İnformasiya təhlükəsizliyi anlayışı


Təşkilati tədbirlər. CERT-komandaları



Yüklə 125,56 Kb.
səhifə7/13
tarix06.12.2022
ölçüsü125,56 Kb.
#72695
1   2   3   4   5   6   7   8   9   10   ...   13
İnformasiya təhlükəsizliyi anlayışı

Təşkilati tədbirlər. CERT-komandaları
Lazımi təşkilati tədbirlər görmədən informasiya təhlükəsizliyini yüksək səviyyədə təmin etmək mümkün deyil. Bu tədbirlər bir tərəfdən informasiya təhlükəsizliyi vasitələrinin düzgün fəaliyyətinin təmin edilməsinə yönəldilməli və sistemin təhlükəsizlik administratoru tərəfindən yerinə yetirilməlidir. Digər tərəfdən, təşkilatın rəhbərliyi informasiyanın avtomatlaşdırılmış emalı qaydalarını, o cümlədən onun mühafizə qaydalarını reqlamentləşdirməli, bu qaydaların pozulması üçün məsuliyyət hədlərini müəyyən etməlidir. Təşkilati tədbirlər aşağıdakı mövzuları əhatə edir:

  • şəxsi heyətin idarə olunması (işə qəbul, işdən çıxarılma, təlim, rolların və cavabdehliyin bölgüsü, imtiyazların minimumlaşdırılması);

  • fiziki mühafizə (informasiya sisteminə giriş yollarında fiziki maneələrin yaradılması, məsələn, nəzarət-buraxılış sistemi);

  • sistemin iş qabiliyyətinin təmin edilməsi (reqlament işləri, ehtiyat surətlər, informasiya daşıyıcılarının idarə edilməsi, sənədləşdirmə);

  • informasiya təhlükəsizliyinin pozulması hallarına reaksiya (CERT-komandaları: insidentin lokallaşdırılması və vurulan ziyanın azaldılması, pozucuların aşkarlanması, “dərs çıxarılması”);

  • bərpaetmə işlərinin planlaşdırılması (təşkilatın kritik vacib funksiyalarının bərpası strategiyasının işlənməsi və strategiyanın praktikada sınaqdan çıxarılması).

“İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə (26 sentyabr 2012-ci il) dövlət miqyasında informasiya təhlükəsizliyinin təmin edilməsinin təşkilati strukturları yaradılmışdır:

  • Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi

  • Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi


Yüklə 125,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin