İkt-baza bilikləri



Yüklə 0,72 Mb.
səhifə6/6
tarix13.12.2023
ölçüsü0,72 Mb.
#175694
1   2   3   4   5   6
azmiu 29

DİFTERİYA

D ifteriya həyat üçün qorxulu olan kəskin infeksiyon xəstəlikdir.Bu infeksiya orqanizmə daxil olduqda özünü yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətləri şəklində biruzə verir.Xəstəlik burun tutulması, udma aktı zamanı boğazda ağırlıq, gözdə zədələrlə özünü göstərir. Əsas təhlükə xəstəliyin verdiyi soyuqlama əlamətləri deyil, bakteriyaların ifraz etdiyi toksinlərdir, hansıki bu toksinlər ürək-damar və əsəb sistemini korlayır. Xəstəliyin yoluxdurucuları qram-müsbət bakteriyalardır. Difteriya çöpləri difteriya toksinləri buraxır ki, bunlar da başqa kimyəvi maddələrlə birləşib neyraminidaza fermenti əmələ gətirir. Difteriya toksininin sintezi toxumalara ciddi zərər vurur. Xəstəlik orqanizmə hava-damcı yolu,təmas məişət yolları (oyuncaqlardan ,kitablardan,dəsmallardan) yoluxur.


Risk amilləri:
Xəstəlik ən çox 3-7 yaş arası uşaqlarda rast gəlinir. Son zamanlar yeniyetmələrdə də rast gəlmək olur. Fenotipik cəhətdən sağlam görünən virusgəzdirənlər də xəstəliyi yoluxdura bilirlər. Difteriya çöpləri burunda, ağızda olarsa nəfəs yolları vasitəsilə, gözdə olarsa əl ,yaxud məişət əşyaları ilə yoluxa bilir. Xəstəliyin inkubasiya müddəti 2-10 gündür.
Difteriya toksini-(difteriya çöplərinin ifraz etdiyi toksin) bir neçə komponentdən ibarətdir. Bu toksinlər qan damarları vasitəsilə bütün orqanizmə yayılır, o cümlədən miokardı, sinir sistemini tamamilə korlayır. Nəticədə miokardit əmələ gəlir. kapilyarların sıradan çıxması isə xəstədə toksiki şokun meydana gəlməsinə səbəb olur.
Əlamətləri:
Difteriyanın ilkin əlaməti yüksək qızdırma, udma aktının ağrılı olması, boğazda qızartılardır. Xəstəlik zamanı boyun nahiyəsindəki limfa düyünləri böyüyür. Əgər xəstəlik yüngül formada olarsa 1 həftə ərzində sağala bilir, ağır formada isə xəstənin vəziyyəti daha da ağırlaşır, sağalma uzun müddət çəkir.
Xəstəliyin ağırlaşmış forması toksiki difteriya adlanır və bu zaman qızdırma 39,5-41*-yə qalxır. Xəstədə güclü baş ağrıları və yuxululuq müşahidə olunur. Xəstənin dərisi solğun, ağzında quruluq olur. Badamcıqlarda olan şişkinlik boğaz keçəcəyini bütünlüklə tuta bilir.
Difteriyanın bir neçə forması vardır:
-burun formasi
-göz forması
-dəri forması
Diaqnostika:
Diaqnozun qoyulması uçun anamnezin dəqiqliyi vacibdir. İnstrumental və laborator müayinələrlə diaqnoz təsdiqlərnir. Laborator müayinələrə qanin ümumi analizi, qanın bakterioloji analizi əsas götürülür.
Müalicəsi:
Difteriyanın bütün növləri ağırlıq dərəcəsindən asılı olmayaraq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstə dietasına diqqət yetirməlidir. Xəstəliyin müalicəsində difteriya əleyhinə preparatlardan,antibiotiklərdən istifadə olunur.

Bu bakteriya həmçinin digər orqanları zədələmə funksiyası olan toksin istehsal edir. Bu xəstəlik kəskin gedişi ilə xarakterizə olunur və əsas əlamətləri boğazda ağrı, az miqdarda temperature yüksəlməsi, boğazda badamcıqların şişməsindən ibarətdir. Difteriya toksini bəzi ağır hallarda hətta miokarditlərə və periferik neyropatiyalara səbəb oa bilər. Difteriya toksini boğazda və badamcıqların üzərində ölü toxumadan ibarət təbəqə əmələ gətirir və bunula da nəfəsalmanı və qidanın udulması prosesini çətinləşdirir. Bu xəstəlik birbaşa fiziki kontakt yolu ilə və ya xəstə insanların öskürməsi və ya asqırması nəticəsində əmələ gələn aerosol formalı sekresiyanın udulması zamanı insandan insane keçə bilir.



Difteriya əleyhinə vaksinasiya bu xəstəlikdən dolayı baş verən xəstələnmə və ölüm hallarını əhəmiyyətli dərəcədə azalmışdır. Buna baxmayaraq difteriya xəstəliyi bir sıra azgəlirli ölkələrdə hələ də uşaqlar arasında böyük sağlıq problem olaraq qalmaqdadır. Difteriyanın endemik olduğu ölkəərdə, xəstəlik kiçik epidemiyalar formasında ya da sporadic olaraq rastlanılır. Difteriya xəstəliyi 5-10% hallarda ölümlə nəticələnə bilir. Bu göstərici uşaqlar arasında daha yüksəkdir. Müalicə zamanı difteriya toksininin təsirini aradan qaldırmaq üçün antitoksinlərdən, eləcə də bakteriyaları öldürmək üçün antibiotiklərdən istifadə olunur.
Difteriya vaksini toksik qabiliyyəti inaktivasiya edilmiş bakterial toksoiddir. Bu vaksin başqa vaksinlərlə birlikdə kombinasiya şəkilində tətbiq olunur. Yetkin insanlarda və yaşlılarda difteriya toksoidi əsasən tetanus toksoidi ilə birlikdə daha aşağı konsentrasiyalarda tətbiq edilir.
ÜST ilkin olaraq 3 dozalı vaksinasiya, bunun ardınca isə 3 gücləndirici doza vaksinasiyanın tətbiq olunmasını təklif edir. Birinci mərhələ vaksinasiya təxminən 6 həftəlikdə başlanmalı və 4 həftə intervalla tətbiq edilməlidir. Gücləndirici dozalar isə 2 yaşda (12-23 ay), 4-7 yaşda və 9-15 yaşda tətbiq edilməlidir. Gücləndirici dozalar arasında ən az 4 il intervalın olması daha məqsədəuyğundur.
Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin