İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında


III. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi



Yüklə 37,67 Kb.
səhifə3/5
tarix01.08.2023
ölçüsü37,67 Kb.
#138335
növüQaydalar
1   2   3   4   5
38 İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

III. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi

3.1. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin müəyyən edilməsi.


3.1.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı iş yerində mövcud olan bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi qiymətləndirilməlidir.
3.1.2. Təhlükəli və zərərli istehsalat amillərinin dərəcələri instrumental ölçülər əsasında müəyyən olunur. Fiziki, kimyəvi, bioloji və psixofizioloji amillərin instrumental ölçüləri, erqonometrik tədqiqatları iş prosesində aparılmalıdır, yəni istehsal prosesinin fərdi və kollektiv mühafizə vasitələrinin saz və səmərəli fəaliyyət göstərməsi texnoloji reqlamentə uyğun olaraq aparılmalıdır.
3.1.3. Ölçülərin aparılması zamanı normativ sənədlərdə ölçü metodları göstərilən ölçü vasitələrindən istifadə olunmalıdır. İstifadə olunan ölçü vasitələri metroloji cəhətdən attestasiya olunmalı və təyin olunmuş müddətdə dövlət yoxlamasını keçməlidir.
3.2. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi.
3.2.1. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin əsas obyektləri aşağıdakılardır:
istehsal avadanlıqları;
qurğular və alətlər;
təlim və öyrənilmə vasitələri ilə təmin olunma.
3.2.2. Əməyin mühafizəsi üzrə qüvvədə olan və ona aid olan normativ hüquqi aktlar (dövlət və sahə standartları, əməyin mühafizəsi üzrə qaydalar, əməyin mühafizəsi üzrə tipik standartlar və s.) , dövlət və sahə standartları və əməyin mühafizəsi üzrə tipik standartlar əsasında istehsal avadanlıqlarının, qurğuların və alətlərin qiymətləndirilməsi.3
3.2.3. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsindən əvvəl onun aparılmasının düzgünlüyü, əməyin təhlükəsizliyinin təmin edilməsinə aid normativ sənədlərin mövcudluğu və onların tələblərinin yerinə yetirilməsi yoxlanılır.
3.2.4. İstehsal avadanlığının, qurğularının və alətlərin, eyni zamanda tədris və təlim vasitələrinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması yolu ilə zədə təhlükəsizliyinin qiymətləndirilməsi. Bununla yanaşı, istehsal avadanlığında qurulmuş nümunənin təhlükəsizlik sertifikatlarının mövcudluğu nəzərə alınmalıdır. Zədə təhlükəsizliyinin qiymətləndirilməsi zamanı təhlükəsizlik tələblərinə əməl etməklə, istehsal avadanlığının sınaq buraxılışı və dayandırılması keçirilir.
3.2.5. İş yerlərində istehsal avadanlıqlarının və cihazlarının, onlara aid olan normativ hüquqi aktların tətbiq olunmasından əvvəl istehsal olunması və yaxud bu sənədlərin müəyyən olunmuş qaydada işlənib hazırlanmadığı və təsdiq edilmədiyi hallarda, istehsal avadanlıqlarının və qurğuların zədə təhlükəsizliyinin qiymətləndirilməsi iş yerlərində təhlükəsiz və şəraitini təyin edən müvafiq normativ hüquqi aktlarda öz əksini tapan tələblərə uyğun aparılır.
O cümlədən:
təhlükə mənbəyi sayılan avadanlığın hərəkətdə olan hissələrinin təsirindən işçilərin mühafizə vasitələrinin mövcudluğu;
zədələnmə nəticəsində təhlükə yaradan boru xətlərinin, hidro, buxar-pnevmosistemlərin, qoruyucu qapaqların, kabellərin və digər elementlər;
təmir və quraşdırma işləri zamanı avadanlığın hissələrinin əl ilə yerdəyişməsi məqsədi ilə qurğuların (qolların) mövcudluğu;
istehsal avadanlığının istismarı zamanı emal edilən və yaxud istifadə olunan materialların və maddələrin iş zonasına sıçraması, əşyaların (alətin, tədarükün) yerə düşməsi və atılması nəticəsində yaranan təhlükənin aradan qaldırılması;
konstruksiyaların, binaların hissələrinin dağılması, karxanalarda, şaxtalarda və sair süxurların və başqa elementlərin uçulması nəticəsində yaranan təhlükənin aradan qaldırılması;
təhlükəsizlik nişanlarının və siqnal boyalarının mövcudluğu və normativ tələblərə uyğunluğu;
hasarlarda fiksatorların, blokirovkaların, germetizasiya elementlərinin davamlığını və sərtliyini təmin edən elementlərin mövcudluğu;
müəyyən təhlükəli və zərərli istehsal amilinin təsiri zamanı qoruyucu vasitələrin işləməsinin təmin olunması;
istehsal avadanlığının normal fəaliyyətinin pozulmasının idarəetmə pultu üzərində siqnalizatorların, eyni zamanda qəza dayandıran vasitələrin mövcudluğu;
elektrik təchizatının tamam və yaxud qismən kəsilməsi və onun sonradan düzəldilməsi, eyni zamanda elektrik təchizatının idarəetmə dövrəsinin zədələnməsi zamanı təhlükəli vəziyyətlərin yaranmasının qarşısının alınması (enerji təchizatının bərpası zamanı icazə almadan enerjinin buraxılışı, dayandırılma üçün verilən əmrin yerinə yetirilməməsi, istehsal avadanlığın səyyar hissələrinin və onun üzərində bərkidilmiş əşyaların düşməsi və atılması);
elektrik cihazlarının, elektrik xətlərinin (o cümlədən torpaqlanmanın), gəmiricilərin və həşəratların, əridicilərin daxil olmasından, mexaniki təsirdən qorunmasının təmin edilməsi, birləşdirici qutularda, elektrotexnik məmulatların, aparatların, maşınların korpuslarının içində şəbəkənin və kabellərin birləşməsinin həyata keçirilməsi;
avadanlığın qızmar hissələrinin, yanğın partlayış təhlükəli maddələrin işçilərin açıq dəri örtükləri ilə yanğına, alova və yaxud partlayışa səbəbi ola bilən kontaktın aradan qaldırılması;
müəssisədaxili yolların və keçidlərin ölçülərinin normativ tələblərə uyğunluğu;
müəssisədaxili nəqliyyat vasitələri üçün idarəetmə vasitələrinin (o cümlədən qəza dayandırılması vasitələrinin) məqsədəuyğun yerləşdirilməsi və icra edilməsi;
müəssisədaxili nəqliyyat vasitələri yollarının təhlükəsizliyi, onların mühafizə vasitələri və təhlükəsizlik nişanları ilə təchiz olunması;
əməyin mühafizəsi üzrə təlimatların mövcudluğu və onların normativ sənədlərə uyğunluğu;
əl alətlərinin və qurğuların mövcudluğu və normativ tələblərə uyğunluğu.
3.3. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələrinin qiymətləndirilməsi.
3.3.1. Hər bir iş yeri üzrə işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi, eyni zamanda bu vasitələrin səmərəliliyi müəyyən olunur.
3.3.2. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatının qiymətləndirilməsi faktiki verilən vasitələrin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin fəhlələrə və qulluqçulara pulsuz verilməsi haqqında tipik sahə normaları və başqa normativ sənədlərlə tutuşdurulması üsulu ilə aparılır.
3.3.3. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatı qiymətləndirilərkən verilən fərdi mühafizə vasitələrinin iş yerlərində faktiki əmək şəraitinə uyğunluğunun qiymətləndirilməsi ilə bərabər, eyni zamanda onların keyfiyyətinə nəzarət həyata keçirilir. Xüsusi mühafizə vasitələrinin səmərəliliyi müvafiq sertifikatlarla təsdiq olunmalıdır.
3.4. İş yerlərində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi.
3.4.1. İş yerində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi aşağıdakılardan ibarətdir:
zərərlik və təhlükəsizlik dərəcələri üzrə;
zədə təhlükəsizliyi dərəcələri üzrə;
işçilərin fərdi mühafizə vasitələrlə ilə təmin edilməsi, eyni zamanda bu vasitələrin səmərəliliyi.
3.4.2. Təhlükə və zərərlik dərəcələri üzrə iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi, istehsal mühitinin zərərlik və təhlükəli əmək prosesinin ağırlığı və gərginliyin göstəriciləri üzrə gigiyenik kriteriyaların istehsalat mühitinin təhlükəli və zərərli amilləri, əmək prosesinin ağırlığının və gərginliyinin, ölçülərin nəticələri onların müəyyən olunmuş gigiyenik normativlərlə tutuşdurulması əsasında keçirilir. Bu cür tutuşdurulmalar əsasında hər bir amil üçün olduğu kimi, onların kombinasiyaları və birləşmələri, eyni zamanda bütövlükdə iş yeri üçün əmək şəraitinin sinfi təyin olunur.
İşçilərin təhlükəli və zərərli istehsalat amilləri ilə iş növbəsi və yaxud əmək fəaliyyəti zamanı (iş stajının məhdudlaşdırılması) yol verilən kontakt müddətinin müəyyən olunması dövlət sanitariya nəzarəti orqanları tərəfindən təşkilat rəhbərliyinin peşə qruplarına uyğun təqdimatı əsasında aparılır.4
3.4.3. İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələrinə əsasən zədə təhlükəsizliyi üzrə əmək şəraitinin təsnifatına uyğun olaraq ayrıca təhlükə sinfi təyin olunur və yaxud iş yerinin təhlükəsizlik tələblərinə tam uyğunluğu haqqında rəy verilir.
3.4.4. İş yerində əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsinin nəticələri təşkilatın attestasiya komissiyasının attestasiya nəticələri haqqında qərarına əsasən əmək şəraiti üzrə iş yerlərinin attestasiyası pasportuna da daxil edilir.
3.4.5. İş yerində təhlükəli və zərərli istehsalat amillərinin olmadığı halda və yaxud onların faktiki göstəricilərinin optimal və yol verilən miqdarlara uyğun olması, eyni zamanda işçilərin zədə təhlükəsizliyi və fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərin yerinə yetirmədiyi halda, hesab edilir ki, iş yerlərində əmək şəraiti gigiyenik tələblərə və təhlükəsizlik tələblərinə uyğundur.
3.4.6. İş yerində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri zədə təhlükəsizliyi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərdən və yaxud qüvvədə olan normalardan yüksək olduğu halda, bu cür iş yerlərində əmək şəraiti təhlükəli və zərərli sayılır.
Əmək şəraitinin 3-cü sinfə (zərərli) aid olunduğu zaman iş yeri müvafiq sinfin və zərərliyin dərəcəsinin (3.1, 3.2, 3.3, 3.4, eyni zamanda 3-zədə təhlükəsizliyi üzrə) göstərilməsi ilə və onun əməyin mühafizəsi üzrə normativ hüquqi aktların uyğunluğuna çatdırılması haqqında təkliflərin müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması haqqında tədbirlər planına daxil edilməsi ilə şərtli attestasiya sayılır.
Əmək şəraitinin 4-cü sinfə (təhlükəli) aid olunduğu halda, iş yeri attestasiya olunmamış sayılır və təcili olaraq yenidən təchiz edilməli və yaxud ləğv edilməlidir.
3.5. İstehsalat amilləri dərəcələrinin instrumental ölçülmələri, əmək prosesinin ağırlığı və gərginliyinin müəyyən edilməsi, iş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatının qiymətləndirilməsi müvafiq protokolla rəsmiləşdirilir. Protokolların formaları bu və ya başqa amil göstəriciləri dərəcələrinin ölçülməsinin aparılması qaydasını təyin edən normativ sənədlərlə müəyyən olunur.
İstehsalat amilləri dərəcələrinin instrumental ölçülmələrini apardıqda və əmək prosesinin ağırlığını və gərginliyini təyin etdikdə, protokola aşağıdakılar daxil edilməlidir:
iş yerinin və müəssisənin bölməsinin adı və kodu;
ölçünün keçirilməsi tarixi;
ölçülərin yerinə yetirilməsinə cəlb olunan (müəssisənin və yaxud onun bölməsinin) adı;
ölçülən istehsalat amilinin adı;
ölçü vasitəsi (qurğunun, alətin adı, yoxlamanın tarixi və yoxlama haqqında şəhadətnamənin nömrəsi);
ölçünün aparılmasına əsas olan normativ sənədin göstərilməsi ilə ölçünün aparılması metodu;
ölçünün keçirildiyi yer, ölçü nöqtəsini göstərməklə otağın eskizi;
ölçülən parametrin faktiki göstəricisi;
ölçü aparan işçinin və ölçülərin keçirildiyi obyektin müdiriyyətinin nümayəndəsinin vəzifəsi, soyadı, adı və imzası;
ölçünün aparılmasına cəlb olunan cavabdeh şəxsin imzası, müəssisənin (və yaxud onun bölməsinin) möhürü.
İş yerində zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələri əsasında protokolda isə qısa xülasələr göstərilir və iş yerinin normaların, qaydaların və standartların hansı bəndlərinə uyğun olmaması, eyni zamanda qiymətləndirilməni keçirən şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı göstərilir.
İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələrinin qısa xülasəsi iş şəraiti üzrə iş yerləri attestasiyasının xəritəsinə də daxil edilir.



Yüklə 37,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin