İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 0.8 Mb.
Pdf просмотр
səhifə27/30
tarix16.02.2017
ölçüsü0.8 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

T əfriq i  diaqnoz. 
Xəstəliyi  nyukasl  xəstəliyi  və  Marek  xəs­
təliyindən  təfriq  etmək  lazımdır.
Nyukasl xəstəliyi toyuqlar dəstəsinə mənsub olan quşlar ara­
sında  müşahidə  edilməklə  həzm  və  tənəffüs  orqanlarının  funk­
siya  pozğunluqları  və  mərkəzi  sinir  sisteminin  zədələnmələri 
ilə  səciyyələnir.  Bakterioloji  müayinənin  nəticəsi  mənfidir, 
çünki  xəstəliyi  paramiksoviridə  ailəsinə  mənsub  olan  viruslar 
törədir.
Marek  xəstəliyi  zamanı  parenximatoz  orqanlarda  neoplastik 
törəm ələr və  periferik  sinir sisteminin zədələnm ələrinə məxsus 
olan  əlam ətlər  qeyd  olunur.  Bakterioloji  müayinənin  nəticəçsi 
mənfidir, çünki xəstəliyi herpesviruslar ailəsinə mənsub olan vi­
ruslar törədir.
M ü a licə. 
Səmərəli  müalicə  vasitəsi  yoxdur.  Həzm  traktını 
toksiki  məhsullardan azad etmək üçün quşlara yemlə birlikdə iş­
ləmə  vasitələri  vermək  lazımdır.  Xəstəliyin  ilk dövrlərində  bo- 
tulinus əleyhinə  «C» tip  serumunun yaxşı  nəticə verməsi  göstə­
rir.  Xəstə  quşlar soyuq  və  qaranlıq  binalarda  saxlanmalıdır.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  heyvan  və  quşlarda  antitok­
sik  immunitet yaranır.  Quşların  botulizminə  qarşı  səmərəli  vak- 
sin  hazırlanmamışdır.  Antitoksik  serum  6-7  gün  ərzində  profi­
laktiki  təsirə  malikdir.
P rofilaktika  və  m übarizə  təd b irləri. 
Yemlərin  işlənib  ha­
zırlanması  və saxlanması  zamanı  onların  tərkibinə torpağın,  xır­
da  hqyvan  cəsədlərinin,  xüsusilə  gəmirici  və  həşəratların 
düşməsinə  qarşı  diqqət  yetirilməlidir.  Nəmli,  kifli  və  xarab  ol­
muş  yemlər  quşlara  verilməməlidir.  Heyvan  mənşəli  məhsullar 
yalnız 2 saat müddətində bişirildikdən sonra istifadə edilməlidir. 
Quşların  yoluxmaması  üçün  onların  gəzinti  yerləri  müntəzəm
315

şəkildə  nəzarət altında olmalı,  burada gəmirici  cəsədləri  yığılıb 
yandırılmalıdır.  Gilli  su sahələri  çürüntülü yemlərdən təm izlən­
məli  və  quşların  bunlarla kontaktına  imkan  verilməməlidir.
Botulizmin  profilaktikasında  əsas  məsələ  quşların  yüksək 
keyfiyyətli  bitki  və  heyvan  mənşəli  yemlərlə  yemləndirilməsi- 
dir.
Ornitoz
Omitoz  (Ornithosis,  psittakoz,  xlamidioz)  infeksion  respira­
tor xəstəlik olub, əsasən yuxarı  tənəffüs yollarının  və konyunk- 
tivanın  zədələnmələri  ilə  səciyyələnir.
T arixi  m əlum at. 
İlk  dəfə  tutuquşları  ilə  kontaktda  olan  in­
sanlarda ağciyərin iltihabı, ishal və isitmə ilə özünü göstərən bu xəs­
təliyi  1874-cü ildə  Yurqenson qeyd etmiş və  1879-cu  ildə  İsveç­
rədə  ekzotik  quşları  saxlayan  bir ailədə  Ritter tərəfindən  omitoz 
xəstəliyinin  infeksiyasını  müşahidə  edilmişdir.  1891-1897-ci  il­
lərdə  Paris  şəhərində  bu  xəstəlik  bir neçə  dəfə  qeyd  edilmişdir. 
Nokar  1892-ci  ildə  bu xəstəliyin epizootoloji  xüsusiyyətlərini  və 
kliniki  əlamətlərini ətraflı şəkildə öyrənmişdir.  1895-ci  iolə  Mo- 
ranje bu xəstəliyi psittakoz-tutuquşu adlandırmağı təklif etmişdir. 
1929-1930-cu  illərdə  bir-birindən  asılı  olmadan  Lilli  ABŞ-da, 
Levintal  Almaniyada  və  Konlz  İngiltərədə  xəstəliyin  törədicisi­
ni  aşkar  etmiş  və  xəstə  quşların  retikuloendotelial  sistem  hücey­
rələrində  spesifik  cisimcikləri  müəyyən  etmişlər.  Bedson,  Ves- 
tem  və  Simpson  göstərmişlər  ki,  bu  cisimciklər  xəstəlik  törədi­
cisinin elementar hissəcikləridir.  Sonradan müxtəlif alimlər tərə­
findən  müəyyən  edilmişdir  ki,  infeksiya  törədicisinin  mənbəyi 
tək  tutuquşu  yox,  həm  də digər növ  quşlardır.  Ona  görə  də  xəs­
təliyi  omitoz (omis  -  quş) adlandırmağı  qərara aldılar.
Hal-hazırda omitoz  132 növ quşda müəyyən  edilmişdir.  Xəs­
təlik  dünyanın  əksər  ölkələrində  müxtəlif  növ  quşlar  arasında 
müşahidə  edilir.  Xəstəlik  quşlarda böyük tələfata səbəb olmasa- 
da  epidemioloji  cəhətdən  təhlükəlidir.  İnsanlar  xəstəliyin  törə­
316
dicisinə olduqca həssas olmaqla yoluxma aerogen yolla baş verir.
X ə stəliy in   törədicisi. 
Törədici  xlamidiya  cinsinə  mənsub 
olan  Chlamydiae  psittaci-dir.  Bunlar  kokkvari  mikroorqanizm 
olub  sərbəst  hərəkətə  malik  deyil.  Bunun  xarakterik  xüsusiyyə­
ti  obliqat  hüceyrədaxili  həyat  tərzinə  malik  olmasıdır.  Bu  mik­
roorqanizm  xırda  elementar  cisimciklər  (infeksion  forma)  və 
nisbətən  inisial  cisimciklər (vegetativ  və qeyri-infeksion  forma) 
yaradır ki,  bu  da  sonradan  sahib  orqanizminin  yoluxmuş  hücey­
rələrində  bölünmə  yolu  ilə  çoxalır.
Xlamidiyaların  inkişaf sikli  40  saata  qədər davam  edir,  nəti­
cədə  hüceyrənin  sitoplazmatik  vakuolunda  elementar  cisimcik- 
lərin  mikrokoloniyalarının formalaşması  ilə yekunlaşır.  Elemen­
tar  cisimciklər  yoluxmuş  hüceyrələrin  sitoplazmasında  qeyd 
olunur və  iri  topa  halında tutun  meyvəsini  xatırladır.  Xəstəliyin 
törədicisi  Romanovski-Himza,  Makkiavello  və  Stamp  üsulu  ilə 
yaxşı  boyanır.
Xlamidiyaların  hüceyrələrdən  kənarda  yetişdirilməsi  işlən­
məmişdir.  Ona  görə  də  xəstəlik  törədicisinin  patoloji  material­
dan  ayrılması  üçün  6-8  günlük  toyuq  embrionlarından  istifadə 
edilir.  Bu məqsədlə həm də 3  həftəlik siçanlarda nazal  və ya se- 
rebral,  hind  donuzları  və  göyərçinlərdə  isə  qarın  boşluğuna  yo­
luxdurma aparılır.
Xlamidiyaların  törədicisi  mürəkkəb  antigen  quruluşuna  ma­
likdir,  yəni  cins,  növ  və  tipspesifık  antigenliyi  ilə  özünü  göstə­
rir.  Diaqnostika  cəhətdən  kompliınenttesbitedici  antigen  daha 
mühüm olmaqla 2  komponentdən:  cins  üçün  spesifik  olan  termos- 
tabil  və  növ  üçün  spesifik  olan  termoloabil  komponentlərdən 
təşkil  olunmuşdur.  Müxtəlif növ quşlardan əldə edilmiş xəstəlik 
törədicilərinin  ştamlarını  təfriq  etmək  üçün  neytrallaşma  reak­
siyasından  istifadə  edilir.
D a vam lılığı. 
Xəstəliyin  törədicisi  davamsızdır.  Beləki  60°S 
temperaturda  amil  10  dəqiqəyə,  otaq  temperaturunda  1-2  günə 
inaktivləşir.  Suda  17  gün,  quş  peyinində  4  ay,  günəş  şüaları  al­
tında  6  gün  sağ  qalır.  Kimyəvi  dezinfeksiya  vasitələrindən  3%-
317

li  karbol  turşusu,  2%-li  formaldehid,  5%-li  lizol  məhlullarının 
təsirindən  xəstəliyin törədicisi  bir neçə  saata tələf olur.
E p izootoloji  m əlum atlar. 
Xəstəliyə  bütün  növ  quşlar  həs­
sasdır.  Xüsusilə  daha  çox  tutu  quşları,  göyərçinlər,  qazlar,  ör­
dəklər,  hind  quşları,  toyuqlar həssaslıq  göstərir.  Yaşlılar körpə­
lərə  nisbətən  davamlıdır.  Laboratoriya  təcrübə  heyvanlarından 
ağ  siçanlar,  ada dovşanları  və  dağ siçanları  Chl.psittaci.-yə  həs­
sas olduğuna görə  bioloji  sınaq onların üzərində  qoyulur.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  quşlar  və  xlamidiya- 
daşıyan  quşlar  hesab  edilir.  X əstəliyi  keçirmiş  quşlar 
uzunmüddətli  xlamidiya daşıyıcılar olmaqla amili  m üxtəlif yol­
larla xarici  mühitə  ixrac  edir.
Xəstəlik  ən  çox  aerogen  və  alimentar  yoluxma  yolu  ilə  baş 
verir.
Quşların  çoxunda  omitoz  latent  infeksiya  halında  getm əklə 
onlarda  heç  bir kliniki  əlamət görünmür.  Xəstəliyin  baş  verm ə­
si,  yayılması  və  gedişində  quşların  yemləmə-saxlama  şəraiti 
böyük rol oynayır. Xüsusilə quşlar pis şəraitdə saxlandıqda, key­
fiyyətsiz yemlə yemləndirildikdə, binada sıx yerləşdirildikdə və 
bəzi  xəstəliklərə  tutulduqda xəstəliyin  kliniki  əlamətləri  və  pa- 
toloji-anatomik  dəyişdikləri  aydın  şəkildə  nəzərə  çarpır.
Omitoz  təbii  ocaqlı  infeksion  xəstəlikdir.  Köçəri  quşların 
belə  ocaqlarla  kontaktı  infeksiya  törədicisinin  geniş  ərazilərə 
yayılmasına  səbəb  olur.  Omitozun  təbii  ocağının  təbiətdə  sax­
lanmasında gəmiricilərin  rolu təsdiq  edilmişdir.  Bəzi  m üəlliflər 
transovarial  yoluxma yolunu  qeyd  edirlər.
Patogenez. 
Xəstəliyin  törədicisi  quş  orqanizminə  yuxarı  tə ­
nəffüs  yollarının  və  həzm  traktatının  selikli  qişası  vasitəsilə  da­
xil  olduqdan  sonra  qısa  müddətdə  qana  keçir  və  qan  vasitəsilə 
əksər orqan  və toxumalara yayılır, əsasən retikuloendotelial  sis­
tem  hüceyrələrində  artıb  çoxalır.  Nəticədə  respirator  orqanlar­
da,  qaraciyərdə,  dalaqda,  sümük  iliyində  iltihab  və  degenerativ 
dəyişdiklər  törədir.  Orqanizmdə  maddələr  mübadiləsi  pozulur, 
orqanizmin ümumi rezistentliyi aşağı düşür ki, buda sekundar in-
318
feksiyaların baş  verməsinə  səbəb  olur.  M üxtəlif stress-faktorla­
rın təsirindən  çox vaxt  latent  infeksiya  kliniki  xəstəlik  forması­
na çevrilir.
G edişi  və  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
dəyişkən  olmaqla 3  gündən  bir neçə  aya qədər davam  edir.  Or- 
nitoz  quşlarda  iti,  yarımiti  və  xroniki  gedir  və  patoloji  prosesin 
xarakterinə görə xəstəliyin respirator, bağırsaq və qarışıq forma­
ları  qeyd  olunur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  omitoz  çox 
vaxt  quşlarda  latent  inapparant  infeksiya  halında gedir.
X əstəlik tutu quşlarında daha xarakterik nəzərə çarpan klini­
ki  əlam ətlərlə özünü göstərir.  Xəstə quşlarda yuxululuq, ümumi 
zəiflik,  iştahsızlıq  və  ishal  qeyd  edilir.  Skilet əzələlərində titrə­
mə,  xəstəliyin  sonunda arıqlır və  1-2  həftəyə  ölüm  baş verir.
Göyərçinlərdə  konyunktivit,  işıqdan  qorxma,  tənəffüsün  çə- 
tinləşməsi  bəzən bağırsaqların  funksiya pozğunluqları,  irinli  ae- 
rosakkulit  və  yumurtlama  qabiliyyətinin  kəskin  şəkildə  aşağı 
düşməsi  nəzərə çarpır.
Hind  quşları, ördək və qazlarda ümumi  zəiflik,  ishal,  keratit, 
konyunktivit,  ağciyərin  iltihabı  və  arıqiıq  müşahidə  edilir.  Sal- 
monellyozla  bu  quş  növlərinin  xəstələnməsi  omitozun  gedişini 
mürəkkəğləşdirir.  Yaşlı  quşlar  körpələrə  nisbətən  davamlı  ol­
maqla ornitoz onlarda çox vaxt subkliniki  formada gedir.  Körpə­
lərdə  bəzən  əzələ  titrəmələri,  hərəkət  müvazinətinin  pozulma­
sı  və  mərkəzi  sinir  sisteminin  zədələnmələrinə  məxsus  olan 
əlam ətlər müşahidə  edilir.
Omitozun  xroniki  gedişi  ən  çox göyərçinlərdə  nəzərə  çarpır 
və  kliniki  əlamətlər xarakterik  deyil,  ancaq  onların  yuvalarında 
14-20  günlük  balalarının  ölümü  qeyd  olunur,  müayinə  zamanı 
bağırsaqların  və  hava  kisələrinin  kəskin  iltihabı  qeyd  edilir.
P atoloji-anatom ik  d əyişilik lər. 
Ölmüş quş cəsədlərinin pa- 
toloji-anatomik  yarması  zamanı  bağırsaqların  selikli  qişalarının 
iltihabı,  qaraciyərin  böyüməsini,  üzərində  çoxlu  miqdarda  qan 
sızmaları  və müxtəlif böyüklükdə nekroz ocaqları, dalağın tünd- 
qırmızı  rəngdə  boyanması,  həddən  çox  böyüməsi  və  üzərində
319

xırda  nekroz  ocaqları,  böyrəklərin  şişkinliyi  və  boz  rəngdə  ol­
ması  nəzərə çarpır.
Omitozun  xroniki  formasından  ölmüş  quşlarda  yalnız  selikli 
və  serozlu  qişaların  anemiyası  müşahidə  edilir.
Histoloji  müayinə  zamanı  parenximatoz  orqanların  retikul- 
yar stromasının proliferasiyası,  qaraciyərin  kupfer hüceyrələrin­
də  və  mononuklear  hüceyrələrdə  törədicinin  elementar  cisim- 
cikləri  müşahidə  edilir.
D iaqnoz. 
Omitoza  diaqnoz  qoymaq  üçün  kompleks  diaqno­
stika  üsulundan  istifadə  edilir,  və  burada  həlledici  rolu  labora­
toriya  müayinələri  və  seroloji  reaksiyalar oynayır.  Laboratoriya 
müayinələri  aparmaq  üçün  xəstəlikdən  ölmüş  quş  cəsədi  5%-li 
lizol  və  ya  karbol  turşusu  məhluluna  hopdurulmuş  bir  neçə  qat 
tənzifə  bükülür və  maye  keçirməyən  tarada  laboratoriyaya gön­
dərilir.  Xəstə  quşlardan  müayinə  məqsədilə  burun  və konyunk- 
tival  sekret,  kal  və  qan  da  istifadə  edilə bilər.
Patoloji materialdan fizioloji məhlula ümumi qayda üzrə sus- 
penziya  əldə  edildikdən  sonra  bakterial  mikrofloranı  məhv  et­
mək  üçün bunun hər  1  ml-nə 50 mkq  streptomisin və  1000 T.V. 
penisillin  əlavə  edilir.  Laboratoriyada  patoloji  materialdan  mik- 
roskopiya  yolu  ilə  elementar  cisimciklər  axtarılır  və  ağ  siçan, 
həmçinin  toyuq  embrionlarında bioloji  sınaq  qoyulur.
Bioloji  sınaq 5-7 günlük toyuq  embrionlarında saralıq  kisəsi­
nə yoluxdurma yolu  ilə,  ağ siçanlarda qarın  boşluğuna və ya  int- 
raserebral  yoluxdurma  yolu  ilə  aparılır.  Bu  məqsədlə  toxuma 
kulturalarından da  istifadə edilə bilər.  Patoloji  materialda xlami- 
diyalar varsa toyuq embrionları  yoluxdurmanın  3-9-cu günlərin­
də  tə lə f olur və  bunun  daxili  orqanlarından  hazırlanmış  yaxma­
larda  elementar  cisimciklər  mikroskop  altında  axtarılır.  Yolux­
durulmuş ağ  siçanlar 6-8-ci  günlərdə öldürülür və bunun  orqan­
larında əvvəlki  kimi  elementar cisimciklər yoxlanır.
Orqanizmidə  latent  infeksiya  formalarının  aşkar  edilməsi 
üçün  quşların  qan  serumu  KBR  ilə yoxlanır.  Bundan  əlavə  xəs­
təliyin  diaqnostikası  məqsədilə  allergiya  sınağından  da  istifadə
320
edilir.  Omitoz  allergeni  ördəklərdə  çənəarası  sahəyə,  toyuqlara 
isə  saqqala  dəri  içi  infeksiya  edilir.  36-48  saatdan  sonra  ördək­
lərdə  allergen  vurulan  nahiyyənin  mərkəzi  hissəsində  qatı 
kütləli  infıltrat toplanmış qırmızı  rəngdə ləkə əm ələ gəlməsi və 
toyuqlarda  isə saqqalda iltihab getməsi və bunun  3-7 gün davam 
etməsi  onların  xəstə olmasını  göstərir.
T ə fr iq i  diaqnoz. 
Xəstəliyi  viruslu sinusitdən, salmonellyoz- 
dan  və  respirator mikoplazmozdan  təfriq  etmək  lazımdır.
Viruslu sinusit yalnız ördəklərdə qeyd olunur və tənəffüs or­
qanlarının  iltihabı  ilə  səciyyələnir.  Omitozdan  fərqli  olaraq  bu­
rada  enterit  müşahidə  edilmir.  Bundan  əlavə  sinusitdə  patoloji 
materialda  elementar cisimciklər görünmür.
Salmonellyoz  omitozdan  bakteriaoloji  müayinə  nəticəsində 
təfriq  edilir.
Respirator mikoplazmozda  qaraciyərdə,  dalaqda  və  bağırsaq­
larda  nekrotiki  ocaqlar  qeyd  olunmur  və  elementar  cisimciklər 
görünmür.  Laboratoriya müayinələrinin nəticəsi əsas hesab edilir.
M ü a licə. 
Aparılmır.
İm m u n itet. 
Xəstəliyi  keçirmiş  quşlarda  infeksion,  zəif gər­
ginlikli  və qısa  müddətli  immunitet yaranır.  Xəstəliyə qarşı spe­
sifik  profilaktika vasitələri  işlənib  hazırlanmamışdır.
P rofilak tik a  və  m übarizə  təd b irləri. 
Xəstəliyin  profilakti­
kasında ən  mühüm  tədbir ev  quşları  ilə  vəhşi  quşların  kontaktı­
na  yol  verilməməsidir.  Bu  məqsədlə  ventilyasiya  qurğuları  və 
quş  binalarının  pəncərələrinə metal  arakəsmə vurulmalı,  ilin  is­
ti  fəsillərində  vəhşi,  sərbəst  yaşayan  quşlar quş  binası  ərazisin­
dən  müxtəlif səsli  vasitələrlə qovulmaladır.  Quşlar uyğun  zoogi- 
giyeniki  şəraitdə  saxlanmalı  və  yem  payı  hərtərəfli  olmalıdır. 
Ekzotik  quşlar,  xüsusilə  tutuquşları  daima  ciddi  nəzarət  altında 
olmalıdır.  Bir  çox  ölkələrdə  tutuquşlarının  importuna  icazə  ve­
rilmir.  İnsanların  iəhlükəsizliyinin  təmin  edilməsi  baytar və  sə­
hiyyə  işçilərinin  ən  əsas  vəzifəsi  olmalıdır.  Təsərrüfata  gətiril­
miş hər növ quşlar mütləq 3  ay ərzində karantində saxlanmalı və 
şübhəli  hallarda  müvafiq  diaqnostik  müayinələr aparılmalıdır.
321

Təsərrüfatda  omitoza  şübhə  yarandıqda  xəstəliyə  həssas 
bütün quşlar təcili olaraq təcrid edilməli və diaqnozun dəqiqləş­
dirilməsi  üçün  müvafiq  laboratoriya  müayinələri  və  immunolo- 
ji diaqnostika üsulları ilə yoxlanmalıdır. Quş binaları və onun ə t­
raf sahələri  mexaniki  təmizlik  aparıldıqdan  sonra  5%-li  xlorlu 
əhəng,  10%-li  lizol,  formalin  ksilonaft  qarışığı  ilə  (3:1)  dezin­
feksiya  edilməlidir.  Məhlul hər m2  sahəyə  1  litr hesabı  ilə  işlə­
dilməlidir.  Omitozun  diaqnozu  dəqiqləşdirildikdən  sonra  tə ­
sərrüfata  məhtutlaşma  qoyulur.  Xəstə  quş  aşkar edilmiş  quş  bi­
nasında  quşların  hamısı  kəsilir,  ət  termiki  işləndikdən  sonra  sa­
tışa  verilir,  tük  və  lələklər toplanaraq  yandırılır.  Xəstəliyə  görə 
sağlam  quş  binaları  buradakı  quşlarla  birlikdə  süd  turşusu  aero- 
zolu  ilə  dezinfeksiya edilir.
İşçilərin  hamısı  xüsusi  qoruyucu  geyimdə  olmalı,  qoruyucu 
eynək və respiratorlarla təmin  edilməlidir.  İnsanların  yoluxması 
tək  aerogen  yolla  yox,  həm  də  alimentar  yolla baş  verdiyi  üçün 
işçilərin əllərinin təmizliyinə  fikir verilməlidir.  Aparılan  hər bir 
işdən  sonra  əllər  isti  su  sabunla  yuyulmalı  0,5%-li  xloraminlə 
dezinfeksiya edilməlidir. Quş binalarında təmizlik işləri aparılan 
zaman  əvvəlcə  nəmləndirilməlidir ki,  toz  havaya qalxmasın.
Məhtutlaşmalar təsərrüfatdan axırıncı  xəstə quşun aşkar edi­
lib  və kənarlaşdırılmasından  6 ay keçmiş  və yekun  dezinfeksiya 
aparıldıqdan  sonra götürülür.
R espirator  m ikoplazm oz
Quşların respirator mikoplazmozu (Micoplazmosis respirato- 
ria avium) xroniki gedişli  infeksion xəstəlik olub tənəffüs orqan­
larının  zədələnməsi,  sinovitlər,  arıqlama  və  məhsuldarlığın 
aşağı  düşməsi  ilə  səciyyələnir.
Tarixi  m əlu m at. 
Respirator  mikoplazmoz  ilk  dəfə  1936-cı 
ildə Nilson  və  Qibbs tərəifndən qeyd  edilmiş  və onu  coryza ad­
landırmışlar.  Xəstəliyin  törədicisi  1943-cü  ildə  ABŞ-da  Dela- 
plan və  Styart tərəifndən  aşkar edilmiş və  göstərmişlər ki,  törə­
322
dici  iri  buynuzlu  heyvanların  plevropnevmoniyasına bənzəyir.
1952-ci  ildə  Markham  və  Vonq  xəstəliyin  törədicisini  plev- 
ropnevmoniyaya bənzər qrupa -  PPLO -  aid etmişlər.
Edvard və Freundt amilin bakteriya və viruslardan kəskin şə­
kildə fərqləndiyini  nəzərə alaraq onu Mikoplazma kimi qeyd et­
mişlər.
1957-ci  ilə  qədər  xəstəlik  yalnız  ABŞ  və  Kanadada  yayıl­
mış,  sonralar isə digər ölkələrdə  də  müşahidə  edilmişdir.
1961-ci  ildə Beynəlxalq epizootik büronun XXIX sessiyasın­
da bu xəstəliyin quşların respirator mikoplazmozu adlandırılma­
sı  qərara  alınmışdır.
Rusiyada  xəstəlik  ilk  dəfə  1959-cu  ildə  Y.R.Kovalenko  və 
F.Y.Fomina tərəfindən qeyd  edilmişdir.
X əstəliy in   törədicisi. 
Respirator  mikoplazmozun  törədicisi 
Mycoplasma  qalliseptika  olub  Mikoplazma  cinsinə  mənsubdur 
və  kəskin  polimorfluq xüsusiyyəti  ilə səciyyələnir.  Patoloji  ma­
terialdan  götürülmüş  nümunələrin  Himza  üsulu  ilə  boyanıb  mi- 
kroskopiya  edilməsi  zamanı  amil  polimorf  kokk  şəklində 
görünür,  ölçüsü  0,5  mkm-dir.  Bunlar bakterial  süzgəclərdən  ke­
çir,  Qramla  mənfi,  Romanovski-Himza  ilə  bənövşəyi  rəngdə 
boyanır.  Amili  Edvard  qida mühitində yetişdirilir.  Bundan əlavə 
Marten  və  Xottinqer mühitlərindən də  istifadə edilir.  Maye qida 
mühitində  amil  zəif bulanma,  bərk  qida  mühitlərində  isə  rəng­
siz,  şəffaf,  şeh  bamlalarını  xatırladan  koloniyalar yaradır.  Kolo­
niyaların ölçüsü  10-200 mkm arasında olur.  Mikoplazmanı  həm­
çinin  9-12  günlük  toyuq  embrionlarında  da  yetişdirmək 
mümkündür.  Hal-hazırda  xəstəliyin  törədicisinin  12  serotipi  aş­
kar  edilmişdir.  Ancaq  təbiətdə  bunların  patogen  olmayan  tiplə­
ridə  qeyd  olunur.  Ördək  və qazlardan  son  zamanlar  M.synoviae 
tipi  ayrılmış və bu həmin quş növlərində kütləvi şəkildə sinovit­
lər törədir.
D av am lılığı. 
Quş  binalarında  5-10"S  temperaturda  amil  28 
gün,  12-15°S-də  isə  23  gün  sağ  qalır.  Günəş  şüaları  və  45-50uS 
tempera turan m təsirindən 20-40 dəqiqəyə tə lə f olur.  Mənfi tem­
323

peraturun  təsirindən  mikoplazma  konservləşir.  Liofılizasiyalı 
halda  amil  10  ilə  qədər  öz  patogenliyini  saxlayır.  Kimyəvi  de­
zinfeksiya  vasitələrindən 2%-di  xlorlu  əhəng  məhlulu,  1,5-2%- 
li  natrium  qələvisi  2%-li  formalinin  təsirindən  qısa  m üddət  ə r ­
zində  inaktivləşir.
E p izootoloji m əlum atlar. 
Xəstəliyə toyuqlar dəstəsinə m ən­
sub  olan  ev  quşları və  sərbəst yaşayan quşlar həssasdır.  Xüsusilə 
3  həftəlikdən  5  aylığa  qədər  quşlar  daha  çox  həssaslıq  göstərir. 
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş miko- 
plazmadaşıyan  quşlar  hesab  edilir.  Mikoplazmadaşıyıcılıq  bəzən 
quşun  bütün  ömrü  boyu  davam  edir.  Xəstəliyin  törədicisi  quşlar 
arasında  üfüqi  və  şaquli  yolla yayılır.  Yoluxmuş  yumurta  burada 
daha böyük rola malikdir.  Yumurtaların yoluxma faizi  təsərrüfat­
larda  xəstəliyin  davametmə  müddətindən,  təsərriifatn  sanitariya 
vəziyyətindən və quşların yaş dərəcəsindən  asılıdır.
Respirator  mikoplazmoza  görə  qeyri-sağlam  təsərrüfatlarda 
xəstəlik  çox  vaxt  xroniki  gedir  və  mühüm  kliniki  əlam ətlər 
görünmür.  X əstəlikdə  stasionarlıq  qeyd  olunur  ki,  buda  miko- 
plazmadaşıyıcılıqla  əlaqədardır.  Xəstəlik  çox  vaxt  kolibakte- 
riozla,  salmonellyozla,  infeksion bronxitlə,  infeksion  larinqotra- 
xeyitlə,  çiçəklə  qarışıq  infeksiya halında nəzərə çarpır.
Quşların orqanizminə düşmüş amil uzun müddət orqanizmdə 
qalmaqla bəzən  quşlarda  kliniki  xəstəlik törətmir.  Belə quşların 
ümumi  müqavimət  qüvvəsi  müxtəlif amillərin  təsirindən  aşağı 
düşdükdə  gizli  gedən  infeksiya  kliniki  xəstəliklə  əvəz  olunur. 
Xüsusilə quşların yemləmə və bəsləmə şəraitinin pozulması, di­
ri  virus  vaksinlərlə  peyvəndlərin  aparılması,  bəzi  infeksion  və 
qeyri-infeksion  xəstəliklərin baş verməsi  quşun ümumi  müqavi­
mət  qüvvəsini  aşağı  salır  və  xəstəliyin  kliniki  əlamətləri  aydın 
şəkildə nəzərə  çarpır.  Xəstə quşlarda ət və yumurta məhsuldar­
lığı  aşağı  düşür,  ölüm  həm  körpələr qrupunda  və  həm  də  yaşlı­
larda  qeyd  olunur.
Patogenez. 
Respirator  mikoplazmozun  patogenezində  orqa­
nizmin  rezistentliyi  və  quşların  yaşı  böyük  rola  malikdir.  Orqa­
324
nizmə düşmüş amil  qısa müddət ərzində qana keçərək  orqan  və 
toxumalara yayılır və  intoksikasiyalara məxsus kliniki  simptom- 
ların əm ələ  gəlməsinə səbəb olur.  Daha çox yuxarı tənəffüs or­
qanları  zədələnir.  Bundan  əlavə  xəstəliyin  törədicisi  dalaqda, 
qaraciyərdə,  böyrəklərdə  və  baş  beyində  m üxtəlif xarakterli  il­
tihab  törədir.
G ed işi  v ə  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
toyuqlarda 4-22  gün, hind quşlarında isə 2-14  gün arasında dəyi­
şir.  İnkubasiya  dövrünün  belə  dəyişkənliyi  quşların  yaşından, 
növündən,  xəstəlik  törədicisinin  virulentliyi  və  dozasından  ası­
lıdır.  Xəstəlik  bütün  yaş  qruplarında  müşahidə  edilir.  Broyler 
cinslər ən  çox  4-8  həftəlikdə  həssaslıq göstərir.
Xəstəlik  iti  və  xroniki  gedir.  Xarakterik  kliniki  əlam ətlər 
cücələrdə  müşahidə edilir.  Bunlarda iştahsızlıq,  tənəffüs orqan­
larının  funksiya  pozğunluğu, yəni  onlarda  öskürək,  təngənəfəs- 
lik,  traxeyit,  sinusit, aerosakkulit nəzərə çarpır.  Bəzən  toyuqlar­
da  infraorbital  cibcik  sahəsində  şişkinlik,  sinovit  və  sinir  poz­
ğunluğu  əlamətləri  müşahidə  edilir,  cücələrdə  ölüm  10-25%, 
yaşlılarda  isə 4-6%  təşkil  edir.
Hind  quşları  bütün  yaşda  xəstəliyə həssaslıq  göstərir.  Ən  ti­
pik əlam ət infraorbital cibciyin  iltihabının baş verməsidir, cibcik 
boşluğuna  serozlu  və  ya  serozlu-fıbrinozlu  eksudat  toplanır  və 
ikincili  mikrofloranın  inkişafı  nəticəsində  şorvari  kütləyə çevri­
lir.  Tənəffüs orqanlarının  iltihabı  nəticəsində xırıltılar və təngə- 
nəfəslik  müşahidə edilir.
Xəstəliyin  xroniki  formasında  şiddətli  arıqlama,  yaşlılarda 
boğazda toplanmış eksudatdan  azad olmaq  üçün başını  irəli  uza­
daraq  tez-tez silkələyir,  rinit  inkişaf edir,  burun  yolundan selikli 
kataral  eksudat ayrılır.  Toyuqlarda  yumurta  məhsuldarlığı  aşağı 
düşür.
Həm  toyuqlarda  və  həm  də  hind  quşlarında  bəzən  oynaqların 
iltihabı  nəzərə  çarpır.  Xəstə  yumurtaların  inkubasiyası  zamanı 
embrionların  10-30%-i  inkişaflarının  müxtəlif  dövrlərində  tələf 
olur.
325
1   ...   22   23   24   25   26   27   28   29   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə