İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


Ümumi prinsiplərin hazırkı işə tətbiqi



Yüklə 104,87 Kb.
səhifə33/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   29   30   31   32   33   34   35   36   ...   80
2. Ümumi prinsiplərin hazırkı işə tətbiqi

198. Kiprin birtərəfli bəyanatı əsasında Kipr Respublikasına qarşı yönəlmiş şikayətlərin siyahıdan çıxarılmasının zəruri olub-olmadığını müəyyən edərkən, Məhkəmə aşağıdakı qeydləri edir.

199. Birincisi, Məhkəmə Konvensiyanın 2, 3, 4 və 5-ci maddələri baxımından məsələləri ortaya çıxaran hazırkı işdə edilmiş insan alveri iddialarının ciddi xarakterini vurğulayır. Bununla bağlı qeyd olunur ki, beynəlxalq müstəvidə tədbirlərin qəbul edilməsi, eləcə də bir neçə Dövlətlərdə müvafiq daxili qanunvericiliyin qüvvəyə minməsi ilə göstərildiyi kimi insan alveri problemindən xəbərdar olma və ona qarşı mübarizə aparmaq zərurəti son illər yaranmışdır (baxın, həmçinin aşağıda 264 və 269-cu paraqraflar). Kabare artistlərinin alveri və cinsi istismarının xüsusi narahatlıq doğurmasının geniş təsdiq edildiyi Avropa Şurası İnsan hüquqları üzrə Komissarının hesabatları və Kipr Ombudsmanın hesabatı Kiprdəki problemin kəskin xarakterini vurğulayır (baxın, yuxarıda 83, 89, 91, 94, 100-101 və 103-cü paraqraflar).

200. İkincisi, Məhkəmə insan alveri işləri ilə bağlı Konvensiyanın 4-cü maddəsinin təfsiri və tətbiqi üzrə presedent-hüququnun kiçikliyinə diqqət yetirir. Xüsusilə əhəmiyyət kəsb edir ki, Məhkəmə Konvensiyanın 4-cü maddəsi ilə cinayət istintaqı və mühakiməsi çərçivəsindən kənar insan alverinin potensial qurbanlarının müdafiəsi üçün pozitiv addımların atılmasının üzv Dövlətlərdən tələb olunub-olunmamasını və tələb edildiyi halda, bunun hansı dərəcədə olmasını müəyyən etməlidir.

201. Kipr Hökuməti etiraf edib ki, xanım Rantsevanın ölümündən əvvəl və bundan sonra Konvensiya pozuntuları baş vermişdir. Onlar xanım Rantsevanın ölümünün hallarının istintaq edilməsi üçün əlavə yeni addımlar atmışlar və ədalətli kompensasiya ilə bağlı məbləğ təklif etmişlər. Lakin Konvensiya ilə təsbit edilmiş qaydaları aydınlaşdırmaq, təminatlatdırmaq və inkişaf etdirmək üzrə Məhkəmənin vəzifəsi baxımından, bu, şikayətin araşdırılmasının davam olunmasının artıq əsaslı olmadığı barədə qənaətə gəlmək üçün kifayət deyildir. Göstərilənlərə əsasən insan alveri məsələləri qaldıran işlərin davamlı araşdırılmasına zərurət vardır.

202. Nəticədə, Məhkəmə hesab edir ki, Konvensiyada müəyyən edildiyi kimi insan hüquqlarına hörmət işin araşdırılmasının davam olunmasını tələb edir. Müvafiq olaraq, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən şikayəti siyahıdan çıxarmaq barədə Kipr Hökumətinin tələbini rədd edir.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin