İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 37,67 Kb.
səhifə1/5
tarix01.08.2023
ölçüsü37,67 Kb.
#138335
növüQaydalar
  1   2   3   4   5
38 İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli, 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:


1. "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 6 mart 2000-ci il


№ 38




Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarına
ƏLAVƏ



İş yerlərinin attestasiyasının keçirilməsi


QAYDALARI


I. Ümumi müddəalar1

1.1. Bu Qaydalar iş yerlərinin attestasiyasının keçirilməsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün müəssisə və təşkilatlar (bundan sonra - müəssisə) üçün əsasdır və iş yerlərinin attestasiyasının məqsədlərini, onun keçirilməsi və müəssisələrdə attestasiyanın nəticələrinin istifadəsi və rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.


1.2. Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.
1.3. İş yerlərinin attestasiyasının normativ əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsi və onun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş, normativ hüquqi aktlar, əməyin təhlükəsizlik standartları sistemi (ƏTSS), sanitar qaydaları, normaları və gigiyena normativləri təşkil edir.
1.4. Bu Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur:
qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması;
peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli;
işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;
işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi;
iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;
əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.
1.5. Attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur.
İstehsal avadanlıqlarının yeniləri ilə əvəz edilməsi, texnoloji proseslərin dəyişdirilməsi, kollektiv mühafizə vasitələrinin yenidən qurulması ilə əlaqədar, habelə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək şəraiti üzrə iş yerlərinin attestasiyasını keçirdiyi zaman aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədi ilə iş yerləri attestasiyadan keçirilməlidir.
1.6. Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda dövlət sanitariya nəzarəti orqanlarının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir.2



Yüklə 37,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin