Ipf – B05 analiTİk həNDƏSƏ


Tədqiqatın məzmunu aşağıdakılardır



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix20.09.2023
ölçüsü0,89 Mb.
#146317
1   2   3   4   5   6   7   8   9   ...   16
1203.01-Kompüter elmləri (riyaziyyat)

Tədqiqatın məzmunu aşağıdakılardır: 
müasir dünyanın dərk olunması 
prosesində və praktiki fəaliyyətdə rast gəlinən riyazi modellərin hesablama 
alqoritmləri, bu alqoritmlərin realizəsi, modelləşdirmə prosesinin dərketmənin 
mühüm bir pilləsi kimi forma və prinsipləri, tətbiqi, o cümlədən iqtisadi proseslərin 
təhlili üçün nəzəri biliklər, praktik vərdişlər, praktikada rast gələn optimallaşdırma 
məsələlərinin riyazi modelləri, onun nəzəri təhlili, ədədi həll üsulları, bu üsulları 
müasir komputerlərdə realizə etmək və öyrənilən məsələyə dair son rəy söyləmək,
mürəkkəb proqram sistemlərinin sadə sistemlərə gətirilməsi ilə iri proqram 
vasitələrinin etibarlı və funksional cəhətdən dolğun şəkildə yaradılması üçün 
müxtəlif yanaşmalar, belə proqram vasitələrinin həm hazırlanmasında, həm də 
onların tətbiqi zamanı qoyulmuş tələblərə tam cavab verə biləcək sistemlərin 
yaradılması qaydaları, onların etibarlılığını və keyfiyyətinin artırılması və həmçinin, 
informasiyanın qorunması üsullarını, iri proqram layihələrinin yaradılması 
texnologiyalarını məsələnin qoyuluşundan onun istismara təhvil verilənədək bütün 
mərhələləri, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi, qeyri-səlis 
informasiya mühitində qarşıya çıxan məsələlərin qoyuluşu və həlli yolları.
Tədqiqatın obyekti aşağıdakılardır: 
müasir dünyanın dərk olunması 
prosesində və praktiki fəaliyyətdə rast gəlinən riyazi modellər, optimallaşdırma 
məsələlərinin riyazi modelləri, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar 



nəzəriyyəsi, diskret riyaziyyat, ədədi üsullar, alqoritmlər, informasiya və 
kommunikasiyai texnologiyaları, kompüter proqramları. 
Elmi ixtisas üzrə fəlsəfə doktoru imtahanının hədəfi 
təhsil alanlar tərəfindən 
əsas ali təhsil proqramının – 1203.01 - “Kompüter elmləri” hazırlıq istiqaməti - 
“Riyaziyyat” elm sahəsi üzrə doktoranturada elmi-pedaqoji kadrlar hazırlanması 
proqramının mənimsənilməsinin nəticələrinin Dövlət Ali Təhsil Standartlarının 
müvafiq tələblərinə nə dərəcədə uyğun olduğunu təyin etməkdir. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin