Iii- milli mübarizədə təşkilatlanma dövrü ( 1919-1920)


I Dünya Savaşının sonunda imzalanan Mudros Atəşkəsindən bir qədər əvvəl ölkədən ayrılmağa məcbur qalan Ənvər Paşa tərəfindən Teşkilât-ı Mahsusanın adı "Umum-u



Yüklə 81 Kb.
səhifə15/16
tarix21.05.2023
ölçüsü81 Kb.
#118562
1   ...   8   9   10   11   12   13   14   15   16
MÖVZU 3

I Dünya Savaşının sonunda imzalanan Mudros Atəşkəsindən bir qədər əvvəl ölkədən ayrılmağa məcbur qalan Ənvər Paşa tərəfindən Teşkilât-ı Mahsusanın adı "Umum-u Âlem- i İslam İhtilali Teşkilatı" olaraq dəyişdirilmiş və başına da Hüsaməddin Ərtürk gətirilmişdir.Daha sonralar Ankara hökuməti ilə yaxın təmas quran Ərtürk , Mim-Mim Qrupunu qurmuşdu. Mim Mim qrupu- əsl adı Müsəllah Müdâfaa-i Milliyədir və Osmanlı əlifbasında baş hərflərin tələffüzü olan “Mim Mim” qısaltması ilə tanınır. Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi olaraq tanınan bu təşkilatın Milli Mücadilənin sonuna qədər mühüm faəiyyətləri olmuşdur. Hətta o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da rəsmi Bakıya bağlı olmadan bir müddət İstanbul konsulu olaraq vəzifəzini icra edən Yusif Vəzirin (Çəmənzəmənli) ingilislərlə əməkdaşlıq edən şəxslər və antimilliyətçi dərnəklər haqqında kəşfiyyat xarakterli çox mühüm məlumatları, məhz Mim-Mim qrupu vasitəsilə Ankaraya çatdırmış və yazışmalarında gizlilik üçün “Mehmet Haşim bəy“ ismindən istifadə etmişdi.
Milli İstihbarat Təşkilatının formalaşması


Türkiyə Cümhuriyyətinin qurulmasından sonra, 1926 tarixinə qədər keçən dövr içində xəbər alma işləri, Ordu Müfəttişlikləri Kəşfiyyat Şöbələri tərəfindən icra edilmişdir. 1925-ci ilin sonunda , Mustafa Kamal Paşa, inkişaf etmiş dövlətlərdəki kəşfiyyat quruluşlarına bənzər, müasir bir təşkilatın qurulması təlimatını vermişdir. Bunun üzərinə, Avropa ölkələrində təcrübə keçən heyətlərin də iştirakıyla, Baş qərargah rəisi Marşal Fevzi Çaxmağın 6 yanvar  1926 tarixli əmri istiqamətində, Türkiyə Cümhuriyyətinin ilk kəşfiyyat quruluşu olan Milli Təhlükəsizlik Xidməti Rəyasəti (M. E. H. /MAH) qurulmuşdur. Təşkilat, 5 yanvar 1927 tarixində şeklen Daxili İşlər Nazirliyinə bağlanmışdır. 6 yanvar 1926 - 5 yanvar 1927 tarixləri arasındakı bir illik dövr , Rəyasətin quruluşuna hazırlıq dövrü olaraq qiymətləndirilmiş və bir gün sonrakı 6 yanvar 1927 tarixi MAH-ın quruluş tarixi olaraq qəbul edilmişdir. Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. Fəqət 2017-ci il referandumunun nəticələrinə görə, Türkiyədə Baş Nazir vəzifəsi qaldırılmış, bu təşkilat Cümhurbaşkanlığına bağlanmışdır.



1 Türkiyəli tədqiqatşı Şevkət Sürəyya Aydəmir “ Tək Adam “ adlı əsərinin 2-ci cildində Qurtuluş Müharibəsinin başlaması ərəfəsində bir Anadolu kəndlisinin Mustafa Kamal Paşa ilə dialoqundan bəhs etməkdədir , Bu dialoqdan da müharibələrin gətirmiş olduğu fəlakətlər qarşısında bir insanın çarəsizliyini , o andakı ruh halını görmək mümkündür: ” Teslimiyete karşı mücadele bayrağını açmak için Samsun’a ayak basan Gazi Mustafa Kemal Paşa, Havza’ya doğru yol alırken, sıcak güneşin altında tarlada çift sürmekte olan bir köylü ile karşılaştı.
Olup bitenler hakkında sıradan vatandaşın ne düşündüğünü öğrenmek için iyi bir fırsat olduğunu düşünen Gazi, arabasından inerek köylünün yanına doğru yaklaştı:
- “Hemşehri. Düşman İzmir’e çıktı. Yakında Samsun’a da asker çıkaracak. Belki buraların hepsini ele geçirecek. Sen ise rahat toprağı sürüyorsun.” Bir eliyle alnındaki teri silen yaşlı adam, üzerindeki üniformadan ‘önemli’ bir adam olduğunu anladığı Gazi’ye şöyle çıkıştı.
- “Paşa, Paşa...
Sen ne diyorsun? Biz üç kardeştik. İki de oğul vardı. Yemen’de, Kafkasya’da, Çanakkale’de hepsi elden gitti. Bir ben kaldım. Ben de yarım adamım. Evde sekiz öksüz ile üç dul kalmış kadın var. Hepsi benim sapanımın ucuna bakarlar. Şimdi benim vatanım da yurdum da işte bu tarlanın ucu. Düşman oraya gelinceye kadar benden hayır bekleme.”


2 Mustafa Sağir , Karakol Cəmiyyətindən və vəliəhd Əbdülhəmiddən almış olduğu bilgiləri ingiliz kəşfiyyatına çatdırmışdı..Bunun üzərinə Karakol cəmiyyətinin rəhbər üzvləri həbs olunaraq Maltaya sürgünə göndərilmiş, vəliəhd Əbdülməcid isə ev dustaqlığına alınmışdı. 1921-ci ilin aprelində Milli mübarizə hərəkatına qatılmaq üçün Anadoluya keçən Şahzadə Ömər Fərrux isə, Mustafa Kamal Paşanın keçmiş dostu olmasına baxmayaraq , Ankaraya gəlməsi uyğun görülməmiş və İneboluda ikən ona bu mzəmunda bir teleqraf göndərilmişdir:

Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin