Insan alverinə qarşı mübarizə sahəsində cavab tədbirləri Azərbaycan Respublikasında



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix22.04.2017
ölçüsü0,94 Mb.
#15611
1   2   3   4   5   6   7   8   9   10

Kod #

Ədəbiyyatın adı

Müəllif, tarix

Gen 1


“İnsan alverinə qarşı mübarizəyə dair” Hesabat

ABŞ Dövlət Departamenti

iyul 2015-ci il

Gen 2


Azərbaycanda, Gürcüstanda və Ermənistanda 

insan alverinə qarşı mübarizə sahəsində 

çoxşaxəli cavab tədbirlərinin gücləndirilməsi: qısa 

qiymətləndirmə (Mərhələ II)

Beynəlxalq Əmək Təşkilatı 

(BƏT), 2011-ci il

Gen 3

Migrasiya faktları və tendensiyaları: Cənubi-Şərqi 



Avropa, Şərqi Avropa və Mərkəzi Asiya

Beynəlxalq Miqrasiya 

Təşkilatı (BMqT), 2015-ci il

Aze 2


“İnsan alveri qurbanlarına kömək Fondu haqqında 

Əsasnamənin” təsdiq edilməsi haqqında 8 

nömrəli Qərar

Azərbaycan 

Respublikasının Nazirlər 

Kabineti, 

12 yanvar 2006-cı il

Aze 3


“İnsan alveri qurbanlarının repatriasiya 

Qaydalarının” təsdiq edilməsi barədə 22 nömrəli 

Qərar

Azərbaycan 



Respublikasının Nazirlər 

Kabineti, 

10 sentyabr 2013-cü il

Aze 4


Cinayət Məcəlləsindən çıxarışlar 

(BMqT-nin Azərbaycandakı Nümayəndəliyi 

tərəfindən qeyri-rəsmi tərcümə)

Azərbaycan 

Respublikasının hökuməti

Aze 5


“İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə 

və insan alverinin potensial qurbanlarına xidmət 

edən “Qaynar xətt” haqqında” 590 nömrəli Əmr

Azərbaycan 

Respublikasının Daxili İşlər 

Nazirliyi, 

12 oktyabr 2007-ci il 

Aze 6


“İnsan alveri qurbanlarının müəyyən edilməsi 

Qaydaları (indikatorları)nın” təsdiq edilməsi 

barədə 131 nömrəli Qərar

Azərbaycan 

Respublikasının Nazirlər 

Kabineti, 

3 sentyabr 2009-cu il

Aze 7


“İnsan alveri qurbanları ilə bağlı Milli 

İstiqamətləndirmə Mexanizmi Qaydalarının” 

təsdiq edilməsi barədə 123 nömrəli Qərar

Azərbaycan 

Respublikasının Nazirlər 

Kabineti, 

11 avqust 2009-cu il

Aze 8


“Azərbaycan Respublikasında insan alverinə qarşı 

mübarizəyə dair” 2014-2018-ci illər üçün Milli 

Fəaliyyət Planı

Azərbaycan Respublikası 

Prezidentinin 2014-cü il 

24 iyul tarixli, 667 nömrəli 

Sərəncamı ilə təsdiq 

edilmişdir



Əlavələr

64

Kod #



Ədəbiyyatın adı

Müəllif, tarix

Aze 9


“İnsan alveri cinayəti qurbanlarının insan alverinə 

qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil 

verilməsi Qaydalarının” təsdiq edilməsi haqqında 

21 nömrəli Qərar

Azərbaycan 

Respublikasının Nazirlər 

Kabineti, 1 fevral 2008-ci il

Aze 10


“İnsan alveri qurbanlarının sosial reabilitasiyasının 

həyata keçirilməsi Qaydalarının” təsdiq edilməsi 

haqqında 62 nömrəli Qərar 

Azərbaycan 

Respublikasının Nazirlər 

Kabineti, Bakı şəhəri, 

6 mart 2006-cı il 

Aze 11


“İnsan alverinin qurbanı olmuş uşaqların 

sığınacaqda yerləşdirilməsi və saxlanılması 

Qaydalarının” təsdiq edilməsi barədə 180 nömrəli 

Qərar


Azərbaycan 

Respublikasının Nazirlər 

Kabineti, 

19 noyabr 2009-cu il

Aze 12

“İnsan alverinə qarşı mübarizə haqqında”  Qanun



Azərbaycan Respublikası 

Prezidentinin 2005-ci il 28 

iyun tarixli, 958 nömrəli 

Sərəncamı ilə təsdiq 

edilmişdir

Aze 13


“İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin 

yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti

habelə onların fəaliyyətinə nəzarət Qaydalarının" 

təsdiq edilməsi haqqında 203 nömrəli Qərar

Azərbaycan 

Respublikasının Nazirlər 

Kabineti, 

9 noyabr, 2005-ci il

Aze 14

Cinayət-Prosessual Məcəlləsindən çıxarışlar 



Azərbaycan 

Respublikasının hökuməti

Aze 15

“Cinayət prosesində iştirak edən şəxslərin dövlət 



müdafiəsi haqqında” Qanun

Azərbaycan Respublikası 

Prezidentinin 1998-ci il 11 

dekabr tarixli, 585 nömrəli 

Sərəncamı ilə təsdiq 

edilmişdir

Aze 16

Azərbaycanda insan alveri problem, İzahedici şərh 



13/61

Arif Yunusov, Miqrasiya 

üzrə Tətbiqi Araşdırma 

Konsorsiumu – Şərq 

(CARIM-East) 

may 2013-cü il 

Aze 17

Azərbaycan Respublikasında insan alveri 



qurbanları ilə bağlı Milli İstiqamətləndirmə 

Mexanizminin Qiymətləndirilməsi (ilkin versiya)

Miqrasiya Siyasrilməsi ilə 

bağlı Milli İstiqamətləndi 

(ICMPD), 2015-ci il

Aze 18


Azərbaycan Respublikasında miqrasiya və sərhəd 

idarəçiliyi potensiallarının  gücləndirilməsi: 

qiymətləndirmə hesabatı (CMBA) (dərc edilməmiş 

ilkin layihə)

Pol Holms; Azərbaycan 

Hökuməti və BMqT, 

2015-ci il)

Aze 19


Azərbaycan bölməsi, “İnsan alverinə qarşı 

mübarizəyə dair” Hesabat 

ABŞ Dövlət Departamenti, 

2015-ci il

Aze 21

Azərbaycanda əməyin istismarı və insan alveri: 



araşdırma icmalı

BƏT, ICMPD, iyun 2008-ci il



Əlavələr

65

Kod #



Ədəbiyyatın adı

Müəllif, tarix

Aze29


 Azərbaycan bölməsi, “Uşaq si, 2014-

cü il üzrrmalarına dair faktlar idarəçiliyi 

potensiallarının  li 

ABŞ Əmək Departamenti, 

Beynəlxalq Əmək Bürosu, 

2015-ci il

Aze30

Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə 



haqqında” Konvensiyasının Azərbaycan 

Respublikası tərəfindən yerinə yetirilməsinə dair 

hesabat: birinci qiymətləndirmə mərhələsi

İnsan Alverinə qarşı 

Mübarizə üzrə Ekspertlər 

Qrupu (GRETA), 23 may 

2014-cü il

Qeyd:

Gen = Ümumi ədəbiyyat.

Aze = Azərbaycan Respublikasına aid ədəbiyyat.

B. Müsahibə prosesində iştirak etmiş təşkilatlar   



AZƏRBAYCAN RESPUBLİKASI

Dövlət təşkilatları

Beynəlxalq təşkilatlar

QHT-lər/digər təşkilatlar

Baş Prokurorluq

Miqrasiya Siyasətinin İnkişafı 

üzrə Beynəlxalq Mərkəz 

Azərbaycan Uşaqlar Birliyinin 

Sığınacağı

Dövlət Əmək Müfəttişliyi 

Xidməti


Beynəlxalq Əmək Təşkilatı

“Təmiz Dünya” İctimai 

Birliyinin Sığınacağı 

Daxili İşlər Nazirliyi

Vətəndaş cəmiyyəti 

nümayəndələri

Xarici İşlər Nazirliyi

İnsan Hüquqları üzrə 

Müvəkkilin (Ombudsmanın) 

Aparatı


Dövlət Sərhəd Xidməti

Ailə, Qadın və Uşaq 

Problemləri üzrə Dövlət 

Komitəsi


Dövlət Miqrasiya Xidməti

DİN-ninİnsan Alveri 

Qurbanlarının Müvəqqəti 

Yaşaması üçün Sığınacaq 

Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi yanında 

İnsan Alveri Qurbanlarına 

Yardım Mərkəzi



Əlavələr

66

C. Müsahibənin şablon forması



Şablon müsahibə bələdçisi

Ölkə: Avstraliya

Müsahibə No.#: Ölkənin adının ilk üç hərfi + “int” hərifləri + nömrə, məsələn AUSint1

Müsahibəyə dair Şablon Təlimat

    

    Müsahibəçi üçün göstəriş:

1.  Müsahibəyə  təkraredilməz  kod  verin,  məsələn  ölkənin  adının  ilk  üç  hərfi  + 

int(erview) + nömrə, məsələn AUSint1.

2. Müsahibəyə başlamazdan əvvəl iştirakçılara məlumat qeydini oxuyun. İştirakçılara 

məlumat qeydinin çap və/və ya elektron nüsxəsini təklif edin. Çap nüsxələrinin 

kifayət edən sayda olmasını təmin edin.

3.  İştirakçılara  hansı  bölməyə  aid  sualların  veriləcəyini  müəyyən  etmək  üçün  ilk 

növbədə 1.1. və 1.2. nömrəli sualları verin.

4. Suallar siyahısının hər bir bəndindən müvafiq qaydada istifadə etməklə sualları 

verin.


MƏLUMAT QEYDİ

Müsahibəyə başlamazdan əvvəl barəsində bəzi məlumatlar vermək istədiyim tədqiqatda iştirak 

etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm.        

Ümumi məlumat

Mən  Beynəlxalq  Miqrasiya  Təşkilatının  (BMqT)  [



BMqT  Nümayəndəliyinin  yerləşdiyi  müvafiq 

ölkənin adını çəkin

] layihəsi çərçivəsində tədqiqat aparan müstəqil konsultantam.  

Bu tədqiqatın əsas məqsədi nəticə yönümlü gələcək müdaxilələr üçün zəmin yaratmaq və milli 

və, əgər mümkündürsə, beynəlxalq səviyyədə insan  alverinə qarşı mübarizə sahəsində daha 

da  vahid  yanaşmanın  tətbiqini  təmin  etmək  məqsədi  ilə  insan  alverinə  dair  vəziyyəti  təhlil 

etməkdən ibarətdir.

Bugünkü müsahibənin məqsədi isə Sizin ölkədə insan alverinə dair vəziyyətlə, insan alverinə 

qarşı  mübarizə  sahəsində  cavab  tədbirləri  ilə  və  bu  tədbirlərin  gücləndirilməsi  yolları  ilə 

əlaqədar fikirlərinizi öyrənməkdən ibarətdir. 

Tədqiqat  ilk  növbədə  Sizin  səmimi  cavablarınız  üzərində  qurulacaq.  Sizdən  mümkün  qədər 

səmimi danışmağınız xahiş olunur: burada düzgün və ya yanlış cavablar yoxdur.  

Müsahibənin təxminən 60 dəqiqə ərzində keçirilməsi nəzərdə tutulur. Mən söhbətimiz zamanı 

qeydlər aparacağam.

Müsahibədə iştirakın riski və faydası

Tədqiqat qrupunun üzvlərindən başqa hansısa şəxsin suallara verdiyinz cavablarla tanış olması 

riski cüzi olsa da, biz Sizin məxfiliyinizi təmin etmək üçün tədbirlər görürük. Verdiyiniz cavablar 

tədqiqat qrupundan kənar heç kimə təqdim olunmayacaq. Sizin tərəfinizdən verilmiş istənilən 

məlumatlar başqa məlumatlarla birləşdiriləcək və yekun Qiymətləndirmə Hesabatında heç bir 

halda Sizin adınızdan təqdim olunmayacaq.

Tədqiqatda iştirakınızın birbaşa faydası olmasa da, biz ümid edirik ki, Siz insan alverinə qarşı 

mübarizə sahəsində boşluqların, ehtiyacların və prioritetlərin müəyyənləşdirilməsinə və cavab 

tədbirlərinin  gücləndirilməsi  üçün  səylərin  dəstəklənməsinə  töhfələr  verməklə  məmnun 

olacaqsız. 



Əlavələr

67

Tədqiqat haqqında əlavə informasiya

 

● Tədqiqatla və ya bu müsahibə ilə bağlı hansısa suallarınız vardırmı?



 

● Sizə bu məlumat qeydinin çap və ya elektron nüsxəsi lazımdırmı?

Bu  müsahibə  ilə  əlaqədar  hansısa  əlavə  şərhləriniz  və  ya  dəqiqləşdirmələriniz  olduqda, 

zəhmət  olmasa,  əlaqə  saxlayın  [



müfəssəl  müsahibəni  aparan  şəxsin  adını,  soyadını  və  əlaqə 

məlumatlarını buraya daxil edin

]

Tədqiqatla bağlı hansısa əlavə suallarınız və ya şikayətləriniz olduqda, zəhmət olmasa, əlaqə 



saxlayın [

BMqT tərəfindən tədqiqata nəzarət edən şəxsin adını, soyadını və əlaqə məlumatlarını 

daxil edin

]. 


MÜSAHİBƏNİN SUALLARI VƏ CAVABLAR

Ölkə:

Müsahibəçinin adı və soyadı:

Müsahibənin təşəbbüskarı olan təşkilatın adı:

Müsahibə iştirakçısının adı və soyadı (əgər 

göstərmək istəyirsə):

Müsahibə iştirakçısının təmsil olunduğu təşkilat:

Müsahibə iştirakçısının rəsmi vəzifəsi:

Müsahibənin keçirildiyi tarix/vaxt:

Müsahibənin formatı:

Müsahibə iştirakçılarının sayı və cinsi:

1. Giriş sualları

1.

Müsahibə iştirakçısının profile



1.1.

Sizin rəsmi vəzifəniz nədir? Sizin əsas iş vəzifələriniz hansılardır?



Cavab

1.2.


Sizin insan alverinə dair məsələlərlə bağlı işiniz nədən ibarətdir?

Cavab

Plan Müsahibəçi üçün göstəriş:

Müsahibə iştirakçısının yuxarıda verdiyi cavablarından asılı olaraq ona aşağıdakı 7 və 

8-ci bölmələrdə sadalanan suallara əlavə veriləcək sualları 2-6-cı bölmələrdən seçin. 

Burada isə sadalanan suallara müvafiq olaraq Xeyr/Bəli cavabı verilməlidir.

 

□ 2. İnsan alverinə dair vəziyyət və tendensiyalar? Xeyr (keçin növbəti suala)/



Bəli (keçin Bölmə 2-yə).

 

□ 3. Müəyyənləşdirmə və istiqamətləndirmə? Xeyr (keçin növbəti suala)/Bəli 



(keçin Bölmə 3-ə).

 

□ 4. Müdafiə və yardım? Xeyr (keçin növbəti suala)/Bəli (keçin Bölmə 4-ə).



 

□ 5. Təhqiqat və cinayət təqibi? Xeyr (keçin növbəti suala)/Bəli (keçin Bölmə 5-ə). 

 

□ 6. Qarşısını alma? Xeyr (keçin növbəti suala)/Bəli (keçin Bölmə 6-ya). 



Yuxarıda sadalanan suallara verilmiş cavablardan asılı olmayaraq bütün iştirakçılara 

aşağıda qeyd olunan bölmələrdki suallar verilməlidir:

 

□ 7. Əlaqədar tərəflər arasında əməkdaşlıq? Bəli (keçin Bölmə 7-yə).



 

□ 8. Yekun suallar? Bəli (keçin Bölmə 8-ə).



Əlavələr

68

2. İnsan alverinə dair vəziyyət və tendensiyalar

2.

Cənubi Qafqaz ölkələrində insan alverinə dair vəziyyət



2.1.

Ölkədən, regiondan, bölgədən/ölkə, region, bölgə daxilində/ölkə, region, bölgə 

ərazisi vasitəsi ilə/ölkə, region, bölgə istiqamətində hansı insan alveri marşrutları 

mövcuddur? Əsas mənşə, tranzit və təyinat ölkələri/yerləri hansılardır?  



Cavab

2.2.


İşinizidə üzləşdiyiniz istismarın əsas formaları hansılardır? Bu əsasən hansı 

sektorlarda baş verir (məsələn, insanlar əmək fəaliyyətinin hansı növləri ilə məşğul 

olarkən istismara məruz qalırlar?)

Cavab

2.3.


İnsan alverçiləri tərəfindən qurbanları cəlb etmək üçün istifadə olunan əsas 

metodlar hansılardır?   



Cavab

2.4.


İnsan alverçilərinin və ya insan alverçilərindən ibarət qrupların əsas profilləri 

hansılarıdır?



Cavab

2.5.


İnsan alveri qurbanlarının profilləri hansılardır (məsələn, yaşı, cinsi, vətəndaşlığı və s.)?

Cavab

2.6.


Marşrutlar və tendensiyalar nə cür dəyişir? Sizin fikrinizcə onlar nə üçün dəyişir? 

Sizin fikrinizcə insan alveri artmaqda olan, azalmaqda olan və ya dəyişməz qalan bir 

problemdir? Siz nə üçün bu cür fikirləşirsiniz?

Cavab

3. Müəyyənləşdirmə və istiqamətləndirmə

3.

İnsan alverinin (potensial) qurbanlarını müəyyənləşdirmək və istiqamətləndirmək 



üçün qanunvericilik bazası və siyasət çərçivəsi

3.1.


İnsan alveri qurbanlarına kömək edə biləcək orqanlar və ya təşkilatlar insan alverinə/

istismara məruz qalmış şəxslər barədə nə cür öyrənirlər? 

 

□ Onları kim aşkar edir? (məsələn, özünü aşkarlama mexanizmləri vasitəsi ilə, 



tanışlar, ailə, polis əməkdaşları, sərhədçilər, əmək müfəttişləri, konsulluq 

işçiləri)



Cavab

3.2.


Əlaqədar şəxsin insan alveri qurbanı olması barədə rəsmi qərar qəbul etmək 

səlahiyyətinə hansı orqanlar və ya təşkilatlar malikdir? 

 

□ Həmin orqanlar və ya təşkilatlar nəyə əsasən bu səlahiyyətə malikdirlər? 



Məsələn, qanuna, konsepsiyaya əsasında?

 

□ Şəxsin insan alverinin qurbanı kimi rəsmi/formal qaydada müəyyən edilməsi 



ona hansı imtiyazlar verir (məsələn, sosial yardım və müdafiə, yaşayiş, iş 

icazəsi almaq? Başqa imtiyazlar?)



Cavab

Əlavələr

69

3.3.



İnsan alveri qurbanlarını müəyyən etmək üçün hansı meyarlardan (məsələn, 

indikatorlardan) istifadə olunur?  

 

□ Yoxlama suallar siyahısından və ya başqa müəyyənləşdirmə vasitələrindən 



istifadə olunurmu? 

 

□ Bu vasitələrdən kimlər istifadə edir və bu cür siyahılar nə cür paylanır? 



 

□ Bu vasitələr hansı dərəcədə səmərəlidir? Bu vasitələr insan alveri qurbanının 

bütün profillərini lazımi səviyyədə əhatə edirmi?

 

□ Sizin ölkəniz kontekstində hansı indikatorlar daha səmərəlidir?



Cavab

3.4.


İnsan alveri qurbanları özlərini aşkarlamaq üçün hansı imkanlardan istifadə edə 

bilərlər (məsələn, “qaynar xət”dən, posterlərdən, reklamlardan)?  

 

□ Bu imkanlar nə dərəcədə səmərəlidir?



 

□ İnsan alveri qurbanlarının hansı nisbəti bu imkanlar vasitəsi ilə müəyyən 

edilir?

Cavab

3.5.


Milli və regional səviyyədə müəyyənləşdirmə, istiqamətləndirmə və dəstəkləmə ilə 

əlaqədar istiqamətləndirmə mexanizmləri mövcuddurmu?  

 

□ Hansı orqanlar/təşkilatlar bu mexanizmlərin yerinə yetirilməsində iştirak 



edirlər? 

 

□ Bu mexanizmlər nə cür təşkil olunub (məsələn, anlaşma memorandumları, 



qanunlar əsasında?)

 

□ Bu mexanizmlər təcrübədə işlək və səmərəlidirmi? Bu nə üçün belədir/bu nə 



üçün belə deyil?

 

□ Müəyyən edilmiş insanların sayı barədə statistik məlumatlar mövcuddurmu?



Cavab

4. Müdafiə və yardım    

4.

İnsan alveri qurbanlarının müdafiə və yardım ilə təmin edilməsi üçün qanunvericilik 



bazası və siyasət çərçivəsi

4.1.


Hal-hazırda hansı təşkilatlar insan alveri qurbanlarını müdafiə və yardımla təmin 

edirlər? 

 

□ Həmin təşkilatlar nəyə əsasən bu səlahiyyətə malikdirlər? Məsələn, qanuna, 



strateji sənədə əsasən?

Cavab

4.2.


Müdafiə və yardım xidmətlərinə ehtiyacı olan insanlar bu xidmətləri göstərən 

təşkilatlarla əlaqəni nə cür yaradırlar? 



Cavab

4.3.


Həmin təşkilatların insan alverinə/istismara məruz qalmış insanlara göstərdikləri 

müdafiə və yardım xidmətləri hansılardır? Məsələn:

 

□ Sığınacaq, tibbi yardım, psixososial yardım; 



 

□ Fikirləşmə müddəti;

 

□ Hüquqi yardım;



 

□ Yaşayış icazəsi;

 

□ Kompensasiya;



 

□ Reabilitasiya, geri qayıtma və reinteqrasiya (işlə təmin olunma, təlim alma)



Cavab

Əlavələr

70

4.4.



İnsan alverinin qurbanlarına göstərilən xidmətlərin növü hansı meyarlardan asılıdır 

və ya bu xidmətlərin bölgüsü hansı meyarlar əsasında aparılır:

 

□ Məruz qaldıqları istismar növü (məsələn, cinsi istismar/əməyin istismarı/



digər istismar növü);

 

□ Yaş  (məsələn, uşaq və ya böyük); 



 

□ Cins (məsələn kişi və ya qadın); 

 

□ Vətəndaşlıq və ya hüquqi vəziyyət (məsələn, ölkə vətəndaşı və ya əcnəbi, 



qanuni və ya qanunsuz miqrant); 

 

□ Müvafiq orqanlarla əməkdaşlıq etmək və ya etməmək niyyəti;



 

□ Başqa meyarlar/məhdudiyyətlər? (məsələn, müvafiq xidmətlərin göstərilməsi 

üçün insan alveri qurbanlarının sığınacaqda qalmaları vacibdirmi və ya 

sığınacaq sistemindən kənar olan insan alveri qurbanları da bu xidmətlərdən 

istifadə edə bilərlərmi? Əlaqədar şəxsin bu xidmətlərdən istifadə etməsi üçün 

insan alverinin qurbanı kimi rəsmən müəyyən edilməsi tələb olunurmu?) 



Cavab

4.5.


Göstərilən yardım və müdafiə xidmətlərinin qənaətbəxş olmasını təmin etmək üçün 

monitorinq sistemləri mövcuddurmu? (məsələn, standartlar, kənar qiymətləndirmə 

proqramları, insan alveri qurbanlarından rəy toplama mexanizmləri?)  

 

□ Bu sistemlər üzrə qiymətləndirmə hansı standartlara əsasən aparılır?



 

□ Bu sistemlər nə dərəcədə səmərəlidir? Ehtiyacların ödənilməsi baxımından 

bu xidmətlər qənaətbəxş və münasibdirmi?

 

□ Bu xidmətlər hansı cəhətdən qeyri-qənaətbəxş hesab oluna bilər? 



Çatışmazlıqlar nədən ibarətdir? 

Cavab

4.6.


Bu xidmətlərin maliyyələşdirilməsi mənbələri hansılardır (hökumət, donor, özəl)? Bu 

xidmətlər üçün ayrılan maliyyə vəsaitləri kifayət edirmi? Maliyyələşdirmə davamlı 

şəkildə və ya fasilələrlə həyata keçirilir (məsələn, hansısa layihəədən asılı olaraq?)

Cavab

5. Təhqiqat və cinayət təqibi

5.

İnsan alveri əməlinin təhqiqatı və cinayət təqibi üçün qanunvericilik bazası və siyasət 



çərçivəsi

5.1.


İnsan alveri və istismar əməlinin təhqiqatı və cinayət təqibi hansı təşkilatlar 

tərəfindən aparılır?

 

□ İnsan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə, 



prokurorluq, məhkəmə orqanları mövcuddurmu?

 

□ Həmin orqanlar nəyə əsasən bu səlahiyyətə malikdirlər? Məsələn, qanuna, 



konsepsiyaya əsasən?

Cavab

5.2.


İnsan alveri məsələləri və digər əlaqədar məsələlər (o cümlədən, istismar, məcburi 

əmək, köləlik, cinsi istismar, qadınlara qarşı ayrı-seçkilik və zorakılıq, miqrantların 

hüquqlarının pozulması məsələləri) müvafiq qanuvericilkdə lazımi səviyyədə nəzərə 

alınıbmı?

 

□ Qanuvericilik sahəsindəki boşluqlar və çatışmazlıqlar hansılardır?



 

□ Ölkənizdə beynəlxalq qanunvericilik bazasının bu sahəyə aidiyyəti nədən 

ibarətdir?

Cavab


Əlavələr

71

5.3.



Ölkənzdə insan alveri cinayətləri və digər əlaqədar cinayətlər üzrə aparılmış 

təhqiqatların, istintaqların və çıxarılmış ittiham hökmlərinin sayı nə qədərdir?  

 

□ Bu rəqəmlər artmaqdadır  ya azalmaqdadır? Bunun səbəbi nədir?



Cavab

5.4.


İnsan alveri cinayətlərinin cəzalandırılması üçün hansı məcəllələrdən/qanunlardan 

daha çox istifadə olunur?

 

□ Sizin fikrinizcə məhz bu məcəllələrdən istifadənin səbəbi nədir?



 

□ Müvafiq qanunların tətbiqi sahəsində əsas çətinliklər hansılardır? (məsələn, 

nəzərdə tutulmuş anlayışların, razılığın nəzərə alınmaması məsələsinin  

düzgün başa düşülməsi və s.?)



Cavab

5.5.


Cinayət mühakiməsi sistemi əməkdaşlarının biliklərini inkişaf etdirmək üçün təlim/

potensialların yaradılması mexanizmləri mövcuddurmu? 

 

□ Hüquq mühafizə, prokurorluq orqanlarının əməkdaşları və hakimlər 



müntəzəm təlimlərdə iştirak edirlərmi?  

 

□ İnsan alverinə qarşı mübarizə məsələlərinə dair təlimlər cinayət 



mühakiməsi sistemi əməkdaşları üçün nəzərdə tutulmuş (məsələn, polis 

akademiyalarının, hüquq institutlarının/akademiyalarının) müvafiq tədris 

planlarına daxil edilibmi?

 

□ Bu cür təlimlər qənaətbəxş və səmərəlidirmi?



Cavab

5.6.


Məhkəmə araşdırmaları zamanı hüquq mühafizə, prokurorluq orqanlarının 

əməkdaşları, hakimlər, habelə zərərçəkmiş şəxslərə və şahidlərə yardım və müdafiə 

xidmətləri göstərən QHT əməkdaşları arasında əməkdaşlığı təşviq edən mexanizmlər 

mövcuddurmu?



Cavab

5.7.


Təhqiqat və cinayət təqibi tədbirləri qənaətbəxş və səmərəlidirmi? 

 

□ Proaktiv təhqiqatlar aparılırmı? 



 

□ Xüsusi təhqiqat üsullarından istifadə olunurmu/paralel maliyyə araşdırmaları 

aparılırmı? 

 

□ Təhqiqat və cinayət təqibi tədbirlərini insan alveri qurbanı yönümlü hesab 



etmək olarmı?

Cavab

6. Qarşısın alma

6.

İnsan alverinin qarşısının alınması üçün qanunvericilik bazası və siyasət çərçivəsi  



6.1.

Hansı təşkilatlar insan alverinin və əlaqədar istismar hallarının qarşısının alınması 

sahəsində çalışırlar?

 

□ Həmin təşkilatlar nəyə əsasən bu səlahiyyətə malikdirlər? Məsələn, qanuna, 



konsepsiyaya əsasən?

Cavab

6.2.


İnsan alverinin qarşısının alınması üçün məlumatlandırma və maarifləndirmə 

proqramları həyata keçirilirmi? Bu cür proqramlar həyata keçirilirsə onların hədəfi 

kimlərdir və əsas məlumatları nədən ibarətdir?  

 

□ Bu səpkidən olan tədbirlər nə dərəcədə səmərəlidir?



Cavab

Əlavələr

72

6.3.



Həssaslıq amillərinin azaldılmasını (məsələn, şəxsiyyəti təsdiq edən sənədlərin 

rəsmiləşdirilməsini, yoxsulluğun azaldılmasını, inkişafdan qalmanın aradan 

qaldırılmasını, ayrı-seçkiliyin ləğv edilməsini) və risk altında olan insanlar üçün 

alternativ dolanışıq imkanlarının yaradılmasını nəzərdə tutan proqramlar 

mövcuddurmu? 

 

□ Bu cür proqramlar nə dərəcədə səmərəlidir?



Cavab

6.4.


(Məsələn, istismaredici xidmətlərə olan) tələbat məsələsinin öhdəsindən gəlmək 

üçün tədbirlər həyata keçirilirmi? İstismaredici əmək hallarına qarşı mübarizə 

aparmaq üçün sosial-iqtisadi proqramlar mövcuddurmu?

Cavab

6.5.


Transsərhəd insan alveri hallarının qarşısını almaq üçün sərhəd idarəçiliyi tədbirləri 

həyata keçirilirmi? İnsan alverinə həssaslığı azaltmaq üçün qanuni miqrasiya 

imkanlarını nəzərdə tutan strategiyalar mövcuddurmu?   

Cavab

6.6.


İnsan alverinin əsas səbəblərini və hərəkətverici qüvvələrini başa düşmək və tədqiq 

etmək üçün müvafiq tədqiqat institutları fəalliq göstərirlərmi? Tədqiqat sahəsindəki 

boşluqlar hansılardır?

Cavab

6.7


Profikaltik tədbirlər qənaətbəxşdirmi? Əgər qənaətbəxş deyilsə, çatışmazlıqlar nədən 

ibarətdir? Bu tədbirlər nə üçün nöqsanlıdır? 



Cavab

7. Əlaqədar tərəflər arasında əməkdaşlıq (tərəfdaşlıq)

7.

Milli/ikitərəfli/regional/sub-regional tərəfdaşlıq, şəbəkələr və əməkdaşlıq



7.1.

İnsan alverinə qarşı mübarizə strategiyasını milli səviyyədə əlaqələndirən, 

monitorinq edən və qiymətləndirən mexanizmlər (məsələn, Milli Fəaliyyət Planı) 

mövcuddurmu?

 

□ Bu mexanizmlərin iştirakçıları hansı təşkilatlardır (məsələn, hökumət, 



vətəndaş cəmiyəti təşkilatları, həmkarlar ittifaqları)?

 

□ Həmin təşkilatlar hansı sahələrdə əməkdaşlıq edirlər (məsələn, 



müəyyənləşdirmə, istiqamətləndirmə, müdafiə, yardım, təhqiqat, cinayət 

təqibi, geri qayıtma, reinteqrasiya, digər sahələr)?

 

□ Bu mexanizmlərin yerinə yetirilməsi prosesi (məsələn, milli insan hüquqları 



institutları/ İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)) tərəfindən 

müntəzəm monitorinq edilərək qiymətləndirilirmi?

 

□ Əlaqələndirmə mexanizmləri hökumət tərəfindən maliyyələşdirilirmi?



 

□ Siz səmərəli əməkdaşlığa dair misallar gətirə bilərsinizmi?



Cavab

Əlavələr

73

7.2.



İnsan alverinə qarşı mübarizə strategiyasını əlaqələndirən, monitorinq edən və 

qiymətləndirən ikitərəfli, regional və ya sub-regional mexanizmlər (məsələn, 

qarşılıqlı hüquqi yardım haqqında sazişlər, ekstradisiya sazişləri/anlaşma 

memorandumları) mövcuddurmu? 

 

□ Bu mexanizmlərin iştirakçıları hansı təşkilatlardır (məsələn, ixtisaslaşmış 



qurumlar, diplomatik nümayəndəliklər, QHT-lər)?

 

□ Həmin təşkilatlar hansı sahələrdə əməkdaşlıq edirlər (məsələn, 



müəyyənləşdirmə, istiqamətləndirmə, müdafiə, yardım, təhqiqat, cinayət 

təqibi, geri qayıtma, reinteqrasiya, digər sahələr)?

 

□ Beynəlxalq hüquqi yardım/hüquq mühafizə orqanları arasında beynəlxalq 



əməkdaşlıq sazişləri mütəmadi olaraq qiymətləndirilirmi?

 

□ Siz səmərəli əməkdaşlığa dair misallar gətirə bilərsinizmi?



Cavab

7.3


Bu tərəfdaşlıq nə dərəcədə səmərəli və dayanıqlıdır və ya nə üçün belə deyil? Əgər 

bu belə deyilsə, bu sahədəki çatışmazlıqlar nədən ibarətdir? Görülən işlər nə üçün 

nöqsanlıdır?

Cavab

8. Yekun suallar

8.

Yekun tövsiyələr



8.1.

Sizin fikrinizcə insan alverinə qarşı səmərəli mübarizənin aparılması istiqamətində 

əsas çətinliklər və maneələr hansılardır (məsələn, müvafiq resursların, potensialların, 

siyasətlərin, procedurların, protokolların, siyasi iradənin olmaması)?



Cavab

8.2.


Müzakirə etdiyimiz sahələrdə insan alverinə qarşı cavab tədbirlərinin gücləndirilməsi 

üçün Sizin əsas tövsiyələriniz hansılardır?



Cavab

8.3.


Bu gün Sizə hansısa başqa sualların verilməsini istərdinizmi? Siz həmin sualları nə cür 

cavablandırardınız?



Cavab

8.4.


Siz bu məsələlərlə bağlı qısa (20 dəqiqəlik) elektron sorğuda iştirak etmək istəyən 

hansısa həmkarlarınızı məsləhət görə bilərsinizmi? 

Müsahibəçi üçün yekun göstəriş: 

•  Vaxt ayırıb müsahibədə iştirak etdiyinə görə əlaqədar şəxsə təşəkkür edin.

•  Müsahibə ilə bağlı öz müşahidələrinizi (daxili müşahidələri) aşağıda qeyd edin 

Müsahibəçinin müşahidələri/şərhləri/qeydləri (məsələn, özü üçün xatırlatmaları):



Əlavələr

74

D. Sorğu aləti şablonu



Sorğu aləti şablon

Sorğu #: Ölkənin adının üç hərfi + sur + nömrə, məs,. AUSsur1



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin