İmam həSƏn müCTƏba əleyhiSSƏlamin həyati


Qorxu içində saxlamaq və aclıq siyasəti



Yüklə 355 Kb.
səhifə8/10
tarix06.09.2017
ölçüsü355 Kb.
#29048
1   2   3   4   5   6   7   8   9   10

Qorxu içində saxlamaq və aclıq siyasəti


Bundan əlavə, Müaviyə camaata qarşı insaniyyətdən uzaq olan bir siyasət də yeridirdi. Bu siyasəti qorxu içində saxlamaq və aclıq siyasətindən başqa bir şey adlandırmaq olmaz. O bu yolla İraq əhalisini həyat səhnəsindən götürürdü. Müaviyə bir tərəfdən İraq əhalisini hər cür çətinliklər qarşısında qoyur digər tərəfdən də onları öz hüquqlarından məhrum edirdi.

Sünni məzhəbinin görkəmli alimi ibn Əbil Hədid yazır: «Harada şiə var idisə qətlə yetirilirdi. Bəni–Üməyyə tərəfindən şiə olduğunu ehtimal verən şəxslərin əl-ayaqları kəsilirdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinə məhəbbəti olanların hamısı ya həbs edilir ya mal-dövlətləri müsadirə olunur ya da evi viran edilirdi. Şiələrə qarşı təzyiqlər o qədər artmışdı ki Əli əleyhissəlamı sevmək nisbəti küfr nisbətindən pis sayılırdı və onun ardınca acınacaqlı əzablar gözlənilirdi. Kin-küdurət doğuran bu siyasətin icrasında Kufə şəhərinin vəziyyəti hər yerdən pis idi. Çünki Kufə Əli əleyhissəlamın şiələrinin mərkəzi hesab olunurdu. Müaviyə Ziyad ibn Süməyyəni Kufənin valisi tə’yin etdi sonradan Bəsrənin də hökumətini ona tapşırdı. Bir vaxtlar Əli əleyhissəlamın şiələrindən olan Ziyad onları çox yaxşı tanıyırdı. O şiələri harada gizlənmişdilərsə tapıb öldürdüyünü öldürdü bə’zilərini hədələyərək əl-ayaqlarını kəsdi gözlərini çıxartdı xurma ağaclarının budaqlarından asdırdı və onları İraqdan didərgin saldı. Belə ki daha şiənin tanınmış şəxsiyyətlərindən heç biri İraqda qalmadı.»


Kufə və Bəsrədə təzyiqlərin artması


Yuxarıda qeyd etdik ki İraq əhalisi xüsusən də kufəlilər hamıdan çox təzyiqlərə mə’ruz qalırdılar. İş o yerə çatmışdı ki onlar öz e’tibarlı inamlı dostlarının evinə get-gəl edib bir gizli söhbət etmək istədikdə, ev sahibinin xidmətçisindən qorxduqları üçün ondan xəbərçilik etməyəcəyi barədə and almayınca sözə başlamazdılar.

Müaviyə ölkənin bütün valilərinə məktub yazıb onlara tapşırdı ki şiə və Əli (əleyhissəlam) övladlarının şəhadətini də qəbul etməsinlər.

O məktubların birində belə yazır: «Əgər iki nəfər bir nəfərin şiə olduğuna şəhadət verərsə, dərhal onun adını beytül-maldan silin və onu hüququndan məhrum edin.»34

Növbə ilə altı ay Kufədə altı ay Bəsrədə vali olan Ziyad Bəsrədə olmadığı dövrdə öz işlərini Səmürə ibn Cündəbə tapşırırdı. Səmürə bu müddətdə (altı ayda) səkkiz min nəfəri qətlə yetirdi. Ziyad ona dedi: Qorxmursan ki onların arasında biri günahsız olar? Səmürə dedi: “Onların iki bərabərini öldürsəm də, yenə qorxmaram.”

Əbu Səvar Ədəvi deyir: «Səmürə bir gün hamısı Qur’anı əzbərdən bilən qırx yeddi qohumumu öldürdü.»35

Sülh – Aşura hərəkatı üçün zəminə yaradan


Bu qorxulu hadisələr İraq əhalisini möhkəm oyatdı və əhali Əməvi hakimiyyətinin əsl mahiyyətini az da olsa, tanıdı. Onlar artıq sakit oturmaqdan süst qalmaqdan bezmişdilər. Tayfa başçılarının İmam Həsən əleyhissəlamın sülhündən istifadə edib Müaviyənin «səxavətindən» bəhrələndiyi bir vaxtda İraqın adi əhalisi öz ayaqları ilə tərəfinə getmiş və öz əlləri ilə ona be’yət etmiş Müaviyənin zalım hökumətinin əsl mahiyyətini yavaş-yavaş tanımağa başlayırdı.

Müaviyə Müğeyrə ibn Şü’bəni Kufəyə Abdullah ibn Amiri isə Bəsrəyə başçı tə’yin etdi. Osmanın ölümündən sonra Bəsrədən çıxıb getmiş Abdullah yenidən oraya qayıtdı. Müaviyənin özü isə Şama gedib Dəməşqdə ölkə işlərinin tədbirinə başladı.

İraq camaatı hər dəfə Əli əleyhissəlamın dövründəki yaşayışlarını yada saldıqda, qəmgin olur və Əli əleyhissəlamı himayə etmədiklərinə görə peşmançılıq çəkirdilər. Eləcə də, Şam əhalisi ilə bağladıqları sülhə görə peşman olmuşdular. Onlar bir-biri ilə rastlaşanda, bir-birini danlayır bir-birindən soruşurdular ki görəsən, nə olacaq nə etməliyik? Sülhdən bir neçə il keçməmişdi ki Kufə şəhərinin nümayəndələri İmam Həsən əleyhissəlamı görüb onunla söhbət etmək və onun sözlərinə qulaq asmaq üçün Kufədən Mədinəyə get-gəl etməyə başladılar.36

Bu əsasa görə İmam Həsən əleyhissəlamın sülh dövrü gələcək günə qədər camaatın azğın Əməvi hökumətinə qarşı hazırlıq və döyüş üçün məşq etmək dövrü hesab olur. Elə bir gün ki İslam cəmiyyəti artıq həmin gün mübarizə etmək üçün hazır olacaqdı.


Qiyam etmək üçün hazırlığı bildirmək


İmam Həsən (əleyhissəlam) sülh edəndə, hələ camaatın düşüncə tərzi o dərəcəyə çatmamışdı ki İmam əleyhissəlamın məqsədini tə’min etsin. O zaman İslam cəmiyyəti arzu və istək zəncirlərinin əsiri idi. Bu həmin arzu və istək idi ki, camaatda məğlubiyyət ruhiyyəsi yaratmışdı. Buna görə də, İmam Həsən əleyhissəlamın qarşısında duran məqsəd camaatın fikrini Əməvi hökumətinə qarşı qiyama yönəltmək, camaata Əməvi hökumətinin həqiqi mahiyyətini başa düşüb fikirləşmək üçün fürsət verməkdən ibarət idi. Xüsusilə qeyd etmək lazımdır ki İmam Həsən əleyhissəlamın Əməvi hökumətinin cinayət və zülmlərinə, onların Qur’an və İslam qayda-qanunlarını kəskin surətdə pozmasına işarə etməsi, camaatın fikrini tamamilə oyadırdı. Yavaş-yavaş bu oyanış artdı və İraqın böyük şəxsiyyətləri İmam Hüseyn əleyhissəlamın yanına gəlib ondan qiyam etməsini istədilər.37

Hadisələrin Mədinədə tə’siri


İmam Həsən əleyhissəlamın şəhadətindən sonra İmam Hüseyn (əleyhissəlam) İmamət məqamını öz öhdəsinə götürdü. Bu vaxtlar Müaviyənin törətdiyi cinayətlər Mədinədə səs-küyə səbəb olmuş və İmam Hüseyn əleyhissəlamın böyük şiə şəxsiyyətləri ilə İraq Hicaz və başqa yerlərdə təşkil etdiyi ictimai yığıncaqların əsas söhbətinə çevrilmişdi. Məsələn, Müaviyə Hicr ibn Ədiyy və onun yol yoldaşlarını öldürdükdən sonra Kufənin adlı-sanlı şəxsiyyətlərindən bir neçəsi İmam Hüseyn əleyhissəlamın yanına gedərək məsələdən onu xəbərdar etdilər. Bu xəbərin yayılması ilə bütün mö’minlər arasında hökumətə qarşı böyük nifrət hissi oyandı.

Bu məsələdən mə’lum olur ki artıq o vaxtlar Əməvi hökumətinə qarşı müntəzəm olaraq müxalifətlər irəli sürülürdü. Bu müxalifətin təbliğatçıları və əsas aparıcı qüvvələr İmam Həsən əleyhissəlamın sayca az olan ən yaxın dostları idi. İmam Həsən (əleyhissəlam) öz ağıllı tədbiri ilə onların canını Müaviyənin apardığı çirkin bəlasından qoruyub saxlamışdı. Bu azsaylı dəstənin məqsədi o idi ki qiyamın yetişməsi və camaatı qiyama hazırlamaq məqsədilə Müaviyənin hakimiyyəti dövrü ərzində törətdiyi bütün cinayətləri camaatın yadına salsın.38



Yüklə 355 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin