayıdır. Bunu eşidən ermənilərin başçısı dərhal saraya gedir. Xanın hüzurunda cibindən bir bahalı almas üzüyü çıxardıb xana verir. Sonra deyir, bizim çoban bir qələt iş görüb, qoy xan erməniləri bağışlasın, bizim bu qünahımızdan keçsin. Xan dedi, sizi bağışladım. Qorxma, mən qoymaram ki, müsəlmanlar hər-hansı bir erməniyə toxunsun və ya bir zərər versin.

Axırda rahib yazır ki, müsəlman bax belə adamdır, bir üzük xatirinə dinini, imanını satar.

Sovetın elmi nəşriyyatında rus tarixçisinin bir əsəri çıxmışdı. Orada, keçmişdə, hələ rus istilasından də qabaq, Qafqazda baş verən bir hadısə barəsində yazilmışdı. Burada kitabın qısa məzmununu qətirirəm.

İrəvan tərəfdə bir kənddə bir yaraşıqlı erməni qızı yaşayırdı. O, bir erməni başmaqçı oğlanla nişanlanmışdı. Quldurlar bu qızı satmaq məqsədi ilə qaçırdırlar. Axırda, qız gəlib Şəki xanınının hərəmxanasına düşür. Orada ona həramxana qızlarına, saraya layıq şəkildə tərbiyə və təhsil verilir. Qısa bir zamanda ərəb və fars dillərini öyrənir. Fars dilində şe’r yazmağa başlayır. O, həm gözəl, həm də ağıllı bir qız olduğundan xanın oğlu ona vurulur. Bu bir güclü sevqi hissi idi. Xan oğlunun istəyinə görə bu qızı ona almaq istəyir. Onları nişanlayırlar.

Bir gün qız eyvana çıxanda saraydan uzaq bir məsafədə anasının durduğunu gördü. İşarələrlə anasına bildirir ki, saraydan qaçmaq istəyir. Anası da tədbir töküb onun saraydan qaçmasını təşkil edir. Qızın qaçmasının xəbəri xanın oğluna çatanda o, qəm dəryasına batır. Atası oğlunun fikir etdiyini görüb, sərdarı yüz atlı əsgərlə birlikdə qızın dalınca göndərir, əmr verir ki, qızı tutub saraya geri qətirsin.

Şəkidən uzaqlaşandan sonra qız anasına sarayda baş verən hadısələri nəql etdi. Aydın olur ki, qız, sarayda çox yaxşı rəftar görmüşdü. Orada xan qızı kimi yaşayırdı, gözəl libaslar geyinir, qoluna, boynuna qiymətlı cavahirat taxırdı. Xanın gəlini olmasına görə gələcəkdə xanın arvadı olmaq imkanı da vardı. Qız dedi, bunların heç biri mənə lazım deyil, axı, mən dindar xristian qızıyam. Buna görə dinimə, millətimə xain çıxa bilmərəm, müsəlmanın arvadı olmaq istəmirəm. Nişanlandığım erməni oğlanla evlənməyi arzu edirəm.

Sonra, sərdar qızı anası ilə birlikdə yaxalayır və qızı saraya geri aparmaq istəyir. Qız onun ayağına düşüb yalvarır, deyir ki, mən qabaqça bir erməniyə nişanlanmışdım. Xanın oğluna gedmək istəmirəm, xristian əqidəmə sadiq qalmaq istəyirəm. Qızın əhvəlatını eşidəndə sərdar, nədənsə, xanın əmrindən çıxıb qızı buraxır, erməni nişanlısının yanına getməsinə icazə verir. Görürür ki, o, çox insaflı və mərhəmətli adam olub.

Qız bir şəhərin kilsəsinə gəlib erməni keşişinə pənah gətirir. Keşiş deyir, sənin kimi dindar, dininə sadəqətli çıxan xristian qızını qorumaq mənim borcumdur. Heş kəsdən, heç kimdən qorxma. Bu kilsədə olduğun müddətdə sənə heç kəs toxunmaz.

Şəhərin bir meyxanasında oturan sərxoş erməni gənclərinə xəbər gəlir ki, Şəki xanının gəlini kilsədə gizlənib. Onlar gərara gəlirlər ki, gedib qızı zorlasınlar. Məqsədləri, müsəlman xanının namusuna toxunmaq idi. Kilsənin bağlı qapısını döyəcləyib, keşişdən qızı onlara təslim etməsini tələb edirlər. Keşis qapının arxasından onlara başa salmaq istədi ki, bu müsəlman qızı deyil, xristan qızıdır, ermənidir. Onlar yenə əl çəkmədilər, qapını sındırmağa çalışdılar.

Axırda, keşiş böyük bir çətinliklə onları çıxıb getməyə məcbur edir.

Hekayətin axırı yaxşı yadımda deyil. Deyəsən, o qız, nəhayətdə, nişanlısına, erməni başmaqçıya qovuşa bilir.

Müəllif bu həqiqi tarixi hekayəni yazaraq xristian oxucuya ibrət dərsini vermək istəyib. Yə’ni ki, baxın görün bizim xristian qızımız necə şücaətlər göstərib, ləyaqət nümayiş edib, pula, şana və şöhrətə satılmayıb, dininə sədaqətli çıxıb.

Bu doğrudan da təəccüb doğuran bir əhvəlatdır. Bu qız xanın oğlundansa, başmaqçıya üstünlük verir.

Bu hekayə kino filmi üçün yaxşı bir mövzudur. Ancaq bizim bu günki kino işçilərimiz bunu layiqli bir səviyyədə çəkə bilməzlər. Düşünürəm ki, xarici film sənətkarları bu mövzu əsasında gözəl, maraqlı bir kino əsəri yarada bilərlər.

Bağırov vaxtı Bakının “Novbahar” restoranında bir erməni tar çalırdı. O, xüsusi bir tar düzəldib onu elektrikə qoşmuşdu. Onun tarının səsi adamların ürəyinə yatırdı. Ancaq bu tar hökumətin xoşuna gəlmədi, dedilər ki, elektrik tar xalq musiqi aləti deyil, burjua cəmiyyətinə münasib bir şeydir. Ermənini işdən qovdular.

Mən, anam və, deyəsən, bir də xalam qızı Ermənistanın bir kəndinə istirahətə getmişdik. Həyətdə iki uşaq birlikdə oynayırdılar. Biri erməni, biri müsəlman idi. Sonra sözləri düz gəlməyib dalaşdılar. Erməni üşağınının burnu bir az qanadı.

Biz bir erməninin, kolxoz sədrinin evində kirayənişin idik, dalaşan uşağın ailəsi isə qonşu evdə. Kənddə söz yayıldı ki, bir müsəlman erməni uşağının burnunu qanadıb. Bundan ermənilər qızışdılar, qisas almaq, müsəlman ailəsini qətl edmək fikrinə düşdülər. Bütün kənd qonşu evin ətrafına yığıldı. Onların əllərində baltalar, kəsici alətlər və tüfənqlər var idi.

Müsəlman ailə imkan taparaq, qaçıb biz yaşadığımız evə gəldi. Bizim evin sahibi sədr olduğu üçün onlar ümüd edirdilər ki, bu vəziyyətdə onları qətl olunmaqdan ancaq o, qoruya bilər. Bu izdiham biləndə ki, onlar bizim evə sığınıblar gəlib onu mühasirəyə aldı. Kolxoz sədri öz nüfuzundan istifadə edərək çox böyük çətinliklə izdihamı dağıtdı, bizi ölümdən qurtardı. Mənim onda üç-dörd yaşım vardı. Bu əhvalatı anamdan böyüyəndə eşitmişəm.

Mən, anam və bir neçə qohum hər yay Ermənistana istirahətə gedirdik və bu cür hadisələr orada tez-tez baş verirdi.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin