Ipf – B05 analiTİk həNDƏSƏ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix20.09.2023
ölçüsü0,89 Mb.
#146317
1   ...   8   9   10   11   12   13   14   15   16
1203.01-Kompüter elmləri (riyaziyyat)

2 (qeyri- 
kafi) 
Doktorantsualın məzmununu kifayət qədər açıqlamır və anlayışlar 
aparatını mənimsədiyini nümayiş etdirə bilmir. Doktorant elmi ixtisas 
üzrə yerli və xarici doktrinalar, riyaziyyat elminin tarixi, aktual nəzəri 
problemlər, 
Kompüter 
elmləri 
üzrə 
ixtisasın 
müvafiq 
nomenklaturunun şifrinə daxil olan yanaşı elmi fənlər üzrə ayrı-ayrı 
elmi məktəblər və elmi əsərlər haqqında minimum biliklərə malik 
olduğunu, həmçinin dissertasiyanın mövzusuna və ona yaxın 
mövzulara aid ədəbiyyatla minimum tanış olduğunu göstərir. 
Doktorant ixtisasın nəzəri və praktiki problemlərinin həlli üzrə 
müxtəlif üsulları qiymətləndirməyi, həmçinin fənlərarası xarakterli 
mübahisəli problemlər haqqında öz fikirlərini əsaslandırmağı 
bacarmır. Doktorant nəzəriyyəni, praktikanı və cari problemləri 
qiymətləndirə bilmir. 
 
VI BÖLMƏ.FƏLSƏFƏ DOKTORU İMTAHANINA HAZİRLAŞMAQ ÜÇÜN 
NÜMUNƏVİ SUALLARIN SİYAHISI 
1.
Xəta, mütləq və nisbi xətalar. Xətaların yaranma mənbələri və hesablanma 
qaydaları.
2.
İnterpolyasiya məsələsinin qoyuluşu. Laqranjın və Nyutonun interpolyasiya 
çoxhədlisi. 
3.
Orta kvadratik yaxınlaşma və ən kiçik kvadratlar üsulu. 
4.
Xətti cəbri tənliklər sisteminin həll üsullarının təsnifatı. Dəqiq, təqribi və 
ədədi üsullar. 
5.
Qeyri-xətti və transendent tənliyin köklərinin ayrılması və ədədi həlli üsulları. 
Onların xətalarının qiymətləndirilməsi. 
6.
Qeyri-xətti tənliklər sisteminin ədədi həll üsulları. Sıxılmış inikas prinsipi və 
onun iterasiya üsullarının yığılmasına tətbiqi. 
7.
Ədədi inteqrallama düsturları və onların xətasının qiymətləndirilməsi. 
8.
Adi diferensial tənliklər üçün Koşi məsələsinin qoyuluşu. Diferensial 
tənliklərin qüvvət sıralarının köməyilə inteqrallanması. Pikar üsulu və onun 
yığılması. 
9.
Koşi məsələsinin ədədi həlli üçün biraddımlı üsullar 
10.
Koşi məsələsinin ədədi həlli üçün çoxaddımlı üsullar.
11.
Adi diferensial tənliklər üçün sərhəd məsələsinin sonlu fərqlər üsulu ilə həlli. 
Qovma üsulunun tətbiqi. 
12.
Sərhəd məsələlərinin həlli üçün kollokasiya, ən kiçik kvadratlar və Qalyorkin 
üsulları. 
13.
Xüsusi törəməli diferensial tənliklərin ədədi həll üsulları haqqında ilkin 
anlayışlar. Sonlu fərqlər nəzəriyyəsinin elementləri. 
14.
Fərq məsələsinin qoyuluşu. Fərq sxemlərinin qurulması. Balans üsulu. Kon-


19 
servativ sxemlər. 
15.
Köçürmə tənliyi üçün fərq sxemlərinin qurulması. Dalğa tənliyi üçün aşkar və 
qeyri aşkar sxemlər. 
16.
Sabit əmsallı istilikkeçirmə tənliyi üçün fərq sxemləri. Aşkar və qeyri- aşkar 
ikilaylı sxemlər. 
17.
Dəyişən əmsallı istilikkeçirmə tənliyi üçün fərq sxemləri. İstilikkeçirmə 
tənliyi üçün qovma və dəyişən istiqamətlər üsulu. 
18.
Elliptik tip tənliklər üçün sərhəd məsələləri. Laplas tənliyinin sonlu fərqlərlə 
approksimasiyası. 
19.
Çoxluqlar, münasibətlər. Mühakimə. Müddəa. Doğruluq qiymətləri. 
20.
Məntiq cəbrinin elementar funksiyaları və onlar arasında əlaqə. Superpozisiya 
əməli. İkililik prinsipi. 
21.
Bul funksiyalarının dəyişənlərə ayrılışı. M.D.N.F və M.K.N.F.
22.
Jeqalkin çoxhədlisi. Naməlum əmsallar üsulu ilə məntiq cəbri funksiyalarının
Jeqalkin çoxhədlisinin qurulması. 
23.
D.N.F.-lərin sadələşdirilməsi. Son D.N.F.- lərin alınması alqoritmi.
24.
Bul funksiyalarının törəməsi. K – qiymətli məntiqin ümumi anlayışları. 
25.
Sonlu avtomatlar, müxtəlif riyazi və tətbiqi məsələlər. 
26.
Qeyri-səlis çoxluqlar. Mənsubiyyət funksiyaları, onların növləri və xassələri.
27.
Qeyri-səlis çıxarışlar. Çıxarışların qaydaları. Birləşmə və kəsişmə əməllərinin 
xassələri. 
28.
Qeyri-səlis münasibətlər. Qeyri-səlis münasibətlər üzərində əməllər. 
29.
Optimallaşdırma məsələlərinin təsnifatı. Funksiyanın lokal və qlobal 
ekstremumu. 
30.
Birdəyişənli funksiyanın minimallaşdırılması üsulları. Klassik üsul. 
31.
Ekstremumun zəruri və kafi şərti. Parçanı yarıya bölmə və qızıl bölgü üsulu.
32.
Çoxdəyişənli funksiyanın şərtsiz ekstremumu üçün zəruri və kafi şərt. Sıfır 
tərtibli ədədi üsullar.
33.
Birtərtibli üsullar. Qradiyent və qoşma qradiyent üsulu. 
34.
İkitərtibli üsullar. Nyuton, Nyuton -Rafson-Kantoroviç üsulu.
35.
Xətti proqramlaşdırma məsələsinin (XPM) qoyuluşu və ona aid bəzi riyazi
modellər. XPM- in həndəsi təsviri. XPM- in həllinin əsas xassələri. 
36.
Simpleks üsul və onun alqoritmi. Süni bazislər üsulu.
37.
Tamqiymətli optimallaşdırma məsələlərinin həll üsulları və onlara dair 
misallar. 
38.
Bul proqramlaşdırma məsələləri. 
39.
Qeyri-xətti proqramlaşdırma məsələsinin qoyuluşu. Laqranj vuruqları üsulu. 
Kun-Takker teoremi.
40.
Klassik variasiya məsələsi. Eyler tənliyi. Şərtsiz variasiya məsələsi.
41.
Optimal idarəetmə məsələsinin qoyuluşu və variyasiya məsələsi ilə 


20 
müqayisəsi. Optimallığın zəruri şərtləri. Pontryaqinin maksimum prinsipi. 
42.
Optimal idarənin sintezi məsələsi. Optimal idarəetmə məsələsinin ədədi həlli 
üçün birinci tərtib optimallaşdırma üsullarının tətbiqi. 
43.
Müasir proqramlaşdırma dillərində proqramlaşdırmanın ümumi prinsipləri.
44.
Obyektyönlü proqramlaşdırma. Verilənlərin sadə və mürəkkəb strukturları.
45.
C++ proqramlaşdırma dilinin əsasları. Dilin əsas elementləri və operatorları. 
Funksiyalar. Siniflər və obyektlər.
46.
Kompüter şəbəkələri, əsas anlayışlar. Kommutasiya üsulları.
47.
Lokal şəbəkələr. Baza texnologiyaları. Protokollar. Ethernet şəbəkələrinin 
müxtəlif növləri.
48.
Açıq sistemlərin qarşılıqlı əlaqəli etalon (OSI) modeli. Protokol; interfeys, 
protokolların steki.
49.
Qlobal şəbəkələr və onların standart modelləri. Qlobal şəbəkənin strukturu. 
Qlobal şəbəkələrin növləri.
50.
İnternet şəbəkəsinin arxitekturası, strukturu, əsas funksiyaları. DNS, IP-
ünvanlar.
51.
TCP/IP modelinin səviyyələri, onların əsas funksiyaları və protokolları. OSI 
və TCP/IP modellərinin oxşar və fərqli cəhətləri. 
52.
Verilənlər bazasının əsas konsepsiyası və struktur elementləri. VBİS-in 
təyinatı və tətbiqi. 
53.
Verilənlərin modelləri. Verilənlərin relyasiya modeli. Əsas və xarici açarlar. 
54.
Münasibətlərin normallaşdırılması.
55.
Münasibətlər üzərində relyasiya cəbrinin əməlləri.
56.
Cədvəllər arasında əlaqənin növləri.
57.
SQL-də verilənlərin tipləri. SQL dilinin operatorları.
58.
SQL-də verilənlərin emalı.
59.
İnformasiya təhlükəsizliyi. İnformasiya təhlükələrinin təsnifatı.
60.
İnformasiya mühafizəsinin kriptoqrafik vasitələri.
61.
Kriptoqrafiyanin əsas istiqamətləri. Kriptoalqoritmlərin təsnifatı.
62.
Riyazi model anlayışı. Riyazi modellərə qoyulan tələblər.
63.
Riyazi modellərin təsnifatı. Struktur və funksional modellər. 
64.
Diskret və kəsilməz modellər. 
65.
Xətti və qeyri-xətti modellər. Riyazi modellərin xəttiləşdirilməsi. 
66.
Determinik və stoxastik modellər.
 
67.
Riyazi modelləşdirmə məsələsinin qoyuluşu. Analiz və sintez məsələləri. 
68.
Təyinedici münasibətlər. Empirik düsturların seçilməsi. Obyektlərin oxşarlığı. 
Ölçülərin analizi. 
69.
İstilikkeçirmə, diffuziya proseslərinin riyazi modellərinin qurulması.
70.
Təbii neyronun modeli və süni neyronun riyazi modeli. Bir və çoxlaylı neyron 
şəbəkələr. 
71.
Öyrətmə üsulları. Xətanın arxaya yayılması (Backpropagation) üsulu. 
72.
Neyron şəbəkələrin intellektual sistemlərdə tətbiqi. 


21 
73.
Diferensial tənliklərə gətirilən məsələlər. Təbiət hadisələri: Populyasiya 
modelləri, ekologiya. 
74.
Diferensial tənliklərə gətirilən məsələlər. Təbiət hadisələri: Radioaktiv 
tullantılar, Kepler qanunları, Nyutonun cazibə qanunu. 
75.
Dalğa prosesləri ilə bağlı riyazi modellər" 
76.
Riyazi fizikanın tərs məsələləri və həll üsulları. Requlyarlaşdırma üsulları. 
77.
Sadə populyasiya modelləri. Ekologiya və populyasiyalar. 
78.
Təcrid edilmiş populyasiya modelləri. Maltus və Ferhülst modelləri. 
Fibonaççi və Lesli modelləri. 
79.
İki bioloji növün birgə yaşayış modeli. Eyni yemlə qidalanan iki bioloji növün 
birgə yaşayış modeli. 
 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin