İnformasiya təhlükəsizliyi anlayışı


İnformasiya təhlükəsizliyinin üç aspekti



Yüklə 125,56 Kb.
səhifə3/13
tarix06.12.2022
ölçüsü125,56 Kb.
#72695
1   2   3   4   5   6   7   8   9   ...   13
İnformasiya təhlükəsizliyi anlayışı

İnformasiya təhlükəsizliyinin üç aspekti
İnformasiya əmtəədir və onun keyfiyyəti bir sıra xassələrlə xarakterizə edilir (həqiqilik, obyektivlik, aktuallıq, aydınlıq və s.). İnformasiya təhlükəsizliyində informasiyanın üç xassəsinə baxılır (konfidensiallıq, tamlıq və əlyetənlik) və onları informasiya təhlükəsizliyinin üç aspekti adlandırırlar.
Konfidensiallıq – informasiyanın subyektiv müəyyən olunan xassəsidir, informasiyanın əldə olunmasına məhdudiyyət qoyulmasını bildirir. Açıq informasiya – əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün nəzərdə tutulmuş informasiyadır.
Konfidensial informasiyanın dövlət sirri, hərbi sirr, kommersiya sirri, xidməti sirr (dövlət təşkilatları üçün), peşə sirləri (bank, istintaq, müalicə, rabitə, ...), şəxsi sirr və s. kimi siniflərini göstərmək olar.
Konfidensiallığın pozulmasına yönələn təhdidlər konfidensial informasiyanın açıqlanmasına yönəlib. Belə təhdidlərin reallaşması halında informasiya ona müraciət icazəsi olmayan şəxslərə məlum olur.
Tamlıq – informasiyanın təhrifsiz şəkildə mövcud olmaq xassəsidir. İnformasiyanın tamlığının pozulmasına yönələn təhlükələr onun dəyişdirilməsinə və ya təhrifinə yönəlib ki, bunlar da onun keyfiyyətinin pozulmasına və tam məhvinə səbəb ola bilər. İnformasiyanın tamlığı bədniyyətli tərəfindən qəsdən və ya sistemi əhatə edən mühit tərəfindən obyektiv təsirlər nəticəsində pozula bilər. İnformasiyanın tamlığının pozulması hallarını vaxtında aşkarlamaq üçün informasiyanın tamlığına nəzarət mexanizminin istifadə edilməsi vacibdir.
Əlyetənlik – yolverilən vaxt ərzində tələb olunan informasiya xidmətini almaq imkanıdır. İnternet kimi açıq sistemlər üçün əlyetənliyin təmin edilməsi xüsusilə vacibdir. Əlyetənliyin pozulmasına yönələn təhdidlər (məsələn, DoS hücumlar) elə şəraitin yaradılmasına yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliyyətini aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi (tamamilə) bağlayır.

Yüklə 125,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin