İlk tunc dövrü. Kür-Araz mədəniyyəti


MÖVZU 4.Kimmer-Skit dövləti. Midiya, Əhəməni imperiyaları və Azərbaycan



Yüklə 48,54 Kb.
səhifə11/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
1   ...   6   7   8   9   10   11   12   13   14
Az tarixi qısa

MÖVZU 4.Kimmer-Skit dövləti. Midiya, Əhəməni imperiyaları və Azərbaycan.

Kimmerlərin və Skiflərin Cənubi Qafqaz vilayətlərinə soxulması

E.ə. I minilliyin ilk əsrlərində Qafqazın hər yerinə səyyar atlı tayfalar yayılmışdı; onların təşəkkül tapmış məişət xüsusiyyətləri, yeni növ silahları, at ləvazimatı və yalnız özlərinə xas olan dəfn adətləri vardı. Yazılı qaynaqlar bu tayfaları skiflər (şkuda) hesab etməyə imkan verir. Cənuba yayılan kimmerlər də hələ skiflərdən əvvəl Qafqazın bəzi ərazılərində olmuşdular.Kimmerlər e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində Qara dənizin şimalsahili vilayətlərində yaşamış çoxsaylı tayfalardır. Kimmerlər haqqında ən qədim məlumatlardan biri Bibliyanın “Varlıq” kitabının X fəslində verilmişdir. “Xalqlar lövhəsi” adlanan bu qaynaqda həmin tayfalar qamer adlandırılır ki, bu da, güman edildiyinə görə, Aşşur mətnlərinin gi-mir-ra-i sözünə uyğundurArxeoloji materiallar göstərir ki, məhz kimmer-skif yürüşləri dövründə cənub-şərqi Qafqazın ayrı-ayrı rayonlarında, Mingəçevirdə kənardan yeni etnik ünsür gəldiyini sübut edən eyni qəbir abidələri və dəfn adətləri peyda olur.E.ə. VII əsrin sakları e.ə. VI-V əsrlərin ortokoribantlarının və e.ə. IV-I əsrlərin sakasenlərinin özüdür və qaynaqlara görə onlar daha məhdud bir ərazidə - Sakasenada yaşamışlar. Hələ e.ə. VII əsrdə “skif” tayfalarından biri, Zakaspinin sak əhalisinin-sak-tiqraxaudaların (şişpapaq sakların) müəyyən qrupları, digər skif tayfaları ilə birlikdə cənub-şərqi Qafqaza və Cənubi Azərbaycan vilayətlərinə soxulmuşlar. E. ə. VIII əsrin sonunda, Herodotun məlumatına görə, skiflər tərəfindən sıxışdırılan köçəri kimmerlər Ön Asiyaya soxulmuşlar. Kimmerlər hələ Cənubi Qafqaz torpaqlarında urartulularla toqquşaraq iki böyük axına bölünmüşlər. Birinci axın cənub-qərbə - Kappadokiyaya yönəlmiş, ikinci axın isə cənuba - Manna vilayətlərinə və Madanın şimal-qərb hissəsinə üz tutmuşdu.Kimmerlərin adı Manna ilə əlaqədar olaraq e.ə. VIII əsrin son rübü – VII əsrin ilk onilliklərində çəkilmişdir.Kimmerlərdən bir qədər sonra e.ə. VII əsrin 70-ci illərində Manna ərazisində skiflərin-iskuzai, askuzai olması sübut edilmişdir. Bəzi mətnlərdə skiflər Mannalılar ölkəsinin sakinləri adlandırılır.Məlumdur ki, e.ə. VII əsrin 70-ci illərində İşpaka başda olmaqla skiflər Manna ilə müttəfiq idilər.E.ə. VII əsrin 80-ci illərində kimmer-skif orduları Aşşur dövlətinin sərhədlərinə gəlib çatdığı zaman onun vəziyyəti çox ağır idi. Sinaxxeribin (703-681) Mannaya yürüşü tam qələbə ilə nəticələnməmişdi. Sinaxxeribin öldürülməsi, bunun ardınca daxili mübarizənin başlanması və kimmerlərin həmin hadisələrdən istifadə edib Aşşur vilayətlərinə soxulması nəticəsində vəziyyət daha da mürəkkəbləşmişdi. E.ə. 674- cü ilə yaxın Aşşur dövləti Mannanı bac-xərac verən bir ölkə kimi, müttəfiq kimi itirmiş oldu.Lakin Mannanın çiçəklənməsi uzun sürmədi. E.ə. 660-cı ilə yaxın aşşurlular mannalıları ağır məğlubiyyətə uğratdılar. Mannanın bir çox qalaları və paytaxt İzirtu da işğal edildi; bundan əvvəl çar Ahşeri paytaxtı tərk edib öz “ümid yeri olan şəhərə”-Atranuya qaçmışdı. Aşşurlular yol üstündə qarşılarına çıxan hər şeyi dağıdıb yandıraraq bol qənimət ələ keçirdilər.


Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin