İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Son tunc – erkən dəmir dövründə (e.ə. XIV-VII)



Yüklə 436,25 Kb.
səhifə16/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   12   13   14   15   16   17   18   19   ...   109
tarix

Son tunc – erkən dəmir dövründə (e.ə. XIV-VII) təsərrüfatın və mübadilənin daha da inkişaf etməsi tayfa başçılarının və əyanların icmanın əsas kütləsindən ayrılmasına, ailələr arasında əmlak bərabərsizliyinin dərinləşməsinə gətirib çıxartdı. Nəticədə ibtidai icma quruluşunun dağılma prosesi özünün son mərhələsinə çatdı. Var-dövlət və sərvət əldə etmək üçün müharibə peşəyə çevrilməyə başladı. E.ə. II minilliyin ortalarına aid külli miqdarda çoxnövlü hücum və müdafiə silahlarının tapılması tayfalararası müharibələrin geniş miqyası və amansızlığından xəbər verir. Dəmir istehsalının başlanğıc mərhələsində (e.ə. XII-XI) əmək alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin silahlanmasına imkan yaratmışdı. Müharibələr zamanı tutulmuş əsirlər qul edilərək istehsala cəlb olunurdular.

Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı bağçılıq, bostançılıq və üzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq maldarlığı genişlənir, atçılıq sürətlə inkişaf edirdi. Atdan hərbi yürüşlərdə və köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədın (Qazax) tapılmış qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə iki at qoşulmuş hərbi araba təsvir edilmişdir.

E.ə. II minilliyin sonunda Azərbaycanda soyuqüfürmə texnikasına əsaslanan dəmir istehsalına başlanmışdı. Metallurgiya və metalişləmə sənəti yüksəliş keçirirdi. Sənətkarlıqda dabballıq (gön-dəri), toxuculuq sahələridə mühüm yer tuturdu. Mingəçevirdə tapılmış boyanmış yun və kətan parça qalıqları toxuculuğun və boyaqçılığın yüksək inkişafından xəbər verir. Saxsı qab istehsalında ayaqla hərəkətə gətirilən duluz çarxının geniş tətbiqi istehsalın həcmini və məhsulun keyfiyyətini artırmışdı. Vətənimizin Gəncə bölgəsində qara və boz rəngli qab-qacaq, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qabların hazırlanması üstünlük təşkil edirdi. Naxçıvan və Urmiya bölgələrində insan, heyvan, quş təsvirləri olan bir rəngli və çox rəngli boyalı qablar geniş yayılmışdı. Saxsı nehrələrə də rast gəlinir.

Son tunc – erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı-satqı davar, qaramal, yun, əkinçilik, maldarlıq və sənətkarlıq məhsulları ilə aparılırdı. Davarla yanaşı, müəyyən çəkisi olan metal parçaları, silah və s. pul kimi işlənilirdi. Azərbaycanın Ön Asiya, xüsusilə Mesopatamiya (İkiçayarası) ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. E.ə. II-I minilliklərdə Assuriyadan Azərbaycana silah və bəzək şeyləri gətirilirdi. Urmiya gölünün cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan gətirilmiş və üzərində e.ə. XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində Assur hökmdarının adı yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur tipli şirli qabların tapılması Azərbaycanın-Assur ticarət əlaqələrindən xəbər verir. Qərbi Azərbaycanda hazırlanmış tunc kəmər və qalxan döşlüyü Kiyevədək, balta və yabalar isə Tehran və Kaşana qədər gedib çıxmışdır.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin