MÖVCUD YANAŞMALARIN NÖQSANLARI
Hal-hazırda bir çox şirkətlərdə elə təsəvvür vardır ki, mövcud antivirus
vasitələri virus təhlükəsinə qarşı etibarlı müdafiə qurmağa imkan verir. Halbuki
belə düşünmək yanlışdır. Çünki antivirus vasitələrin əksəriyyəti siqnatura
metodlarına əsaslandığından yeni virusu tanıya bilmir. Çox hallarda təşkilatlarda
antivirus vasitələri ilə işləmək qaydalarını reqlamentləşdirən normativ-metodiki
sənədlər mövcud olmur. Antivirus vasitələri sistemin zəif yerlərini təyin etməyi və
aradan qaldırmağı bacarmırlar. Antivirus vasitələri virus hücumu nəticələrini
aradan qaldırmaq üçün funksional imkanlara malik deyildirlər.
Ziyanverici koda qarşı müdafiə məsələsinə digər geniş yayılmış yanaşma
növü yalnız bir antivirus istehsalçısının məhsullarına etibar etməkdir. Əgər hər
hansı səbəbdən həmin antivirus istehsalçısı yeni virus istehsalından geri qalarsa,
külli miqdarda kompüter müdafiəsiz qala bilər. Antivirus istehsal edən şirkətlərin
yeni virusa reaksiya müddəti fərqli olduğundan, daha cəld istehsalçıya müraciət
edilməsi motivasiyasının mövcudluğu bu sahədə güclü rəqabət mühiti yaratmaqla
situasiyanın daim dəyişməsinə səbəb olur.
Bütün bu deyilənlər virus hücumlarından qorunmaq üçün kompleks
yanaşma tələb olunduğunu ön plana keçirir.
Virus hücumundan kompleks müdafiənin təşkilati, hüquqi, kadr, texniki,
texnoloji, proqram və s tərəfləri vardır.
Təşkilati aspekt virus hücumuna qarşı sistemin zəif yerini aşkarlayıb ləğv
etməlidir. Bu, virus hücumunun mümkün olması ehtimalını aradan qaldırır.
İ N F O R M A T İ K A
____________________________________________________________
422
Antivirus təhlükəsizliyinin təmin edilməsində normativ-metodiki, texnoloji və
kadr təminatları mühüm rol oynayır.
Normativ-metodiki təminat nəzərdə tutmalıdır ki, virus hücumlarından
müdafiə sahəsində balanslaşdırılmış hüquqi baza yaradılsın. Bunun üçün
şirkətdaxili normativ sənədlər kompleksi işlənib hazırlanmalıdır.
Kadr təminatı çərçivəsində şirkət virus hücumlarına qarşı lazımi tədbir görə
bilən əməkdaşlardan istifadə etməli və mövcud əməkdaşları bu sahədə
bilikləndirməlidir.
Texnoloji təminat, viruslardan müdafiə üzrə nəzərdə tutulan bütün digər
tədbirlərlə yanaşı, əsas diqqəti səbəkə ekranlaşdırmasına yönəltməlidir. Bu,
istifadəçilərin işçi stansiyalarını şəbəkə viruslarının hücumundan qorumaq üçün
potensial təhlükəli paketlərin filtrlənməsi yolu ilə əldə edilir.
İlk antivirus proqramları CHK4BOMB və BOMBSQAD 1984-cü ilin qışında
yaradılmışdır. Onları amerikalı proqramçı Endi Hopkins (Andy Hopkins) yazmışdı.
Kompüterdəki informasiyanı virus hücumlarından müdafiə edə biləcək ıik antivirus
proqramı 1985-ci ildə meydana çıxmışdır. DRPROTECT adlanan proqram
proqramçı Ci Vonqun (Gee Wong) böyük zəhməti bahasına əmələ gəlmişdi.
Yaradılmış proqram kompüterdə BIOS-dan keçərək yerinə yetirilən bütün
əməliyyatları (informasiyanın yazılmasını, formatlama əməliyyatlarını) bloklama
qabiyyətinə malik idi. İş prosesində belə əməliyyat əmələ gəldikdə proqram
sistemin yenidən yüklənməsini tələb edirdi.
Endi Hopkins
Ci Vonq
Aşağıdakı cədvəldə XXI əsrdə ən çox yayılmış kompüter virusları haqqında
informasiya verilmişdir.
|