İlk tunc dövrü. Kür-Araz mədəniyyəti



Yüklə 48,54 Kb.
səhifə10/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
1   ...   6   7   8   9   10   11   12   13   14
Az tarixi qısa

Manna dövlətinin süqutu.

. E.ə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna kimmerlər, skiflər və madalılarla ittifaqı sayəsində xeyli gücə malik idi. Lakin əsrin 70-ci illərinin sonlarına doğru skiflərin bir qisminin xəyanəti nəticəsində bu ittifaq dağıldı. Partatua başda olmaqla aşşurluların tərəfinə keçmiş skiflərin bir qismi Asarxaddona mannalılara zərbə endirməkdə yardım etdi. İşpakay başda olmaqla skiflərin digər qismi isə mannalılarla ittifaq münasibətlərini davam etdirdi.Artıq Aşşurbanipalın hakimiyyəti dövründə e.ə.660-cı ildə aşşurlular Mannanı məğlubiyyətə uğratdılar. Manna Nenəva hakimlərinin vassalı səviyyəsinə endirildi vəo öz süqutuna qədər Nenəva hakimlərinə sadiq qaldı. Mada çarlığı artıq VII əsrin ortalarında kifayət dərəcədə böyük qüvvə idi. Uvaxşatranın (Kiaksarın, 625-584-cü illər) simasında Mada taxtına çox qabiliyyətli şəxsiyyətçıxdı. Kiaksar dərhal Mada qoşununun yenidən təşkil edilməsi ilə məşğul oldu və Mada tarixində ilk nizami ordunu yaratdı.VII əsrin 30-20-ci illərində beynəlxalq şərait Aşşur dövlətinin mənafelərinin əksinə olaraq əhəmiyyətli dərəcədə dəyişdi. XaldeyBabilinin hökmdarı Nabupalasar yaranmış şəraitdən istifadə etmək qərarına gəldi. 616-cı ildə Nabupalasar aşşurluları güclü məğlubiyyətə uğratdı.605-ci ildə isə xaldeylər Misir- Aşşur qoşunlarının son istinad məntəqəsi olan Karxemışa sahib oldular. Uzun zaman ərzində Qədim Şərqin xalqlarını qarət və məhv etmiş hərbi-quldarlıq dövləti dağıdıldı. Aşşur üzərində qazanılmış qələbənin nəticəsində Mada Ön Asiyanın böyük dövlətinə çevrildi.E.ə. VIII əsrin sonu – VI əsrin başlanğıcında madalılar Mannanı, Urartunu və Skif çarlığını özlərinə tabe etdilər. Lakin həmin siyasi qurumlar müəyyən zaman ərzində özünü idarə edir, madalıların “kiçik” müttəfiqləri vəziyyətində çıxış edirdilər. Onlar 90-cı illərin sonlarınadək bu rolu oynamaqda davam etdilər. Manna sonuncu dəfə 593-cü ildə peyğəmbər Yeremiya tərəfindən xatırlanmışdır.Lidiya ilə müharibə ərəfəsində (e.ə. 590-cı ildə) adları çəkilmiş üç siyasi qurumun özünüidarəsinə son qoyuldu və Mada Cənubi Azərbaycanın, Urartunun və Skif çarlığının torpaqlarının tam hakimiyyətə malik sahibinə çevrildiİnkişaf etmiş kənd təsərrüfatına, sənətkarlığa və şəhər həyatına malik olan Mannanın ələ keçirilməsi madalılar üçün mühüm əhəmiyyət kəsb edirdi. Hətta tabe olunmuş, fəth edilmiş Manna Mada imperiyasının mədəni-iqtisadi mərkəzi olaraq qalırdı.Mada işğalı Mannanın özü üçün yalnız bir neçə əsr ərzində yerli dövlətçiliyin mövcudluğuna son qoyulması ilə deyil, həm də ölkənin etnik görkəminin dəyişməsi ilə həlledici rola malik idi. Bu zamandan başlayaraq yerli tayfalar tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa, "madalılar" adlanmağa başladılar, Madanın bir hissəsinə çevrilmiş Mannanın özü isə "Mada" və yaxud "Kiçik Mada" adlanmağa başladı.




Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin