Imtahan suallari


SUAL:22 Akademik kommunikasiya.Azərbaycan dili elmi üslubunun istiqamətlərindən biri kimi,40 bal



Yüklə 22,43 Kb.
səhifə19/19
tarix02.01.2022
ölçüsü22,43 Kb.
#38843
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19
Azerbaycan dili

SUAL:22

Akademik kommunikasiya.Azərbaycan dili elmi üslubunun istiqamətlərindən biri kimi,40 bal

CAVAB:Azərbaycan dilinin elmi üslubu aparıcı funksional üslublardan sayılır.Məsələn:21-ci əsrin evdar xanımının nitqi ilə Sovet evdar xanımının nitqi eyni deyil,21-ci əsr evdar xanımının nitqi daha elmidir.Bizdən dah düzgün,dəqiq kommunikasiya tələb olunur.Həm elmi olmalıdı,həmdə dəqiq,düzgün olmalıdı.Biz indi akademik kommunikasiyada ünsiyyət qururuq.İşgüzar kommunikasiya bizim fəaliyyətimizə görə müşayiət edir.Akademik kommunikasiya isə bizim şüurumuzu,danışığımızı,dünya görünüşümüzü ifadə edir və bizim fəaliyyətimizin ayrılmaz,əsas hissəsidir.Ona görədə biz elmi şəkildə ,sadə şəkildə fikrimizi ifadə etməyi bacarmalıyıq.

23)Elmi diskussiyanın əsas şərtləri

Elmi diskussiyanın şərtləri səbirli olmaq,dinləmə mədəniyyəti,danışma mədəniyyəti və tənqid etmə mədəniyyəti,Etiket

Səbirli olmaq-Özünüzdən əvvə danışanın sözünü kəsmədən müdaxilə etmədən səbirlə dinləmək.Ola bilərki diskussiya eldiyiniz insan biraz əsəbidir,onun əsəbiliyi bizi öz çərçivəmizdən uzaqlaşdırmamalıdır.

Dinləmə mədəniyyəti yəni kifayət qədər səbirlə danışan son nöqtəsini qoyana qədər dinləmək.

Danışma(Nitq) mədəniyyəti yəni elmi diskussiyada iştirak edən şəxs qətiyyən kobud ifadələrdən. Sahibini aşağılayan sözlərdən , sərt tənqid semantikalı ifadələrdən uzaq olmalıdır.Misal üçün kimisə tənqid etməzdən əvvəl ilk növbədə təşəkkür etmək.

Etiket,sizinlə diskussiyada iştirak edən şəxsə münasibət və müraciət etiketi var.Yəni diskussiyada qarşındakını özündən aciz bilməməlisən

24)Akademik natiqliyin əsas xüsusiyyətləri

1)Məzmun elmi olmalıdır.

Bəsitlikdən uzaq ,fikrin elmi şəkildə çatdırılmasına xidmət etməlidir.

Elmilik odurki,emosiyadan uzaq olur,sözlər məcazi mənada işlənmir,çox az hallarda işlənə bilər və həqiqi mənada dolayı şəkildə yox birbaşa şəkildə ifadə olunur.

2)Nitqin dəqiqliyi,düzgünlüyü və terminlərdən düzgün ifadə etməsi

Akademik natiq termin bəlağatı altında gizlənməməlidir .Kifayət qədər anlaşıqlı dildə danışmalı və terminlərdən yerli yerində istifadə etməyi bacarmalıdır.

3)Səsin tempinin,tembrinin yerində olması

Temp yəniki nə həddən artıq sürətlə danışmaq lazımdı,nədə asta templə ,orta templə danışmaq lazımdır.

Tembr yəniki səsin enən qalxan tonla müşahidə edilməsidir,monoton olmamalıdır.Eyni zamanda akademik natiqinliyin yol verdiyi jest və mimikadan istifadə olunmalıdır.

25) Terminlər və alınma terminlər

Terminlər elmi üslubun əsas göstəricisidir.Sözdə, termində məhfum anlayışı ifadə edir amma terminin sözdən fərqi odurki ,termin, anayışı dəqiq ifadə edir.

Alınma terminlər

Bizim dilimizdə alınma terminlərin olmasının səbəbi ,o bizim özümüzün icadı deyil,milli icad deyil və onu icad edən,o kəşfi edən,o anlayışı dünyaya tanıdan dil onu elı gözəl adlandırıbki artıq biz onu Azərbaycan dilinə vəya digər dillərə tərcümə edəndə anlayışın ifadəsinə ya xələl gəlir ,yada çox uzun kəlmələrlə ifadə edirik.

26) Elmi əsərlər və elmi janrlar

Elmi əsərlər--elmi üslubda yazılmış əsərləri əhatə edir.

Elmi əsərlərin çox geniş janrları var,Məsələn dərsliy,dərs vəsaitləri,monografiyalar,layihələr,buraxılış işi.

Elmi janırlar,elmi əsərlərin janrlara görə ,yəni məzmun,ümumi ad,məqsəd,tərtib prinsipi, baxımından hissələrə ayrılmasıdır,Məsələn təqdimat,inşa.

Elmi əsərlər 2 hissəyə ayrılır,kiçik həcmli elmi əsərlər,böyük həcmli elmi əsərlər.Kiçik həcmli elmi əsərlər şagird vaxtı yazdıqımız,indi içlədiyimiz,böyük elmi əsərlər isə sirtasiyalar,buraxılış işi,dərsliklər,monoqrafiyalar və.s-dır.

27) Elmi təqdimat və tərtib prinsipi

Elmi təqdimat 2 hissədən ibarət olur.

1)Elmi təqdimatın qısa xülasəsi yəni elmi təqdimatda slaydlar şəklində nədən danışılacaq, tezislər şəklində qeydlər aparılır.

2)Elmi məruzə

Elmi məruzə olduqu kimi kopyalanıb slaydlara salınmamalıdır.

28) Elmi məruzə və hazırlanması

Elmi məruzənin hazırlanmasında əsas meyar onu tərkib hissələrinə bölməydir.

Elmi məruzədə birinci hədəfi müəyyənləşdirilir,ikinci hədəfin əhatə dairəsi,üçüncü problemin qoyuluşu.Elmi məruzənin əsas hissəsi ən məzmunlu hissəsidir.Əsas hissəni yazdıqdan sonra əvvəlcə təsviri veririk, sonra təhlil edirik .Sonda isə gəldiyimiz nəticəni qeyd edirik.

29) Məqalə,tezis,elmi icmal,xülasə və rezyume

Məqalə--kiçik həcmli elmi əsərdir.Məqalə,elmi məruzənin məqalə formasıdır yalnız elmi məruzənin məqalədən fərqi odurki Elmi məruzədə siz elmi ədəbiyyata müraciət etmədən və iqtibas vermədən məruzəni hazırlaya bilərsiz,amma məqalədə fikrinizi əsaslandırmaq üçün elmi mənbələrə müraciət edirsiz və iqtibaslar verirsiz və məqalənin sonunda mütləq elmi qənaətinizi,əasa hissə,problemin qoyuluş aktuallıqı,yeniliyi.Bütün bunlar yazılır və sonra nəticənizi qeyd edirsiniz.

Tezis—Məqalədə nələr danışmısızsa onları adlıq cümlələr şəklində qeyd edirsiz.

Elmi icmal—Həmin o məqaləni yazma səbəbi,hədəfi ,və nə nəticəyə gəldiyini qısa icmalını verirsiz

Xülasə--Elmi əsərin strukturu haqqında məlumat verirsiz,məsələn elmi əsər neçə fəsildən ibarətdir,birinci fəsildə nə danışılıb,ikinci fəsildə nə danışılıb,üçüncü fəsildə nə danışılıb.Neçə elmi ədəbiyyatdan istifadə etmisən,Nəticədə nələri qeyd etmisən.

Rezyume—Elmi əsərin özəlliyi haqqında ,Qaldırılan problemlər haqqında məlumat verilir .Hansı məsələlərə yer verilib,Hansı məsələlərin aktuallıqı nəzərə alınıb qısa şəkildə yazılır.

30)Buraxılış işi,Kurs işi və Müsabiqə işi.

Bunların hər biri böyüy həcmli elmi əsərlərdir.

Buraxılış işi bakalaviriat səviyyəsində,sonuncu kurs tələbələri tərəfindən ixtisasına uyğun yazılan elmi əsərdir.Buraxılış işində tələbəyə konkret mövzu verilir və o mövzu ətrafında tələbə 4 il ərzində öyrəndiklərini həmin o mövzu ətrafında tədqiq etməklə yazılı şəkildə elmi əsəri yaradır.

Buraxılış işini tərtib etmək üçün ilk növbədə hər hansı bir mövzunun buraxılış iş şəklinə salınması klaster üsuluna müraciəti zəruriləşdirir

Klaster üsulu—tutaq ki ,kiməysə təbiət mövzusu verilib ,təbiət sözün ortaya yazıb çərçivəyə alır və təbiət deyəndə ağla gələn bütün hərşeyi qeyd edir,istisnaları seçir.

Buraxılış işi yazılmamışdan qabaq mütləq müşahidə üsulu aparılmalıdır,buna emprik üsulu deyillər.Tələbə müşahidələr apardıqdan sonra artıq o klaster üsulunu tətbiq etməklə buraxılış işinin planını tərtib edir.

Buraxılış işləri ibarətdir:

1)Giriş, işinin aktuallıqının əsaslandırılması

2)Fəsillərdən

3)sonda Nəticə 4) Elmi ədəbiyyat

Kurs işi-Buraxılış işinin kiçik həcmli elmi əsəridir.Kurs işinin buraxılış işindən fərqi odurki buraxılış işi daha geniş mövzunu əhatə edir ,kurs işi həmin o geniş mövzunun bir tərkib hissəsinə aid edilə bilər və burda fəsillərə yer ayrılması vacib deyil.çünki bir mövzu verilir və həmin mövzu ətrafında tələbə kurs işini yazır.

Müsabiqə işləri isə sondövrün tələbləri,şagirdləri arasında keçirilən elmi əsər janırıdır ,aktuallaşan janırdır.



Müsabiqə işlərinin mövzusu həmin o müsabiqədə iştirak edən şəxslərə elan edildikdən sonra onun həcmi ,əhatə dayrəsi,strukturu barədə təşkilat tərəfindən məlumat verilir .

Şərtləri müsabiqəni keçirən təşkilat qoyur ,Amma müsabiqə işlərini bütün hallarda eyni olan vacib bir keyfiyyəti varki,söhbət müsabiqədən gedirsə burda yer qazanmalısan,deməli elmi yeniliy olmalıdır.
Yüklə 22,43 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin