İlk tunc dövrü. Kür-Araz mədəniyyəti


Mada (Midiya) çarlığının yaranması



Yüklə 48,54 Kb.
səhifə12/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
1   ...   6   7   8   9   10   11   12   13   14
Az tarixi qısa

Mada (Midiya) çarlığının yaranması

Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (860-825) onların ölkəsini Amadai adlandırır. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Herodotun topladığı rəvayətlərdə Mada dövlətinin əsasının qoyulması, guya e.ə. 700-cü ildən 647-ci ilədək Madanı idarə etmiş Deyok deyilən birisinin adı ilə əlaqələndirilir. Bu Deyoku Manna canişinlərindən biri olan və II Sarqon tərəfindən adı çəkilən Dayaukku ilə eyniləşdirmək əsla düzgün deyildir.Mada dövlətinin təşəkkül dövrü Herodotun dediyi Deyokun hökmranlıq vaxtını da müəyyən dərəcədə əhatə edir.Aşşur dövləti nəinki xırda, həm də iri siyasi vahidlərin ən təhlükəli düşməni, yeni yaranan gənc dövlətlərin inkişafı yolunda maneəidi.Lakin çox keçmədən gənc dövlətlər Aşşur dövləti ilə qəti mübarizəyə qalxırlar.E.ə. VII əsrin 70-ci illərində Madada Kaştaritinin rəhbərliyi ilə güclü xalq hərəkatı başlandı. Mada vilayətlərində üsyanın başlanmasına yaxın skiflər artıq madalıların müttəfiqləri kimi fəaliyyət göstərir, Aşşur dəstələrinə tez-tez basqınlar edirdilər. Az sonra mannalılar habelə kimmerlər üsyançıların köməyinə gəldilər.Madalılar, skiflər, kimmerilər və mannalılar koalisiyasının mövcud olması müttəfiqlərə bir neçə cəbhədə vuruşmaq imkanı verdi. Üsyançı dəstələri artıq Aşşur sərhədlərinə yaxınlaşmaqda idilər. Onlar Neynəva hökmdarını qorxuya salırdılar. Ola bilsin ki, Elam və Urartu da müttəfiqlərə kömək etməyə hazır idilər.Qələbə çalacağına əmin olan Kaştariti Aşşur ilə danışıqlar aparmaqdan boyun qaçırdı. Lakin Asarxaddonun fitnə-fəsadları təfriqəyə səbəb oldu. Partatua başda olmaqla skiflərin bir hissəsi Aşşurun tərəfinə keçdi. Aşşuru labüd məhvdən məhz bu xilas etdi.VII əsrin 70-ci illərindəki üsyandan sonra bu ərazidə müstəqil Mada çarlığı meydana gəlir. E.ə. VII əsrin 20-ci illərindən Madanın qarşısında yeni istila müharibələri dövrü açılır. Mada və madalılar tezliklə Ön Asiyanın tarixində böyük rol oynamalı oldular.E.ə.VII əsrin 70-ci illərində meydana gəlmiş Skif çarlığı bir neçə on il ərzində Ön Asiyanın hərbi-siyasi həyatında mühüm amil olmuşdur. Aşşur mətnlərində skiflərin adı ilk dəfə e.ə. 680- 674-cü illər arasında çəkilir.. E.ə. VII əsrin 70-ci illərində İşpakay başda olmaqla skiflər mannalıların müttəfiqi kimi çıxış edirlər. Skif başçısı İşpakay Aşşur mətnlərində sadəcə “işkuzlu”, yəni “skif “adlandırılır. Partatua isə e.ə. 673-cü ilə aid olan Aşşur sənədində artıq “İşkuzölkəsinin çarı”, yəni “Skif çarlığının” çarı adlandırılmışdır.E.ə. VII əsrin 70 – 60-cı illəri Azərbaycanda “Skif çarlığı”nın təşəkkül dövrü sayıla bilər. Skiflər Asiyada 28 il hökm sürmüş, savaşqanlıqları ilə hər şeyi tam bərbad hala salmışdılar. Skiflər Ön Asiyaya e.ə. VII əsrin 30-20-ci illərində yox, təqribən 80- 70-ci illərində soxulmuşdulaVII əsrin 50-40-cı illəri Ön Asiyaya gəlmiş ayrı-ayrı köçəri qrupları arasında, həmçinin köçərilərlə Şərqin köhnə dövlətləri - Aşşur, Urartu və başqaları arasında ağır mübarizə dövrü idi. Atası kimi, Madi də Aşşurun müttəfiqi idi. Skif Madi 640-cı ilə yaxın kimmer Tuqdammeyə qələbə çalmış və bu qələbə nəticəsində VII əsrin 30-20-ci illərində Asiyada tam ixtiyar sahibi olmuşdu. "Skif çarlığı" Cənubi Qafqazdan ta Kappadokiyayadək, böyük bir ərazini əhatə edən böyük dövlətə çevrilmişdi. Məhz bu skiflər VII əsrin 30-20-ci illərində Ön Asiya ölkələrini bir neçə il dəhşətə salaraq, "bütün Asiyaya hakim" olmuşdular. Bundan əvvəl madalılar darmadağın edilmişdi.


Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin