Ipf – B05 analiTİk həNDƏSƏ


FƏSİL 4. İNFORMASİYA VƏ KOMPÜTER TEXNOLOGİYALARI



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix20.09.2023
ölçüsü0,89 Mb.
#146317
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
1203.01-Kompüter elmləri (riyaziyyat)

FƏSİL 4. İNFORMASİYA VƏ KOMPÜTER TEXNOLOGİYALARI 
 
Müasir proqramlaşdırma dillərinin təsnifatı. Müasir proqramlaşdırma 
dillərinin xülasəsi. Proqramlaşdırma platformaları. Kompilyator və interpretatorların 
təyinatı və iş prinsipləri. Müasir proqramlaşdırma dillərində proqramlaşdırmanın 
ümumi prinsipləri. Müasir proqramlaşdırma dillərinin sintaksisi və semantikası.
Obyektyönlü proqramlaşdırma dillərinin təsnifatı. Verilənlərin sadə və 


11 
mürəkkəb 
strukturları. 
Obyektlər, 
siniflər, 
metodlar. 
Obyektyönlü 
proqramlaşdırmanın əsas anlayışları: abstraktlaşdırma, inkapsulyasiya, varislik, 
polimorfizm. 
C++ proqramlaşdırma dilinin əsasları. Dilin əsas elementləri və operatorları. 
Proqramın quruluşu. Operatorların yüklənməsi. Tiplər. Birləşmələr və strukturlar. 
Giriş-çıxışın təşkili. Axınlar. İdarəedici konstruksiyalar. Göstəricilər, istinadlar. 
Seçim operatoru, dövrlərin təşkili. Funksiyalar. Funksiyaların yüklənməsi. 
Rekursiyalar. 
Virtual 
funksiyalar. 
Siniflər 
və 
obyektlər. 
Konstruktorlar. 
Destruktorlar. Tipik hesablama proseslərinin və verilənlərin strukturlarına dair 
məsələlərin proqramlaşdırılması. 
Kompüter şəbəkələri, əsas anlayışlar. Kommutasiya üsulları. Şəbəkələrin 
strukturu. Eyni ranqlı və “Klient-server” şəbəkələri. Səviyyələr və protokollar. 
Kodlaşdırma və informasiyanın ötürülməsi. ISO 803.X standartı. 
Lokal şəbəkələr. Lokal şəbəkələrin topologiyaları və baza texnologiyaları. 
Protokollar. Ethernet şəbəkələrinin müxtəlif növləri. Ethernet şəbəkələrinin 
avadanlıqları. Girişin marker üsulları. Tokon Ring və FDDİ şəbəkələri. 
Açıq sistemlərin qarşılıqlı əlaqəli etalon (OSI) modeli. Protokol; interfeys, 
protokolların steki. OSİ modeli: modelin ümumi xarakteristikası; etalon modelin 
yeddi səviyyəsi. OSI səviyyələrinin əsas funksiyaları. 
Qlobal şəbəkələr və onların standart modelləri. Qlobal şəbəkənin strukturu. 
Kommutasiya üsulları: kanalların, məlumatların, paketlərin kommutasiyası. Qlobal 
şəbəkələrin növləri. X.25 və Frame Relay şəbəkələri. ATM, SDH texnologiyalarının 
xüsusiyyətləri. Peyk kanalları. Mobil rabitə sistemləri. 
İnternet şəbəkəsinin arxitekturası, strukturu, əsas funksiyaları. TCP/IP 
modelinin səviyyələri, onların əsas funksiyaları və protokolları. OSI və TCP/IP 
modellərinin oxşar və fərqli cəhətləri. MAC-ünvan və onun strukturu. IP-ünvan və 
onun strukturu. Domen ünvanlaşdırma. Domen adlar sisteminin strukturu. Coğrafi 
(milli) və inzibati domenlər. Domen adların IP-ünvanlara çevrilməsi.
Verilənlər bazasının əsas konsepsiyası. Verilənlər bazası(VB) anlayışı və 
verilənlər bazasının idarəetmə sistemləri(VBİS). Verilənlər bazasının struktur 
elementləri. VBİS-in təyinatı və tətbiqi. Verilənlərin modelləri. Verilənlərin 
iyerarxik və şəbəkə modeli. Verilənlərin relyasiya modeli. Əsas və xarici açarlar. 
Verilənlərin modellərinin müqayisəli analizi. Münasibətlərin normallaşdırılması. 
Funksional, tam funksional və çoxmənalı asılılıq. 1-ci, 2-ci, 3-cü normal formalar. 
Münasibətlər üzərində relyasiya cəbrinin əməlləri: münasibətlərin birləşdirilməsi, 
fərqi, dekart hasili, kəsişməsi və proyeksiyası, münasibətlərin bölünməsi, düstura 
görə seçilməsi, müəyyən şərtə görə və təbii birləşdirilməsi. Cədvəllər arasında əla-
qənin növləri: birin-birə əlaqəsi, birin-çoxa əlaqəsi, çoxun-birə əlaqəsi, çoxun-çoxa 
əlaqəsi. 


12 
Strukturlaşdırılmış sorğu dilinə (SQL) giriş. SQL-in təyinatı. SQL-də 
verilənlərin tipləri: sətiri, ədədi, tarixi və vaxtı ifadə etmək üçün tiplər, məntiqi tip. 
SQL dilinin operatorları. SQL-də verilənlərin təyini: cədvəllərin təyini operatorları, 
məhdudluqların təyin olunması, qiymətlərin susmaya görə verilməsi. SQL-də 
verilənlərin emalı: yeni yazının cədvələ daxil edilməsi, cədvəldən yazıların 
silinməsi, cədvəldəki yazıların dəyişdirilməsi. SQL-də verilənlərin seçilməsi və 
SELECT operatoru. 
İnformasiya təhlükəsizliyi. İnformasiya təhlükələrinin təsnifatı. İnformasiya 
təhlükəsizliyinin prinsipləri: tamlığı, məxfiliyi və əlyetərliyi. İnformasiya 
təhlükəsizliyinin təşkili. İnformasiya mühafizəsinin kriptoqrafik vasitələri. Şifrmətn,
şifrələmə və açar anlayışları. Statik və dinamik açarlar. Kriptoqrafiyanin əsas 
istiqamətləri. Kriptoalqoritmlərin təsnifatı. Şifrlənmənin sadə alqoritmləri. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin