İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə qarayev azərbaycana qarşI


b) Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi



Yüklə 190,42 Kb.
səhifə3/3
tarix28.03.2017
ölçüsü190,42 Kb.
#12704
1   2   3

b) Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi

103. Məhkəmə xatırladır ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin məqsədi tutulmuş və həbs olunmuş şəxslərin məruz qaldıqları tədbirin qanuniliyinin məhkəmə nəzarəti hüququnu təmin etməkdir (baxın, mutatis mutandis, De Vild, Ooms və Versip Belçikaya qarşı, 18 iyun 1971-ci il, § 76, A Seriyaları, № 12). Vasitə şəxsin həbsi zamanı əlçatan olmalıdır ki, zərurət olduqda, şəxsə azadlığına gətirib çıxara bilən həbsin qanuniliyinin çevik məhkəmə yoxlanılmasını əldə etməyə imkan versin. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə təmin olunan vasitənin mövcudluğu yalnız nəzəriyyədə deyil, həm də təcrübədə kifayət qədər dəqiq olmalıdır. Bu olmadığı halda, o, həmin müddəanın məqsədləri üçün tələb olunan çatımlılığa və səmərəliliyə cavab verməz (baxın, mutatis mutandis, Stoiçkov Bolqarıstana qarşı, № 9808/02, § 66 in fine, 24 mart 2005-ci il və Vaçev Bolqarıstana qarşı, № 42987/98, § 71, İHAM 2004-VIII (çıxarışlar)).

104. Hazırkı işin hallarına qayıdarkən, Məhkəmə vurğulayır ki, 1993-cü il tarixli Minsk Konvensiyası ekstradisiya məsələsi həll olunanadək həbsə alınma barədə qərarınmübahisələndirilməsi üçün prosesin hər hansı qaydalarını əks etdirmir. Müvafiq olaraq, ərizəçi öz həbsini mübahisələndirə bilmək üçün bu Konvensiyadan irəli gələn hər hansı vasitələrə malik olmamışdır (baxın, Dzuhurayev Rusiyaya qarşı, № 38124/07, § 58, 17 dekabr 2009-cu il).

105. Məhkəmə Hökumətin dəlilini qəbul edə bilməz ki, CPM-in 449-451-ci maddələri ərizəçiyə davamlı həbsinin qanuniliyinin yoxlanılması üçün araşdırmalara başlamaq imkanını təqdim edib. Bu müddəaları nəzərə alaraq, Məhkəmə qeyd edir ki, onlar istintaq orqanlarının hərəkət və qərarlarından daxili məhkəmələrə ümumi şikayət hüququnu nəzərdə tutur. Lakin ərizəçinin vəziyyətində istintaq orqanı ərizəçini ekstradisiya edib-etməməyi qərara aldığı vaxtda ekstradisiya barədə bu qərar qəbul edilənədək, onun həbsi yalnız məhkəmə tərəfindən qərara alına bilər (və belə də olmuşdur). Belə olan halda, Məhkəmə ərizəçi tərəfindən CPM-in 449-451-ci maddələrində göstərilmiş prosesdən istifadə etməklə, davamlı həbsinin qanuniliyinin yoxlanılmasını necə əldə edə biləcəyini anlamır, sadəcə o fakta görə ki, onun həbsi barədə qərar “istintaq orqanının hərəkət və ya qərarı deyil”. Bu səbəblərə görə, Məhkəmə bu nəticəyə gələ bilməz ki, Hökumətin istinad etdiyi müddəalar Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə tələb olunan məhkəmə nəzarəti növünü nəzərdə tutur.

106. Məhkəmə qeyd edir ki, ərizəçi ilk həbsə alınmasını Səbail rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində mübahisələndirmişdir. Lakin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən şikayətinin məqsədi həbsə alınması barədə ilkin qərarın qanuniliyinin yoxlanılması deyildir. Bu məqsəd daha çox müəyyən müddətin keçməsindən sonra davamlı həbsinin məhkəmə yoxlanılmasını əldə etmək uğursuzluğundan ibarət olmuşdur (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş İsmoilov və digərlərinin işi, § 146). Hökumət göstərə bilməyib ki, o, bu məqsədlə şikayət etmək hüququna malik olmuşdur. Daha sonra, Məhkəmə esktradisiya məsələsi həll olunanadək həbs üçün prosesi tənzimləyən hüquqi müddəaların qabaqcadan gözlənilən olmaması barədə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən gəldiyi qənaətlərə istinad edir. Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından, bu qənaətlər, həmçinin ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsaslanan şikayətlərinə uyğun gəlir, ona görə ki, Hökumət göstərə bilməyib ki, ərizəçi davamlı həbsinin qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmasına imkan verən hər hansı açıq və qabaqcadan gözlənilən prosessual vasitələrə malik olmuşdur.

107. Bundan irəli gəlir ki, esktradisiya məsələsi həll olunanadək ərizəçinin bütün həbsi zamanı o, həbsinin qanuniliyinin yoxlanılması üçün hər hansı məhkəmə prosesinə malik olmamışdır. Buna görə, iş üzrə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozuntusu baş vermişdir.



III. KONVENSİYANIN İDDİA OLUNAN DİGƏR POZUNTULARI

A. Konvensiyanın 6-cı maddəsi

108. Ərizəçi şikayət edib ki, 18 iyun 2008-ci il tarixli ekstradisiya barədə qərardan şikayəti ilə bağlı araşdırma ədalətsiz olmuş və daxili məhkəmələr müvafiq qanunları düzgün təfsir etməmişlər.

Konvensiyanın 6-cı maddəsinin müvafiq hissəsi nəzərdə tutur ki:

“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.”

109. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında əcnəbilərin ölkəyə daxil oması, qalması və deportasiyası ilə bağlı məsələlər ərizəçinin mülki hüquqlarının və ya azadlıqlarının, yaxud da ona qarşı cinayət ittihamının müəyyən edilməsinə aid deyildir (baxın, Məmədqulov və Əsgərov Türkiyəyə qarşı (BP), № 46827/99 və 46951/99, § 82, İHAM 2005-I və Maaouia Fransaya qarşı (BP), № 39652/98, § 40, İHAM 2000-X).

110. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hazırkı işə tətbiq olunmur.

111. Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.

B. Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi

112. Azərbaycan vətəndaşlığına dair tələbinə toxunmadan, ərizəçi şikayət edib ki, ekstradisiyasına aid daxili araşdırmalar aşağıdakıları nəzərdə tutan Konvensiyanın 7 saylı Protokolunun 1-ci bəndinin “a” və “b” yarımbəndlərində göstərilmiş prosessual təminatlara cavab verməmişdir: “Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdır:

a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək;

b) öz işinə yenidən baxılmasını tələb etmək və; ...”

113. Məhkəmə qeyd edir ki, Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi “Dövlətin ərazisində qanuni yaşayan əcnəbilərin ekspulsiyasına” aiddir. Lakin bu maddənin məqsədləri üçün “ekspulsiya” anlayışı qanuni yaşadığı ərazidən əcnəbinin məcburi çıxarılmasına yönələn hər hansı tədbirləri əhatə edir (baxın, Bolat Rusiyaya qarşı, № 14139/03, § 79, İHAM 2006-XI (çıxarışlar)). Hazırkı işdə ərizəçinin ekstradisiyaya məruz qaldığını nəzərə alaraq, 7 saylı Protokolun 1-ci maddəsinə əsasən hər hansı məsələ ortaya çıxmır.

114. Müvafiq olaraq, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd olunmalıdır.



C. Konvensiyanın 4 saylı Protokolunun 3-cü maddəsi

115. Ərizəçi şikayət edib ki, onun vətəndaşı olduğu Azərbaycan Respublikasının ərazisindən ekspulsiyası 4 saylı Protokolun 3-cü maddəsinə ziddir. 4 saylı Protokolun 3-cü maddəsi müvafiq hissəsində nəzərdə tutur ki:

“1. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi və ya kollektiv tədbirlər yolu ilə çıxarıla bilməz.”

116. Məhkəmə qeyd edir ki, ərizəçi ilk dəfə Hökumətin qeydlərinə cavab olaraq 02 noyabr 2009-cu il tarixli qeydlərində bu məsələni qaldırmışdır. Ərizəçinin vətəndaşlığına aid araşdırmalarda yekun məhkəmə qərarının Ali Məhkəmənin 11 mart 2009-cu il tarixli qərarı olmasını nəzərə alaraq, Məhkəmə qeyd edir ki, bu şikayət Məhkəməyə müddət ötürülməklə verilmiş və altı aylıq qaydaya cavab vermir.

117. Müvafiq olaraq, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd olunmalıdır.

IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

118. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

1. Maddi zərər

119. Ərizəçi əldən çıxmış gəlirə aid maddi zərərə görə 9.000 avro tələb etmişdir. Tələblərinin əsası kimi ərizəçi həbsindən əvvəl aylıq orta maaşını göstərən bəzi ödəmə qəbzlərini təqdim etmişdir.

120. Hökumət bu tələbi mübahisələndirərək, qeyd edib ki, ərizəçi tələbini əsaslandıra bilməmişdir. Xüsusən, Hökumət iddia edib ki, təqdim olunmuş qəbzlər ərizəçinin adına verilməmişdir.

121. Müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında hər hansı səbəbli əlaqənin olması güman edilsə belə, Məhkəmə qeyd edir ki, ərizəçinin təqdim etdiyi ödəmə qəbzləri başqa şəxsin adına verilmiş və heç bir dəlil göstərmir ki, onlar ərizəçinin iddia olunan maaşı ilə əlaqəlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tələbini əsaslandıran hər hansı başqa sübut təqdim etməmişdir. Xüsusən, o, əmək müqaviləsini və ya gəlirini təsdiq edən başqa sənəd təqdim etməmişdir. Buna görə, Məhkəmə ərizəçinin maddi zərərə aid tələbini rədd edir.



2. Mənəvi zərər

122. Ərizəçi mənəvi zərərə görə 40.000 avro kompensasiya tələb etmişdir. Daha sonra ərizəçi Məhkəmədən xahiş etmişdir ki, cavabdeh Hökumətə onu həbsdən azad etməyi və ekstradisiya məqsədilə həbsi tənzimləyən Azərbaycan qanunvericiliyinə dəyişiklik olunmasını qərara alsın.

123. Hökumət bu tələbi əsassız və həddən artıq kimi mübahisələndirib.

124. Məhkəmə hesab edir ki, ərizəçiyə sadəcə olaraq Konvensiyanın pozuntusu ilə kompensasiya oluna bilməyən mənəvi zərər vurulmuşdur. Lakin tələb olunan məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 16.000 avro məbləğində kompensasiya təyin edir.

125. Daxili qanunvericiliyə dəyişiklik olunmasına və ərizəçinin azadlığa buraxılmasına aid tələbə gəldikdə, Məhkəmə xatırladır ki, onun qərarları, əsasən deklarativxarakterlidir. Ümumiyyətlə, bu, ilk növbədə müvafiq Dövlətə aiddir ki, Konvensiyanın 46-cı maddəsinə əsasən hüquqi öhdəliyinə riayət etmək məqsədilə daxili hüquqi sistemində istifadə edilməli olan vasitələri seçsin (baxın, yuxarıda qeyd olunmuş Nasrulloyev, § 95). Konvensiyanın 5-ci maddəsinin 1 və 4-cü bəndlərinin pozuntusunu hazırkı işdə müəyyən etməklə, Məhkəmə mövcud olan hüquqi çatışmazlıqları aradan qaldırmaq üçün zəruri ümumi və fərdi tədbirləri görmək üzrə Hökumətin öhdəliyini müəyyən etmişdir. Belə tədbirlərin daxili qanunlara dəyişiklik edilməsini, daxili məhkəmələr tərəfindən məcburi açıqlamaların verilməsini və ya hər iki variantın birgə edilməsini və başqa tədbirlərin görülməsini əhatə edib-etməməsi cavabdeh Dövlətə aiddir. Lakin Məhkəmə vurğulayır ki, qəbul olunan hər hansı tədbirlər Məhkəmənin qərarında göstərilmiş nəticələrə uyğun olmalıdır (baxın, Assanidze Gürcüstana qarşı (BP), № 71503/01, § 202, İHAM 2004-II, sonrakı istinadlarla).

B. Xərc və məsrəflər

126. Ərizəçi, həmçinin daxili araşdırmalarda və Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə (müxtəlif vəkillər tərəfindən göstərilmiş hüquqi xidmətlər üçün 3.600 AZN və 2.524 ABŞ dolları, tərcümə xərcləri üçün 655 AZN, poçt xidmətləri üçün 364 AZN və daxili məhkəmə rüsumları üçün 8 AZN daxil olmaqla) 4.627 AZN və 2.524 ABŞ dolları tələb etmişdir.

127. Hökumət bu tələbi əsassız və həddən artıq hesab etmişdir. Xüsusən, Hökumət bildirib ki, ərizəçi onun tərəfindən ödənilməsi iddia olunan bütün hüquqi xidmət haqlarını sübut edən hər hansı sənədləri təqdim etməmiş və Məhkəməyə təqdim olunmuş müqavilə ərizəçi ilə vəkil arasında deyil, iki vəkil arasında imzalanmışdır. Hökumət, həmçinin qeyd edib ki, poçt və tərcümə xərcləri həddən artıqdır.

128. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təqdim olunmuş sənədlərin hamısı onun işinə aid deyil və onlardan bəziləri mahiyyətinə görə müvafiq xərclərin əsaslı və zəruri çəkildiyini aydın göstərmir. Malik olduğu sənədləri və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bütün məsələlər üzrə xərcləri əhatə edən 2.500 avro məbləğini təyin edir.



C. Faiz dərəcəsi

63. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.



BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Konvensiyanın 3 və 13-cü maddələri, 5-ci maddəsinin 1 və 4-cü bəndləri üzrə şikayətləri məqbul və qalan şikayətləri qeyri-məqbul elan edir;

2. Ərizəçinin Özbəkistana ekstradisiyasının Konvensiyanın 3-cü maddəsinə zidd olduğunu qərara alır;

3. İş üzrə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “f” yarımbəndinin pozulduğunu qərara alır;

4. İş üzrə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğunu qərara alır;

6. Qərara alır ki,

(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə 16.000 (on altı min) avro və xərc və məsrəflərə görə 2.500 EUR (iki min beş yüz avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;

(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;

7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 10 iyun 2010-cu ildə göndərilib.



 

Soren Nilsen

Xristos Rozakis

Katib

Sədr

 
Yüklə 190,42 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin