İkt-baza bilikləri



Yüklə 0,72 Mb.
səhifə4/6
tarix13.12.2023
ölçüsü0,72 Mb.
#175694
1   2   3   4   5   6
azmiu 29

Poliomielit
P oliomielit — sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə baş verir. Poliomielitə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur.

Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün xüsusi ləvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər. Poliomielitin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur.


Törədici xəstə ilə kontaktda olduqda, qida, hava və həşəratlarla sağlam şəxslərə keçə bilər. Bağırsağın selikli qişasında viruslar artır, çoxalır və qana sorulur. Ən əvvəl temperatur yüksəlir, üşütmə, yorğunluq müşahidə edilir, bağırsaq fəaliyyəti pozulur. Onurğada ağrılar duyulur. Sonra iflic dövrünə keçir. Müxtəlif formalarda ifliclər verir. Bərpa dövrü bir neçə aydan bir neçə ilə qədər uzana bilər.Müalicəsi ciddi yataq rejimi ilə başlanır. Onurğa sütununun əyilməsinin qarşısını almaq üçün döşək hamar və bərk olmalıdır. Ağrıkəsicilər, qamma-qlobulin, qan köçürülməsi, qlütamin turşusu, C, B1, B12 vitaminləri təyin edilir yəni hərəki neyronlarda lokalizə olunur. götürülmüşdür.Adətən ifliclə fəsadlaşdığı üşün buna “ uşaq spinal iflici xəstəliyi” də deyilir.Poliomielit xəstəliyinin törədicisi olan polioviruslar RNT tərkibli pikonaviruslar ailəsinə məxsusdur.
Pikonaviruslar ailəsi 4 cinsə bölünürlər.Aftoviruslar ,Kardioviruslar ,Enteroviruslar və Rinoviruslar.Çox xırda ölçüyə malik polioviruslar 3 seroloji tipi ayırd edilir. Poliomielit xəstəliyindən sonra davamlı immunitet yaranır.

Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının (hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları və s.) yüngülləşdirilməsindən ibarətdir. Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur.


Əzələ aktivliyinin bərpası orqanizmin fərdi xüsusiyyət və imkanlarından da asılıdır.


Peyvənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2, 3, 4 və 18 aylığında edilir. Beləliklə hər bir uşaq 2 yaşınadək MÜTLƏQ həmin vaksinin 5 dozasını almalıdır. Peyvəndin yalnız tam kursunu alan uşaq poliomielitdən qorunmuş hesab olunur. Hindistan, Pakistan, Əfqanıstan və Nigeriyaya, həmçinin poliomielit virusunun yayıldığı istənilən digər ölkəyə səyahət etməzdən əvvəl poliomielitə qarşı peyvənd etdirmək tövsiyə olunur.


YOLUXMA
İnfeksiyanın mənbəyi xəstə şəxs və ya virusgəzdirici şəxs hesab olunur. Xəstəlik sağlam şəxslərə alimentar yolla fekal-oral mexanizmlə keçir.Lakin hal-hazırda bu xəstəliyin burun və udlaq nahiyələrindən ifraz olunan selik vasitəsilə hava-damcı mexanizmi ilə keşməsi də istisna edilmir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin