İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


Patoloji-anatom ik  dəyişiliklər



Yüklə 0.8 Mb.
Pdf просмотр
səhifə26/30
tarix16.02.2017
ölçüsü0.8 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

Patoloji-anatom ik  dəyişiliklər. 
Xəstəliyin  iti  gedişindən 
ölmüş quşlarda  iti  septiki  prosesə məxsus olan dəyişiliklər nəzə­
rə  çarpır.  Parenximatoz  orqanlar  hiperemiyalıdır,  degenerativ 
dəyişiliklər müşahidə edilir.  Selikli qişalarda bəzən qan sızmalar, 
bağırsaqların  selikli  qişasının  katara  iltihabı  görünür.  Stafılokok- 
koz üçün  xarakterik  patoloji-anatomik dəyişiliklər serozlu  və  se- 
rozlu-fibrinozlu  sinovitlər,  artritlər,  tendovaginitlər  hesab  edilir. 
Bəzən  həm  də peritonitlər və  perikarditlər də qeyd  olunur.
Xəstəliyin yarımiti və xroniki gedişindən ölmüş quşlarda oy­
naq  mayesi  fıbrinozlu  və ya  irinli-kareozlu xarakterə malik  olur. 
Oynaq  qığırdaqlarının  zədələnməsi,  osteomielitlərin  meydana 
çıxması  və  ətraf toxumaların  nekrozuna  səbəb  olur.  Xəstəliyin 
xroniki  gedişi  zamanı  quş  cəsədlərində  həm  də  kaxeksiya,  ətraf 
əzələlərin  atrofıyası  və  onaqlarda  anikilozlaşma  müşahidə  edi­
lir.
304
D iaqnoz. 
Stafılokokkoza  diaqnoz  qoymaq  üçün  kompleks 
diaqnostika üsulundan  istifadə edilir.  Quş sağ  ikən qanadaltı  ve­
nadan  götürülmüş  qan,  oynaq  mayesi,  öldükdən  isə  parenxima­
toz  orqanlardan  yaxma  hazırlanaraq  Pfeyfer  fuksini  ilə  və  ya 
Qramla boyanır və mikroskopiya edilir.  Eyni vaxtda patoloji ma­
terialdan  qanlı  aqara,  ƏPA,  ƏPB  və  s.  qida  mühitlərinə  əkilir. 
Alınmış  koloniyalarda Petri  fincanında ƏPA  qida  mühitinə əkib 
təmiz kultura əldə edilir və bunun  identifikasiyası üçün  plazmo- 
koaqulyasiya  reaksiyası  qoyulur.  Bu  məqsədlə  ada  dovşanları­
nın  qanı  5%-li  limon  turşusunun  natrium  duzunun  məhlulu  ilə 
qarışdırılır.  Alınmış  plazma  fizioloji  məhlulla  1:4  duruldulur və 
bundan  0,5  ml  miqdarında  steril  mixbərlərə tökülür,  tədqiq  olu­
nan kultura əkilir və termostata qoyaraq nəticəsi  1,2, 3  və  18 sa­
atdan  sonra  qeyd  olunur.  Ada  dovşanlarının  sitratlı  plazmasını 
çürütmə  qabiliyyəti  patogen  stafilokokkların  əsas  xüsusiyyətlə­
rindən  biri  hesab  edilir.
Stafilokokkların  potensial  hemolitik  qabiliyyəti  qanlı  aqarda 
KAMP-testi  ilə  aşkar edilir.
T əfriq i  diaq n oz. 
Stafılokokkozu streptokokkozdan və paste- 
rellyozdan  təfriq  etmək  lazımdır.
Streptokokkozda oynaqların  iltihabı  qeyd olunmur,  bakterio- 
loji  müayinədə  isə  patogen  streptokokklar aşkar edilir.
Pasterellyoz  zamanı  quşlarda  tənəffüsün  çətinləşməsi,  ağci­
yərin  kəskin  iltihabı,  bakterioloji  müayinə  nəticəsində  isə 
P.multocida  mikrobu  əldə  edilir.
M ü alicə. 
Quşların  stafilokokkozunda əsasən  tetrasiklin  sıra­
sı  antibiotikləri  və  neomisin-sulfat  antibiotiklərindən  müalicə 
məqsədilə  istifadə olunur.  Bu antibiotiklər quşların  hər kq  canlı 
kütləsinə 6-10 min T.V.  hesabı  ilə  12  saatlıq  fasilə  ilə 2-4  infek- 
siya  aparılır.  Levomisetin  hər kq  canlı  kütləyə  60  mq  və  ya  erit- 
romisin  isə  10-15  min  T.V.  ilə  yemə  qatıb  quşlara  verilməlidir. 
Belə  müalicə  yemləməsi  gündə  2  dəfə 4-5  gün  aparılmalıdır.
İm m u n itet. 
Xəstəliyə  qarşı  spesifik  profilaktika  vasitələri 
yoxdur.  M üxətlif müəlliflər  tərəfindən  hazırlanmış  autovaksin-
305

lər səmərəli  olmamışdır.
Profilaktika  və  m übarizə  tədbirləri. 
Xəstəliyə görə  sağlam 
təsərrüfatlarda  xəstəlik  törədicisinin  bura  daxil  olmasına  səbəb 
olan  faktorlar  aradan  götürülməlidir.  Xüsusilə  quşçuluq  fabriklə­
rinin  sex  və  inkubator şöbələrində  ciddi  şəkildə baytarlıq-sanita- 
riya  tədbirləri  yerinə  yetirilməlidir.  Bu  məqsədlə  yumurtaların, 
inkubatorların, yumurta taralarının inkubasiyadan qabaq dezinfek­
siyası aparılmalı və bu məqsədlə formaldehid buxarından  istifadə 
edilməlidir.  İnkubator şkaflarının  dezinfeksiyası  üçün  hər  m3  in­
kubator  həcminə  45  ml  formalin,  30  qram  kaliumOpermanqanat 
və  22  ml  su  götürülür.  Dezinfeksiya  37°S  temperaturda  və  70% 
nisbi nəmlik şəraitində aparılır. Ekspozisiya  1  saatdan az olmama­
lıdır.  Yumurtaların dezinfeksiyası üçün müvafiq olaraq 30 ml  for­
malin,  20  qram  kalium  pennanqanat  və  15  ml  su  götürülməlidir. 
Hər  cücə  çıxımından  sonra  inkubatorlar  və  müxtəlif inventarlar 
mütləq  dezinfeksiya  edilməlidir.  Quşlar  sexlərə  köçürüldükdən 
əvvəl  sexlər  tam  təmizlənməli  və  burada  formaldehidlə  aerozol 
dezinfeksiya  edilməlidir.  Bu  məşsədlə  hər  m3  binanın  həcminə 
10-15  ml  formalin  15°S temperatur və 65-95% nisbi  nəmlik şərai­
tində aerozol  halında tətbiq edilməlidir.  Quş binalarında ventilya- 
siyanın normal  işləməsi və vaxtaşırı civə-kvars  lampalarının  işlə­
dilməsi  binadakı  havanın  mikroblarla  çirklənməsinin  qarşısını 
alır. Son zamanlar quşlar olan şəraitdə quş binalarının havasını zə­
rərsizləşdirmək üçün  süd  turşusu və ya rezorsinin yüksək dispres 
aerozolunun  tətbiqi  məsləhət görülür.
Təsərrüfatda  stafilokokkoz  müşahidə  edildikdə  məhtutlaş- 
malar  qoyulur,  xəstələr  ayrılır,  patoloji  prosesin  dərəcəsindən 
asılı  olaraq  ya  texniki  utilləşidirlir,  ya  da  kəsilir,  binalar  və 
m üxtəlif  inventarlar  təmizləndikdən  sonra  dezinfeksiya  edilir. 
Travma törədə  biləcək bütün vasitələr ləğv edilir.  Heyvan mən­
şəli  şübhə doğuran yemlər stafilokokkozlara görə yoxlanmalı və 
lazım gəldikdə istifadə edilməməlidir. Quşlar yüksək keyfiyyət­
li yemlərlə təmin edilməli və normal zoogigiyeniki şəraitdə sax­
lanmalıdır.
306
Təsərrüfat  stafılokokkoza  görə  sağlamlaşdırıldıqdan  sonra 
yekun  dezinfeksiya  aparılır  və  qoyulmuş  m əhtutlaşm alar 
götürülür.
Tulyarem iya
Tulyaremiya (Tularaeremia) müxtəlif növ heyvanların və quş­
ların  təbii  ocaqlı  infeksion  xəstəliyi  olub  isitmə,  hemorroji  sep- 
tisemiya,  tənəffüs orqanlarının  iltihabı  ilə  səciyyələnir.
T a r ix i  m əlum at. 
Xəstəlik  ilk dəfə  1912-ci  ildə  Kole və Xa- 
pin tərəifndən sünbülqıranlarda Kaliforniya ştatının Tulyare əra­
zisində  qeyd  edilmiş,  onun  əldə  edilmiş  törədicisi  isə 
B.tularense  adlandırılmışdır.  Quşlarda  bu  xəstəliyi  ABŞ-ın 
Montano  ştatında  qeyd  etmişlər.  Keçmiş  SSRİ-də  tulyaremiya 
K.A.Dorofeyev tərəifndən  1947-ci  ildə qeyd edilmiş, törədicisi­
nin  toksonomiyası  öyrənilmiş  və  nəticədə  Francisella  cinsi  ay­
rılmışdır.
Tulyaremiya Amerika, Asiya və Avropada m üxtəlif növ hey­
van  və  quşlar  arasında  yayılmışdır.  Xüsusilə  kəmiricilər  çox 
olan  ərazilərdə  xəstəlik  geniş  şəkildə qeyd edilmişdir.
X ə stə liy in   törəd icisi. 
Francisella  tularensis  3  coğrafi  növ 
müxtəlifliyinə:  amerika,  avraziya  və orta asiyaya  bölünür.  Bun­
lar polimorf,  zərif kapsulaya malik olan  xırda çöplərdir.  Sərbəst 
hərəkətə  malik  deyil,  spor yaratmır,  qram  mənfidir,  anilin  boya­
ları  ilə  yaxşı  boyanır.  Aerobdurlar,  xüsusi  qida mühitlərində ye­
tişdirilir.  Sistin  və qan əlavə edilmiş ƏPA,  yumurta sarısı  mühi­
tində  amil  2-7  gündən  sonra zərif boy verir.  Francisella tularen- 
ze  virulentli-S  və amirulent-R  formalı  kloniyalar yaradır.
Virulentli  kulturalar  O,  H  və  V  antigeninə.  avirulentlər  isə 
yalnız  O-antigeninə  malikdir.  Xəstəliyi  keçirmiş  heyvan  və quş­
ların  qanında aqqlyutininlər,  presipitinlər və  komplementbirləş- 
dirici  əkscisimlər aşkar edilir.
D avam lılığı. 
Amil  su və nəmli torpaqda 4°S temperaturda vi- 
rulentliyini  itirmədən  4  aydan  çox  yaşayır.  Donmuş  ətdə  3  ay­
307

dan  çox,  donmuş  süddə  isə  3,5  ay  sağ  qalır.  Mikrob  qurumaya 
davamlıdır və  xəstəlikdən ölmüş  gəmiricilərin  dərisində 45  gü­
nə qədər yaşayır.  Günəş şüalarının təsirindən 30 dəqiqəyə inak- 
tivləşir.
Kimyəvi  dezinfeksiya vasitələrinin təsirindən  tez  tə lə f olur. 
Xüsusilə  lizol,  karbol  turşusu  və  kreolinin  2-3  %-li  məhlulları 
etibarlı  dezinfeksiyanın  əldə edilməsinə  səbəb olur.
E pizootoloji  m əlum atlar. 
Təbii  halda  xəstəliyə  125  növ 
onurqalılar və  100 növ onurqasızlar həssaslıq göstərir.  Təbiətdə 
xəstəlik  ən  çox  gəmiricilərdə,  yırtıcı  heyvanlarda,  vəhşi  quş 
növlərində,  amfıbiyalarda və  balıqlarda  qeyd  olunur.  Xəstəliyə 
insanlar  çox  həssasdır.  Toyuqlar  dəstəsinə  mənsub  olan  quşlar 
daha  çox  həssaslıq  göstrəir.  Xəstəlik  törədicisinin  quşlar  və  tə ­
sərrüfatlar  arasında  yayılmasında  bir  çox  qan  soran  həşəratlar 
böyür  rol  oynayır.  Xəstəlik  quşlarda  çox  vaxt  latent  infeksiya 
halında  özünü  göstərir.  Yaşlılara  nisbətən  cavanlarda  xəstəlik 
daha  çox  müşahidə  edilir.  Təbii  yolda  yoluxma  aerogen  və 
transmissiv yolla baş  verir.
Xəstəlik  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar,  ehtiyat  mənbəyi  isə  təbiətdə  geniş  yayılmış  gəmiricilər 
hesab  edilir.
Tulyaremiya ən  çox  yaz-yay  fəsillərində  müşahidə  edilir ki, 
buda  həmin  dövrdə  gəmiricilərin  və  həşəratların  aktivliyi  ilə 
izah  olunur.
Bir  çox  tədqiqatçılar  tərəfindən  dəvələrdə  tulyaremiyanın 
triponozomozla,  gəmiricilərdə  isə  listeriozla  birlikdə  getməsi 
qeyd  olunmuşdur.
Tulyaremiya  təbii  ocaqlı  xəstəlikdir və  onun  təbiətdə  ocaq­
ları  olduqca  davamlı  olmaqla  50  ildən  artıq  dövrdə  öz aktivliyi­
ni  saxlayır.
Patogenez. 
Xəstəliyin patogenezi tam şəkildə öyrənilməyib. 
Orqanizmə  müxtəlif yollarla  daxil  olmuş  tulyaremiyanın  törə­
dicisi  qan vasitəsilə orqanizmə yayılır, ümumi  və yerli reaksiya­
ların  əmələ  gəlməsinə  səbəb olur.
308
G edişi  və  kliniki  əla m ətləri. 
İnkubasiya  dövrü  bir  neçə 
gündən  bir həftəyə qədər davam edir. Ümumi zəiflik,  iştahın  it­
məsi, arıqlama, pipik və saqqalın solğunluğu, bəzi hallarda sino- 
vit,  artrit,  başın  üz  hissəsinin  şişi  qeyd  olunur.  Toyuqlarda  yu­
murtlama  qabiliyyəti  50-70%  aşağı  düşür.
Patoloji-anatom ik  dəyişd ik lər. 
Quşlarda  dilin  kökündə, 
udlaqda  iltihabı  fokuslar və  kareozlu kütlənin toplanması  müşa­
hidə  edilir,  cəsəd  arıq olmaqla qaraciyərin və dalağın böyüməsi 
və  bəzən  da nekrotiki  sahələr aşkar edilir.  Digər orqanlarda dəyi­
şdiklər görünmür.
D iaq n oz. 
Xəstəliyin  kliniki  əlamətləri  və  patoloji-anatomik 
dəyişdikləri  xarakterik  olmadığı  üçün  laboratoriya  müayinələ­
rindən  istifadə edilir.
Quş  cəsədi  bütöv  halda  laboratoriyaya  göndərilir.  Burada 
təhlükəsizlik  qaydalarına  əməl  etməklə  bakterioskopiya,  təmiz 
kulturanın alınması  və bioloji  sınağın qoyulmasında istifadə edi­
lir.  Hazırlanmış yaxmalar Romanovski-Himza üsulu  ilə boyanır. 
Təmiz  kultura  almaq  üçün  Mak-Koy,  Droyevkinə  və  Yemelya­
nov  qida  mühitlərindən  istifadə  edilir.  Bioloji  sınaq  ağ  siçan  və 
bəzən  hind  donuzları  üzərində  qoyulur.  Orqanlardan  əldə  edil­
miş  suspenziya  0,5  ml  dozada  dərialtı  və  ya  qarınboşluğuna  ye­
ridilir.  Ağ  siçanların  3-5  gündən  sonra,  hind  donuzlarının  isə 4- 
10 gün  ərzində tələf olması  və onların daxili  orqanlarından  xəs­
təlik  törədicisinin  kulturasının  alınması  diaqnozu  dəqiqləşdirir.
Xəstəliyin  diaqnostikasında  AR,  PR  və  s.  istifadə  edilir. 
Xüsusilə  AR  daha  spesifik olduğu üçün  bundan  daha  çox  istifa­
də  edilir.  Antigen  kimi  tulyaremiya diaqnostikumundan  istifadə 
edilir.  İstifadə etməzdən əvvəl  onu fizioloji  məhlulla elə durult­
maq  lazımdır ki,  alınmış  suspenziyanın  hər  ml-də  1  mlrd,  mik­
rob hüceyrəsi olsun.  Tulyaremiyada diaqnostik titr  1:25  və  1:50- 
də  hesab  olunur.
Vasitəsiz  hemaqqlyutinasiya  reaksiyası  tulyaremiya  antigeni 
ilə  sensibilizasiya olunmuş  eritrositlərlə  və ya  eritrositar dianos- 
tikumla  qoyulur.  Birinci  antigenlə quşların  serumunun,  ikinci  ilə
309

antigenin quş cəsədinə müəyyən edilməsi  üçün  istifadə  edilir.
Allergiya sınağı aparmaq üçün tulyarın allergeni hazırlanmış və 
bundan xəstəliyin  ilkin dövrünü və həm də retrospektiv diaqnosti­
ka üçün  istifadə edilir.  Tulyarın quşların sırqa sahəsinə 0,2  ml  do­
zada  inyeksiya edilir və nəticəsi 24-48  saatdan  sonra yoxlanır.
T əfriq i diaqnoz. 
Xəstəliyi çiçəkdən və infeksion  larinqotra- 
xeitdən təfriq  etmək  lazımdır.
Çiçək  dəri,  difteriya  və  kataral  formada  gedir.  Bakterioloji 
müayinənin  nəticəsi  mənfidir.  Hüceyrə  daxili  cisimciklər  aşkar 
edilir.
İnfeksion  larinqotraxeyitdə əsas proses respirator orqanlarda 
gedir və  qırtlaqda kazeozlu  kütlədən  ibarət tıxac  qeyd olunur.
M üalicə. 
Aparılmır.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır, 
qanda  antitellər  nəzərə  çarpır,  xəstəlik  törədicisinin  antigeninə 
orqanizmdə  sensibiliyzasiya baş verir.  Kənd  təsərrüfatı  heyvan­
ları  və  quşların  tulyaremiyasına  qarşı  vaksinasiya  aparılmır. 
1946-cı  ildə  V.Y.Elbert  və  N.A.Qayski  tərəifndən  diri  vaksin 
hazırlanmış və  bundan  insanların  peyvəndi  üçün  istifadə  edilir.
P rofilatika  və  m übarizə  təd b irləri. 
Xəstəliyin  profilakti­
kası  üçün  infeksiya  ocağında  epizootoloji  müayinə  aparılmalı, 
infeksiya  törədicisinin  mənbəyi  və  ehtiyat  mənbəyi  və  keçirici 
amillər müəyyən  edilməlidir.  Bundan  əlavə quşçuluq  binaların­
da,  yem  ambarlarında  müntəzəm  şəkildə  deratizasiya  və  dezin­
feksiya tədbirləri  yerinə  yetirilməlidir.
Xəstəlik  baş  verdikdə  təsərrüfata  məhtutlaşmalar  qoyulur, 
xəstələr  öldürülür,  quş  cəsədləri  toplanaraq  yandırılmaqla  zə­
rərsizləşdirilir. Quşların yemləndirilməsi üçün  istifadə edilən ta­
xıl məhsulları taxıl  qurudan aqreqatlarda qurudulmaqla zərərsiz­
ləşdirilir.
Profilaktika və mübarizə tədbirlərini aparan zaman  insanların 
təhlükəsizliyi  tam  təmin  edilməlidir,  cari  dezinfeksiya tədbirləri 
müntəzəm  şəkildə  yerinə yetirilməlidir.  Bu məqsədlə 3%-li  for­
malin,  3%-li  xlorlu  əhəng  məhlullarından  istifadə edilməlidir.
3 1 0
Məhtutlaşma  təsərrüfat  sağlamlaşdırıldıqdan  və  son  dezin­
feksiya  aparıldıqdan sonra götürülür.
Botulizm
Botulizm (Botulismus) iti  gedişli  infeksion xəstəlik olub quş­
larda mərkəzi  sinir sisteminin zədələnmələri, ayrı-ayrı nahiyyə- 
lərdə  ifliclərin  baş verməsi  ilə səciyyələnir.
T arix i  m əlum at. 
1820-1822-ci  illərdə  Kemer  Kolbasadan 
zəhərlənm iş  insanlarda  xəstəliyin  kliniki  əlamətlərini  qeyd  et­
miş və göstərmişdir ki, kolbasada zəhər əmələ gəlir və bu əksər 
xüsusiyyətlərinə  görə  mineral  və  bitki  zəhərlənmələrdən  fərq­
lənir.  Quşlarda botulizm  1917-ci ildə Dikson tərəfindən müşahi­
də  edilmiş və o göstərmişdir ki, «yumşaq boyun» adı  ilə məlum 
olan  xəstəlik  botulizmdir.  1897-ci  ildə  Van-Ermenqem  qaxac 
edilmiş donuz ətindən zəhərlənib ölmüş insanın  bağırsaq  və da­
lağından  sporlu  anaerob  mikrob  ayırmış  və  bunu  Bacillus  botu- 
linus  adlandırmışdır.  1930-1935-ci  ildə  Kalmbax  və  Qenderson 
ABŞ  və  Kanadada  «ördəklərin  qərb  xəstəliyi»  adı  ilə  məlum 
olan  xəstəliyin  botulizm  olmasını  göstərmişlər.  Sonra  bu  xəstə­
liyin  dünyanın  bir  çox  ölkələrində  ayrı-ayrı  quş  növlərində  də 
qeyd  edilmişdir.  Keçmiş  SSRİ-də  xəstəliyin  törədicisi  ilk  dəfə 
1936-cı  ildə  İ.A.Dukalov tərəfindən  əldə  edilmişdir.
X ə stəliy in   törədicisi. 
Clostridium  botulinum -  çöp şəklində 
mikrob  olub  uzunluğu  4-5  mkm:  eni  0,5-1,2  mkm-dir.  Törədici 
üçün əlverişsix mühitdə, qida mühitlərində, yeyinti məhsulların­
da,  suda,  torpaqda  və digər substratlarda o  subterminal  sporlan- 
maya  səbəb olur və  mikroba tennis  formasını  verir.
Cl.botulinum  toksininin  7  tipi  -   A,  B,  C,  D,  E,  F  və  V  -  
mövcuddur ki,  bunlarda bir-birindən  immunobioloji  xüsusiyyət­
lərinə görə fərqlənir, yəni  bu tiplərin hər biri  müvafiq antitoksik 
serumla  neytrallaşır.  Mikrob  əksər anilin  boyalarını  qəbul  edir, 
qram  müsbətdir.  Sərbəst hərəkətə malikdir,  obliqat anaerobdur. 
Bunun toksin əm ələ gətirməsi üçün ən yaxşı mühit neytral və ya
3 1 1

zəifqələvi  mühit  və  18-380S  temperatura  hesab  edilir.  Turş 
mühitli  yemlərdə,  5-10%  xörək  duzu  olan  mühitlərdə,  nitritlər, 
yağ turşuları  və  antibiotiklər olan  şəraitdə amil  çoxalır.
Botulinus  toksini  ən  güclü  zəhərdir.  Törədicinin  A  tipinin 
bulyon  kulturasının  fıltratının  1/10000000  ml  dozası  hind  donu­
zunu  öldürür,  1  qram  toksin  60  mlrd,  ağ  siçanı  öldürmək  qabi­
liyyətinə  malikdir  ki,  bu  qədər  ağ  siçanların  canlı  kütləsi  1200 
min  tondur.  Bir  unisiya  (28,3  qram  toksin)  24  min  qaramalı 
öldürür.  3500  siçanlar  üçün  letal  doza  insan  üçün  ölüm  dozası 
hesab  edilir.
D avam lılığı. 
Cl.botulinum  yüksək  temperatura  təsirinə  ol­
duqca davamlıdır.  100°S temperatura amili  yalnız 5  saatdan son­
ra,  105"S 2  saatdan sonra,  120°S  isə  10 dəqiqədən sonra öldürür.
Mədə şirəsi və həzm traktı enzimləri  toksinə təsir göstərmir. 
Qamma və ultrabənövşəyi şüaların birlikdə təsiri yaxşı zərərsiz- 
ləşdirici  təsirə malikdir.
Botulinus toksini  maye mühitlərdə qaynamaya  15-20 dəqiqə 
davam gətirir.  M üxtəlif bərk kütləri  ərzaq  məhsullarında botuli­
nus  toksikini  parçalamaq  üçün azı  2  saat qaynadılmalıdır.
E p izootoloji  m əlum atlar. 
Xəstəliyin törədicisi  təbiətdə ge­
niş  yayılmışdır.  Bunu  əksər xarici  mühit obyektlərində  müşahi­
də etmək olar.  Spontan xəstəliyi əksər növ kənd təsərrüfatı  hey­
vanları  və  quşlar  keçirir.  Quşlardan  toyuqlar,  ördəklər,  qazlar, 
hind  quşları,  qağayılar,  göyərçinlər  və  başqaları  daha  çox  həs­
saslıq  göstərir.
Quşlarda botulizmi  xəstəliyin törədicisinin C bəzən  isə A və 
В  tipləri  törədir.  Cl.botulinum  təbiətdə  geniş  şəkildə  yayılmaq­
la  onu  torpaqda,  m üxtəlif bitkilərdə,  tərəvəzdə,  meyvədə,  hey­
van  və quş peyinində, çürüyən cəsədlərdə,  milçək sürfələrində, 
müxtəlif dəniz və şirin  su hövzələrindəki  balıqların  və digər hid- 
robiontların  bağırsaq  möhtəviyyatı  və  toxumalarında,  quşlarda, 
heyvanlarda  aşkar etmək  mümkündür.
Müəyyən  temperatura,  nəmlik,  mühitin  pH-ı  və  anaerobioz 
şəraitdə  saxlanan  yemlərdə  botulizmin  törədicisi  çoxlır  və  tok-
312
sin hasil edir.  Quşlar belə yemlərlə yemləndirildikdə yoluxur və 
xəstəlik  baş  verir.  Kütləvi  zəhərlənmələr  ilin  isti  fəsillərində 
daha  çox  qeyd  edilir.  Onu  da  qeyd  etmək  lazımdır ki,  yemlərdə 
botulinus toksini  yalnız müəyyən  sahələrdə olur və belə  yemlər 
xarici  görkəminə görə  digər yemlərdən  fərqlənmir.
Məlum  olmuşdur ki,  quşların  botulinus  toksini  ilə  zəhərlən­
məsi  bütün  həzm  orqanları  boyunca  baş  verir.  Bundan  əlavə 
amilin  travma  sahəsində  çoxalması  və  toksin  yaratması  aşkar 
edilmişdir.  Həşəraiların  bütün  inkişaf mərhələlərində  özlərində 
toksin  və  amilin  vegetativ  və spor formalarını  saxlayır.  Həm  də 
diri  və  ölmüş  həşəratlarda  toksinin  aktivliyi  tədricən  zəifləyir 
və müəyyən  şəraitdə ölmüş həşəratlarda toksinin əm ələ gəlmə­
si  də  qeyd  olunur.
Quşlarda  xəstəlik  intoksikasiya  halında  bəzən  isə  toksikoin- 
feksiya  kimi  özünü  göstərir.
P atogenez. 
Yemlə orqanizmə daxil olmuş toksin nazik bağır­
saq  şöbəsinin  divarindan  qana  sorulur  və  qısa  müddət  ərzində 
orqanların  əksəriyyətində  qeyd  olunur.  1  saat  keçmiş  toksinin 
konsentrasiyası  bu  orqanlarda azalır,  ancaq  böyrəklərdə və əzə­
lələrdə  isə  çoxalır.  Botulinus toksininin reseptorları  güclü şəkil­
də  qıcıqlandırıması  ilə əlaqədar olaraq  baş beyində funksiya poz­
ğunluqları  baş  verir,  sinir  hüceyrələri  həddən  artıq  qıcıqlandığı 
üçün  fəaliyyətdən  düşür və  məhv  olur.
Uzunsov beyində müxtəlif mərkəzlərin zədələnməsi  nəticə­
sində  əzələlərin,  udlağın,  dilin  və  alt  çənənin  iflici  baş  verir. 
Toksin  periferik  sinir sisteminə  təsir edir,  asetilxolinin  ayrılma­
sını  ləngidir,  nəticədə  sinir-əzələ  əlaqələri  pozulur.  Bu  isə  öz 
növbəsində gövdə əzələlərinin, tonusunun aşağı düşməsinə, hə­
rəkətin  pozulmasına,  tənəffüs  və  ürək  əzələlərinin  iflicinə,  as- 
fiksiyaya  və  ölümün  baş  verməsinə  səbəb olur.
G edişi  v ə  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
bir neçə saatdan bir neçə günə qədərdir. Xəstə quş ölgündür, çə­
tinliklə  hərəkət  edir  və  hərəkət  müvazinəti  pozulur,  daha  çox 
oturur,  qanadları  sallanır,  iştah  itir,  ağızda  seliyin  toplanması,
313

gözün  yarıörtülü olması  nəzərə  çarpır.
Boyunda  S-vari  əyilmə və başın çiyinə  doğru qatlanması, di­
lin  yarı  açılmış  dimdikdən  xaricə  çıxması,  həzm  orqanlarının 
funksiya  pozğunluqları,  temperaturun  normada  və  normadan 
aşağı olması  müşahidə edilir. Xəstəliyin sonunda quş qarın və ya 
yanı  üstə  olmaqla  ayaq  və  qanad  əzələlərinin  iflici  nəticəsində 
hərəkət müafizənitinin pozulması, ördək və qazlarda suyun üzə­
rində  olmasına baxmayaraq üzmə  hərəkəti  edə bilmir,  başını  su­
dan  yuxarı  tutur  və  su  içə  bilmir.  Qıcıqlara  həssaslıq  itmir,  göz 
bəbəyi genişlənmiş halda nəzərə çarpır. Qaz və ördəklərdə ölüm 
qəflətən suyun  üzərində, digər quş növlərində  koma nəticəsində 
baş verir.  Toyuqlarda və qırqovullarda tük və  lələklərin  follikul- 
larda zəif təsbiti  nəticəsində onların  tökülməsi  qeyd olunur.
P atoloji-anatom ik  d əyişilik lər. 
Kəskin  intoksikasiyalar za­
manı  patoloji-anatomik  dəyişiliklər  xarakterik  olmur.  Xəstəlik 
2-3  gün  davam  edirsə  cəsədlər  yarıldıqda  bağırsaqların  selikli 
qişasının  kataral  iltihabı,  vəzili  mədənin  hemorroji  iltihabı  və 
şişməsi, qırtlaq  və traxeyanın başlanğıcında yemlə qarışıq  selik­
li  kütlə  görünür.  Qaraciyərin,  dalağın  və  böyrəklərin  doluqanlı 
olması  qeyd  olunur.  Baş  beyində  şişkinlik  və  üzərində  çoxlu 
miqdarda qan  sızmalar nəzərə çarpır.
Diaqnoz. 
Xəstəliyə diaqnoz qoymaq üçün kompleks diaqnos­
tika  üsulundan  istifadə edilir.  Laboratoriya  müayinələrinin  nəti­
cəsi  əas  sayılır.
Baytarlıq  laboratoriyasına şübhəli  yem  və  ölmüş  quş  cəsəd­
ləri  göndərilir.  Bakterioloji  müayinə  aparmaq  üçün  qaraciyər­
dən,  dalaqdan,  çinədan  və  bağırsaq  möhtəviyyatından  suspen- 
ziya  hazırlanır,  tənzifdən  süzüldükdən  sonra  Kitt-Tarossi  və  ya 
Liber beyin  qida  mühitinə  əkilir.  Hər bir nümunə  iki  qabda əki­
lir.  Biri  əkildikdən  sonra  80°S  temperaturda  20  dəqiqə  ərzində 
isidilir,  digəri  isə  olduğu  kimi  saxlanır.  Sonra  hər  iki  nümunə 
termostatda 37°S temperaturda yetişdirilir.  Eyni zamanda ümumi 
qayda üzrə  mikroskopiya  edilir.
Bioloji  sınaq  qoymaq  üçün  ağ  siçan  və  ya  hind  donuzlarını
314
isidilməmiş  suspenziya  ilə  dərialtı  və  ya  qarın  boşluğuna  0,5-1 
ml  dozada  yoluxdurulma  aparılır.  Laboratoriya təcrübə  heyvan­
larının  ölməsi  patoloji  materialda  toksinin  olmasını  göstərir. 
Toksinin  tipini  təyin  etmək üçün  homoloji  antitoksik  serumlarla 
neytrallaşma  reaksiyası  qoyulur.


Поделитесь с Вашими друзьями:
1   ...   22   23   24   25   26   27   28   29   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə