İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Eneolit mis-daş dövrü (e.ə. VI-IV minilliklər)



Yüklə 436,25 Kb.
səhifə12/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   8   9   10   11   12   13   14   15   ...   109
tarix

Eneolit mis-daş dövrü (e.ə. VI-IV minilliklər). Bu dövrdə istehsal təsərrüfatının inkişafı nəticəsində qəbilə icması özünün çiçəklənmə mərhələsinə daxil olmuşdur. Azərbaycanda uzun müddətli oturaq əkinçilik və onunla sıx bağlı olan ev maldarlığı inkişaf etmişdi. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni suvarma əkinçiliyinin izlərinə Mil düzündə Şahtəpə yaşayış yerində rast gəlinmişdir. Burada arxeoloqlar qədim suvarma arxlarının izləri üzə çıxarmışlar. Toxa əkinçiliyinin texniki imkanları məhdud olsa da, Azərbaycanda 10-a qədər taxıl növü (buğda, arpa, darı, vələmir, çölnoxudu və s.) əkilib becərilirdi. Taxıl məhsullarını üyütmək üçün müxtəlif daşlarından, sürtgəclərdən və daş həvəng-dəstələrindən istifadə edilirdi. Yığılmış taxılı çiy kərpicdən tikilmiş anbarlarda, quyularda və çəlləkvari iri saxsı qablarda saxlayırdılar. Eneolit tapıntıları yerin şumlanmasından taxılın yığılıb saxlanması və istifadə edilməsinə qədər bütöv bir istehsal-istehlak dövrəsini sənədləşdirmişdir.

Şomutəpə və Əliköməktəpədə tapılan üzüm tumları Azərbaycanda üzümçülük təsərrüfatının eneolitdən başladığını göstərir.

Arxeoloji materiallar sübut edir ki, Azərbaycanda maldarlıq təsərrüfatı eneolitdə yüksək səviyyədə olmuşdur. Azərbaycanın qərb bölgələrində daha çox xırdabuynuzlu davar, Muğan düzündə isə iribuynuzlu qaramal saxlanılmasına üstünlük verilirdi. Bu dövrdə Azərbaycanda qaramalın iki növü, qoyun və keçinin üç növü, ev atının isə iki növü saxlanılırdı. Azərbaycanda atçılığın 7 minillik tarixi vardır və yurdumuz atın ev heyvanı kimi bəslənməsi sahəsində Avrasiyada ən qədim ocaqlardan biridir. Bu dövrdə heyvandarlıqla yanaşı, ovçuluq və balıqçılıq təsərrüfatları da insanların ərzağa olan parça izləri toxuculuğun göstəricisidir.

Eneolit dövründə ev peşələri də inkişaf edirdi. Daşdan və sümükdən toxa, çəkic, balta hazırlanırdı. Bu dövrün adamları parça toxumağı və gön dərini emal edib ayaqqabı tikməyi bacarırdılar. Kültəpədə tapılmış iy başlıqları və Əliköməktəpədəki saxsı qablarda parça izləri toxuculuğun göstəricisidir.

Saxsı qablara tələbatın artması şəraitində sadə və mürəkkəb quruluşlu dulus kürələri düzəldilirdi. Eneolit dövrünün sonunda qulplu, habelə qırmızı və qara boya ilə həndəsi naxış vurulmuş yüksək keyfiyyətli saxsı qablar istehsal olunurdu.

Azərbaycanda eneolit insanın həm də metalla ilk tanışlıq dövrüdür. Daha möhkəm əmək alətləri və silahlar düzəltmək ehtiyacı metaldan istifadə edilməsinə təlabat yaranmışdır. Qafqazda ən qədim mis məmulatının Azərbaycanda tapılması göstərir ki, burada ibtidai insanlar metal əritmıyi bacarırdılar. Kültəpə, Əliköməktəpə və başqa yerlərdə soyuq döymə üsulu ilə hazırlanmış 20-dək kiçik mis alət tapılmışdır.

Eneolit dövrünün yaşayış məskənləri çox özünəməxsus quruluşa malik idi. Çiy kərpicdən hörülmüş dairəvi və dördkünc yaşayış evləri və təsərrüfat tikililəri kiçik həyətlə birlikdə hasar içərisinə alınırdı.

Qeyd etmək lazımdır ki, ibtidai cəmiyyətin heyatında və təsərrüfatında kişinin üstün mövqe qazanması nəticəsində eneolit dövründə anaxaqanlıq başa çatmış və öz yerini patriarxata (ataxaqanlığa) vermişdir. Patriarxat dövründə kişi ailəni və icmanı idarə etmək hüququnu öz əlinə almışdı. Buna baxmayaraq ana, qadın cəmiyyətdə öz şərəfli mövqeyini qoruyub saxlayırdı. Abidələrdə tapılan saxsı və gil qadın heykəlcikləri ananın ailədə odun, ocağın qoruyucusu və məhsuldarlığın rəmzi kimi böyük hörmət və ehtirama malik olduğunu göstərir.

Qədim Şərqin bir çox bölgələrində olduğu kimi Azərbaycanda da eneolitdə ölünün yaşayış yerində və ya divarın dibində dəfn etmək adəti var idi. Əliköməktəpədə 20-dək qəbir abidəsində ölü qırmızı boya ilə boyanmış, həsirə bükülərək qəbirə sağ və sol böyür üstə gömülmüş, üzü qarşısına isə su qabı (cam) qoyulmuşdu. Əksər qəbir abidələri eyni olduğundan cəmiyyət hələ varlı-kasıblara bölünməmişdi və ictimai bərabərsizlik yox idi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin