Iii- milli mübarizədə təşkilatlanma dövrü ( 1919-1920)


Bundan sonra Məclis-i Mebusan 18 mart 1920-ci ildə toplanaraq



Yüklə 81 Kb.
səhifə7/16
tarix21.05.2023
ölçüsü81 Kb.
#118562
1   2   3   4   5   6   7   8   9   10   ...   16
MÖVZU 3

Bundan sonra Məclis-i Mebusan 18 mart 1920-ci ildə toplanaraq özünü buraxdığını açıqladı. Məclisin özünü buraxdığını açıqlaması Sultanın 11 aprel 1920-ci ildə ikinci məşrutiyyənin sona çatdığını açıqlaması ilə bir başqa məclis yaratma ehtimalını da məhv etmişdi. Eyni gün Şeyxülislam Dürrizadə Abdullahın "Padşah və Xəlifə qüvvələri xaricindəki milli qüvvələri kafir elan edən və qətllərinin vacib olduğunu" bildirən fətvası "Təqvim-i Vekayi"də yayımlanmışdı.
3-Türkiyə Böyük Millət məclisinin quruluşu
Osmanlı məclisinin ləğv edilməsi yeni bir müəssislər məclisinin çağırılmasını daha da labüd etmişdi.Mustafa Kamal Paşa öndərliyində Heyət-i Təmsiliyyənin qərarı üzərinə işğal altında olmayan yerlərdən yeni nümayəndələrin seçilməsi qərarlaşdırılmışdı.Ayrıca təzyiqdən qurtulan millət vəkilləri gizli yollarla Ankaraya keçmişdilər. Qurulacaq məclisə veriləcək isim üzərində müəyyən fikir ayrılqıları olmuşdu. İslamcı görüşə yaxın olanlar məclisin isminin “ Meclis-i Kebir-i Milli “ , “ Türk Ocağı” üzvləri “ Qurultay”, Osmanlıcılar köhnə adında yəni “ Meclis-i Mebusan” olaraq qalmasını istəmişdilər. Ulusalçı ( milliyətci) -inqilabçı olaraq bilinənlər isə, “ Böyük Millət Məclisi” isminin verilməsin daha uyğun olcağını bəyan etmişdilər. Nəticədə sonuncu görüş qəbul edilmiş, daha sonralar “ Türkiyə” sözü də əlavə edilərək, Türkiyə Böyük Millət Məclisi olmuşdur. Beləliklə, 23 aprel 1920-ci il tarixində türk millətinin tarixində çox mühüm bir hadisə gerçəkləşmiş və Ankarada toplanan Böyük Millət Məclisi millətin yeganə təmsilçisi olduğunu bütün dünyaya elan etmişdi. Anadolu və Rumeli Müdafiə Hüquq Cəmiyyəti və Məclis-i Mebûsan üzvlərindən ibarət ( rəsmi 324 millət vəkili ) Milli Məclis çətinliklər üzündən 115 millət vəkilinin iştirakı ilə açılmışdı .Böyük Millət Məclisin ilk tərkibi müxtəlif düşüncə və məslək qruplarından təşkil olunmuşdu: 34,2 faizi sivil bürokrat, 24 faizi sərbəst məslək sahibləri , 13,2 faizi hərbçi, 8,6 fazi din adamı, 12,7 faizi bölgələrdə vəzifə tutmuş şəxslər, 4 faizi tibb işçiləri, 1,2 faizi aşirət rəisləri, 1 faizi texniki işçilər. Böyük Millət Məclisinin ilk başqanlığına Mustafa Kamal Paşa , ikinci başqanlığına da Celaleddin Arif bəy seçilmişdilər. 3 may 1920-ci il tarixində 11 nəfərdən ibarət İcra Vəkilləri heyeti ( BMM hökuməti) seçilmişdir. “Qüvvətlər birliyi” prinsibinin əsas götürüldüyü Məclis Hökuməti sisteminə görə, ilk formalaşan məclisdə dövlət başqanı və baş nazir vəzifələri olmamışdı. Məclis başqanı həm də hökumət başçısı sayılmışdı. İlk qurulan Böyük Millət Məclisi qanunverici və icra səlahiyyətləri ilə bərabər, məhkəmə işlərini də öz nəzarətində tutmuşdu. İstiqlaliyyət müharibəsi dövründə üsyan edən və soyğunçuluqla məşğul olanları, orduya aid silah və təchizatları oğurlayanları, cəsusları, fərariləri, Milli Mübarizəyə maneə olmaq məqsədilə propaqanda aparanları mühakimə etmək üçün “Hiyanət-i Vətəniyyə Qanunu” çıxarılaraq Böyük Millət Məclisinin nəzarətində olan İstiqlal Məhkəmələri qurulmuşdu.


1921-ci ildə Təşkilat-ı Əsasiyyə Qanununun qəbulundan sonra İcra Vəkillərinə öz aralarından birini başqan ( baş nazir ) seçmə haqqı tanınmışdı. Bununla belə, seçilən başqan, parlament sistemlərinin baş naziri səlahiyyətlərinə (nazirlərin vəzifədən çıxarılması, dəyişdirilməsi və s.) malik olmamışdı. Onun funksiyası , icra vəkilləri arasında əlaqəni və koordinasiyanı təmin etməkdən ibarət idi.
İcra Vəkilləri Heyəti Rəisi ( 1920-1923 ):














Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin