İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə14/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   10   11   12   13   14   15   16   17   ...   109
tarix

Erkən tunc dövründə (e.ə. IV minilliyin sonu – III minilliyi əhatə edir və arxeoloji baxımdan Kür – Araz mədəniyyəti adlanır) insanları sıx yaşayış yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə, dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e.ə. III minilliyin birinci yarısında toxa əkinçiliyi öz yerini xış əkinçiliyinə verməyə başlamışdı. Bununla bağlı olaraq iribuynuzlu heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Xış əkinçiliyi dağətəyi bölgələrdə əkinçiliyi geniş yayılmışdı. Bu zaman buğdanın yumşaq növü, arpa, darı, noxud və kətan əkinləri üstün yer tuturdu.

Azərbaycanda erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş vermişdir. Əhalinin Alp çəmənliklərinin bol olduğu ərazilərə yayılması xüsusilə qoyunçuluğun inkişafı ilə bağlı idi.

Köçmə (yaylaq) maldarlığına keçməsi ilə əlaqədar yalnız heyvandarlıqla məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və maldarlığın müstəqil sahələr kimi fəaliyyət göstərməsi ibtidai icma cəmiyyətinin tarixində birinci ictimai əmək bölgüsü hesab edilir. Anaxaqanlığı ataxaqanlığı ilə əvəz olunur.

E.ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı və ilkin tayfa birliklərinin yarandığı dövr kimi də xarakterizə olunur. Bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana çıxmışdır.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin