İmam həSƏn müCTƏba əleyhiSSƏlamin həyati


Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi?



Yüklə 355 Kb.
səhifə9/10
tarix06.09.2017
ölçüsü355 Kb.
#29048
1   2   3   4   5   6   7   8   9   10

Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi?


Ötən araşdırmalarda İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini aydınlaşdırdıq. Burada belə bir sual irəli gəlir ki nəyə görə İmam Həsən (əleyhissəlam) sülh İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi? Əgər sülh etmək düzgün fikirdisə, bəs onda nəyə görə İmam Hüseyn (əleyhissəlam) Yezidlə sülh bağlamadı? Yox əgər vuruşmaq lazım idisə, onda nəyə görə İmam Həsən (əleyhissəlam) vuruşmadı?

Bu sualların cavabını bu iki böyük İmamın yaşadığı müxtəlif şəraitli dövrdə və Yezidlə Müaviyənin rəftarında axtarmaq lazımdır. İndi Müaviyə ilə Yezidin rəftarındakı fərqli cəhətlər haqqında az da olsa, sizə mə’lumat veririk.


Müaviyənin baş aldatmaları


Müaviyə hakimiyyəti dövründə avam aldadıcı plan və siyasətlərlə öz hökumətini şər’i və İslami bir hökumət kimi göstərməyə çalışırdı. O camaatın fikrini onun hökumətinin həqiqi İslam siyasətindən kənar olduğunu anlamaqdan yayındırırdı. Düzdür Müaviyə əməldə İslamı təhrif etmiş və əsl İslam hökumətinin yerinə Əməvi hakimiyyətini gətirib çıxarmaqla İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi lakin bununla belə yenə də İslamın zahirinə əməl edir zahirdə İslam qayda-qanunlarına riayət edirdi. Arada olan pərdələri cırmırdı sarayında azca da olsa, İslamın zahiri qayda-qanunlarını dəyişməyə qoymurdu. O çox yaxşı bilirdi ki din və İslam xilafəti adı ilə camaata başçılıq edir. Buna görə də, aşkarda elə bir iş görməməli idi ki camaat o işi dinə qarşı mübarizə kimi qələmə versin. Çünki Müaviyə də elə bu dinə əsasən, camaata rəhbərlik edirdi. Əksinə o tutduğu mövqeyə uyğun olaraq həmişə öz əməllərini din çərçivəsində yerləşdirirdi. İslam və din qayda-qanunlarına uyğun olmayan işləri isə gizlində görürdü.

Bundan əlavə, Müaviyə çətinlikləri həll etməkdə və müşkülatı yoluna qoymaqda fövqəl’adə bir siyasət işlədirdi. Çətinlikləri xüsusi yollarla həll edirdi. Ancaq Yezid bu cür siyasət yeritmirdi. Elə bu iki səbəbə görə Müaviyənin hakimiyyəti dövründə qiyamın qələbə ilə nəticələnməsi və şəhadətin müsbət tə’sir verəcəyi sual altında qalırdı. Çünki camaat o vaxt Əməvi hakimiyyətinə qarşı qiyam etməyi düzgün hesab etmirdi. O vaxt camaatda Əməvi hakimiyyətinə qarşı hələ nifrət hissi oyanmamışdı. Cəmiyyətin ümumi fikri Müaviyənin İslamdan kənar olduğunu hələ anlamadığına görə, bə’zi gözlənilməz ünsürlər səbəbindən İmam Həsən əleyhissəlamın Müaviyə ilə mübarizəsi haqqın batilə qarşı mübarizəsi kimi yox hakimiyyət uğrunda mübarizə kimi hesab olunurdu. Belə bir vaxtda şəhid olmaq qiyamın məqsədlərini irəli aparmaqda heç bir kömək etməz camaatın ümumi rə’yi səhv formalaşar və bununla da, həqiqət heç olardı.


Münasib olmayan mühit


Yuxarıda qeyd etdik ki Müaviyənin dövründəki siyasi vəziyyət elə bir halda deyildi ki bir nəfər islahedici müəyyən bir yolla işi həll edə bilsin. Cəmiyyət öz ağlı ilə öz yolunu tə’yin edə biləcək səviyyədə deyildi. Əksinə, onda vəziyyət elə idi ki o vəziyyətdə hər hansı bir islahedici fəsad rəhbərlərin əməllərini gözləməli fürsət düşdükdə öz imkanlarını ətrafdakıları və düşmənlə mübarizəsini nəzərə almaqla əks tədbirlər görməli idi. Bununla da, “məğlub olmuş həqiqət”ə “qalib gəlmiş yalan” qarşısında qələbə qazandırmalı idi. İmam Həsən əleyhissəlamın dövründəki əsas müşkül də elə bu idi. O dövrdə şəhadət lazımi şərait istəyirdi ki fərdi şəhadətdən çıxıb ictimai şəhadətə çevrilsin. Şəhidin qanı camaatda yeni fikir yaratmalı idi.

Tarixi faktlar göstərir ki İmam Həsən (əleyhissəlam) onun ətrafına toplaşmış süst ordu ilə (onların gördükləri bə’zi işləri sizin nəzərinizə çatdırmışıq) ayağa qalxıb Müaviyə ilə vuruşsaydı onu tezliklə bir qəhrəman kimi şəhid etməzdilər. Onu əsir tutardılar. Müaviyə istəyirdi ki özünün və ailəsinin (qohum-əqrabasının) İslam ordusu qarşısında rüsvayçılığını və bu orduu tərəfindən əsir olunmalarının əvəzini Məhəmmədin (səlləllahu əleyhi və alih) ailəsinin böyüklərindən birini əsir tutmaqla çıxsın. Deməli əgər İmam Həsən (əleyhissəlam) məğlub olsaydı qəhrəman bir şəhid kimi (Aşurada olduğu kimi) öldürülməz Müaviyə tərəfindən əsir olar və nəhayət müəmmalı şəkildə öldürülərdi. Bu da o dövrdə haqqa dəyəcək böyük bir ziyan olardı. Əgər İmam Həsən əleyhissəlamın ordusu Müaviyənin ordusu ilə döyüşdə məğlub olsaydı Müaviyənin ordusu müsəlman şəhərlərinə hücum edib bacardığı qədər əhalini qırardı. Xüsusilə də, Həzrət Əli (əleyhissəlam) və İmam Həsən əleyhissəlamın tabeçiliyində olan Məkkə Mədinə Kufə Bəsrə və digər şəhərləri talan edərdi. Beləliklə də, ölənlərin sayı Kərbəladan fərqli olaraq məhdud qalmaz və həddi aşıb-daşardı. İmamın qarşısını aldığı hədər qanın tökülməsi də elə bu idi.1

Bəlkə də elə bu səbəblərə görə (və İmam Hüseyn əleyhissəlamın İmam Həsən əleyhissəlamın sülhünə razılıq bildirmək məqsədilə) İmam Hüseyn (əleyhissəlam) qardaşının şəhadətindən sonra Müaviyənin son on il hakimiyyəti dövründə yə’ni təxminən hicrətin əllinci ilindən altımışıncı ilinədək qiyam etmədi. İmam Hüseyn (əleyhissəlam) o vaxt münasib fürsətin ələ düşməsi üçün günləri sayır və camaatın ümumi fikrini oyatmaqla kifayətlənirdi. Çünki İmam Hüseyn (əleyhissəlam) əgər o vaxt qiyam etsəydi bu qiyam İslam cəmiyyətində necə nəticələnəcəyi və camaatın fikrində necə cilvələnəcəyi mə’lum deyildi.

Yezid – İslam cəmiyyətinin nifrətamiz siması


Yuxarıda dediyimiz məsələlər Yezid barəsində tamamilə əksinədir. Çünki Yezidin, həm atası Müaviyənin yeritdiyi siyasətdən başı çıxmırdı həm də din adı altında camaata rəhbərlik etdiyi İslam dininin zahirindən də çox uzaq idi.

Yezid hələ bişməmiş şəhvətpərəst özbaşınalıq edən ehtiyat və uzaqgörənlikdən uzaq olan bir gənc idi. O ağılsız qorxusuz kefcil əyyaş və çox aşağı səviyyəli fikir düşüncəsinə malik olan bir adam idi.

Hakimiyyətə gəlişindən qabaq həvayi-nəfsinin qulu və dünya təmayüllü Yezid hakimiyyətə gəldikdən sonra da, atasından fərqli olaraq heç İslamın zahirinə də əməl etmirdi. O hətta zahirdə də özünü dindar və imanlı bir şəxs kimi göstərmirdi. Əksinə qorxusuzluğu nəticəsində İslamın zahiri qayda-qanunlarını da pozur və şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni edirdi. O açıq-aşkar şərab içir və açıqcasına fitnə-fəsad törədirdi. Yezid siyasi nöqteyi-nəzərdən o qədər zəif idi ki İslamla barışmaz düşmən olan və cahiliyyət dövrünü xatırladan Bəni–Üməyyə hakimiyyətinin əsl mahiyyətini camaata aşkar etdi. Yezidin bu qanun pozuntuları və işlərə laqeyd yanaşması artıq onun xilafət məqamını qoruyub saxlamağa ləyaqəti olmadığını və müsəlmanların rəhbəri olmasına səlahiyyəti çatmadığını hamıya sübut etmişdi. Buna əsasən, Bəni–Üməyyə hakimiyyətinin muzdurları İmam Hüseyn əleyhissəlamın qiyamını camaatın fikrində müttəhəm edə bilməzdilər. Çünki camaat Yezidin dini qayda-qanunlarla heç cür uyğunluğu olmayan işlərini öz gözləri ilə görürdü. Elə Yezidin bu rəftarı onun hökumətini devirmək üçün qiyam etmək fikrini camaatda oyatmaq üçün mühüm amil hesab olunurdu. Belə bir dövrdə camaat İmam Hüseyn əleyhissəlamın qiyamını siyasi ixtilaf və vəzifə üstündə mübarizə kimi yox Peyğəmbər (səlləllahu əleyhi və alih) balasının İslamı qorumaq məqsədilə batil hökumət əleyhinə mübarizəsi kimi qələmə verirdi.


Yüklə 355 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin