Qərarı 24 fevral 1994-cü il



Yüklə 99,17 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü99,17 Kb.
#29134

Xocalı soyqırımı (genosidi) günü haqqında 

Azərbaycan Respublikası Milli Məclisinin 

Qərarı 

 

24 fevral 1994-cü il 

 

Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları 



tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaçqınlar 

və xaricdə yaşayan soydaşlarla  əlaqə komissiyasının təklifini müzakirə 

edərək qərara alır: 

 

1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları  tərəfindən törədilmiş



Azərbaycan xalqının milli faciələrindən və  bəşər tarixinin qanlı 

səhifələrindən biri olan Xocalı  hadisələri hər il fevralın 26-da 

«Xocalı soyqırımı günü» elan olunsun və bu barədə beynəlxalq təşkilatlara 

məlumat verilsin. 

 

2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və 



«Xocalı soyqırımı günü»nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya 

azərbaycanlılarına müraciət edilsin (müraciətin mətni əlavə olunur). 

 

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri 



R. QULİYEV 

 

Bakı şəhəri, 24 fevral 1994-cü il 



«Azərbaycan» qəzeti  26 fevral 1994-cü il 

Yüklə 99,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin